Bakı Məişət tullantılarının yandırılma ilə emalı zavodunun tikintisi və istismarı



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/81
tarix26.01.2018
ölçüsü5,01 Kb.
#22496
1   ...   44   45   46   47   48   49   50   51   ...   81

intensiv  axıdılması  şəraitində  gölün  səviyyəsi  durmadan  qalxmış  və  qrunt  suları  artıq  gölün 
qidalandırılmasında iştirak edə bilməmişdi.   
İstər  səthinin  sahəsinə  görə,  istərsə  də  insanların  təsərrüfat  fəaliyyəti  ilə  əlaqədar  Böyük 
Şor  gölü  özünün  formalaşması  və  qidalanması  şəraitinə  görə  Abşeron  gölləri  arasında  xüsusi  yer 
tutur. İlkin təbii yaranma xüsusiyyətinə görə göl xörək duzu mənbəyi, habelə müalicə əhəmiyyətli 
palçığına  görə  diqqəti  cəlb  edirdi.  Xörək  duzu  hasilatına  göldə  1932-ci  ildən  başlanmışdır.  Bu 
məqsədlə qərb sahillərində “Bakıduz” trestinə məxsus 44 sayda hovuz inşa edilmişdir. Lakin gölün 
duzu  aşağı  keyfiyyətli  idi.  Böyük  Şor  gölünün  dibi  5-8  sm  qalınlıqlı  kükürd,  brom  və  yod  qalıqlı 
natrium  xlor  duzu  qatından,  5-25  sm  az  miqdarda  duz  kristalları  olan  sarı  rəngli  yağlıtəhər  gil 
qatından  və 5-24  m qalınlıqlı  qara rəngdən başlayaraqi, tədricən  yaşılımtıl-boz rəngə  keçən  vaksa 
(çökmə yağı) bənzər gil qatından ibarətdir. 
XX əsrin əvvəllərində gölün sahəsi 8,97 kvadrat kilometr,  suyun həcmi isə 0,5 milyon kub 
metr olmuşdur. Lakin əsrin 70-ci illərindən başlayaraq, gölə sutkada orta hesabla 100 min kub metr 
neft-mədən lay suları axıdılmışdır. Bu sulara bir sıra müəssisə, istehsalat və yaşayış məntəqələrinin 
fekal çirkab suları da əlavə olunur. Aydındır ki, çirkab sularının təmizləyici qurğulardan keçmədən 
birbaşa  gölə  axıdıldığından  həm  gölün  özündə,  həm  də  ətraf  sahil  zonasında  dözülməz 
antisanitariya  şəraiti  yaranmasına  səbəb  olmuşdur.  Gölün  su  səthi  neftli  təbəqə  ilə  örtülmüş,  sahil 
zolaqları isə bitumlaşmış neft maddələrindən ibarət tullantılarla çirklənmişdir.  
Böyük  Şor  gölünün  çirklənməsində  həm  də  sahil  zonalarda  yaradılmış  məişət  tullantıları 
zibillikləridir.  Heç  bir  sanitar  və  texniki  mühafizə  təminatı  olmayan  bu  zibilliklərdə  tullantıların 
təbii və ya termiki parçalanması zamanı əmələ gələn toksiki birləşmələr və ağır metallar torpaqlara, 
oradan da qrunt sularına nüfuz edərək,  göl sularının daha da çirklənməsinə səbəb olmuşdur. Ətraf 
mühitin  tədqiqatları  zamanı  göl  sularının  ağır  metallarla  çirklənmə  səviyyəsi  kimyəvi  analizlərə 
əsasən müəyyən olunmuş və YVQ normaları ilə müqayisə olunmuşdur. Nəticələr cədvəldə təqdim 
olunur. 
 
Cədvəl 5.5.  Böyük Şor gölü sularında ağır metalların miqdarı 
 
YVQ  
 
Kimyəvi  elementlər 
 
Miqdarı, mq/l  İçməli-təsərrüfat kateqoriyası 
üzrə 
Balıq 
təsərrüfatı 
kateqoriyası üzrə 
Arsen  (As0 
14,25
 
0,05 
0,05
 
Dəmir (Fe)
 
3,71
 
0,3
 
0,5
 
Vanadium (V)
 
192,1
 
0,1
 
0,001
 
Nikel (Ni) 
12,51
 
0,1
 
0,01
 
Sink (Zn)
 
90,9
 
1,0
 
0,01
 
Civə (Hg) 
<0,6
 
0,0005
 
0,001
 
Xrom (Cr) 
13,84
 
0,1
 
0,001
 
Mis (Cu)
 
24,34
 
1,0
 
0,01
 


Qurğuşun (Pb) 
19,63
 
0,1
 
0,1
 
Kadmium (Cd) 
0,12
 
0,01
 
0,005
 
 
Göl  sularında  araşdırılmış  ağır  metalların  miqdarı  həm  içməli-təsərrüfat  suları  və  həm  də 
balıq təsərrüfatı suları kateqoriyaları üçün yol verilən normalardan qat-qat çox olmuşdur:  
arsenin miqdarına görə – hər iki kateqoriya üzrə 285 dəfə; 
dəmirin miqdarına görə – uyğun olaraq 12,37 və 7,42 dəfə;  
vanadiumun miqdarına görə – uyğun olaraq 941 və 94100 dəfə;  
nikelin miqdarına görə – uyğun olaraq 125,1 və 1251 dəfə;  
sinkin miqdarına görə – uyğun olaraq 85,9  və 100 dəfə;  
civənin miqdarına görə – uyğun olaraq 1200 və 600 dəfə;  
xromun miqdarına görə – uyğun olaraq 13,84 və 13840 dəfə;  
misin miqdarına görə – uyğun olaraq 24,34 və 2434 dəfə;  
qurğuşunun miqdarına görə – hər iki kateqoriya üzrə 196,3 dəfə;  
kadmiumun miqdarına görə – uyğun olaraq 12 və 24 dəfə.  
 
Məişət  tullantılarının  emalı  zavodunun  tikintisi  üçün  ayrılan  ərazidə  təbii  su  hövzəsi 
yoxdur.  Yalnız sahənin şərti  AB sərhədinin  mərkəzindən uc  A  nöqtəsinə  qədər  maili  istiqamətdə 
lay  sularının  əmələ  gətirdiyi  uzunsov  U-ya  oxşar  formalı  çuxur  yerləşmişdir.  Küləyin  təsirindən 
suyun üzərindəki qara neft maddələrindən ibarət lay çuxurun sahil hissələrində toplanmışcır. Şimal-
qərb istiqamətində  layihələndirilən sahədən  kənarda – asfalt beton zavodunun  qarşısında  mazutlu 
sulardan  ibarət  kanal  uzanır.  Görünür,  bu  yerlər  vaxtı  ilə  neft  çıxarma  sənayesi  tərəfindən 
istismarda  olmuşdur.  Beton  zavoduna  tərəf  ərazilərdə    torpaq  qatının  üzərini  örtən  və  çoxdan 
quruyub  qaysaq əmələ  gətirmiş bituma bənzər parçalanmış  qatın  olması  da bu fikrə  gəlməyə əsas 
verir. Sulu çuxurun yuyulmuş sahil divarları da onun çoxdan mövcud olmasını göstərir.  
 
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.24 - 5.27. Ərazidə neft maddələri ilə çirklənmiş lay suları çuxuru 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 5.28. Asfalt-beton zavodu qarşısından keçən mazutlu su kanalı 
 
Zavodun  layihələndirildiyi  ərazi  hidrogeoloji  cəhətdən  Abşeron  yarımadasının  qərb 
hissəsinin mərkəz rayonuna aiddir. Ərazidə üst təbaşir və miosen-paleogen çöküntüləri yayılmışdır 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   81




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə