Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə62/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   137

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
241
naziri Tələt paşa və xarici işlər naziri Əhməd Nəsimi bəy 
Almaniya ilə bir daha müzakirələr aparmaq üçün Berlinə gəldi. 
Berlində onlar Sovet səfiri A.İoffe ilə Bakı məsələsini müzakirə 
etdilər. Bu görüşdə Tələt paşa Bakı məsələsinin danışıqlar yolu 
ilə  həll olunmasını  təklif etdi. Tələt paşa Türkiyənin rus 
ərazisini işğal etmək niyyətində olmadığını bildirdi. Eyni 
zamanda türk ordusu tərəfindən Bakının zəbt olunmasının 
müntəzəm xarakter daşımadıgını, Nuru paşanın rəsmi bir şəxs 
olmadığını və ona dövlət tərəfindən bir səlahiyyət verilmədiyini 
bildirdi. Görüşlərin sonunda Tələt paşa Qafqaz işlərinə heç bir 
surətdə qarışmayacağına dair rəsmən yazılı bir təminat verməyə 
hazır olduğunu da bildirdi. 
Həmçinin, türk ordusunun tezliklə Bakıdan çəkiləcəyini 
bəyan etdi. Tələt paşanın bu cür davranmağı müharibənin 
sonunun yaxınlaşdığına və Osmanlı dövlətinin məğlub ola-
cağına qabaqcadan bir işarə idi. Almaniya tərəfindən Os-
manlının Qafqaz siyasəti dəstəklənmədiyi üçün, türk diplo-
matiyası Rusiyaya bəzi güzəştlərə getməyə hazır olduğunu 
göstərdi. Tələt paşanın bu mövqeyindən cəsarət alan İoffe 
1918-ci il 24 sentyabr görüşündə Bakının tamamən boşal-
dılmasını  və  dəymiş  zərərin ödənilməsini Türkiyə  tərəfindən 
tələb etdi. Sovet səfirinin bu cürətli davranışına qarşı Tələt paşa 
türklərin hər hansı bir sahəni Sovet Rusiyasına təslim 
etməyəcəyi fikirini çatdırdı. Berlində bir ay davam edən 
görüşlər heç bir nəticə vermədi. 
Xarici işlər naziri Əhməd Nəsimi bəy Sovet Rusiyasına 
verdiyi son notada türk ordusunun Bakını tutmasında haqlı 
olduğunu bildirdi. Nəhayət, Sovet hökumətindən tələb etdi ki, 
özünün elan etdiyi millətlərin öz müqəddaratını  təyinetmə 
hüquq prinsipinə səmimidirlərsə, bunu Qafqazdakı millətlərə də 
şamil etsinlər. Çatdırıldı ki, V.İ.Leninin millətlərə öz 
müqəddəratını  təyin elmə hüququ vermə planı Sovet 
Rusiyasının daxili vəziyyətini düzəldənə  qədər istifadə olunan 
VII mühazirə 
 
 
242
aldadıcı bir vasitədir.  
Birinci Dünya müharibəsi dövründə Almaniyanın Azər-
baycan siyasəti də diqqəti daha çox cəlb edir. Almaniyanın 
Cənubi Qafqaz siyasətinin maraqlı cəhətləri aşağıdakılar idi. 
Osmanlı dövləti birinci dünya müharibəsinə bilavasitə 
Almaniyanın təhriki ilə qoşulmasına baxmayaraq, Almaniya 
müharibənin sonuna qədər öz müttəfıqlik missiyasını  şərəflə 
yerinə yetirmədi. Beləliklə, türk ordusunun Bakı hərəkatı nəinki 
alqışlandı, əksinə, bu hərəkatın qarşısını almaq üçün Almaniya 
Sovet Rusiyası ilə bir cəbhədən çıxış etdi. 
Almaniyanın Qafqaz siyasətinin ağırlıq mərkəzini Bakı 
neftinin ələ keçirilməsi planı təşkil edirdi. Türk ordu qrupunun 
Qafqaz yürüşü üçün Gümrü-Tiflis-Gəncə dəmir yolu əhəmiyyət 
kəsb edirdi. Almaniyanın Gürcüstandakı siyasi təmsilçisi olan 
general fon Kress türk ordusunun bu nəqliyyat dəhlizindən 
istifadəsinə ciddi mane olurdu. General fon Kressin Gürcüstan 
hökumətinə tapşırığına uyğun olaraq Gürcüstanın nəqliyyat 
xətti Osmanlı dövlətinin üzünə bağlandı. Almaniya bu yolla 
həm gürcüləri, həm də erməniləri türklərə qarşı  cəbhə 
yaratmağa vadar edirdi. Çünki Almaniya Gürcüstanda olan 
qüvvələri ilə Bakını  işğal edə bilməyəcəyini yaxşı başa 
düşürdü. Bakını tuta bilməyəcəyi təqdirdə, heç olmasa türklərlə 
birlikdə Bakıya girmək niyyətində idi. 
Tiflisdə general fon Kress Şərq orduları qrup komandanı 
Xəlil paşaya göndərdiyi teleqramda bildirirdi ki, Bakı şəhərində 
asayişin qurulmasında, sizin sərəncamınıza bir alman taburu 
göndərməyə hazırıq. Bu yolla Almaniya bir alman taburu 
hesabına əldə olunan zəfərdən pay almaq istəyirdi. 
Türkiyə  tərəfi fon Kressin teleqramına cavabı uzatdı  və 
təkbaşına Bakını tutmaq üçün vaxt qazandı. Almanlar türk 
ordusunun Azərbaycan hərəkatını qabaqlamaq üçün başqa 
vasitələrdən də istifadə etmək istəyirdi. Bunun üçün Osmanlı 
Baş  Qərərgahında mühüm vəzifələrdə çalışan alman zabitləri 


Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
243
xüsusi bir plan hazırlamışdı. Bu plana görə türkləri 
qabaqlamaqla Batum-Tiflis-Bakı  dəmir yolu ilə alman hərbi 
birləşməsini hərəkət etdirmək, Xəzər dənizində donanmanın 
hesabına nəzarəti  ələ almaq və  nəhayət,  İrandan sıxışdırılmış 
ingilislərin yerinə  Ənzəlidə  hərbi qərargah yaratmaq idi. Bu 
üçbucaqda nüfuzunu artırmaqla almanlar Bakıda
 
hakimiyyəti 
ələ keçirmək istəyirdi. Bu məsələdə almanlar gürcü və 
ermənilərə ümid bəsləyirdi. 
Təsadüfi deyil ki, Azərbaycan Cümhüriyyətinə Almaniya 
çox qısqanclıqla yanaşırdı. Azərbaycan hökumətini tanımayan 
Almaniya heç azərbaycanlıları da türk qəbul etmirdi. Almaniya 
hökuməti deyirdi ki, azərbaycanlılar tatardılar. Bu yolla 
almanlar Azərbaycan ilə Türkiyə arasında olan etnik yaxınlığı 
inkar etmək istəyirdi. 
Ümumiyyətlə, Avropa dövlətlərinin Birinci Dünya müha-
ribəsi illərində Azərbaycana dair siyasətini ümumiləşdirərkən 
belə nəticəyə gəlmək olur ki, onların Azərbaycana göstərdikləri 
«qayğı» Osmanlı dövləti istisna olmaqla Azərbaycan xalqının 
mənayefinə deyil, həmin dövlətlərin geosiyasi maraqlarına 
xidmət edirdi. 
 
8. Birinci Dünya müharibəsi illərində  
Naxçıvanda yaranmış siyasi vəziyyət 
 
Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri olan 
Naxçıvan torpağı, Birinci Dünya müharibəsi illərində 
ermənilərin çirkin planlarına görə çətin vəziyyətə düşmüşdü. 
1917-ci il bolşevik çevrilişindən sonra imzalanan 
Erzincan mütarəkəsi ilə (18 dekabr 1917) ruslar Şərqi 
Anadoludan çəkilməyə başladı. Ancaq rus ordusu çəkilərkən 
işğal etdikləri  əraziləri ermənilərə  təslim etməyə çalışırdı. 
Qafqaz cəbhəsini başıpozuq tərk edən rus hərbçiləri silahlarını, 
regionun xristian əhalisinə, xüsusən ermənilərə təhvil verirdi. 
VII mühazirə 
 
 
244
Ermənilər mütəşəkkil ordu yarada bildilər. Bu işdə onlara 
bolşevik hökuməti yaxından kömək edirdi. 
Bolşevik-sovet ordu komandanılığının 26 dekabr 1917-ci 
il 136 saylı  əmrinə  əsasən erməni ordu korpusu təşkil edildi. 
Korpusun tərkibinə 1-ci və 2-ci piyada diviziyası  və erməni 
könüllü dəstələri daxil idi. Komandiri antitürk məsləkli erməni 
generalı Andranik idi. 1918-ci ilin əvvəllərində erməni ordusu 
17 minə çatdırılmışdı. Ona görə  də ermənilər, mərkəzi  İrəvan 
(Rəvan) olmaqla, Ərzurum, Qars, Van, Bitliş, Muş, Naxçıvan 
və Zəngəzur daxil olmaqla bölgədə bir erməni dövləti yaratmaq 
üçün öz birliklərini təşkil etməyə başladı.  
Qafqaz müsəlmanları, eləcə  də Naxçıvanın  əhalisi, 
erməni komitələrinin bölgədə müsəlmanlara qarşı  həyata 
keçirdiyi vəhşiliyin qarşısını almaq üçün türk ordusunun 
vəziyyətə münasibət bildirməsini tələb edirdi. Bu arada, davam 
edən Brest-Litovski danışıqlarında bir nəticə alınmırdı. Digər 
tərəfdən, rus ordusunda baş alıb gedən nizamsızlıq regionda 
mürəkkəb vəziyyət yaratdı. 
Qafqaz regionunun müsəlman-türk əhalisi üçün yaranmış 
təhlükəli vəziyyətini nəzərə alan türk ordu komandanlığı  bəzi 
tədbirlər gördü. Tərik Vəhip paşanın komandanlığı altında 3-cü 
türk ordusu yenidən təşkil edildi. Polkovnik Kazım Qarabəkir 
paşanın komandanlığı altında Türk Qafqaz Ordusu hərbi 
əməliyyatlara başladı. Aparılan hərbi  əməliyat nəticəsində 
Ərzincan, Trabzon, Ərzurum, Batum işğaldan azad edildi. 
Kazım Qarabəkir paşa 1918-ci il aprelin 25-nə kimi erməni 
qüvvələrindən Qarsı boşaltmalarını tələb etdi. Qars aprelin 25-
də türk qüvvələrinə təslim oldu.  
Azərbaycan-türk 
ərazilərində erməni hərbi 
birləşmələrinin dinc əhaliyə qarşı  həyata keçirdiyi soyqırımı 
dayandırmaq üçün Türk 3-cü ordu komandanlığı, 1918-ci il 
may ayının 15-də Arpa çayının şərqində yerləşən Gümrünü ələ 
keçirmək  əmrini aldı. Bu zaman Naxçıvanın cənubunda 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə