B a L o ğ L a n q u L i y e V


Hərbi-idman oyunları üzrə bir məşqin görünüşü



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə122/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   118   119   120   121   122   123   124   125   ...   131

 

391 


Hərbi-idman oyunları üzrə bir məşqin görünüşü. 

 

8.8. Üzgüçülüyün öyrədilməsi texnikası. 

 

Üzgüçülük fiziki tərbiyə sistemində özünəməxsus yeri olmaqla 



onun  digər  idman  növləri  üzrə  yüksək  göstəricilər  əldə  edilməsində 

mühüm  fayda  kəsb  edir.  Buna  görə  də  idmanın  ayrı-ayrı  növləri  ilə 

məşq  edən  yüksək  titullu  idmançılar  müntəzəm  olaraq  üzgüçülüklə 

məşğul olurlar. 

Üzgüçülüklə bir də ona görə məşğul olmaq vacibdir ki, onun 

təlim  əhəmiyyəti  ilə  yanaşı,  tərbiyəvi,  inkişafetdirici  və  insan 

sağlamlığının  möhkəmləndirilməsində  də  əvəzsiz  rolu  vardır.  Suda 

boğulanın  xilas  edilməsində,  suda  yüklərin  daşınmasında,  suda 

maneələrin  keçilməsində,  silahla  üzüb  suda  keçməkdə  və  sairədə  çox 

böyük əhəmiyyəti olan tətbiqi üzgüçülüyü də yaddan çıxarmaq olmaz. 

Üzgüçülüyün  digər  növləri  də  mövcuddur  ki,  bunlarında  həyat  üçün 

faydalılığını  danmaq  olmaz.  Biz  burada  «Vətənin  müdafiəsinə 

hazıram»  bədən  tərbiyəsi  kompleksinə  daxil  olan  və  bu  sahədə  sınaq 

normativlərini  verməyi  tələb  edən  üzgüçülüyün  həmin  növlərinin 

texnikasına aid bəzi məsələlərə aydınlıq gətirməyi zəruri bilirik.  

VMH kompleksi normativləri idman üzgüçülük növləri üzrə də 

qəbul  edilir.  İdman  üzgüçülüyünə  sinə  üstə  krol  üzmə,  arxası  üstə 

üzmə,  brass  və  delfin  (batterflyay)  üzmə  üsulları  daxildir.  İndi  də  bu 

üzgüçülük  üsullarının  bəzilərinin  qısa  da  olsa  izahını  təqdim  edək, 

bəzilərinin isə texnikasını əyani surətdə göstərək.  

 

Sinə üstə krol üzmə üsulu. 

 

Üzməyi öyrənməyə yeni başlayanlara üzgüçülüyün texnikasını 

lazımi  səviyyədə  mənimsətməkdə  bir  sıra  pedaqoji-psixoloji  amillərə 

mütləq  riayət  edilməlidir.  Burada  ilk  növbədə  suya  alışma  və  suya 

hazırlıq  hərəkətlərinin  təlimi  başlıca  şərtlərdən  sayılır.  Suyun  üst 

təbəqəsində  sürüşmənin  düzgün  yerinə  yetirilməsi  bu  vaxt  bədənin 

üfiqi  (düz)  vəziyyətdə  olması  xüsusən  vacibdir.  Bütün  idman 

üzgüçülük  üsullarında  olduğu  kimi  sinə  üstə  krol  (buna  sərbəst  üzmə 

də  deyilir)  üzmə  üsulunda  da  tənəffüs  etmə  məşqçinin  və  üzməyi 

öyrənməyin daima diqqət mərkəzində saxlanılmalıdır.  




 

392 


Bu  mənada  sinə  üstə  krol  üzmə  üsulunda  nəfəs  alma  zamanı 

başın həddən artıq qaldırılmasına yol verilməməlidir. Suda başın daha 

yuxarı  qaldırılması  bədənin  düz  tutulmasını  çətinləşdirir.  Bu  isə  öz-

özlüyündə  üzmənin  sürətini  azaldır.  Üzmə  dövründə  gərginlik  bir 

qədər də yüksəlir və ehtiyac olmadan daha çox enerji sərf etmək lazım 

gəlir.  Bunun  nəticəsində  üzgüçü  həm  tez  yorulur  həm  də  onun  üzmə 

surəti aşağı düşür. Və yekunda istənilən yüksək nailiyyətlərə sahib ola 

bilmir.  Bədənin  üzmə  idman  növünə  uyğun  düzgün  surətdə  də 

saxlanılmadıqda  həmin  üzmə  üsulunun  texnikasının  səmərəli  icrasını 

da xeyli çətinləşir, üzmə üçün əlverişli şərait yaranmır.  

Üzgüçülüyün  bütün  növləri  üzrə  texnikanın  mənimsənilməsi 

demək  olar  ki,  quruda  (yamsılanır)  və  həm  də  suda  həyata  keçirilir. 

Əvvəlcə  hərəkətlər  üzrə  texniki  elementlər  yamsılanır,  ümuminkişaf 

etdirici  və  xüsusi  hərəkətlər  yerinə  yetirilir  daha  sonra  isə  texniki 

fəndlər əyaniləşdirilir. Üzgüçülüyün texnikasının təlimində 2 öyrətmə 

metodundan  istifadə  olunur.  Bura  üzgüçülük  üzrə  texniki  fəndləri 

hissələrə  bölərək  öyrətmə,  tamlıqla  (bütövlükdə)  öyrətmə  metodları 

daxildir.  

İndi  də  sinə  üstə  krol  üzmə  üsulunda  quruda  və  suda  qıç  və 

qolların  hərəkətlərinin  öyrədilməsi  texnikasını  şəkillərin  köməyi  ilə 

nümayiş etdirək. 

•  Gimnastika  skamyasında  və  ya  döşəmədə  oturaraq  qıçların 

hərəkətetmə texnikasını öyrətmək (şəkil 79). 

Skamyanı  uzununa  qoymaqla  da  həmin  hərəkətləri  yerinə 

yetirmək olar. 

•  Əlləri  hövuzun  kənarına  qoymaqla  və  ya  onun  kənarından 

tutmaqla sinə üstə krol üsulu ilə suda qıçların hərəkət texnikasını icra 

etmək (şəkil 80). 

• Üz suda, baş isə qollar arasında qollar düz irəliyə olmaqla su 

üzərində sürüşməklə qıçların hərəkəti (şəkil 81). 

•  Taxta  lövhədən  istifadə  edilməklə  həmin  hərəkətin  yerinə 

yetirilməsi (şəkil 82). 

 

 

 



 

 

 




 

393 


Şəkil 79.                                                   şəkil 80. 

 

 

 

 

 

 

Şəkil 81.                                                  şəkil 82. 

•  Suda  oturmaqla  arxası  üstə  krol  üzməüsulunda  olduğu  kimi 

qıçların hərəkətini yamsılamaq (şəkil 83).  

Hovuzun kənar hissəsinə istinad olunmaqla bu hərəkəti yerinə 

yetirmək. 

•  Quruda  ayaq  üstə  durub  əyilmiş  vəziyyətdə  qolların  sudakı 

hərəkət  texnikasını  yamsılamaq  (şəkil  84).  Sinə  üstə  krol  üzmə 

üsulunda olduğu kimi qolların növbə ilə fırladılması (qolların irəlidən 

aşağı və arxaya və fırladılması və ilk vəziyyətə gətirilməsi). 

•  Qurşağa  qədər  suda  duruş 

vəziyyətindən (çənəaltı suya toxunmaq 

şərti ilə) sinə üstə krol üzmə üsulunda 

qolların hərəkəti (şəkil 85).  

Üzü  suya  salmaqla  sinə  üstə 

üzmə  zamanı  (tənəffüsü  saxlamaqla 

qıçların  hərəkəti  və  qollarla  avar 

çəkmə.  Həmin  hərəkəti  yeriməklə  də 

icra etmək məsləhətdir.  



Şəkil 83.  

 

•  Başı  döndərməklə  tənəffüsün  texnikası.  Nəfəs  vermə  suda 



edilir (şəkil 86).  

Qolların  hərəkəti  ilə  tənəffüsü  icra  etmək  (nəfəs  alıb  nəfəs 

vermə) (şəkil 87).  

•  Qolların  və  qıçların  hərəkətinin  tənəffüslə  koordinasiyası 

(uyğunlaşdırılması)  (şəkil  88).  Həmin  hərəkətləri  ilk  olaraq  quruda 

yamsılamaq sonra isə suda həyata keçirmək məqsədəuyğundur. 

 

 

 



 


Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə