B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə54/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   50   51   52   53   54   55   56   57   ...   63

 
 
168 
 
 
 
 
 
 
“Antropogen faktorların doğma diyarımızın әtraf mühitinә tәsiri” 
1. Yaşadığınız ərazinin atmosferini çirkləndirən antropogen mənbələri müəyyən 
edin. 
2. Yaxınlıqda yerləşən su mənbələrində hansı tullantılara (kağız, şüşə, metal, 
polietilen paketlər və s.) tez-tez rast gəlindiyini aydınlaşdırın.  
3. Ərazidə torpağın əsas çirklənmə mənbələrini müəyyən edin.  
4. Qohumlarınız, qonşularınız, dostlarınız və tanış həkimlər arasında sosioloji 
sorğu vasitəsilə ərazidə yaşayan əhalinin orta insan ömrü, ən çox yayılmış 
xəstəliklər barədə məlumat toplayın. Bunun üçün yaxınlıqdakı poliklinikaya 
da müraciət etmək olar. 
5. Ərazinizdə yaşayan insanların sağlamlığının atmosfer, su və torpağın 
antropogen çirklənmə səviyyəsindən asılılığını müəyyən edin. 
6. Bu problemlərin həlli üçün öz təkliflərinizi hazırlayın. 
 
Nәticәlәrinizi elektron tәqdimatlar, cәdvәllәr, qrafiklәr, diaqramlar vә s.  
formada tәqdim edin
 
 
L a y i h ә
 
5
Bioloji modellәr üzәrindә ekosistemlәrdә baş verәn dәyişikliklәrin proqnozlaşdırılması 
haqqında internetdәn mәlumat toplayın. Mәlumatı elektron tәqdimat,  yaxud divar 
qәzeti formasında tәqdim edin. 
 
 “Mәişәt tullantılarının tәkrar istifadәsi”  
1. Yoldaşlarınız, qohumlarınız və qonşularınız arasında aşağıdakı suallar əsasında 
anket sorğusu keçirin: 
 Zibili çeşidlərinə görə ayırırsınızmı?  
 Məişət tullantıları hansı ekoloji problemlər yarada bilər? 
 Kağız, plastmas qablar, alüminium bankalar, polietilen paketlər, işlənmiş 
maşın çarxları və köhnə qablardan təkrar necə istifadə etmək olar? 
 Sizə məişət tullantılarının hansı utilizasiya üsulları məlumdur? 
 Şəhərimizdə (rayonumuzda, yaxud kəndimizdə) ekoloji təmizliyi hansı 
üsullarla qorumaq olar?  
2. Anketləri təhlil edin, lazımsız əşyalardan təkrar istifadə və ya emal üsullarını 
təklif edin. 
3. Yaşadığınız ərazidə məişət tullantıları hansı fəsadlar törədir?  
4. Ətraf mühitin  qorunması üçün hansı tədbirlər təklif edə bilərsiniz? 
5. Nəticələrinizi əyani olaraq əşyalar, fotoşəkillər, rəsmlər, plakatlar, elektron 
təqdimat  formasında təqdim edin. 
 
 
L a y i h ә
 
4
LAYİHƏ


 
 
169 
 
•   VI  fəsil  •  
Canlılar və ətraf mühit
  
• 

 
 
1. 
Uyğunluğu müәyyәn edin: 
 
 
2. Rәqәmlәrlә (1–5) ekoloji sistemin hansı komponentlәri göstәrilmişdir? 
169 
 
 
3.  Bioloji ritmlәrә aid nümunәlәri qruplaşdırın vә hәr qrupa ad verin. 
 
 
 
1)  Bağayarpağının yarpaqları gündüz şaquli vәziyyәt alır, gecә isә çәtir formasında 
yığılır.  
2)  Bәzi ot bitkilәri qışı yerüstü orqanları olmadan, şәklini dәyişmiş yeraltı zoğlar 
formasında  keçirir.  
3)  Heyvanların әksәriyyәti gecә yatır, az qismi isә yalnız bu vaxt fәal olur.  
4)  Payızda qurdlar torpağın dәrin qatlarına keçir (torpağın donmadığı hissәyә). 
5)  Günәş işığının bol olduğu yerdә zәncirotunun çiçәklәri sarı vә yumşaq, qaranlıqda 
isә lәçәklәr bir-birinә sıx yaxınlaşmış vәziyyәtdә olur. 
6)  Qışa yaxın mәmәlilәrin bir çoxunda  tüklәri sıx vә uzun olur, dәri altında piy qatı 
әmәlә gәlmәyә başlayır.  
7)  Yayda adadovşanının rәngi tünd-qonur olur.  
 
Ü m u m i l ә ş d i r i c i   t a p ş ı r ı q l a r
 
a. suyun kimyəvi tərkibi 
b. malyariya parazitinin çoxalması 
c. rütubət, torpağın temperaturu 
d. paxlalı bitkilərin kökündə kök-yumurcuq bakteriyalarının olması 
e. su axınının sürəti 
f. torpağın şoranlığı  
1) Abiotik 
amillәr 
 
2) Biotik 
amillәr 
1...  
2... 
3... 
4... 
5... 

________________ 
№: 
______________ 
№: 
LAYİHƏ


 
 
170 
 
4.  Düzgün variantı müәyyәn edin:  
  Suyun kimyəvi çirklənməsinin əsas mənbəyi insandır/bitkilәrin çürümәsidir.                 
  Kiçik çayların dayazlaşmasının  səbəbi meşәlәrin qırılmasıdır/yolların tikilmәsidir.             
  İri şəhərlərdə havanın çirklənməsinin əsas mənbəyi neft kimyası 
müәssisәlәridir/avtomobil nәqliyyatıdır.   
 
 
  Ekoloji təmiz enerji mənbəyi günәş batareyalarıdır/atom elektrik stansiyalarıdır.  
  İstixana effektinin yaranmasına səbəb Yerin atmosferində karbon qazının/kükürd 
qazının miqdarının artmasıdır. 
  Su hövzələrində neftin dağılması nəticəsində balıqların kütləvi məhvi suda karbon 
qazının/oksigenin miqdarının azalmasıdır. 
 
5. Suallara cavab verin: 
•  Nədən ekoloji problemləri həll etmək üçün beynəlxalq həmrəylik zəruridir? 
•  Nə üçün Dünya okeanı sularının neft və neft məhsulları ilə çirklənməsi təhlükəlidir?   
 
 
LAYİHƏ


 
 
171 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

 
 
 
 
 
 İ
NSAN ORQANİZMİNƏ ƏTRAF AMİLLƏRİN TƏSİRİ. STRESS 
 
 
 
İnsan daim ətraf mühit amillərinin təsirinə məruz qalır. Belə ki, insana fiziki (isti, 
soyuq) və ya psixi (təhlükə, konflikt) amillər təsir edir. Bu amillərin təsirinin aradan 
qaldırılması  üçün  onda  birtipli  biokimyəvi  dəyişikliklər  baş  verir.  Orqanizmin 
müxtəlif  mühit  amillərinin  təsirinə  qarşı  ümumi  neyrohumoral  reaksiyası,  onun 
əlverişli vəziyyətindən kənara çıxması halları stress  adlanır.  
 
 
“Mənim stress səviyyəm” 
Suallara cavab verərək qarşısında (+ və – )işarələrini qoyun.  
Son aylarda sən:  
1.  Məktəbdə yoxlama işi yazmısan. 
2.  Kiminləsə bərk mübahisə və yaxud dalaşmısan. 
3.  Dərslərə və yaxud başqa yerlərə gecikmisən. 
4.  Səni həyəcanlandıran nəsə baş vermişdir. 
5.  Özünü tənha hiss etmisən, qəmlənmisən. 
6.  Sinif qarşısında çıxış etmisən. 
7.  Yeni gördüyün adamla qarşılaşmısan. 
8.  Valideynlərinlə münasibətlərində problemlər 
yaşamısan. 
9.  Yarışlarda var qüvvənlə qalib gəlməyə 
çalışmısan. 
10.  İşlərin hədsiz çox olmuşdur. 
11.  Dərslərinə hazırlaşanda problemlər olmuşdur. 
12.  Üzərinə düşən vəzifələri yerinə yetirə 
bilməmisən. 
13.  Hər hansı bir işdə birinci olmalı idin. 
14.  Böyük bir tədbirin təşkilinə kömək etmisən. 
15.  Özünü itirmisən. 
– Daha hansı amillər stresə gətirib çıxara bilər?
 
 
1
Fәaliyyәt
 
Test
 
45 
– Hansı amillər insanın sağlamlığına mənfi təsir edir? 
– Bu amilləri necə sistemləşdirmək olar? 
– Bu amillərin təsiri nəyə səbəb olur? 
 
 
Müsbət cavabların sayı: 
• 0 – 5 arası olarsa, stress 
səviyyəsi aşağıdır; 
• 6-dan 10-a qədər orta 
səviyyədir; 
• 11-dən 15-ə kimi stress 
səviyyəsi çox yüksəkdir.
 
VII fəsil 
İNSAN SAĞLAMLIĞINA 
ƏTRAF MÜHİTİN TƏSİRİ 
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə