B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə121/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   117   118   119   120   121   122   123   124   ...   131

 

386 


Dartınmanın  sayı  hesablama  hakiminin  «Hərəkətə  başla!» 

komandası  ilə  başlanır.  Dartınma  hərəkəti  düzgün  yerinə 

yetirilmədikdə «Sayılmır!» komandası verilir.  

Hərəkəti  3  cəhddə  də  icra  etmək  mümkündür.  Hərəkət  hansı 

cəhddə  daha  çox  və  düzgün  icra  olunursa  o  qeydə  alınır  və  yarışın 

katibliyinə çatdırılır. 



8.2. Gimnastika skamyasında qolların bükülüb açılması. 

 

Gimnastika  skamyasında  qolların  bükülüb  açılaraq  hərəkəti 

yerinə  yetirilərkən  bədəni  düz  saxlamalı  (kürəklərbir  qədər  açılır 

arxaya gedir, qıçlar düz tutulur. Şəkil 72). 



 

 

 

 

 

 

 

 

 

 

 

Şəkil 72. 

 

Gimnastika skamyasında qolların bükülüb açılması 

 

Qolları  yüngül  bükülməklə  sinəni  skamyaya  toxundurmalıdır. 



Bundan sonra qollar tam açılmalı, baş düz tutulmalı və irəli baxmalıdır. 

Hakimlik eynilə turnikdə dartınmada olduğu kimidir.  

 

8.3. Qaçışın texnikası. 

 

Qaçış  hərəki  qabiliyyətlərin  inkişafında  (güc,  sürət, 



dözümlülük, çeviklik, cəldlik və iradə möhkəmliyi və s.) əvəzedilməz 

rol 


oynamaqla 

insan 


orqanizminin 

sağlamlığının 

möhkəmləndirilməsində də mühüm əhəmiyyətə malikdir. Buna görə də 

qaçış  VMH  kompleksinin  əsas  hərəkət  növlərindən  sayılır.  I-V 




 

387 


pillələrdə  60m,  II-III-IV  pillələrdə  100m  məsafəyə  qaçış  isə  VMH 

kompleksinin sınaq hərəkət növünə daxildir. 

Sprint qaçışda alçaq startdan istifadə olunur ki, bu da məsafəyə 

daha  tez  çatmaqda  və  qısa  məsafəni  sürətlə  qət  etmək  üçün  əlverişli 

vasitələrdən hesab olunur.  

Sprint  qaçışda  yarış  qaydalarına  uyğun  olaraq  «Starta  dur!», 

«Diqqət!» və atəşdən və ya «Marş!» komandasından istifadə edilir. 

Qaçış zamanı yüksək göstəricilər qazanmaqda qaçış fazalarının 

düzgün surətdə yerinə yetirilməsi həlledici əhəmiyyətə malikdir.  İndi 

də təkanvermə və ayağı yerəqoyma qaçış fazalarının icrası texnikasını 

gördüyünüz şəkil vasitəsi ilə əyaniləşdiririk (şəkil 73). 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 73. 

 

Qaçışın fazaları. 

 

8.4. Yerindən uzununa tullanmaq. 

 

Yerindən uzununa tullanma təkan, havada olma və yerə düşmə 



fazalarının  icrası  nəticəsində  tamamlanır.  Həmin  fazalar  şəkillərdə  öz 

əksini tapmışdır (şəkil 74). 

 

 

 



 

 

 




 

388 


 

 

 



 

 

 



 

 

 



Şəkil 74. 

Yerindən uzununa tullanmaq. 

 

8.5. Tennis topunun atılması. 

 

Tennis  topu  müxtəlif  istiqamətlərdə  və  çıxış  vəziyyətlərində 



atıla bilər (oturaraq, dizləri üstə, vəziyyətində addım  atmaqla qaçaraq 

və  s.).  Siz  indi  qaçaraq  üç  addım  etməklə  tennis  topunun  atılmasını 

müşahidə edə bilərsiniz (şəkil 75). Qaçışla icra olunan həmin hərəkət 

eyni ilə yerindən topun atılmasına uyğun olaraq yerinə yetirilir.  

 

 

 



 

 

 



 

 

 



 

Şəkil 75. 

Tennis topunun atılması. 

8.6. Qumbaranın atılması. 

 

Qumbaranın  atılmasına  yiyələnmək  çox  böyük  hərbi  tətbiqi 

zərurətdən  irəli  gəlir.  Çünki  Azərbaycan  atəşgah  şəraitində  yaşayır. 

İstənilən anda gənclər vətənin müdafiəsinə qalxa bilərlər. Bu səbəbdən 

də  şagirdlər  və  istərsə  də  tələbələr  seçdiyi  ixtisasdan  asılı  olmayaraq 



 

389 


qumbara  ilə  rəftar  etməyi  bacarmalı  və  onun  atılması  texnikasına 

mütləq nail olmağı özünə vətəndaşlıq borcu olduğunu dərk etməlidir. 

Siz  əgər  qumbara  atmanın  texnikasını  göz  önündə 

canlandırmaq  istəyirsinizsə  aşağıdakı  şəkilləri  diqqətdən  qaçırmayın 

(şəkil 76). Unutmayın ki, qumbaranın atılması yerindən və yaxud 10m 

məsafəyə  qaçaraq  yerinə  yetirilir.  Hərəkətin  qaçaraq  icra  olunması 

qumbaranın daha uzağa atılmasına səbəb olur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 76. 

Qumbaranın atılması texnikası. 

 

a)  qumbaranın  tutulması;  b)  qaçışdan  əvvəl  qumbara  atanın 



çıxış vəziyyəti; v) qaçış. 

İndi  də  qaçaraq  3  addım  atmaqla  qumbaranın  atılmasının 

texnikasını nümayiş etdirək (şəkil 77). Yadda saxlamaq lazımdır ki, bu 

hərəkət  əvvəlcə  bir  addım  atmaqla  öyrədildikdən  sonra  3  addım 

etməklə təlimi başlanılır. 

 

 



 

 

 



 

 

 




 

390 


 

 

 



 

 

 



 

Şəkil 77. 

Üç addım atmaqla qumbaranın atılması texnikası. 

 

8.7. Güllə atıcılığı. 

 

Erməni işğalından şəhər və kəndlərimizin azad olması naminə 



hər bir  qeyrətli  Azərbaycan  vətəndaşı  güllə  atıcılığına  yiyələnməlidir. 

Bunun  üçün  də  o,  nəyin  bahasına  olursa  olsun  müntəzəm  surətdə 

həmin  idman  növü  ilə  məşğul  olmalı  və  inkişafda  olan  vətənimizin 

müdafiəsinə  qalxmalıdır.  Həmin  məqsədlə  də  müxtəlif  şəraitdə  güllə 

atıcılığı ilə məşq etməlidir. Güllə atıcılığı ilə məşqetmənin görünüşünü 

təqdim edirik (şəkil 78). Diqqətdən qaçırmamalı ki, güllə atıcılığı ana 

torpağın  ana  vətənin  qorunmasında  əvəz  olunmaz  vasitədir.  Bax 

nümunə götür qazandığın daha çox olacaq. İtirdiyin isə heç nə. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

 

Şəkil 78. 


Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə