B a L o ğ L a n q u L i y e V



Yüklə 3,45 Mb.
Pdf görüntüsü
səhifə124/131
tarix21.06.2018
ölçüsü3,45 Mb.
#50612
1   ...   120   121   122   123   124   125   126   127   ...   131

 

398 


görməyi  düşünməlidir.  İlk  növbədə  xilasedicilərə  hadisə  haqqında 

məlumat  verməli,  imkan  vardırsa  xilasedici  dairəni,  doldurulmuş  şini 

yaxud da hər hansı taxta parçasını zərər çəkmişə çatdırmalıdır. 

Zərər çəkmişə göstərilən xilasetmə tədbirləri ilə kömək etmək 

mümkün  deyilsə  onda  ciddi  düşünmək  lazımdır.  Sən  onu  üzərək 

boğulmadan  xilas  edə  bilərsənmi?  Sualına  cavab  tapmalısan.  Bunun 

üçün  məsələyə  həddən  artıq  ciddi  yanaşmalı  və  emosiyalara 

qapılmamalısan.  Çünki, sənin hər hansı bir ehtiyatsız və  düşünmədən 

hərəkətlərin həyatın üçün baha başa gələr.  

Belə  xoşagəlməz  halların  baş  verməməsi  məqsədilə 

təhlükəsizlik  qaydalarını  dəqiq  bilməli  və  ona  riayət  etməlisən.  Ən 

başlıcası  suda  boğulanı  sudan  çıxarmaq  fəndlərini  (qaydalarını) 

dərindən  bilməli  və  bu  sahədə  zəngin  təcrübən  olmalıdır.  Eyni 

zamanda suda boğulan şəxsin səndən tutmasından-yapışmasından azad 

olunma  fəndlərini  bilməyində  vacibdir.  Əks  təqdirdə  səndən  bərk 

yapışacaq,  üzmə  imkanları  məhdudlaşacaq.  Bu  zaman  onu  nədə  ki, 

özünü sudan boğulmaqdan xilas edə bilməyəcəksən. Fərz edək ki, sən 

artıq suda boğulanı xilas etmisən. Sonra daha nə etməlisən bu barədə 

düşünmüsənmi?  Söhbət  zərərçəkmişə  ilk  tibbi  yardımdan  –  tənəffüs 

borusundan  suyun  çıxarılmasından  və  süni  tənəffüsdən  gedir.  Həmin 

məqsədlə bir anlığa diqqətini aşağıdakı şəkillərə yönəlt (şəkil 90. 91.). 

 

 



 

 

 



 

 

 



 

 

                            Şəkil 90. 



Tənəffüs borusundan suyun boşaldılması.                                             

 

 

 

 

 


 

399 


  

 

                                      Şəkil 91. 

Süni tənəffüs:         a) nəfəs alma        b) nəfəs vermə 

Qeyd  etmək  lazımdır  ki,  nəinki  suda  boğularkən,  həmçinin  hündür 

yerdən  yıxılarkən,  elektrik  cərəyanı  vurarkən,  hava  şəraiti  ilə  bağlı 

tənəffüs  yolları  sıxılarkən  və  digər  zədələnmələr  vaxtı  ürək  və 

tənəffüsün  zəifləyə  və  ya  dayana  bilər.  Bu  cür  halları  nəbz,  ürək 

döyüntüsünə,  nəfəs  alıb  vermənin  çətinləşməsinə  görə,  göz 

bəbəklərinin  genişlənməsi  nəticəsində  müşahidə  və  təyin  etmək  olar. 

Ürək,  ağciyər  fəaliyyətinin  bərpası  üzrə  zərərçəkmişlərə  göstərilən 

köməyi  aşağıdakı  görüntülər  vasitəsi  ilə  də  müşahidə  edə  bilərsiniz 

(şəkil 92). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

Şəkil 92. 

1.Ağızdan-ağıza üsulu ilə süni nəfəsvermə. 

2.Ürəyin xaricdən masajı, süni nəfəsvermə 


 

400 


3.Eyni vaxtda iki şəxsin kömək göstərməsi. 

Bədbəxt 


hadisələr 

zamanı 


sümüklərin 

sınması  nəticəsində  də 

zərərçəkənlər 

olur. 


Xüsusən,  qabırğalarda, 

yuxarı  ətraflarda,  kəllə 

və 

ayaqlarda 



sümüklərin 

sınması 


müşahidə 

olunur. 


Müvafiq  ilk  yardım 

göstərdikdən 

sonra 

zərərçəkənləri 



təcili 

sürətdə  müayinə  və 

müalicə  etmək  məqsədi 

ilə  tibb  məntəqəsinə 

aparmaq 

vacibdir. 

Bunun  üçün  nə  etməli? 

Hər 


şeydən 

əvvəl 


zərərçəkəni 

aşağıda 


göstərilən  qaydada  da 

təcili 


olaraq 

tibb 


məntəqə 

sinə 


çatdırmağa  çalışmalıdır. 

Əks 


təqdirdə 

zərərçəkmiş  ciddi  və 

xoşagəlməz  fəsadlarla 

qarşılaşa  bilər  (şəkil 

93).  

 

Şəkil 93. 



 

Zərərçəkənin aparılması. 

a-zərərçəkəni qaldırma; b-çiyinə alma; v-kürəyə götürmə; 

q-ikilikdə aparma; d-üçlükdə aparma. 

2.İdman qurğuları 

 

Basketbol meydançası 


 

401 


 

Basketbol  meydançası  üçün  18x31  metr  sahə  lazımdır.  Bu 

sahədə  15x28  metr  ölçüdə  oyun  meydançası  düzəldilir.  Oyun 

meydançasının  kənarlarında  təhlükəsizlik  üçün  iki  metr  boş  yer 

qalmalıdır.  Təhlükəsizlik  sahəsi  də  oyun  meydançası  kimi  hamar 

düzəldilməlidir.  

Basketbol lövhəsinin ölçüsü 120x180sm olur. Hər bir lövhəyə 

diametri 45sm olan səbət asılır. Sadə basketbol lövhələrini taxtadan da 

düzəltmək mümkündür. Taxtanın qalınlığı 25 millimetr olmalıdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



Şəkil 94. 

«Basketbol meydançası». 

Voleybol meydançası 

 

Voleybol  meydançasını  inşa  etmək  də  çox  asandır. 

Meydançanın  oyun  keçirilən  hissəsinin  ölçüsü  9x18  metr,  ümumi 

ölçüsü  isə  15x24  metr  olmalıdır.  Meydança  xəttindən  kənarda  qalan 

boş  yer  oyunçuların  meydançadan  çıxan  topu  qaytara  bilmələri  üçün 

qoyulur.  




Yüklə 3,45 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə