Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə77/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
299
göndərildi. Yerdə qalan fəalları amnistiya hüququndan məhrum 
edilməklə müxtəlif həbs düşərgələrinə, bəziləri isə dilindən 
iltizam alındıqlan sonra müvəqqəti azadlığa buraxıldı. 
1921-ci ilin əvvəllərindən başlayaraq məramı  və 
xarakterinə görə  İttihada yaxın olan, dini təmayüllü bir neçə 
partiyanın da fəaliyyəti gücləndi. Belə partiyalardan biri 
«İslam» partiyası idi. Onlar İttihadla birləşərək  İttihadi  İslam 
(İslam birliyi) partiyası yaratdılar.  Əsasən kasıb və ortabab 
kəndliləri öz sıralarına cəlb edən  İttihadi  İslam çox surətlə 
böyüyürdü. 135 nəfərdən ibarət rəhbərlik heyətinə malik olan 
yeni birliyin təkcə Şəmkir rayonunda 3000 nəfər üzvü var idi. 
Bu partiyanın  Şəkidə  və  Lənkəranda da xeyli sayda üzvü var 
idi. Partiyanın Bakıdakı  rəhbərliyi  İsfəndiyar Məmmədov, 
Nadir Şirinbəyov, Xan Əli Tapdıq oğlu, Miri Mircavadov idi. 
İttihadi İslamın Bakı konfransının 1921-ci il 5 may tarixli 
iclasında «İslam  Əl-Quran» adlı  təşkilatın da onlara birləşdiyi 
barədə  məlumat verildi. Və göstərildi ki, bu səbəbdən 
partiyanın adı «Milləti İslam» olur. 
1921-ci ilin əvvəllərində  Gəncədə «Günəş-Qafqaz» adlı 
partiya yaranıb fəaliyyətə başlamışdı. Bu təşkilata xeyli 
türkiyəli zabitlər də daxil olmuşdu. Rəhbərliyinə Cabbar 
Qoşqarov, Abbas bəy Usubbəyov (Nəsib bəy Yusifbəylinin 
qardaşı  oğlu) və Seyidəli  İsrafılverdiyevin daxil olduğu bu 
partiyanın nəzdində güclü hərbi mərkəz formalaşdırılmışdı. 
1921-ci il iyunun 3-də Milləti  İslamla «Günəş-Qafqaz» 
Gəncə toplantısında birləşmək qərarına gəldilər və bundan 
sonra partiya «Azərbaycan Milli Müdafıə  İslam Firqəsi» 
(AMMİF) adlandı. Bu partiyaya sədr Cabbar Qoşqarov, sədr 
müavini  Əli Səmədov, katib Abbas bəy Usubbəyov seçildi və 
partiyanın 21 nəfərdən ibarət MK-sı formalaşdırıldı. Lakin 
1921-ci il iyunun axırında Az ÇK (FK)-nın apardığı əməliyyat 
nəticəsində AMMTF-in, rəhbərlik də daxil olmaqla 230 nəfər 
fəal üzvü həbs edilmişdi. Həbs edilənlərdən 22 nəfər güllələndi, 
IX mühazirə 
 
 
300
61 nəfər 5 il, 15 nəfər 1 il müddətinə azadlıqdan məhrum edildi, 
14 nəfərə isə 5 il icbari həbs cəzası hökmü oxundu. Partiyanın 
ələ keçmiş qalan üzvlərinin bir hissəsi sürgünə göndərildi, 
bəziləri də şərti olaraq azadlığa buraxıldı. 
Qeyd edək ki, sovet rejiminə qarşı mübarizə aparan dini 
təmayüllü təşkilatlar 1930-cu illərə  qədər müxtəlif adlarla 
fəaliyyət göstərmişdi. Bunlara misal olaraq «Allahlılar ittifaqı», 
«Əzrayıl fırqəsi», «Həqiqət ordusu» və b. göstərmək olar. 
İttihadi  İslam partiyasının  ən güclü təşkilatlarından biri 
Qarabağda olmuşdu. Bu təşkilatm xüsusən 1926-1927-ci 
illərdəki fəaliyyəti Azərbaycan sovet hakimiyyətini narahat 
edirdi. Azərbaycan DSİ-nin 1927-ci ilin may-dekabr aylarında 
apardığı əməliyyat nəticəsində bu təşkilatın 108 nəfər fəal üzvü 
və  rəhbərliyi həbs edilib müxtəlif müddətli həbs cəzasına 
məhkum edildi və sürgünə göndərildi. 
Ümumiyyətlə  əsas məramı  təbliğatın, silahlı  çıxışların 
köməyi ilə sovet hakimiyyətini devirmək olan İttihadın gizli 
fəaliyyət dövrünü 3 mərhələyə bölmək olar: birinci - 1920-
1923-cü illər, fəal antisovet çıxışlar, silahlı üsyanlar, eyni za-
manda məramı və sosial bazası oxşar olan partiyalarla birləşmə; 
ikinci, 1923-1926-cı illər, nisbətən ehtiyatlı  fəalliyyət və 
Müsavatla  əsaslı  şəkildə yaxınlaşma; üçüncüsü, 1927-ci ildən 
başlanan Müsavatla birləşmə mərhələsi. 
İttihadçıların Müsavatla birləşməsindən sonra güclü və 
amansız zor aparatına qarşı milli müqavimət imkanları xeyli 
artdı. 
XI Qırmızı Ordunun işğalından sonra Tiflisə getmiş Fətəli 
xan Xoyskinin başçılığı ilə bir qrup siyasi xadim burada 
Azərbaycan Qurtuluş Komitəsi təşkil etmişdi. Yeni rejimə qarşı 
ilk üsyanların təşkilində, müqavimət hərəkatında onun da rolu 
olmuşdur. 
1923-cü ilin sentyabrında Musavatın gizli mətbəəsi 
təsadüfən aşkar olundu. Yenidən həbslər başlandı.  Ələ 


Azərbaycan 20-30-cu illərdə 
 
 
301
keçirilənlərin  ən fəalları  şimala - Ağ  dənizdə Solovki 
adalarındakı sovet ölüm düşərgələrinə sürgün edildi. 
Yeni iqtisadi siyasətin dayandırılması, iqtisadi və siyasi 
rəhbərlikdə daha qəddar inzibati-amirlik metodlarına 
keçirilməsinin cəmiyyətdə doğurduğu narazılıq 1925-1928-ci 
illərdə yenidən minlərlə adamın həbs edilib zindanlara 
salınmasına səbəb oldu. 1928-ci ilin sentyabrında Mirzoyanın 
Bakı partiya təşkilatının iclasındakı  təhrikçi çıxışından sonra 
vətənpərvərlər «müsavatçı» adı ilə kommunist partiyasından, 
müəssisələrdən, ordudan, məktəblərdən müxtəlif bahənələrlə 
qovuldular və həbs edilib sürgün olundular. 
1929-1931-ci illərdə  kəndli üsyanları irə paralel qaçaq 
hərəkatı və partizan mübarizəsi də yenidən canlandı. 
Gəncə, Zaqatala, Qarabağ,  Şəki, Lənkəran və başqa 
üsyanlar yatırıldıqdan sonra dağlara çəkilərək mübarizəni 
davam etdirən partizan hərəkatı daha da gücləndi. 
Beləliklə, kəndli üsyanlarının başlanması  və ona güc 
verən qaçaq hərəkatının, partizan mübarizəsinin baş qaldırması 
ilə Azərbaycanda sovet hakimiyyətinə qarşı mübarizə özünün 
yeni mərhələsinə qədəm qoydu. 
Bu mübarizəni aparma üsuluna görə bir neçə qrupa 
ayırmaq olar: 
- kəndlilər hökumətə  ərzaq verməkdən imtina edir, 
quyularda gizlədir, bir sıra hallarda isə tamamilə  məhv 
edirdilər. Mal-qaranı müsadirə olunmamaq üçün dağlara sürüb 
aparırdılar. 
- yerlərə  gələn partiya və komsomol nümayəndələrini 
döyərək kəndlərdən qovur, bəzi hallarda isə idarələri 
dağıdırdılar. 
- kəndlilər silaha sarılaraq hərbi birləşmələrə  kəskin 
müqavimət göstərir, tez-tez isə partizanlarla birləşərək ordu 
hissələrinə, qatarlara basqınlar təşkil edirdilər. 
- 1920-1930-cü illərdə  kəndlərdə  vəziyyət o qədər 
IX mühazirə 
 
 
302
kəskinləşmişdi ki, Zaqafqaziya Diyar rəhbərlərindən biri 
Ş.Eliava Azərbaycan, Ermənistan, Gürcüstan KP-lərinin birinci 
konqresində bununla bağlı deyirdi: «Fəqət Azərbaycanda 
vəziyyət daha ağır və gərgin bir şəkildədir. Naxçıvan, Zaqatala, 
Şəki vilayətlərində ümumi kəndli üsyanları baş verdi, hökumət 
onlarla tam mənasında hərbə girmək məcburiyyətində qaldı». 
Naxçıvanda Tuxarekinin komandanlığı altında Qırmızı 
əsgərlər üsyançı  kəndlilərə hücum etsələr də, məğlub olub 
qaçmağa məcbur olmuşdular. Üsyançıların xeyli hərbi sursat 
əldə etdiyi bu toqquşmada  əsgərlərdən bir çoxu kəndlilərin 
tərəfinə keçmişdi. 
Qarabağın Cəbrayıl qəzasında 600 nəfərlik rus əsgəri 
Sirik mahalının üsyançıları  tərəfindən dağıdılmışdı. Sonradan 
gətirilən  əlavə qüvvələrin köməyi ilə üsyan yatırılmış, dinc 
əhaliyə divan tutulmuşdur. Salamat qalanlar İrana qaçmışlar. 
6 aprel 1931-ci ildə Türkiyənin «Axşam» qəzeti 
Azərbaycanda güclü üsyan başlandığını, üsyançıların Bakının 
20 verstlinə yaxınlaşaraq Bakı-Tiflis dəmiryolu xəttini  ələ 
keçirdiklərini, üsyanın yatırılması üçün ölkə xaricindən hərbi 
qüvvələrin gətiridiyini bildirmişdir. 
Bu dövrdə qaçaq hərəkatı da güclənmişdi. Samux, Qazax-
Borçalı, Goranboy, Tovuz bölgələrindən Gəncəyə axışıb gələn 
kəndlilərin qaçaqlarla bir yerdə sayı 5 mini keçmişdi. 
Qaçaqların tanınmış  rəhbərlərindən Gəncədə Molla Əhmədi, 
Sarı Qafarı, Həsən Qoca oğlunu, Ağdamda Mir Fəttahı, Şəkidə 
Hüseyn  Əfəndini,  İsmayıl  Əfəndini, Qazax-Borçalı zonasında 
İsa xanı, Lənkəranda Cankişini, Xankişini və başqalarını 
göstərmək olar. Bu dəstələrdə 70-100, bəzi hallarda daha çox 
adam olmuşdu. Belə  dəstələrin  ən böyüyü Zaqatalada, 
Lənkəranda, Qarabağda, xüsusən Gəncədə 
fəaliyyət 
göstərmişdi. 
1930-cu ilin avqustunda Dağıstan, Gürcüstan və 
Azərbaycandakı qaçaq birliklərinin bir çoxunun başçıları 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə