Azяrbaycan mиllи elmlяr akademиyasы



Yüklə 1,18 Mb.
Pdf görüntüsü
səhifə3/47
tarix25.08.2018
ölçüsü1,18 Mb.
#64041
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 

mütəxəssislərinin Ə.Cavad haqqındakı tədqiqatlarına geniş 
şəkildə    müraciət  olunmuş  və  münasibət  bildirilmişdir. 
Qeyd etməliyik ki,  İ.M.Yıldırımın  «Selam Türkün Bayra-
ğına»  kitabı  bu    tədqiqatda    hərtərəfli  elmi  təhlilə 
çəkilmişdir.  Burada  M.Oğuzun  «Nisan  ağlar  mayısa» 
romanındakı Ə.Cavad obrazı da təhlil olunur. 
Əsərdə  indiyədək  Ə.Cavadın  əsəri  kimi  təqdim  
edilmiş, o vaxt Azərbaycan məktəblərində də tədris olunan 
«Sərf  və  nəhv»    («Morfologiya  və  sintaksis»)  dərsliyinin 
əslində  Türkiyədə  Əhməd  Cavad    Əmrə  (1876-1961) 
adında  görkəmli  dilçi  alimə  aid    olduğu  faktı 
aşkarlanmışdır. 
Monoqrafiyada ictimaiyyətə təqdim olunan bir yenilik  
də  Ə.Cavadın  məşhur  türk  ədibi  Ə.Hamidin  «Duxtəri-
Hindu»  pyesinin    çevirməsi  olan  «Hind  qızı»  əsərinin 
arxiv  sənədləri  əsasında ilk  dəfə elmi təhlilə  çəkilməsidir. 
Burada  Ə.Hamidin  əsərinin  Azərbaycandakı  başqa 
yazıçılar  tərəfindən  çap  edilməmiş  tərcümə  variantları  da 
aşkarlanmışdır.  Ə.Cavadın  «Duxtəri-Hindu»    pyesinin  bir 
növ  sərbəst  çevirməsi      olan  «Hind  qızı»  əsəri  ilk  dəfə 
başqa  tərcümə  variantları,  əsərin  orijinalı,  şairin  əlyazma 
nüsxəsi  və  əsərin  səhnələşdirilmiş  şəkli  ilə  tutuşdurularaq  
hərtərəfli tədqiq edilmişdir.  
Əsərdə  Ə.Cavad  şeirlərinə  Türkiyədə    yazılmış 
nəzirələr də tədqiq olunur. 
İlk  dəfə  bu  tədqiqat  işində  Ə.Cavadın  1928-ci  ildə, 
İstanbulda  çıxan  «İstiqlal  uğrunda»  adlı  məcmuədəki 
bütün  şeirlərindən  bəhs  edilmişdir.  Burada  müəyyən 
edilmişdir  ki,  Ə.Abidə  aid  olan  «Ağla,  gözəl  gəlin»  şeiri 
yanlışlıqla Ə.Cavadın adına getmişdir. 
Ə.Cavadın  Türkiyədəki  məşhurluğunu  internetdəki 
elmi  xəbər  və  məlumatlardan  da  aşkar  şəkildə  görmək 


 
 

mümkündür.  Monoqrafiyanın  bir  yeniliyi  də  Ə.Cavada 
dair  bütün  internet  qaynaqlarının  elmi  süzgəcdən    ke-
çirilməsindədir.  Buradan  M.K.Atatürkün  imzalı  kitabları 
arasında  Əhməd  Cavadın    «Qoşma»    kitabının  da  olduğu 
müəyyən edilmişdir. 
Ə.Cavad  adına  və  əsərlərinə  yalnız    bəraət  aldıqdan 
sonra  ehtiyatla müraciət olunmağa  başlanmış, onun  yara-
dıcılığının    əsas  mahiyyəti    xalqdan  gizli  saxlanılmağa 
çalışılmışdır.  «Əhməd  Cavad  və  Türkiyə»  mövzusu  da 
belə problemlərdəndir.  
Ə.Cavad  xalqımız  üçün  yalnız  ədəbi  yox,  eyni 
zamanda tarixi şəxsiyyətdir. İstiqlal şairinin yaradıcılığının 
araşdırılmasında  ardıcıllıq  yalnız    müstəqillikdən  sonra 
gerçəkləşmişdir.  Lakin  şairin  ədəbi-tarixi  fəaliyyəti  bu  
araşdırmaların  davamı  zərurətini tələb  edir.  Şairin  fikir  və 
sənət  tariximizdə  yerinin  müəyyənləşdirilməsi  üçün  bir 
sıra problemlərə aydınlıq gətirilməsi lazımdır. 
                                                                            
 


 
 
10 
I FƏSİL 
 
ƏHMƏD CAVAD YARADICILIĞINDA 
TÜRKİYƏ MÖVZUSU 
 
1.1.  Ə.Cavadı Türkiyəyə və türkçülüyə gətirən yol 
 
XIX  əsrin  sonlarından  etibarən  Azərbaycan  ictimai 
fikrində  Türkiyə,  daha  doğrusu,  Osmanlı  ilə  bağlı  möv-
zular  tez-tez  səslənməyə  başlayır.  Bu,  o  dövrdə  xalqların 
milli  mənlik  şüurunun  getdikcə  formalaşması  və  onların 
hər  birinin  öz  müqəddəratını,  gələcək  taleyini  və  inkişaf 
yolunu  təyin  etmək  cəhdlərindən  irəli  gəlirdi.  Həmin 
vaxtlar müsəlman şərqi, o cümlədən türk xalqları Osmanlı 
imperiyasına  böyük  ümidlə  baxdığı  üçün  onun  ətrafında 
birləşməyə 
çalışırdılar. 
Bu 
birləşmə 
fikrinin 
intensivləşməsinin  bir  səbəbi  də  Avropa  ölkələrində 
yaranan  yeni  ittifaqlar  və  Qərbin    türk  xalqlarına  qarşı 
təzyiqləri,    Şərqə  qarşı    işğalçılıq  siyasəti  ilə  bağlı  idi. 
Aparıcı  Avropa dövlətlərinin və Rusiyanın  türk birliyinə, 
Osmanlı  imperiyasına  qarşı  təzyiqlərinin  günbəgün    daha 
da  artdığı  illərdə  Azərbaycanın  qabaqcıl  ictimaiyyətinin 
Osmanlı  Türkiyəsinə,  onun  tarixi,  iqtisadi,  siyasi  və 
mədəni  problemlərinə  olan  maraq  və  diqqəti  daha  da 
qüvvətlənirdi. 
Tarixi-ictimai 
proseslərin 
Osmanlı 
Türkiyəsi  ətrafında  get-gedə  gərginləşməsi  ölkə  daxilində 
milli  hərəkatın  da  genişlənməsinə  özünün  müsbət  təsirini 
göstərirdi.  Belə  vəziyyət  təkcə  gərginləşən  tarixi-siyasi 
proseslərlə bağlı deyildi. Türk xalqlarının etnik və mədəni-
mənəvi  birliyi  onlar  arasındakı  ədəbi  və  mədəni,  sosial-
tarixi  bağları  daim  qoruyub  saxlamış,  həlledici  dönəm-
lərdə  bu  xalqların  biri  digərinə  arxa,  dayaq  olmağa  daxili 


 
 
11 
bir  ehtiyac  duymuşdur. Odur ki,  XIX  əsrin  sonları və  XX 
əsrin əvvəllərində Azərbaycanla Osmanlı Türkiyəsi arasında 
ədəbi-mədəni,  tarixi-siyasi  əlaqələrin    sıxlaşmasına 
təsadüfi hal kimi baxmaq düzgün olmazdı. Osmanlı Türki-
yəsində Tənzimat və Sərvəti-fünunla bağlı yeniləşmə hərə-
katı,  ədəbi-mədəni  intibah  Azərbaycanda  da  rəğbətlə 
qarşılanır,  böyük  diqqətlə  izlənilirdi.    Ədəbiyyatda  baş-
lanan  milliyətçilik  də  Azərbaycanda  zamanında təqib olu-
nurdu.  N.Kamal,  Ə.Hamid,  M.Ə.Rəcaizadə,  T.Fikrət, 
M.Akif  Ərsoy,  R.Tofiq,  M.Ə.Yurdaqul  və  başqa  şairlərin 
vətənpərvərlik  və  istiqlal  ruhlu  şeirləri  Azərbaycanın 
M.Hadi,  M.Ə.Sabir,  H.Cavid,  Ə.Cavad,  S.Mənsur  və 
başqa  şairlərinin  poeziyasında  tez-tez  anılır,  hətta  yeri 
gəldikcə  onlardan  iqtibaslar  da  edilir,    misraları,  beytləri, 
təkrirləri  şeirlərə  salınırdı.  M.Ə.Sabirin  Türkiyədəki  milli 
azadlıq  hərəkatına  həsr  etdiyi  çağırış  və  istiqlal  ruhlu 
şeirləri,  M.Hadinin  gənc  türklərə  əməli  kömək  göstərmək 
niyyəti ilə 1910-cu ildə Türkiyəyə getməsi, H.Cavidin bəzi 
dramlarında  coğrafi  məkan    kimi  Osmalı  ərazisindəki 
yerləri  seçməsi,  hadisələri  məhz  o  torpaqlarda  cərəyan 
etdirməsi  kimi  faktlar  Azərbaycan  ədəbi  ictimaiyyətində 
Türkiyəyə  maraq  və  diqqətin  nə  dərəcədə  olduğunu 
təsəvvür etməyə imkan verir.  
Azərbaycanda  Türkiyə  ruhunun  və  təsirinin  güclü  ol-
masına  şərait  yaradan  hallardan  biri  də,  Azərbaycan 
məktəblərinin bir çoxunda türk müəllimlərinin, Osmanlı ədib 
və  şairlərinin  və  yaxud  da  Türkiyədə  təhsil  almış 
ziyalıların  dərs  deməsi  idi.  Çünki  bu  pedaqoq  ədiblər 
özləri ilə Azərbaycan ictimai fikrinə Türkiyədəki yeni dü-
şüncə  ab-havasını,  Türkiyə  ədəbi  örnəklərini  də  gətirib 
təbliğ  edirdilər.  Bundan  başqa,  Azərbaycanın  bəzi  zəkalı 
gənclərini  o  zamankı  imkanlı  və  qabaqcıl  görüşlü  şəxslər 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə