B9az(00titul1-9)



Yüklə 4,27 Kb.
Pdf görüntüsü
səhifə57/63
tarix14.10.2017
ölçüsü4,27 Kb.
#4751
növüDərs
1   ...   53   54   55   56   57   58   59   60   ...   63

 
 
178 
 
 İ
NSAN İRSİYYƏTİNİN ÖYRƏNİLMƏSİ ÜSULLARI 
 
 
Digər orqanizmlərdə rast gəlinən irsiyyət qanunauyğunluqları insan üçün  də sə-
ciyyəvidir.  Lakin  bu  orqanizmlərlə  müqayisədə  insanda  irsiyyət  və  dəyişkənliyin 
qanunauyğunluqlarının öyrənilməsi çətinlik törədir.  
İlk növbədə, insan üzərində birbaşa təcrübələr aparmaq mümkün deyil. Bundan 
başqa, insan gec çoxalır, az nəsil verir. Ona görə də insan irsiyyətini və onda baş 
verən dəyişikliyin öyrənilməsi üçün xüsusi üsullar işlənib hazırlanmışdır. 
Genealoji üsul  nəsil ağacının (şəcərəsinin) öyrənilməsinə əsaslanır. Bu zaman 
xüsusi  simvollardan  istifadə  etməklə  və  qo-
humluq  dərəcələrini  göstərməklə  öyrəniləcək 
əlamət qrafik təsvir olunur. Bununla nəsil ağacı 
(şəcərəsi)  tərtib  edilir,  öyrəniləcək  əlamət  qo-
hum qruplarda azı 3 nəsildə izlənilir.  Bununla 
әlamәtin dominant və ya resessiv keçmәsi mü-
əyyənləşdirilir. 
 
 
  
Әkizlik üsulu. Genealoji üsulla əlamətin dominant və ya resessiv olduğu müəy-
yənləşdirilsə də, mühitin bu əlamətlərə necə təsir göstərməsinin öyrənilməsi müm-
kün olmur. Mühitin genotipə təsirinin müəyyən edilməsi üçün əkizlik üsulundan isti-
fadə  olunur.  Bu  təsirlər  bir  və  ya  müxtəlif  yumurta  əkizləri  üzərində  öyrənilir  və 
47 
– İnsan hansı xromosom yığımına malikdir? 
– Qadının və kişinin xromosom yığımı necə fərqlənir? 
– Uşağın cinsiyyəti nə zaman və necə müəyyən olunur? 
 
 
 
Fәaliyyәt
Məsələni həll edin 
•  Ailənin irsiyyətində saçın bir hissəsinin ağ olması (“ağ çəng”) dominant əlamətinə rast 
gəlinir (sxemə bax). Valideynlərin hansında “ağ çəng” olur? Uşaqların neçə faizində bu 
əlamətə rast gəlinir. Niyə 5 və 7-ci fərdlərdə “ağ çəng” əlaməti olmur? 
Saçın “ağ çəng” xüsusiyyətinin irsən ötürülməsi 
Kişi           Qadın         Öyrənilən əlamət                  Nikah
 Uşaqlar
 
Nəsil ağacı tərtib edərkən 
aşağıdakı qaydalara əməl edin: 
a) nəsil ağacının tərtib edilməsi 
öyrənilən insandan başlanılır;  
b) qardaş və bacılar anadan olma 
ardıcıllığı ilə soldan sağa  doğru 
yerləşdirilir;  
c) hər nəslin nümayəndələri bir 
sırada yerləşdirilir. 
!
LAYİHƏ


 
 
179 
 
•   VII  fəsil  • 
İnsan sağlamlığına ətraf mühitin
 
təsiri 
• 

sonra  nəticələr  analiz  edilir.  Əkizlik  üsulu  ilə  sifətdə  çilliliyin,  barmaq  izlərinin 
keçməsi, infeksion xəstəliklərə meyillilik və s. kimi əlamətlər öyrənilmişdir.  
 
Əkizlik üsulu 
 
 
Sitogenetik üsul. Bu üsul xromosomların miqdarının, quruluşunun öyrənilmə-
sinə əsaslanır. İnsanın xromosom xəstəliklərinin əsas səbəbi xromosomda müəyyən 
sahələrin itməsi, onun quruluşunda baş verən dəyişikliklər, xromosom yığımında  ar-
tıq xromosomların olması və ya itməsidir. Xromosomlarda olan çatışmazlıqlar həm 
autosom,  həm  də  cinsiyyət  xromosomlarında  baş  verə  bilir.  Autosom  xromosom-
larda baş verən çatışmazlıqlara misal kimi Daun sindromunu göstərmək olar.  
 
 
Sitogenetik üsul 
İnsanın normal kariotipi 
• Mayalanmada 
əkizin sayından 
asılı olmayaraq bir 
yumurta-hüceyrə və
bir spermatozoid 
iştirak edir.
 
Müxtəlif yumurta 
əkizləri 
Bir yumurta 
əkizləri 
• Əkizlər eyni 
ciftə malik 
olurlar. 
 
• Mayalanmada 
doğulan uşaqların 
sayından asılı 
olaraq, iki və daha 
artıq yumurta-
hüceyrə və sper-
matozoid iştirak 
edir. 
• Əkizlərin hər 
birinin öz cifti 
olur. 
 
LAYİHƏ


 
 
180 
 
Biokimyәvi üsul insan orqanizmində gedən maddələr mübadiləsində baş verən 
çatışmazlıqların  səbəblərini  öyrənmək  üçün  tətbiq  edilir.  İnsanda  baş  verən  çatış-
mazlıqlar  bəzən  maddələr  mübadiləsində  irsi  amillərlə  müəyyən  edilən  patoloji 
pozuntularla  əlaqədar  ola  bilir;  məsələn,  insandakı  şəkərli  diabet  bu  cür  xəstəlik-
lərdəndir.    
 
 
 
İnsanın genetik müxtәlifliyi. İnsanın xarici görünüşü, fiziki və əqli imkanları, 
xarakteri, xəstəliklərə meyilliliyi və ya dözümlülüyü, ömrünün təbii uzunluğu və s.  
valideynlərdən aldığı genlərdən asılıdır. Bu, genetik müxtəlifliyi yaradır.  
Genetik müxtəliflik dedikdə növ daxilində baş verən müxtəlif dəyişikliklər başa 
düşülür. Belə müxtəliflik sayəsində orqanizmdə xarici mühitin müxtəlif təsirlərinə 
qarşı  dözümlülük  yaranır.  Məsələn,  bəzi  insanlar  ətraf 
mühitin çirklənməsinə dözə bilsə də, digər gen yığımına 
malik olanlarda buna qarşı bədən müqaviməti zəifləyir, 
hətta ölüm halları baş verir. Bu səbəbdən insanın gene-
tikasını öyrənərkən bir çox əlamətlərin irsən keçməsi və 
onlara ətraf mühitin təsiri ciddi tədqiq edilir. 
 
 
 
 
1. Şәrti işarәlәri müvafiq anlayışların qarşısında qeyd edin. 
G – genealoji üsul 
Ә – әkizlik üsulu 
S – sitogenetik üsul 
B – biokimyәvi üsul 

 
Xromosomların miqdarı və quruluş xüsusiyyətlərinə əsaslanan 
insan irsiyyətinin öyrənilməsi üsulu 

 
Uşağın inkişafına genotipin və mühitin təsirini öyrənən üsul. 

 
İnsanlarda əlamətlərin irsən ötürülməsinin qanunauyğunluqlarını 
öyrənən üsul. 

 
Bu üsul vasitəsilə xromosomların artıq və ya əskik olması ilə 
əlaqədar xəstəliklər öyrənilmişdir.    

 
İnsanın irsiyyətinin öyrənilməsinə əsaslanan üsul.  

 
Sağlam və xəstə adamların xromosom yığımını tədqiq edən üsul. 

 
Maddələr mübadiləsindəki pozğunluqları öyrənən üsul. 
 
 
Biokimyəvi üsul
Oraqşəkilli hüceyrə anemiyası 
(qanazlığı) 
 
ÖYRƏNDİKLƏRİNİZİ TƏTBİQ EDİN VƏ YOXLAYIN

genealoji üsul  

 əkizlik üsulu  

 süitogenetik üsul  

 biokimyəvi üsul 
A ç a r   s ö z l ә r  
LAYİHƏ


Yüklə 4,27 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə