Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə76/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   72   73   74   75   76   77   78   79   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
295
yaranmış  şəraitə uyğun olaraq Müsavat öz taktikasını qismən 
dəyişərək ehtiyatlı hərəkətə keçir. Bu dövrdə partiya Türkiyədə 
M.Ə.Rəsulzadə, İranda M.B.Məmmədzadə ilə əlaqə yaratmaq, 
mükəmməl strukturlara malik milli hərbi təşkilatlar yaratmaq, 
maarifçilik, millətçilik tərbiyəsinin təşkili,  əlifba islahatına 
mane olmaq yönündə  iş, sovetlərin zəiflətməyə çalışdığı 
türkçülük  şüurunu gücləndirmək, türk dünyasının fərqli 
əlifbalarla parçalanmasının qarşısını almaq, dövlət aparatının 
daxildən sarsıdılması, hakimiyyəti  ələ keçirməyə hazırlıq, 
bunun üçün üzvlərini və tərəfdarlarını gizli yollarla Kommunist 
Partiyasının, eləcə  də dövlət aparatının içərilərinə yeritmək 
sahəsində iş aparmışdılar. 
Üçüncü mərhələ – 1926-1931-ci illəri  əhatə edir. Bu 
illərdə partiya Müsavatın Xarici Bürosu ilə  əlaqə, informasiya 
mübadiləsi, tövsiyyə  və tapşırıqlar alınması, gənclərlə ideya-
siyasi işi gücləndirmək, milli ruhu yaşatmaq, sovetləşmənin 
mahiyyətini açmaq, təşkilata yeni üzvlər cəlb etmək, ordu 
hissələrində təbliğat aparmaq, Azərbaycan mühacirlərinin dərc 
etdikləri qəzet və jurnalları gətirib yaymaq, sovet hökumətinin 
siyasətindən narazı olub silaha sarılanlara kömək etmək, 
onların belə  cəhdlərinin genişləndirilməsi və  əlaqələndirilməsi 
sahəsində iş görmüşdür. 
Dördüncü mərhələ – 1932-ci ildən II dünya müharibəsinin 
başlanmasına qədərki dövrü əhatə edir. Bu mərhələdə 
Müsavatçılar 1930-1931-ci illərdə tam dağıdılmayan 
təşkilatların (məsələn, «Gənc türkçülər Birliyi»), dərnəklərin 
ətrafında qruplaşaraq Xarici Büro ilə əlaqə saxlayır, tapşırıqlar 
və tövsiyələr alıb, ona uyğun hərəkət edir, müstəqillik, 
türkçülük ideyaları, istiqlaliyyət fıkrinin ölməməsi yönündə  iş 
aparır, «sovet mədəniyyəti», - proletkultçuluq əleyhinə təbliğati 
iş aparır,  ədəbiyyat və incəsənət adamları, müəllimlər, 
bütövlükdə ziyalılar uğrunda mübarizə aparırdılar. 
1920-1923-cü illərdə gizli Müsavatın demək olar ki, 
IX mühazirə 
 
 
296
Azərbaycanın bütün qəzalarında təşkilatları  və özəkləri 
yaradılıb onlarla MK-nin əlaqəsi qurulmuş, hərbçi zabitlər 
arasında özəklər formalaşdırılmışdı. Partiya bu illərdə bir 
tərəfdən silahlı çıxışlar, üsyanlar təşkil edirdisə, digər tərəfdən 
azadlıq, müstəqillik, millətçilik və respublikaçılıq istiqamətində 
təbliğat işləri aparırdı. Onlar sovet rejiminin iqtisadi, maarif və 
s. sahələrdə həyata keçirdiyi islahatların, müstəmləkə xarakteri 
daşıdığını, yaratdıqları idarəetmə formasının bu 
müstəmləkəçiliyi möhkəmləndirməsinə xidmət etdiyini əhaliyə 
izah edirdilər. Bu cəhətdən Müsavatın 1923-cü ilin aprel ayının 
27-də xalqın içərisində yaydığı  Bəyannamə çox xarakterikdir. 
Orada deyilir: «Vətəndaşlar! Millətdaşlar!... Üç il bundan əvvəl 
rus ordusu «inqilab» və «kommunizm» şüarıyla vətənimizə 
soxulmuşdur. Onlar yerli Azərbaycan türklərindən yaratdıqları 
ajanların yardımı ilə  məmləkətə girmişdir. Bu gün hər kəsə 
aydın və açıqdır ki, 27 aprel faciəsi kommunistlərin hər yerdə 
bağırdıqları kimi Azərbaycan köylü və işçilərinin inqilabı deyil, 
sadə Rusiya ordusunun vəhşicə istilasıdır. Yüz il bundan əvvəl 
çarlıq Rusiyası eyni vəhşiliklə Azərbaycanı  zəbt etmişdi. O 
zaman Azərbaycan türk xalqı Sisiyanovların kirli çəkmələri 
altında inləyirdi. 
27 aprel faciəsi ilə Azərbaycan ikinci dəfə olaraq Rusiya 
ordusunun yeni Sisiyanovu olan Orcanikidzenin idarəsi altına 
girdi. Nəticə  hər iki halda eyni idi. O zaman Azərbaycan türk 
xalqının rəyi və iradəsi qanlara qərq edilirdi. Bu dəfə isə 
müqəddəs istiqlal haqqından 
əl çəkmək istəməyən 
Azərbaycanın dəyərli övladları  Gəncə, Qarabağ, Zaqatala, 
Şamaxı, Göyçay, Cavad və başqa qəzalarda on minlərlə 
qurşuna düzülür... O dəfə bütün Qafqazyanın mütləq hakimi 
Vorontsov-Daşkov idi. Bu gün isə bütün Şimali-Cənubi Qaf-
qaziya, yeni Vorontsov-Daşkovun (Orcanikidze və Kirovun) 
əsiridir. Bütün sərvətimiz Rusiyaya axır. Qəzalarda kommunist 
fırqəsinin hücrələri birər jandarm vəzifəsini yapır və xalqın 


Azərbaycan 20-30-cu illərdə 
 
 
297
başına hər kiçik fürsətdən istifadə ilə minbir bəla açır... 
Bilirsinizmi ki, 27 aprel faciəsindən sonra nə  qədər oxu-
muşlarımız, çalışanlarımız, gənclərimiz, zabit və  əsgərlərimiz, 
köylü və işçilərimiz Xəzər dalğalarına qurban olmuşlar... 
Nikolay Rusiyası ilə Lenin Rusiyası arasında fərq yalnız 
bundadır ki, o zaman cahangirlik siyasəti başçısının adı 
Nikolay, indiki cahangirlik siyasətinin başçısı isə Lenindir. O 
zamanki zəncirlərin rəngi qara, indiki zəncirlərin rəngi isə 
qırmızıdır... 
İndiki «Şuralar hökuməti» Azərbaycan türk xalqını təmsil 
edirmi? Buradakıların yüzdə yetmişi yabançılardan ibarət 
deyilmi?...Oradakıların yalnız yüzdə otuzu türk və müsəlmandır 
ki, onlar da çoxluqca Azərbaycan türk xalqı ilə  əsla  əlaqədar 
olmayan, vicdanlarını, namuslarını, vətən və millətlərini 
Rusiyaya satmış alçaqlardan ibarətdir... 
Rusiya Azərbaycanın Muğan çöllərinə yüz minlərlə rus 
köylüsünü doldurub yurdumuzu hər zaman üçün rus ölkəsi 
halına gətirmək istəyir... Yurdun paytaxtı Bakı, Moskvadan izin 
almadan bir pud neftə belə sahib olmayır... Neft Moskvada 
daha ucuz fıyatla satılmaqdadır... 
Ey türk xalqı! Səni hüriyyətə qovuşduracaq və  bəxtiyar 
yaşadacaq qanlı mücadiləyə, bütün qüvvənlə hazırlaş. Səni bu 
mücadilə qurtaracaqdır... Azərbaycan istiqlalını bir dəfə 
qurdun, ikinci dəfə də qurmaq bacarığına maliksən! Düşmənini 
tanı, mili intihabını yüksəlt, haqq səninlədir! Yaşasın 
Azərbaycan  İstiqlalı! Yaşasın üç rəngli bayrağımız! Məhv 
olsun rus cahangirliyi!». 
Sosialist fraksiyasına daxil olan «xalqçı sosialist fırqəsi» 
bolşevik platformasını qəbul edərək üzvlərini məsul vəzifələrə 
yerləşdirdi. Ancaq 1922-ci ilin sonlarında bu partiyanın 
rəhbərləri A.Səfıkürdski, R.Qaraşarlı, C.Hacınski, R.Şabanov, 
K.Feyzullayev, X.Şahverdiyev və digər 26 nəfər Azərbaycan 
SSR Ali İnqilabi Tribunalının «eser partiyasının Zaqafqaziya 
IX mühazirə 
 
 
298
təşkilatının işi» adlı ittihamlarla mühakimə olunub müxtəlif 
müddətli həbs cəzası aldılar. 
Azərbaycanın  şimal bölgəsində müəyyən nüfuzu olan 
«Əhrar» partiyası sovet hakimiyyətinin ilk günlərində özünü 
buraxmaq haqqında qərar çıxardı. Ancaq bir ildən sonra düzgün 
mövqe tutmadıqlarını anlayıb onun üzvləri rəsmən Müsavat 
partiyasına daxil oldular. 
İttihadçılar da digər partiyalar kimi ilk günlər özlərini 
buraxaraq bolşevik platformasına keçdiklərini bəyan etmişdilər. 
İttihad partiyasının buraxılması haqqında aktda deyilirdi: 
«Burjua «azadlıq» çərçivəsində Müsavatla açıq mübarizə 
aparan «İttihad» hesab edir ki, Qırmızı Sovet hissələrinin 
Azərbaycana gəlməsi müsavatçılarla mübarizədə müsbət həllini 
tapır. Və öz məqsədinə çatmış  İttihad səhnədən gedir. Bu 
məsələdən bəhs edərkən  Ə.Qarayev yazırdı: «Bir-birlərinin 
ardınca başlarını  aşağı salaraq menşeviklər,  əhrarçılar, 
bundçular və ittihadçılaın MK-larından gəlib petisiya təqdim 
edirlər: biz öz partiyalarımızı  ləğv etdik, xahiş edirik bizi 
kommunist partiyasının sıralarına daxil edin». Ancaq 1920-ci 
ilin sonlarında səhv etdiyini başa düşən İttihad, gizli fəaliyyətə 
keçərək antisovet bir partiya kimi fəaliyyət göstərməyə başladı. 
«Vətən və ya ölüm», «Mərkəzi  İttihad» və «Quranın  əmin-
amanlığı» adlı üç müstəqil qrupa bölünən partiya Azərbaycanın 
qəzalarındakı  təşkilatlarını gizli mübarizə  şəraitinə keçirmiş, 
eyni zamanda Dağıstan və  İranla  əlaqələr yarada bilmişdilər. 
İttihad 1920-ci ilin axırlarında Zəngəzur və  Lənkəran 
üsyançılarının, həmçinin Dağıstanda  İmam Qotsinski və 
Əlixanovun başçılıq etdiyi üsyançıların köməyi ilə 
Azərbaycanda silahlı üsyan yolu ilə sovet hökumətini devirmək 
üçün fəaliyyətə keçmişdi. Lakin üsyanı qabaqlayan Xüsusi 
Şöbə  İttihadın sədri Qarabəy Qarabəyov da daxil olmaqla 
partiya rəhbərliyinin və  fəallarının 155 nəfərini həbs etdi. 
Onların dörd nəfəri Moskvanın Butırka həbsxanasına 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə