Азярбайжан республикасы



Yüklə 3,9 Kb.
Pdf görüntüsü
səhifə13/72
tarix18.04.2018
ölçüsü3,9 Kb.
#39015
1   ...   9   10   11   12   13   14   15   16   ...   72

37
 
müşayiəti ilə ifa olunmalıdır. Qeyd etmək lazımdır ki, bu gəzişmənin müəllifi 
ustad sənətkar, gözəl pedaqoq Mirzə Mənsur Mənsurovdur.  
Beləliklə biz “Xocəstə” şöbəsinin əsas məzmunu ilə tanış olduq.  
«Şikəsteyi-fars» -  «Xocastə» şöbəsindən sonra “Mübərriqə” guşəsi gəlir. 
Mübərriqə-işıqlı  deməkdir.  Bəzən  ifaçılar  “Şikəsteyi-fars”  şöbəsindən  “Mü-
bərriqə”  guşəsinə  birbaşa  keçid  alırlar.  Lakin  bilməlidirlər  ki,  bu  şöbə  və 
guşəni  birləşdirən  iki  melodik  cümlədən  ibarət  bağlayıcı  bir  mövzu  vardır. 
Gəlin buna aşağıdakı nümunədə baxaq: 
Nümunə №12 
Bağlayıcı mövzu 
 
 
 
 
 
 
Nümunə  №12-də  təqdim  olunmuş  bu  mövzu  demək  olar  ki,  “Şikəsteyi-
fars” “Mübərriqə” ardıcıllığı ilə rastlaşdıgımız bütün dəstgahlarda ifa edilir. 
Ümumiyyətlə,  bu  mövzuya  “Təxtigah”  guşəsi  də  demək  olar.  Çünki  not 
nümunəsinin  3-cü  xanəsində  “Mübərriqə”  güşəsinin  ifasına  başlamaq  üçün 
sanki  bir  “Taxt”  qurulur.  Yəni,  həmin  xanədə  re,  mi  və  do,  re  ardıcıllığı 
“Şikəsteyi-fars”  şöbəsinin  əsas  istinad  pərdəsi  olan  1-ci  oktavanın  re 
pərdəsində  qərarlaşması  ilə  “Mübərrиqə”  guşəsinin  başlanması  üçün  bizə 
zəmin  yaratmış  olur.  Bu  guşə  “Şikəsteyi-fars”  şöbəsinə  nisbətən  bir  qədər 
canlı  görünsə  də,  ifa  zamanı,  həzinliyi,  lirik  xцsusiyyəti  saxlamaq  vacibdir. 
Burada lal barmaqlardan istifadə olunmalıdır. 
Növbəti  şöbə  “Əraq”  адланыр.  “Əraq”  şöbəsi  coşğun  və  sərt  şəkildə  ifa 
edilir.  Bu  şöbəni  ifa  edərkən  instrumentalçılardan  güclü  mizrab,  iti  barmaq 
və  dinamik  biləng  tələb  olunur.  Çünki  “Əraq”  şöbəsinin  əsas  məzmunu 
mərdlik, məğrurluq üstündə qurulmuşdur. 
“Əraq” - yer, məkan adıdır. Bəzən bu şöbəyə “İraq” da deyirlər. «Əraq» 
şöbəsi alt və üst mizrabların sürətli müşayiəti ilə başlayır və şöbəyə çılğınlıq, 
ehtiraslılıq  gətirir.  “Əraq”  şöbəsinin  ən  kulminasion  gəzişməsi  ilə  aşağıdakı 
not nümunəsində tanış olaq:  
“Əraq” 
Nümunə №13 
  
 
 
 
 
 


38
 
 
 
 
 
 
 
 
 
 
 
 
Bu gəzişmə ifaçıdan böyük məharət, yüksək səviyyəli texniki imkanların 
olmasını tələb edir. Gəzişmə zamanı açıq sarı simlə ağ simi birgə səsləndirib 
və  yalnız  üst  mizrabların  güclü  müşayiəti  ilə  səslənməni  pianodan-
fortissimoya qədər artırмaq лазымдыр. 
“Rast” dəstgahının on birinci hissəsi “Pəncgah” şöbəsi adlanır. «Pəncgah» 
-  «beşinci  yer»,  «mövqe»  deməkdir.  «Пянъэащ»  “Mayə”  şöbəsinin  bir 
oktava zildə improvizə olunmuş şəkildə bir növ təkrarıdır. “Əraq” şöbəsinin 
ehtiraslı, coşğun ifasından sonra gələn “Pəncgah” bir qədər lirik, təmkinli ifa 
olunur.  Bu  şöbənin  əvvəli  və  ayaq  hissəsini  düzgün  ifa  etməkdən  ötrü 
“Pəncgah” şöbəsinin musiqi materialı ilə aşağıdakı nümunədə tanış olaq: 
 
 “Pəncgah” 
 Nümunə №14 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Yuxarıdakı  not  нцмунясинин  1-ci  xanəsindən  görünür  ki,  ifa  edilən 
melodik  cümlə  “Üşşaq”  guşəsinin  məzmununa  çox  yaxındır.  Lakin  burada 


39
 
təqdim olnmuş melodiya “Pəncgah” şöbəsində özünəməxsus ifası ilə seçilir. 
Odur  ki,  adı  çəkilən  şöbə  və  guşəni  bir-birindən  fərqləndirməkdən  ötrü 
“Pəncgah” şöbəsini mütləq 1-ci xanədə səslənən melodik cümlə ilə başlamaq 
lazımdır. Sonuncu, 4-cü xanədə isə “Pəncgah” şöbəsini tamamlayan və ancaq 
bu  şöbədə  ifa  edilən  maraqlı  bir  gəzişmə  təqdim  edilmişdir.  Bu  not 
нцмунясиндя yazılan melodiya alt mizrabların birdən, kəskin vurulması ilə 
müşayiət  olunur.  Belə  ifa  tərzi  həmin  gəzişmə  üçün  səciyyəvi  xarakter 
daşıyır.  
Bu  gəzişməyə  “Pəncgah”  şöbəsinin  ayaq  hissəsi  də  deyilir.  Bəzən 
instrumentalçılar  bu  şöbənin  ayağını  ondan  sonra  gələn  “Rak”  guşəsinin 
ayağı  ilə  qarışdırırlar.  Məqsədimiz  də  odur  ki,  ifa  zamanı  bu  tövsiyələrdən 
düzgün istifadə edilsin. 
Növbəti hissə “Rak” guşəsi adlanır. Bəzi mənbələrdə bu söz – «bünövrə», 
«dayaq» kimi tərcümə edilmişdir. Lakin bu məna guşənin ifası zamanı hansı 
rola  malik  olduğunu  aşkarlamır.  «Ərəb  və  fars  sözləri  lügəti»ndə  (3,  509) 
«Rakе» sözü ярябъядян дилимиздя «намаз гылдыгда яйилян, руки едян» 
мяналарында  тяръцмя  олунур.  Руки  ися  намаз  заманыы  истифадя 
олунан  ямяллярдян  биридир.  Йяни,  «Руки»  намазда  ялляри  дизляря 
дайайыб  яйилмя  щярякяти  демякдир  (3,  528).  Doğrudan  da  bütün  ifa 
edilən  «Rak»lar  dəstgahın  kulminasiya  nöqtəsindən  “Mayə”  şöbəsinə  tərəf 
bir  növ  «əyilirlər»,  «dönürlər».  Gəlin  dediklərimizi  not  nümunəsində 
müşahidə edək. 
 
“Rak” 
Nümunə №15 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
“Рак” güclü tremola ilə başlayır və bir müddət bu həyacan hissini özündə 
saxlayır.  Lakin  melodiyanın  aşağıya  doğru  hərəkəti  zamanı  bir  qədər 


40
 
yumuşalma  baş  verir.  Not  nümunəsinin  5-ci  xanəsi  «Rak»  guşəsinin  ayaq 
hissəsi  kimi  qəbul  edilmişdir.  Yəni,  burada  “Pəncgah”  şöbəsi  ilə  “Rak” 
guşəsinin  ayaqlarında  xeyli  fərq  olduğu  aşkar  olunur.  Ayaq  hissəsini  ifa 
edərkən  yuxarıda  qeyd  etdiyimiz  yumşalma  hiss  etdrilməli,  sakit,  təmkinli 
çalğı göstərilməli və sonuncu «Qərai» guşəsinə keçidi təmin olunmalıdır. 
“Rast”  dastgahında  sonuncu  guşə  “Qərai”dir.  «Qərai»  -  muğamın 
hissələrə bölünməsi deməkdir. Bu guşənin vəzifəsi kulminasiya nöqtəsi olan 
“Rak”  guşəsindən  dönüb  qayıdan  melodiyanı  təmkinlə  qarşılayıb,  “Mayə” 
şöbəsinə qədər aramlı mizrablarla ötürmək və sonda «Rast» dяstgahına ayaq 
verib  tamamlamaqdır.  «Qərai»  guşəsinin  instrumental  variantı  vokal-
instrumental variantından bir qədər fərqlidir.  
Nümunə №17 
“Гяраи” (инструментал вариант) 
 
 
 
 
  
 
  
 
 
 
 Nümunə №18 
“Qərai” (vokal-instrumental variant) 
 
 
 
 
 
 
 
 
“Rast” dəstgahı üzərində apardığımız müşahidələr nəticəsində bizim mu-
ğamlarımızın melodik məzmununун zənginliyinin, böyük bir silsilə əsər kimi 
monumentallığının  və  qədim  tarixi  köklərlə  bağlılığının  bir  daha  şahidi 
olduq.  Bu  araşdırmalarda  məqsəd  ali  və  orta  ixtisas  musiqi  məktəb 
müəllimlərinin  tədris  prosesinin  даща  да  keyfiyyətli  aparılmasına  хидмят 
етмякдир.  
Güman edirik ki, təqdim olunmuş metodik tövsiyələr müəllim və ifaçılar 
arasında  yaranan  bəzi  mubahisəli,  проблемли  məsələlərin  həlli  yolunda 
yardımчı rol oynayacaqdır. 


Yüklə 3,9 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə