Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə73/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   69   70   71   72   73   74   75   76   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
283
idi. Kommunistlər özlərindən başqa bir siyasi qüvvənin möv-
cudluğuna qarşı barışmaz mövqe tuturdular. Onların təkidilə 
Aprel çevrilişindən dərhal sonra «İttihad», «Müsavat», «Əhrar» 
və digər siyasi partiyalar xalqın düşməni elan edildi. AXC-in 
tanınmış  rəhbərlərinin bir hissəsi həbs olundu, digərləri isə 
vətəni tərk etməyə məcbur edildi. 
Azərbaycan hökuməti tərəfindən terroru həyata keçirən 
əsas təşkilat  Fövqəladə Komissiya idi. Bununla yanaşı, 
respublikada və xüsusilə  qəzalarda fəaliyyət göstərən XI 
Ordunun  Xüsusi  şöbəsi  də tam sərbəst fəaliyyət göstərir və 
hökuməti belə saymırdı. Bu şöbənin işçiləri qəzaya qoşun 
girdikdən sonra varlı adamların bir hissəsini həbs edir, bir 
hissəsini isə güllələyirdilər.  İlk günlərdən, yüzlərlə günahsız 
adam onların qanlı əməllərinin qurbanı olmuşdu. 
 Qızıl Ordu tutduğu  ərazilərdə özbaşınalıqlar törədirdi. 
Əsgərlər və zabitlər  ən azı bir həftə tutduqları  ərazidə soy-
ğunçuluq etdilər. Əhali, banklar talandı. Yığılan sərvətlər, qızıl-
gümüş, 300 min ton neft, 730 min pud pambıq və çoxlu ipək 
əvəzsiz Rusiyaya daşındı.  
Azərbaycanın başqa bir bəlası bolşeviklər tərəfindən hə-
yata keçirilən «müsadirə  əməliyyatı» idi. «Müsadirə» adı 
altında az-çox imkalı adamların, o cümlədən ziyalıların siyahısı 
tutulur, onların evlərində  təhqiramiz formada axtarışlar 
aparılırdı. Bu axtarışlar zamanı XI Ordunun əsgərləriXüsusi 
şöbənin  və  Fövqəladə Komissiyanın  əməkdaşları insanların 
ləyaqətini tapdalayır, onların namus və qeyrət hisslərinə 
toxunurdular. 
Azərbaycanda bolşeviklərin özlərini necə apardıqlarını 
Rusiyanın Azərbaycandakı canişini, Xalq Təsərrüfatı Şurasının 
sədri  N.İ.Solovyov daha dəqiq ifadə etmişdir. O, V.İ.Leninə 
yazdığı  «Çevrilişdən sonrakı iki ayda (may-iyun) bizim 
Azərbaycanda siyasətimiz» adlı hesabat qeydində yazırdı: 
«Azərbaycanın yeni hökuməti – İnqilab Komitəsi 
IX mühazirə 
 
 
284
azərbaycanlılardan təşkil edilsə də, heç kimə sirr deyil ki, onun 
üzərində Azərbaycan Kommunist Partiyasının hakimiyyəti 
vardır. Bu partiyada rəhbərlik erməni-gürcü qrupunun əlin-
dədir. Bu rəhbər qrupun üzvləri kütləvi həbs və  ən yaxşı 
nümayəndələri güllələmək yolu ilə sanki Azərbaycan millətini 
başsız qoymağı  qərara almışlar. Bütün müsəlman ziyalıları  və 
milli burjuaziya nümayəndələri güllələnir, küçədə kütləvi 
şəkildə  həbs edilən müsəlmanlara qarşı ermənilərin istehzaları 
müsavatçıların əvvəlcədən etdiyi belə bir xəbərdarlığı təsdiqlə-
yir ki, Azərbaycanda Sovet hakimiyyətinin qələbəsi, müsəl-
manların düşmənlərinin qələbəsidir, ümummilli bədbəxtlikdir». 
1920-ci ilin aprelindən 1921-ci ilin avqustuna qədər  48 
min  azərbaycanlı  (əsasən ziyalılar) məhv edildi. Bütün bu 
özbaşınalıqlar aprel hadisələrini sükutla qarşılayan Azərbaycan 
xalqının səbrini tükəndirdi və xalq ayağa qalxdı. Nəticədə 
1920-ci il 26 maydan 20 iyunadək Gəncədə, Tərtərdə, 
Ağdamda, Şuşada və Zaqatalada silahlı üsyan baş verdi. 
Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən və 
müstəqilliyi  əlindən alındıqdan sonra ictimai-siyasi təşkilatlar, 
partiyalar, milli ordu hissələri sovet rejiminə qarşı mübarizəyə 
qalxmış, üsyanlar təşkil etmişdilər. Bu mübarizə öz xarakteri 
etibarı ilə 1875-ci ildən başlayan milli-azadlıq hərəkatının 
tərkib hissəsi olmaqla onun dördüncü – sonuncu mərhələsini 
təşkil edir. Sonuncu mərhələ 1920-ci il aprelin 27-dən 18 
oktyabr 1991-ci ilə qədərki dövrü əhatə edir. 
Qeyd edək ki, işğalcı XI Qırmızı Orduya qarşı müqavimət 
onların sərhədimizi keçdiyi ilk gündən başlamışdı. Ordumuzun 
vətənpərvər döyüşçüləri Yalama, Xudat, Xaçmaz və  Xırdalan 
dəmiryol stantsiyalarında işğalçılara qarşı mərdliklə vuruşdular. 
Quba süvari polkunun proporşiki (giziri) Ağaəli Babazadənin 
rəhbərliyi altında 4 top və 10 pulemyotla silahlanmış iki rota, 
300 nəfərdən ibarət könüllü süvari eskadronu və 200 nəfərlik 
jandarm dəstəsi Yalama stansiyası yaxınlığında 2 saata yaxın 


Azərbaycan 20-30-cu illərdə 
 
 
285
istilaçılara qarşı  qəhrəmancasına döyüşmüşdülər. Xaçmaz 
stansiyasında döyüşçülərimiz körpünü yandırmış, 
yoldəyişdiriciləri sıradan çıxarmışdılar. Ancaq işğalçıların 
qüvvələrinin sayca üstün olmaları  nəticəsində XI Ordunun 
hücumunun qarşısını almaq mümkün olmadı. 
Vətənimizdə yadelli işğalçılara qarşı tezliklə bir çox 
üsyanlar baş verdi. Belə üsyanlardan biri Cavanşir qəzasında 
baş vermişdi. Belə ki, 1920-ci ilin may ayının 23-də Cavanşir 
qəzasının Nuxa süvari alayı rus hərbi hissəsinə qarşı hücuma 
keçib düşmən əsgərlərini tərksilah etmişdi. 
Şübhəsiz, yadellilərə qarşı  Gəncə  şəhərində baş verən 
üsyan öz miqyası etibarı ilə digərlərindən seçilirdi. Hələ mayın 
əvvəllərində Mirzə Davud Hüseynov Gəncədəki 3-cü piyada 
alayının komandiri, polkovnik Cahangir bəy Kazımbəyova 
Qərbdəki Milli Ordu hissələrini cəmləşdirib Sovet 
hakimiyyətinin  şərtləri altında fəaliyyətə başlamağı  əmr 
etmişdi. Ancaq o heç bir dəyişiklik görmədıkdə Azərbaycan 
ordusunun rəhbərliyini dəyişmək,  əsgərləri tərksilah etmək 
qərarına gəldi. Əvvəlcə Gəncə komendantı şahzadə Məhəmməd 
Mirzə Qacar, sonra I piyada diviziyasının rəisi general-mayor 
Cavad bəy Şıxlinski və C.Kazımbəyov vəzifədən uzaqlaşdırıldı. 
Mayın 12-də  şəhərin qubernatoru Xudadat bəy Rəfıbəyli 
həbs edilərək Bakıya aparılmış  və mayın 22-də güllələnmişdi. 
Şimali Qafqazda formalaşdırılmış  və XI Ordu ilə  Gəncəyə 
gətirilmiş  «Şəriət alayı» da özünü burada çox pis aparır, yerli 
əhali içərisində gündə bir şayiə yayırdı. Alayın başçısı Zülfüqar 
adamların içərisində nifrət qazanmışdı. Bu səbəbdən şəhərdəki 
üsyan zamanı camaat onu ələ keçirərək parça-parça etmişdi.. 
May ayının 22-də  hərbçilərdən bir qrupu C.Kazım-
bəyovun təşəbbüsü ilə hələ bolşeviklərin əlinə keçməmiş Nüz-
gar kəndinə toplaşdı. Onlar silahlı üsyana qalxaraq 
dəmiryolunu tutmaqla Bakı ilə  Qərb bölgəsinin  əlaqəsini 
kəsmək, oradakı  Qırmızı Ordu birləşmələrinin geriyə – Azər-
IX mühazirə 
 
 
286
baycanın içərilərinə  hərəkətinin qarşısını almaq, bolşevik 
hakimiyyətinə son qoymaq qərarına gəldilər. Üsyan rəhbərləri 
Qarabağda yerləşən milli ordu birləşmələri ilə  əlaqə yatarmaq 
üçün bölgəyə iki nəfər zabit göndərdi. O dövrdə, Qarabağın 
bəzi yerlərində yerli əhali  əsgərlərin köməyi olmadan 
kəndlərdən bolşevikləri qova bilmişdi. Bundan başqa 
Gürcüstanla fəaliyyət birliyinə nail olmaq məqsədilə Tiflisə 
Gəncədə gizli yaşayan iki gürcü polkovniki də yola salınmışdı. 
Beləliklə, bir tərəfdən Gürcüstan Respublikasının, digər 
tərəfdən isə Zaqatala və Qarabağdakı Milli Ordu birliklərinin 
yardımına arxalanan üsyançılar uğur qazanacaqlarına inandılar. 
Şəhərdəki hərbi hissələri xəlvəti döyüşə hazırlıq vəziyyətinə 
gətirdilər, hiss olunmadan təlim məşqləri keçirilirdi. Bundan 
xəbər tutan qırmızı ordu hissələri mayın 25-dən 26-a keçən 
gecə Azərbaycan diviziyası əsgərlərinin qərargahlarına hücuma 
keçdilər. Bu hücum dəf olunduqdan sonra əsgərlər əks hücumla 
şəhərin müsəlmanlar yaşayan hissələrində XI Ordu 
qruplaşmalarını  tərksilah edərək 600 nəfərdən ibarət  şəxsi 
heyəti  əsir götürdülər. Gecə ikən məhbuslar həbsxanalardan 
azad edildi, şəhər  əhalisi silahlandırılaraq 1800 nəfərlik 
hərbçilərlə birlikdə döyüşə başladı. Döyüşən qüvvənin sayı 12 
min nəfərə çatdırıldı. 
Mayın 26-da üsyana rəhbərlik etmək üçün general Cavad 
bəy  Şıxlinskinin, Məhəmməd Mirzə Qacarın, Cahangir bəy 
Kazımbəyovun və başqalarının iştirakı ilə Hərbi Şura yaradıldı. 
Şəhərin müsəlmanlar yaşayan hissəsi bir həftə üsyançıların 
əlində qaldı. 
Üsyançılar mayın 26-sı gündüz dəmiryol stansiyasına 
hücum edərək axşama yaxın oranı tutdular. Bu zaman, Daxili 
İşlər Komissarı  Həmid Sultanovla XI Ordu birləşmələri 
Gəncəyə gəlib, gecə ikən stansiyanı geri ala bildilər. 
Mayın 27-də  şəhər  şimal tərəfdən aramsız top atəşinə 
tutulduğu bir vaxtda Yelenendorf (indiki Göy göl rayonu) 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə