Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə65/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   61   62   63   64   65   66   67   68   ...   137

VIII mühazirə 
 
 
252
zabitlərinə tabe etdirildi. Qızıl qvardiya dəstələrinə  rəhbərlik 
etmək üçün yaradılan Mərkəzi  ştabın tərkibinə Baqdasarov, 
Martikyan, Vatsek, Qabışev, Mikoyan, Pleşakov, Solntsev və b. 
daxil idi. 
Bolşeviklər Bakıda öz hakimiyyətlərini bərqərar etdikdən 
sonra yerlərdə Sovet hakimiyyətini qurmaq planını 
reallaşdırmağa başladılar.  Əhalinin müqavimətinə baxmayaraq 
Qızıl ordu dəstələrinin təzyiqi altında 1918-ci ilin aprelində 
Lənkəranda, Cavadda, Qubada, Şamaxıda da Sovet hakimiyyəti 
qurulmuşdu. 
Azərbaycan qəzalarında Sovet hakimiyyəti qurul-duqdan 
sonra həmin regionu idarə etmək üçün rəhbər icraedici 
hakimiyyət orqanının – Xalq Komissarları Sovetinin yaradıl-
ması  zəruri hesab edildi. 1918-ci il aprelin əvvəllərində Bakı 
Sovetinin köhnə tərkibi bolşevikləri qane etmirdi. Onlar eser və 
menşeviklərisiz bir neçə sol eser daxil olmaqla yalnız 
bolşeviklərdən ibarət bir orqan yaratmaq istəyirdilər. Uzun 
müzakirələrdən sonra bolşeviklər buna da nail oldular.  
1918-ci il aprelin 25-də keçirilən Bakı Sovetinin 
iclasında S.Şaumyanın rəhbərliyi ilə Bakı XKS-nin yaradılması 
qərara alındı. Onun tərkibinə yalnız iki azərbaycanlı – 
N.Nərimanov və M.H.Vəzirov daxil edildilər. 
Bakı XKS-nin mayın 1-də  dərc edilən bəyannaməsində 
onun vəzifələri müəyyənləşdirildi. Bəyannamədə deyilirdi ki, 
Bakı XKS-i RSFSR XKS-nin dekretlərini və göstərişlərini 
yerinə yetirəcəkdir. Deməli, Bakı XKS faktiki olaraq Rusiya 
Sovet hökumətinin orqanı kimi yaradılmışdır.  
1918-ci ilin əvvəllərində  əsas məsələlərdən biri Cənubi 
Qafqaz Komissarlığının ali qanunverici orqanının yaradılması 
idi. Rusiyada Müəssislər Məclisi qovulduqdan sonra yanvarın 
12-də Komissarlıq ölkədəki siyasi vəziyyəti müzakirə edərək 
Seymin çağrılması haqqında qərar qəbul etdi. 
Seym Müəssisələr məclisinə 1917-ci ilin noyabrında 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
253
keçirilən seçkilərdə 
iştirak etmiş partiyaların 
nümayəndələrindən təşkil olduğundan on siyasi partiya orada 
təmsil edilmişdi. Bütün partiyalar əsasən Cənubi Qafqazda 
yaşayan üç millətin nümayəndələrindən ibarət idilər. Seymdə 
çoxluq müsəlman partiyaları blokuna məxsus idi. Belə ki, 
Azərbaycanın ən nüfuzlu siyasi partiyası olan Müsavat partiyası 
30 yer qazanmışdı. Müsavatdan başqa müsəlman sosialist bloku 
7 yer, hümmətçilər 4 yer, ittihadçılar 3 yer əldə etmişdilər. 
Seçkilərdə Müsavat Cənubi Qafqaz müsəlmanlarının 63%-nin 
səsini almışdı. Bu da onun güclü partiyaya çevrildiyindən xəbər 
verirdi. Azərbaycanın siyasi partiyaları Seymdə 44 nəfər yer 
əldə etdilər. Bolşeviklər isə Seymin fəaliyyətində  iştirak 
etməkdən imtina etdilər. 
Seym fəaliyyətə başlayan kimi Cənubi Qafqaz 
Komissarlığı özünü buraxdı. Qeqeçkorinin rəhbərliyi altında 
təşkil edilən yeni hökumətin tərkibinə azərbaycanlılardan 
N.Yusifbəyli, Məlikaslanov, F.X.Xoyski, M.H.Hacinski, 
Beybutov L.İ.Heydərov daxil edilmişlər. 
1918-ci il fevralın 10-da(23) Cənubi Qafqaz Seymi açıl-
dı. Azərbaycanın deputatları açılışa gəlib çatmadıqlarına görə 
Sultanovun təklifi ilə iclas təxirə salındı. Fevralın 26-da Seym 
öz işini bərpa etdi. Çxeidze Seymin sədri təyin olundu.  
Seym fəaliyyətə Türkiyə ilə sülh danışıqlarına 
başlanmasının zəruriliyini bildirməklə başladı. Seymin 23 
fevral iclasında isə sülh konfransının Trabzonda keçirilməsi 
haqqında qərar qəbul edildi. 
Mart ayının 3-də Seym belə bir məlumat alır ki, 
Almaniya ilə Rusiya arasında bağlanan Brest–Litovsk 
müqaviləsinə görə Ərdahan, Qars və Batum Türkiyəyə verilir. 
Zaqafqaziya Seymi Petroqrada Xalq Komissarlar Sovetinin 
adına göndərdiyi teleqramda Brest sülhünü tanımadığını 
bildirdi. Belə ki, Zaqafqaziya Seymi nə bolşevik hakimiyyətini
nə  də Xalq Komissarlar Sovetini qəbul etmirdi. Türkiyə isə 


VIII mühazirə 
 
 
254
Brest müqaviləsinin qərarlarına  əsaslanaraq Seymə  həmin 
ərazilərin təcili təmizlənməsi haqqında ultimatum təqdim etdi. 
Məhz belə bir şəraitdə 1918-ci il martın 14-də Trabzonda 
Türkiyə  və Seymin nümayəndələrinin iştirak etdiyi sülh 
konfransı açıldı.  
Martın 8-də Çxenkelinin rəhbərlik etdiyi nümayəndə 
heyəti Trabzona gəlir. Martın 14-də isə konfrans öz işinə baş-
layır. Türkiyə nümayəndəliyinin başçısı Rauf Orbay öz geniş 
nitqində Türkiyənin Cənubi Qafqaz ilə uzun müddətli sülh 
müqaviləsi bağlamaq istədiyini bildirdi. Türk nümayəndələrinin 
fikrincə əgər doğrudan da Cənubi Qafqaz hökuməti beynəlxalq 
hüququn subyekti olmaq istəyirsə, tezliklə Rusiyadan ayrılmalı 
və öz müstəqilliyini elan etməlidir. Belə olan təqdirdə Türkiyə 
onunla mehriban qonşuluq münasibətlərinə girməyə hazırdır. 
Türkiyə 
Cənubi Qafqazın müstəqilliyinin elan 
edilməsində maraqlı idi. Cənubi Qafqazın müstəqilliyi 
Türkiyənin şimaldan təhlükəsizliyini təmin edərdi. 
Rauf bəy bildirdi ki, Cənubi Qafqaz hökumətinin Os-
manlı imperiyası tərəfindən tanınması o zaman mümkündür ki, 
bu hökumət Qars, Batum və  Ərdahana olan iddialarından 
müqavilə vasitəsi ilə imtina etmiş olsun. 
Bir sözlə Trabzon danışıqları bir nəticə vermədi. 
Transqafqaz nümayəndəliyi arasında da birlik yox idi. Odur ki, 
Çxenkeli Trabzonda qalmağın heç bir əhəmiyyətinin 
olmadığını görür və Trabzon danışıqları müvəqqəti olaraq 
dayandırılır. 
Seymin iclaslarında ermənilər, gürcülər Türkiyənin 
tələblərini rədd edib onunla müharibə aparmağa çağırırdılarsa, 
Azərbaycan fraksiyası qarşılıqlı güzəştlər  əsasında razılığa 
gəlməyi təklif edirdi. Gürcü fraksiyasının fikrinə görə Qarsı, 
Ərdəhanı Türkiyəyə güzəştə getmək olar, Batum isə  Cənubi 
Qafqazda qalmalıdır. Ermənilər Qarsın saxlanmasının tərəfdarı 
idilər. Azərbaycan fraksiyasına görə Qars və  Ərdəhanın 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
255
əhalisinin  əksəriyyəti türklər olduğundan Türkiyəyə verilməli, 
Batum isə Cənubi Qafqazda qalmalıdır. Çünki o dənizə yeganə 
çıxış yoludur. Onsuz Cənubi Qafqaz keçinə bilməz. 
Seymdə mübahisələrin getdiyi bir zamanda türk ordusu 
Brest sülhünün ona verdiyi hüquqlarını  bərpa etməyə başladı. 
Martın 19-da Ərdəhan alındı və erməni hərbi hissələri tərksilah 
edildi. Erməni terroruna məruz qalmış müsəlman  əhalisi hərbi 
əməliyyatlarda Türkiyəni müdafiə edirdi. 
Martın 25-də hökumət üzvlərinin və Seym liderlərinin 
birgə keçirdiyi iclasda müharibə  və sülh məsələsinə 
münasibətdə mövqelər aydınlaşdı. Azərbaycan fraksiyası 
Türkiyə ilə müharibə aparılmasının  əleyhinə idi. Fraksiya qəti 
şəkildə bildirdi ki, əgər müharibə elan edilərsə, azərbaycanlılar 
türklərə qarşı vuruşmayacaqlar. Artıq ilk iclaslar Azərbaycan 
partiyaları arasında fikir ayrılıqlarının mövcud olduğunu 
göstərirdi. 
Bu zaman azərbaycanlılara qarşı törədilən vəhşiliklər 
haqqında Bakıdan alınan xəbər vəziyyəti kəskinləşdirdi və 
Seymdə olan ziddiyyətləri daha da dərinləşdirdi. 
1918–ci il mart soyqırımı Azərbaycan tarixinin ən faciəli 
səhifələrindən biridir. S.Şaumyanın başçılıq etdiyi Bakı Soveti 
tərəfindən müdafiə edilən terrorçu daşnak dəstələrinin 
azərbaycanlılara qarşı  həyata keçirdiyi kütləvi soyqırım 
Bakıdakı hadisələrlə başladı. S.Şaumyan müsavatçıların artan 
nüfuzundan qorxaraq onu siyasi mübarizədən uzaqlaşdırmağa 
çalışırdı. Bu məqsədlə martın 30–da Bakı Soveti 
N.Nərimanovun dediyi kimi müsavatçılara müharibə elan etdi. 
Lakin Sovetin rəhbərliyi bunu müsavatçıların Sovet hökuməti 
üzərinə hücumu kimi qələmə verir və ona vətəndaş müharibəsi 
donu geyindirməyə çalışırdı. 
Martın 30-da axşam Bakı  şəhəri və onun rayonlarında 
bolşeviklər tərəfindən S.Şaumyan, A.Caparidze, Q.Korqanov, 
İ.Suxartsev, N.Nərimanovun daxil olduğu inqilabi müdafiə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə