B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə56/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   52   53   54   55   56   57   58   59   ...   63

 
 
175 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 İ
NSAN İRSİYYƏTİ VƏ ONUN FORMALAŞMASINDA  
MÜHİTİN ROLU 
 
 
 
İrsiyyәt vә dәyişkәnlik. İrsiyyət anlayışı hələ qədim dövrlərdən insanlara məlum 
idi. Lakin əlamətlərin irsən keçməsinin əsas qanunauyğunluqları ilk dəfə Avstriya 
alimi    Qreqor  Mendel  tərəfindən  XIX  əsrdə  kəşf  edildi  və  genetika  elminin  əsası 
qoyuldu.  
İrsiyyәt  –  orqanizmin  öz  əlamət  və  inkişaf  xüsusiyyətlərini  saxlamaq  və  irsən 
nəslə ötürmək qabiliyyətidir.  
Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti və ya fərdlər arasında fərqin 
yaranması  prosesi  dәyişkәnlik  adlanır.  İrsiyyət  və  dəyişkənliyin  qanunauyğun-
luqlarını genetika elmi öyrənir . 
İrsiyyәtin maddi әsası. Hər hansı bir əlamətin mey-
dana  çıxmasına  cavabdeh  olan  genlər  xromosomlarda 
yerləşirlər. Bunlar irsiyyətin maddi əsasını təşkil edirlər. 
Normal  halda  insanın  genləri  46  xromosomda  yerləşir. 
Bir  nüvədə olan  xromosom  sayı  kariotip  adlanır.  İnsan 
kariotipində  olan  46  xromosomdan  22  cütü  autosom 
(qeyri-cinsi),  1  cütü  isə  cinsi  xromosomdur.  Autosom 
xromosomlar  kişi  və  qadında  bir-birindən  fərqlənməsə 
də, bir cüt cinsiyyət  xromosomları fərqlənir. 
İnsanın  xromosom  yığımında  hər  bir  xromosomun 
özünə  oxşar  homoloji  cütü  olur.  Homoloji  xromosom-
ların  eyni  sahəsində  bir  əlaməti  tənzimləyən  alternativ 
(bir-birinə  əks  olan) gen cütləri olur ki, bunlar da allel 
genlәr adlanır.  
Yalnız cinsiyyət xromosomları istisnalıq təşkil edərək 
homoloji  cütlər  yaratmır.  Homoloji  cütlər  yaratmayan 
belə xromosomlar X vә Y xromosomları adlanır.  
Genotip  vә  fenotip.  Orqanizmin  bütün  genlərinin 
cəmi genotip adlanır. Məsələn, müəyyən edilmişdir ki, insanın genotipində 60 minə 
qədər gen mövcuddur. 
Genotipdə  olan  genlər  mühitin  təsirindən  müxtəlif  əlamətlərin  yaranmasında 
iştirak edir. Əlamət orqanizmin təsvir olunan müəyyən xüsusiyyətidir. Orqanizmin 
zahirən  görünən  əlamətlərinin  cəmi  fenotip  adlanır.  İnsanda  fenotip  əlamətlərinə 
saçın rəngi, boyun uzunluğu, burunun forması və s. əlamətlər aiddir. 
Dominant vә resessiv әlamәtlәr. İnsanda (həmçinin məməlilərdə) mayalanma 
zamanı erkək fərdin spermatozoidi dişi fərdin yumurta-hüceyrəsi ilə birləşir və ziqot 
əmələ gəlir. Bu zaman xromosomlarda olan genlərin təsadüfi birləşməsindən müx-
təlif genetik kombinasiyalı əlamətlər meydana çıxır.    
46 
– Gen nədir? 
– Genin funksiyaları nədən ibarətdir?  
 
 
Allel genlərin homoloji 
xromosomda yerləşməsi 
LAYİHƏ


 
 
176 
 
Uşaqda  bu  əlamətlərin  formalaşmasında  dominant  (güclü)  və  resessiv  (zәif) 
genlər  iştirak  edir.  Məsələn,  qarasaç  valideynlə  sarısaç  valideynlərin  nikahından 
qarasaç uşaqlar dünyaya gəlir. Nəsildə üzə çıxan bu əlamət dominant, özünü büruzə 
verməyən  “sarısaç”  əlamət  isə  resessiv  adlanır.  İnsanda  irsən  keçən  dominant  və 
resessiv əlamətlərə aşağıdakılar aiddir. 
 
Dominant əlamətlər 
Qara saç 
Qıvrım saç 
Qara göz 
Dərinin tünd rəngi 
Sifətdə çillərin olması 
İri burun 
Qanın normal laxtalanması 
Resessiv əlamətlər 
Sarı saç 
Düz saç 
Mavi göz 
Açıqrəngli dəri 
Sifətdə çillərin olmaması 
Kiçik burun 
Qanın laxtalanmaması (hemofiliya) 
 
Dominant və resessiv genlər həmçinin bu və ya digər xəstəliklərə meyilliliyə də  
cavabdehdir. 
 
 
 
 
İnsan irsiyyәtinin formalaşmasında mühitin rolu. İnsanın  xarakteri, tempe-
rament kimi xüsusiyyətləri irsi amillərə əsaslanır.  İnsanda irsən keçən əlamətlərə 
həmçinin intellekt səviyyəsi, bu və ya digər elmlərə, musiqiyə, rəqsə, idmana, riyazi 
təfəkkürə meyillilik və s. kimi  xüsusiyyətlər daxildir.  
 
Fәaliyyәt
Şəklə diqqətlə baxın. 
– İnsanın gözünün tünd və ya açıq rəngdə olması əlamətinin irsən ötürülməsində hansı 
qanunauyğunluqlar müşahidə edilir? 
– Bunu necə izah etmək olar?    
LAYİHƏ


 
 
177 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 
 
Lakin  bununla  yanaşı,  insan  irsiyyətinə  mühit 
amilləri  də  müəyyən  təsir  göstərir.  Belə  ki,  uşağın 
xarakteri  təkcə  irsiyyətdən  deyil,  təlim-tərbiyədən, 
onu əhatə edən mühitdən,  sosial vəziyyətdən və s.-
dən asılı olur. Uşaqlar bəzi xarakterik cəhətləri vali-
deynlərlə  ünsiyyət  zamanı  götürürlər.  Bu  səbəbdən 
valideynlər  bunu  nəzərə  alaraq  öz  davranışları  ilə 
uşaqlara nümunə olmalıdırlar.    
 
 
 
 
1. Düzgün cavabı müәyyәn edin:  
1.  Orqanizmin zahirən görünən əlamətlərinin cəmi fenotip/genotip adlanır.  
2.  Orqanizmin yeni əlamətlər qazanmaq xüsusiyyəti irsiyyәt/dәyişkәnlik adlanır 
3.  İrsiyyətin və dəyişkənliyin qanunauyğunluqlarını öyrənən elm sitologiya/genetika 
adlanır. 
4.  İnsan kariotipində 22/23 cüt  xromosom var.  
5.  Kişi və qadının bütün autosom xromosomlar bir-birindən fәrqlәnir/fәrqlәnmir
6.  Nəsildə üzə çıxan güclü əlamət dominant/resessiv adlanır.  
7.  Mənfi rezus-faktor resessiv/dominant əlamətlərə aiddir. 
8.  Fərdin bütün irsi xassələrinin cəmi fenotip/genotip adlanır. 
 
2. Anlayışları izah edin  vә onların arasında olan әlaqәlәri sxemlәrlә tәqdim edin.  
 
 
3. Әlavә mәlumat mәnbәlәrindәn istifadә edәrәk heyvan vә bitkilәrin  dominant vә 
resessiv әlamәtlәrinә dair tәqdimat hazırlayın.
 
 
•  Bəzi  əlamətlər  –  məsələn, 
qan 
qrupları 
  bəzi 
irsi  xəstəliklər 
– 
ətraf  mühitin  təsiri  ilə  deyil,  yalnız 
genotiplə  müəyyən  olunur.  Digər 
əlamətlərin təzahürü isə həm geno-
tipdən,  həm  də  ətraf  mühitin  təsi-
rindən asılıdır. Məsələn, insanın bo-
yunun  hündürlüyü  genotipdən  ası-
lıdır. Eyni zamanda bu, həm də ətraf 
mühitdən – böyümə dövründə qida-
lanmadan da asılıdır.  
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
G e n 
F eno tip
G e no tip
Əlamət 
Ə t raf  mühi t  amill əri
 
• 
irsiyyət
• 
dəyişkənlik 
• 
autosom 
• 
kariotip 
• 
genotip 
• 
fenotip 
• 
dominant 
• 
resessiv 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə