Babaxanova Nigar Xan qızı



Yüklə 213,05 Kb.
Pdf görüntüsü
səhifə22/61
tarix10.11.2017
ölçüsü213,05 Kb.
#9577
1   ...   18   19   20   21   22   23   24   25   ...   61

tərəfdaşlarla yazışmaları bir daha təftiş edərək 387 təşkilatla
daha davamlı əlaqələrə malik olduğunu təsbit etdi. 1973-cü
ildən  etibarən  “Komplektləşdirmə  və  beynəlxalq  kitab
mübadiləsi şöbəsi”nin “Xarici dillərdə (Avropa dillərində)
ədəbiyyatın komplektləşdirilməsi” sektorunun əməkdaşları
xarici  dövri  nəşrləri  inventar  kitabında  qeyd  etməməyə
başladılar ki, bu da komplektləşdirmənin tamamlanmasına
şərait yaratdı. Bunun nəticəsində “Journal of the Chemical
Society”, “Zeitschrift für Astrophysik”, “Journal Asiatique”,
“Architects Journal” kimi yeni jurnallar əldə olundu. 
Bununla bərabər, Kitabxana tanınmış Azərbaycan ədə -
biy yatşünası, professor Əhməd Cəfəroğlunun “75 Azar baj -
ganische Lieder “Bajaty” in der Mundart  von Ganğa nebst
einer spachlichen Erklarung” (“Gəncə dialektində 75 Azər -
baycan  bayatısının  dil  baxımından  təhlili”,  1930)  adlı
qiymətli kitabını əldə etmişdi. Yeri gəlmişkən, qeyd etmək
lazımdır ki, professor Ə.Cəfəroğlu 15 may 1929-cu ildə Bres-
lau  Universitetində  (indiki  Vroslav  Universiteti,  Polşa)
məşhur şərqşünas Fridrix Gizenin rəhbərliyi ilə bu mövzuda
dissertasiya  yazmış  və  onun  müdafiəsinə  nail  olmuşdu.
1973-cü ildə Kitabxananın əldə etdiyi dəyərli nəşrlər ara -
sında “Die musik der Araber” (1842), “Progress in industrial
microbiology” (11 cilddə), “Musiqi tarixi: Misir və İslam”
(Almaniya Dövlət Kitabxanasından), “Kimyəvi struktur və
reaksiyaların  mikrodalğalı  tədqiqi”  (Macarıstan  EA-nın
kitabxanasından), “Yarımkeçiricilər fizikası üzrə II bey nəl -
xalq  konfransın  materialları”  (Polşa  EA-nın  kitab xa na -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
86


sından), “İslamaqədərki türk incəsənətinin tədqiqi” (Tür kiyə
Milli  Kitabxanasından),  “Cəbri  topologiyaya  giriş”  (Bri-
taniya kitabxanasından) və s. kimi nəşrlər də vardı. 
1973-cü ildə Kitabxana bir sıra xarici tərəfdaşı ilə-Al-
bert  Universiteti  (Kanada),  London  Linnean  Cəmiyyəti,
Santyaqo Universitetinin Coğrafiya İnstitutu, Yaponiya Neft
İnstitutu  və  Milan  Botanika  İnstitutu  ilə  əlaqələrini  da -
yandırdı.  Əvəzində  Upsala  Universiteti  (ABŞ),  Yaponiya
Elmlər Akademiyasının kitabxanası, Yuqoslaviyanın “İqtisadi
təhlil” jurnalının redaksiyası və ayrı-ayrı alimlərlə-Şiro Ha-
tori (Yaponiya), Eduard Trıyarski (Polşa) və Rona Taş (Ma -
carıstan) ilə ilk dəfə əlaqə quruldu.
1973-cü ildə Kitabxanaya Şərq ölkələrinin dillərində
2002 nüsxə çap vahidi daxil olmuşdu. Bağdad universiteti,
İraq Elmlər Akademiyası, İraq Milli Kitabxanası Ərəb Dili
Akademiyası (Suriya), İran Mədəniyyət Fondu, Tehran uni-
versiteti kimi elm və təhsil müəssisələri ilə əlaqələr daha da
genişlənmişdi. Akademik Z.Bünyadov öz şəxsi kitabxanasın -
dan ərəb ölkələrində dərc olunan bir neçə dəst elmi jurnalı
Kitabxanaya hədiyyə etmişdi. 
Bu illərdə Mərkəzi Elmi Kitabxana xarici ədəbiyyatın
komplektləşdirilməsi sahəsində respublikanın digər aparıcı
kitabxanaları ilə əməkdaşlıq edir, fəaliyyətini koordinasiyalı
şəkildə qururdu. Məsələn, 1971-1973-cü illər ərzində Kitab -
xana M.F.Axundov adına Respublika kitabxanası ilə birgə
İran kitabxanalarına 900-dən artıq kitab və jurnal göndərmiş,
İrandan isə 563 kitab və jurnal almışdı [103, s. 78].
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
87


1974-cü il Mərkəzi Elmi Kitabxananın beynəlxalq elmi
əlaqələr tarixində məhsuldar illərdən biri idi. Belə ki, həmin
ildən etibarən Kitabxana beynəlxalq kitab və elmi-texniki in-
formasiya  mübadiləsi  sahəsində  görülən  işlərin  həcmini
artırmış, bu istiqamətdəki fəaliyyətini daha da təkmilləşdir -
miş di. 1974-cü ildə Kitabxananın təşəbbüsü ilə filial kitabxa -
nala rında  da  xarici  ədəbiyyat  sərgiləri  təşkil  olunmağa
baş ladı.  Fiziki  İnstitutunda  “Mərkəzi  Elmi  Kitabxanaya
1969-1974-cü illərdə fizika üzrə daxil olmuş xarici ədə biy -
yat”, Dərin Neft-qaz yataqlarının problemləri institutunda
(in diki Geologiya İnstitutu) “1973-74-cü illərdə geologiya
üzrə xaricdən alınmış ədəbiyyat” adlı sərgilər keçirilmişdi. 
Həmin il Kitabxanaya 18705 nüsxə xarici ədəbiyyat
(4125 nüsxə abunə yolu ilə, qalanları isə mübadilə vasitəsilə)
daxil olmuş, 11002 nüsxə çap vahidi, o cümlədən 3270 kitab
və 7732 nüsxə elmi jurnal mübadilə yolu ilə xaricə gön dəril -
mişdi. Kitabxana 50 ölkənin 528 təşkilatı ilə əlaqə saxlayırdı.
Əsasən təbiət elmləri üzrə nəşri davam edən ədəbiyyatın,
soraq-məlumat nəşrlərinin və monoqrafiyaların əldə olun -
masına diqqət ayrılırdı. 
1974-cü ildə Kitabxana müxtəlif mövzular üzrə ədə -
biyyat mübadiləsini həyata keçirmək məqsədilə 65 xarici elm
və təhsil müəssisəsinə, kitabxana və muzeylərə rus və ingilis
dilində müraciət məktubları ünvanlamışdı. 50 təşkilat mü -
ra ciəti müsbət cavablandırmış və Kitabxana 70 adda yeni
elmi jurnal əldə etmişdi. Məsələn, Macarıstandan “Periodica
Matematica”, “Problems of Control and Information”, Fran -
BEYNƏLXALQ İNFORMASİYA MÜHİTİ
88


sa -dan “Annales de Phytopathologie”, Yaponiya-dan “Bul-
letin of the Japan Petroleum Institute”, Polşadan “Postepy
Microbiologii”, ABŞ-dan isə “Journal of Asian History” adlı
elmi jurnallar alınmışdı. Bir neçə jurnala - “Monatshefte für
Chemie”, “Atti della Academia Nazionale de Lincei” valyuta
ilə abunə dayandırılmış və bu nəşrlər xarici kitabxanalardan
mübadilə yolu ilə əldə olunmağa başlamışdı. 
1974-cü ildə Avstriya Elmlər Akademiyası (Vyana),
Hüquq və dövlətçilik üzrə Elmlər Akademiyası (Potsdam),
Elmi-texniki Tədqiqatlar Departamentinin Mərkəzi Kitab -
xa nası  (Vellinqton)  ilə  əməkdaşlıq  yüksək  səviyyəyə  çat -
dırıldı.  Xarici  ədəbiyyatın  əlavə  komplektləşdirilməsi
nəticəsində 216 nəşrin mikrofilmi əldə olundu. Ümumilikdə,
677 xarici çap vahidi əlavə komplektləşdirmə nəticəsində
fonda daxil edildi. Onların arasında “Helvetica Physica Acta”,
“Journal of the Chemical Society”, “Bulletin of the American
Mathematical Society”, “Chemical Engineering Sciences”
kimi jurnallar, Ketlin Lenqlinin “Industrialization of Iraq”
(1961), Fain və Xaninin “Quantum Electronics” (1969), İo-
hann Mundhenkin “Friedrich Bodenstedt und Mirza Schaf -
fy” (1971) adlı monoqrafiyaları da var idi.
Məhz 1974-cü ildə ilk dəfə İtaliya Milli Elmlər Aka de -
mi yasının kitabxanası, İllinoys və Braun universitetlərinin
(ABŞ) kitabxanası ilə əlaqələr quruldu. Bunun nəticəsində
“Encyc lopedia Americana” (30 buraxılış), Lothar Rath man -
nın “Die Arbeiterklasse in Asien und Afrika”, Mate Majorun
“Geschichte der architektur”, Vieslav Zelaskonun “Banach
ELMİ-MƏDƏNİ İNTEQRASİYA
89


Yüklə 213,05 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə