Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə61/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   57   58   59   60   61   62   63   64   ...   137

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
237
türkləri Osmanlı dövlətindən  əsgəri kömək istəmək 
məcburiyyətində qaldı. 
Bolşevik Rusiyası Bakı  şəhərini Rusiyanın ayrılmaz bir 
hissəsi elan etdi. Nəticədə Osmanlı hökuməti Brest-Litovsk 
sazişinin 
şərtlərini pozmaq məcburiyyətində qalaraq 
Azərbaycanı bolşeviklərin  əlindən qurtarmaq hərəkatına baş-
lamaq qərarını verdi. Sovet Rusiyası türk ordusunun Azər-
baycan hərakatını dayandırmaq üçün başqa bir faktordan 
istifadə etməyə başladı. Belə ki, Rusiya Almaniya-Osmanlı 
münasibətlərini nəzərə alıb, Bakı neftinin bir hissəsini 
Almaniyaya verməklə almanların  əli ilə türklərin Bakı 
yürüşünü dayandırmaq niyyətində idi. Odur ki, Brest-Litovsk 
sülh müqaviləsinə  əlavə olaraq 1918-ci il 27 avqust tarixli 
sovet-alman sazişi imzalandı.  Əlavə müqavilənin XIV 
maddəsinə uyğun olaraq almanlar türk ordusunun Bakı, Şamaxı 
və Quba qəzalarının sərhədlərini keçməsinə imkan verməməli 
idi. 
Digər tərəfdən, Sovet hökuməti almanların Bakıdakı 
ingilis qoşunlarına qarşı  hərbi  əməliyyatlarına reaksiya ver-
məməli idi. Almaniya bir tərəfdən Bakı neftindən pay almaq 
üçün türk ordusunun Azərbaycan hərəkatına manc olmaq is-
təyirdisə, digər tərəfdən, bütövlükdə Bakı şəhərini ələ keçirmək 
üçün türklərlə birgə hərəkat etmək məqsədi güdürdü. 
Ənvər Paşa Osmanlı ordusunun Azərbaycana hərbi 
yardımını dayandırmağa yönəlmiş alman və sovet təzyiqlərinə 
əhəmiyyət vermədən bu tarixi fürsətdən məharətlə istifadə 
edərək ordunun Azərbaycan hərəkatına ciddi yanaşdı. 
Almaniyanın təkliflərini rədd etməklə, ordunun Azərbaycan 
hərəkatına hazırlığı davam etdirdi. Almaniya-Rusiya söv-
dələşməsi bütövlükdə Osmanlı dövlətini Cənubi Qafqazdan 
çıxarmaq məqsədi daşıyırdı. 
Osmanlı ordusunun Azərbaycanda bolşeviklərə qarşı 
apardığı  uğurlu  əməlyyatlar Sovet Rusiyasını ciddi narahat 
VII mühazirə 
 
 
238
edirdi. Rusiya xalq xarici işlər komissarı Ç.Çeçerin Almani-
yadakı rus səfıri A.İoffe vasitəsilə Osmanlı əleyhinə Almaniya 
ilə diplomatik danışıqlara başladı. Xalq xarici işlər komissarı 
Çiçerin bu yolla Bakı Sovetinin sədri S.Şaumyanın kömək üçün 
ardıcıl olaraq mərkəzi hökumətə müraciətlərini nəzərə alıb 
diplomatik vədlər verdi. Sovet Rusiyasının Osmanlı  əleyhinə 
Almaniya ilə yaxınlaşması Rusiyanın Cənubi Qafqaz siyasətinə 
dəstək almaq məqsədi daşıyırdı. Digər tərəfdən bolşevik 
hökumətini Bakı Sovetində sağ  təmayüllü təşkilatların 
ingilisləri Bakıya dəvət etmək çağırışları narahat edirdi. Sovet 
Rusiyası Osmanlı əleyhinə olan mövqeyini ingilislərə də şamil 
edirdi. 
Beynəlxalq durumun gərginləşməsi  xalq  xarici  işlər 
komissarı G.Çiçerini ardıcıl olaraq səfır A.İoffeni təlimat-
landırmağa vadar etdi. Sovet Rusiyası ilə Almaniyanın dip-
lomatik əlaqələrinin genişlənməsini şərtləndirən amillərdən biri 
də Almaniyanın Osmanlının hərbi-siyasi durumu ilə bağlı dərin 
məlumata malik olması idi. 
Ənvər paşa Qafqaz İslam Ordusu komandanına gön-
dərdiyi  əmrlərdə Osmanlı ordusunu Azərbaycan hərəkatını 
dayandırmağa çağırırdısa, istər  Şərq Ordular qrupunun ko-
mandanı Xəlil paşa, istərsə də Qafqaz İslam Ordusu komandanı 
Nuru paşaya göndərdiyi gizli təlimatlarda Bakı istiqamətində 
hərbi genişləndirməyi tələb edirdi. Onun əmri qeyri-rəsmi 
xarakter daşıdığı üçün Istanbuldakı alman böyük elçisi 
Bernsdorf türklərin Azərbaycan hərəkatını qeyri-mümkün 
hesab edirdi. Çünki Bernsdorf Ənvər Paşa, Tələt paşa və xarici 
işlər naziri Nəsimi bəylə  dəfələrlə görüşlər keçirmişdi. Bu
 
görüşlərdə Osmanlı dövlət adamları türk ordusunun 
Azərbaycan hərəkatının rəsmi xarakter daşımadığını inan-
dırmağa çalışırdı. Onlar iddia edirdilər ki, olsa-olsa Nuru paşa 
şəxsi istəyindən Azərbaycan könüllülərinə kömək etmək 
niyyətindədir. Bu məsələdə isə dövlətin heç bir rolu yoxdur. 


Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
239
Alman səfiri Osmanlı hökumətinin bu məlumatlarını öz 
hökumətinə verirdi. 
Sovet Rusiyası Almaniya ilə olan diplomatik əlaqələrin 
nəticəsində bu məlumatı əldə edə bildi. 1918-ci il avqustun 4-
də ingilis hərbi hissələrinin Bakıya daxil olması Osmanlı 
dövlətinin mövqeyini, yəni onların Azərbaycan uğrunda heç bir 
hərəkatda olmadığını təsdiq edirdi. Lakin Moskvanın bu sahədə 
rahatlığı uzun sürmədi. Qafqaz İslam Ordusunun komandanı 
Nuru paşanın imzası ilə Bakının qeyd-şərtsiz təslim olması 
haqqında imzaladığı  bəyanat yenidən Osmanlı ordusunun 
Azərbaycan hərəkatını gündəliyə  çıxarmış oldu. Bununla 
əlaqədar olaraq, Osmanlı dövlətinin Moskvadakı  səfiri Qalib 
Kamal bəy 1918-ci il avqustun 8-də Rusiya xalq xarici işlər 
komissarlığına dəvət olundu. Çiçerinlə  səfır Kamal bəyin 
danışıqlarında hər iki tərəf Brest-Litovsk sülh müqaviləsini əsas 
götürərək biri-birinə qarşılıqlı ittiham irəli sürdü. Qalib Kamal 
bəy bildirdi ki, Rusiyanın daxili vəziyyəti çox qarışıq olduğu 
üçün Brest-Litovsk sülh müqaviləsinin  şərtlərinə  əməl 
olunmasında çətinliklər var. Ona görə  də, o belə durumda 
Moskvada qalmağın məqsədəuyğun olmadığını bildirdi. 
Moskvadakı alman səfiri Mirbaxın bir eser tərəfindən 
öldürülməsi Osmanlı səfirini daha ciddi narahat etdi. O, özünün 
və səfirliyin əməkdaşlarının belə təhlükə ilə qarşılaşdığını dərk 
edərək Moskvanı tərk etməyi qərara aldı. 1918-ci il avqustun 8-
dən etibarən Moskva ilə  İstanbul arasında diplomatik əlaqə 
kəsildi. 
Sovet Rusiyası türk ordusunun Bakı  hərəkatını qabaq-
lamaq üçün Almaniya ilə gizli danışıqları davam etdirdi. 
Rusiyanın Almaniyadakı  səfıri A.İoffe iki dövlət arasında 
müqavilə bağlanmasına nail oldu. 1918-ci il 27 avqust tarixdə 
imzalanmış Brest-Litovsk sülh müqaviləsinə əlavə olan alman-
sovet sazişi birbaşa Azərbaycan Xalq Cümhuriyyəti və Osmanlı 
dövlətinə qarşı yönəlmişdi. IV bəndi Qafqaza aid olub 
VII mühazirə 
 
 
240
aşağıdakı maddələrdən ibarət idi: 
 I. Rusiya Almaniyanın müstəqil bir Gürcüstan dövlətini 
tanınmasını qəbul edirdi; 
 II. Almaniya, Gürcüstan istisna olmaqla Brest-Litovsk 
sülh müqaviləsinə görə Osmanlı dövləti xaricində üçüncü bir 
tərəfə əsgəri yardım göstərməməli idi; 
 III.  Almaniya,  Şamaxı ilə Bakı arasındakı  cəbhəni 
üçüncü bir tərəfin keçməsinə imkan verməməli idi; 
 IV. Rusiya Bakıdan çıxarılan neftin dörddə birini 
Almaniyaya verməli idi. 
 Bütövlükdə, bu müddəalar Almaniyanın müttəfıqi olan 
Osmanlı dövlətinə xəyanət idi. Almaniya həm mənəvi, həm də 
siyasi cəhətdən düzgün hərəkət etməmişdi. 
 Sovet  Rusiyasının və Almaniyanın bütün cəhdlərinə 
baxmayaraq, türk ordusu 1918-ci il sentyabrın 15-də Bakını 
bolşevik-daşnak rejimindən xilas etdi. Rusiya xalq xarici işlər 
komissarı bununla əlaqədar olaraq səfir A.İoffe vasitəsilə 
Almaniyanın diqqətinə bu fikri çatdırdı: Bakının türklər 
tərəfindən işğal olunması ilə Brest-Litovsk sülh müqaviləsi 
pozulmuş olur və Sovet hökuməti bundan sonra özünü Osmanlı 
ilə barış vəziyyətində hesab etmir. 
Rusiya Brest-Litovsk sülh müqaviləsinin Osmanlıya aid 
bəndlərinin qüvvədən düşdüyünü bəyan etdi. 1918-ci il  20 
sentyabr tarixdə Sovet Rusiyası fransız dilində notanı teleqram 
vasitəsilə yaydı. Notada bolşevik hökuməti Bakının türk ordusu 
tərəfindən zəbt olunmasına etiraz etdi. Notada Sovet Rusiyası 
türk qoşunları  tərəfindən Bakının zəbt olunmasından 
təəsüfləndiyini bildirdi... Və Brest-Litovsk müqaviləsinin 
hüquqi qüvvəsini itirdiyini bəyan etdi. Nota xalq xarici işlər 
komissarı Çiçerin tərəfindən imzalanmışdı. 
Sovet Rusiyası birtərəfli qaydada Qars, Ərdəhan və 
Batum üzərində Osmanlı dövlətinin hüququnu tanımadığını 
elan etdi. Yaranmış vəziyyətlə əlaqədar Osmanlı dövlətinin baş 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə