B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə55/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   51   52   53   54   55   56   57   58   ...   63

 
 
172 
 
Stress.  Stress (ing.  “stress” – təzyiq, gərginlik) an-
layışı  Kanada  alimi  Hans  Selye  tərəfindən  irəli  sü-
rülmüşdür.  O,  stresi  hər  hansı  bir  amilin  təsirinə  qarşı 
orqanizmdə yaranan müdafiə refleksləri kimi müəyyən 
etmişdir. Stress – güclü qıcıqların təsirindən insanda yaranan gərginlik vəziyyətidir 
və bu gərginlik daha çox emosional qıcıqlara qarşı yaranır. İnsanın psixikasına edilən 
istənilən  təsir  cavab  stressi  yaradır,  yəni  stress  orqanizmin  qıcıqlandırıcı  amillərə 
qarşı cavabıdır. Bu zaman orqanizmdə müəyyən fizioloji dəyişikliklər baş verir.  
Stress yaradan amillәr. Həyatda baş verən dəyişikliklər, emosional münaqişə-
lər,  qorxu,  yorğunluq,  fiziki  zədələnmələr,  havanın  temperaturunun  kəskin  dəyiş-
məsi, səs-küy, xəstəliklər və  s. stress yaradan amillərdir. Bu amillərə qarşı cavab 
insanın  fiziki  və  psixoloji  vəziyyətindən,  həmçinin  onun  bu  qıcıqlara  məşqetmə 
dərəcəsindən asılıdır. Emosional stresslər həyat ritminin kəskin dəyişməsindən və 
münaqişələrdən yaranır. İnsanda intensivliyinə görə oxşar stresslər həm ciddi təhlü-
kədən, həm də yaradıcı müvəffəqiyyətdən baş verə bilər.  
 
 
 
Stresin  mәrhәlәlәri.  Güclü  stresin  sağlamlığa  tәsiri.  Stresin  3  mərhələsini 
ayırırlar: orqanizmin səfərbər edilməsi (hәyәcan mәrhәlәsi), qıcığa qarşı 
müqavimət
 
göstərilməsi (uyğunlaşma mәrhәlәsi) və orqanizmin zəifləməsi (zәiflәmә 
mәrhәlәsi
).  
Orqanizmin sәfәrbәr edilmәsi mәrhәlәsindә insanda ürək döyüntüsü sürətlənir, 
qan təzyiqi yüksəlir, qanda adrenalinin miqdarı artır, əzələlərə çoxlu qan gəlir, həzm 
prosesi  zəifləyir.  İnsan  fövqəladə  vəziyyətlərdə  öz  həyat  və  sağlamlığını  xilas  et-
məyə hazır olur. Nəticədə stress amilinin təsirinə qarşı həyəcan yaranır. Bu reaksiya 
orqanizmı müdafiəyə səfərbər edir. 
 
 
 
•  Statistik  məlumatlara  görə,  ABŞ  (bu  ölkə  ilk  dəfə  stress  problemini 
müəyyən  etmişdir)  əhalisi  arasında  90%-i  güclü  stress  keçirir.  Onların 
60%-i həftədə 1-2 dəfə, 30%-i isə hər gün stress vəziyyətinə düşür.  
• 
stress 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


 
 
173 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

Qıcığa qarşı müqavimәt göstәrilmәsi mәrhәlәsindә orqanizm müqavimət  göstə-
rir və nəticədə bilavasitə baş verən təhlükə  zəifləyir. Bu zaman streslərin təsirini dəf 
etmək üçün yüksək dərəcədə  uyğunlaşma qabiliyyəti əldə edilir. 
Orqanizmin zәiflәmәsi  mәrhәlәsindә  orqanizmin  stresə  qarşı  müqaviməti  azalır. 
Proses  stress uzun  müddət  davam  etdikdə  baş  verir.  Bu  mərhələdə  əsəbilik,  aydın 
olmayan həyəcan, tezyorulma, qıcıqlılıq, ruh düşkünlüyü, yuxusuzluq, başağrısı və s. 
kimi hallar müşahidə edilir. Lakin streslər heç də həmişə orqanizmə ziyan vurmur. 
Məsələn,  orta  dərəcəli  streslər  orqanizmin  daha  effektiv  fəaliyyətini  təmin  edir  və 
insan bədənini zəiflətmədən lazım olan məqsədə çatır. Zərərli streslər orqanizmin mü-
qavimətini zəiflədir, əhvalını pisləşdirir və xəstəliklərin inkişafına səbəb olur. Əgər 
orqanizmin dəyişən funksiyası öz əvvəlki səviyyəsinə tez qayıdırsa, stress hətta faydalı 
olur. Faydalı streslər orqanizmin imkanlarını səfərbər  edir, onun müxtəlif xəstəliklərə 
qarşı  bədənin  müqavimətini  və  orqanizmin  mühitin  dəyişən  vəziyyətinə  uyğun-
laşmasını artırır.  
 
 
Uyğunluğu müəyyən edin:  
– Sizin xasiyyətinizin hansı xüsusiyyətləri var? 
 
 
 
Streslә mübarizә. İnsan streslə mübarizənin ümumi prinsiplərinə əməl edərək öz 
davranışını tənzimləmək baçarığına nail olmalıdır. O, aktiv fəaliyyəti üçün  faydalı 
olan stresləri optimal səviyyədə saxlamağı bacarmalıdır. Bunun üçün daim öz fiziki 
və psixoloji imkanlarını genişləndirməli, münaqişələrdən qaçmalıdır. 
 
 
 
A. Münaqişəyə sövq edir 
 
B. Münaqişəni yaranmağa 
qoymur 
Xasiyyətin əlamətləri: 
1. Səbirli olmaq 
2. Tez əsəbiləşmək 
3. Təvazökarlıq  
4. Sadəlövhlük 
5. Özünə tənqid ilə yanaşmaq 
6. Özünə nəzarət 
7. Şübhəlilik 
8. İnciklilik 
9. Tez özündən çıxmaq 
10. Bağışlaya bilmək 
11. Xeyirxahlıq 
12. Ədəbsizlik, qabalıq 
13. Lovğalıq 
14. Hövsələsizlik 
15. Tərbiyəlilik
 
2
Fәaliyyәt
 
LAYİHƏ


 
 
174 
 
 
 
1. Müvafiq anlayışlardan istifadә edәrәk sxemi tamamlayın: 
1. Soyuq  
2. Münaqişəli vəziyyət  
3. Çoxlu dərman qəbul etmək  
4. Yorğunluq  
5. Ətraf mühitin çirklənməsi  
6. Zərərli vərdişlər   
7. Güclü fiziki yük  
8. İsti  
9. Qorxu 
 
 
2. Stresin mәrhәlәlәrini xarakterizә edәn ifadәlәri ardıcıllıqla düzün vә mәrhәlәlәri 
adlandırın.  
a)  Orqanizm stresə səbəb olan mühitin mənfi və güclü amilinə qarşı davam gətirir. 
Lakin bu zaman orqanizmin digər mənfi amillərə qarşı dözümlülüyü və immuni-
teti aşağı düşür.  
b)  Orqanizm bu amilə qarşı dura bilmir və müxtəlif xəstəliklər meydana çıxır.   
c)  Stress amilinə qarşı mübarizə aparmaq üçün orqanizm bütün qüvvələrini səfərbər 
edir. 
1  ? 
 
2  ? 
 
3  ? 
 
 
3. Aşağıda tәklif olunan formaların birindә öz biliklәrinizdәn, müşahidәlәrinizdәn 
vә әlavә  mәnbәlәrdәn istifadә edәrәk: 
  “Stresdən necə qorunmalı?” mövzusunda radioverilişin ssenarisini hazırlayın 
  “Şagird stress vəziyyətindən  necə qorunsun?” mövzusunda yeniyetmələr üçün   
jurnala məqalə hazırlayın 
  “Stresdən müdafiə” mövzusunda reklam çarxı üçün ssenari yazın 
 
 
 
 
Orqanizmin gərginliyinə səbəb olan amillər
Psixoloji: ...
Fiziki:
...
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə