Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə79/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
307
federasiyasının yaradılması yolunda ilk addım 1921-ci ilin 
aprelində atıldı. Belə ki, Azərbaycan, Gürcüstan və Ermənistan 
dəmir yol idarəçiliyinin, iyulda isə Xarici Ticarət orqanlarının 
birləşdirilməsi haqqında saziş imzalandı. 
1921-ci il noyabrın  əvvəllərində RK(b)P Qafqaz bürosu 
Azərbaycan, Gürcüstan və Ermənistan arasında federativ 
ittifaqın yaradılması  təklifini irəli sürdü, həmin ayın axırında 
RK(b)P MK-nın Siyasi bürosu Zaqafqaziya federasiyasının 
yaranması haqqında qətnamə qəbul edildi. AK(b)P-na rəhbərlik 
edən S.M.Kirov Zaqafqaziya federasiyası ideyasını inadla 
müdafiə edir və bu ideyanı əzmlə həyata keçirirdi. 
1922-ci ilin fevralında Zaqafqaziya partiya təşkilatlarının 
I qurultayı çağırıldı. Fevralın 23-də Orconikidze Zaqafqaziya 
ölkə komitəsinin birinci katibi seçildi. Zaqafqaziya ölkə 
Komitəsinin Rəyasət heyətinə Orconikidze, Kirov, Oraxelaşvili 
üzv, Myasnikov isə namizəd seçildi. Elə ilk tərkibdən ölkə 
komitəsinin  əsil mahiyyəti özünü büruzə verdi. Zaqafqaziya 
Ölkə Komitəsinin 1922-ci il aprel plenumu rəyasət heyətinin 
tərkibinin sayını 5 nəfərə qaldırdı. Myasnikov və Maxaradze 
rəyasət heyətinin üzvü, Yaqubov isə namizəd seçildi. Yalnız 
iyun ayında Nərimanov rəyasət heyətinin tərkibinə daxil edildi. 
1922-ci il martın 12-də üç respublikanın Mərkəzi 
Komitələrinin səlahiyyətli konfransı hazırlanmış ittifaq 
müqaviləsini təsdiq etdi. 
1922-ci il aprelin 28-də öz işinə başlamış II Ümum-
azərbaycan Sovetlər qurultayı Azərbaycan zəhmətkeşləri 
adından Zaqafqaziya respublikalarının federativ dövlət 
ittifaqında birləşməsini bəyəndi. 
1922-ci il dekabrın 4-13 arasında keçirilmiş I Zaqafqaziya 
Sovetlər qurultayı – Zaqafqaziya Sovet Federativ Sosialist 
respublikası təşkil etmək haqqında qərar qəbul etdi. Qurultayda 
Ali qanunvericilik orqanı – Zaqafqaziya Mərkəzi  İcraiyyə 
Komitəsi seçildi. 
IX mühazirə 
 
 
308
AK(b)P-nın V qurultayında (1923-cü il mart) S.M.Kirov 
və digər partiya liderləri tərəfindən Zaqafqaziya federasiyasının 
yaradılmasının əsil bolşevik mahiyyəti açıqlandı: «Bizim siyasi 
və iqtisadi şəraitimiz elə deyildir ki, biz hər bir millətə imkan 
verək ki, tam ayrılsın. Bizim milli münasibətlər tarixi sizin 
yaxşı yadınızdadır. 1917-ci ildə kommunistlər hakimiyyətə 
gələn zaman çar imperiyası necə oldu – o tam dağıldı. Nəinki 
hər bir millət ayrıldı  və onlar hətta özlərini siyasi cəhətdən 
dövlət elan etdilər. Bu ilk anlar idi ki, biz elan etmişdik hər bir 
millət ayrıla bilər. Hamı özünü azad və müstəqil hiss etdi, hər 
bir icma necə deyərlər özünü dövlət kimi hiss etdi. … Sosialist 
respublikaları birləşməlidir. O, bir mərkəzdən idarə 
olunmalıdır. Ordu, ordunun gücü və  rəhbərliyi bir mərkəzdən 
almalıdır. … Zaqafqaziya federasiyasının yaranmasını bizim bir 
illik mövcudluğumuzun ən başlıca siyasi anı hesab etmək olar». 
Şərhə ehtiyac yoxdur. 
Digər sovet respublikalarının münasibətlərini 
formalaşdırmaq məqsədilə 1922-ci il avqustunda PK(b)P MK 
tərəfindən  İ.Stalinin başçılığı ilə xüsusi komissiya yaradıldı. 
Stalinin «muxtariyyatlaşdırma» planı daha çevik planla – 
bərabərhüquqlu respublikalar ittifaqı planı ilə əvəz edildi. 
1922-ci il dekabrın 30-da Moskvada açılan SSRİ I 
Sovetlər qurultayı SSRİ-nin təşkili haqqında bəyannaməni və 
müqaviləni təsdiq etdi. Qurultay Sovet dövlətinin ali orqanı – 
SSRİ Mərkəzi İcraiyyə Komitəsini seçdi. 
1923-cü il yanvarın 2-də keçirilən SSRİ MİK-nin birinci 
sessiyası  MİK-nin rəyasət heyətini və  sədrlərini seçdi. 
Azərbaycan respublikasından bura N.Nərimanov seçildi. 
Bununla da Sovet Rusiyasının Azərbaycanda yeritdiyi siyasətin 
«əl-ayağına dolaşan» N.Nərimanov respublikadan 
uzaqlaşdırıldı  və sovet dövründəki formal müstəqilliyinə son 
qoyuldu. 
O dövrün sənədlərində Zaqafqaziya federasiyasının 


Azərbaycan 20-30-cu illərdə 
 
 
309
yaradılmasını  ən çox iqtisadi amillə bağlayır, məsələnin  əsil 
mahiyyəti gizlədilməyə cəhd edilirdi. Məsələn, PK(b)P Qafqaz 
bürosunun 1921-ci il noyabrında keçirilən plenumunun 
qətnaməsində deyilirdi: «… Üç respublikada çoxlu xalq 
komissarlıqları və müəssisələrinin mövcud olması böyük qüvvə 
və vəsaitin sərf edilməsinə səbəb olur və bu bir çox orqanların 
işində lazımsız paralellik yaradır. Buna görə  də, dövlət 
həyatının başlıca və vacib sahələrində ümumi qüvvə ilə inzibati 
idarəçilik etmək sovet işini məhsuldar edir və qüvvətləndirir». 
Yaxud, 1921-ci il dekabrın 2-də Bakı Sovetinin iclasında 
deyilirdi ki, Zaqafqaziya respublikalarında, onların hər birində 
15 komissarlıq olmaqla 45 komissarlıq vardır. Bu 
Zaqafqaziyanın büdcəsini ağırlaşdırır, çətinləşdirir və başqa bir 
sahədə istifadə edilməsi mümkün olan bir çox məsul işçiləri 
zəruri olan işdən ayırır. 
Əlbəttə, bütün bunlar bolşevik təbliğatı idi, əsil həqiqətdə 
isə Azərbaycanın bütün hüquqları  əlindən alınmışdı. Belə ki, 
xarici işlər, hərbi-dəniz, yol-rabitə, poçt və teleqraf, maliyyə, 
xarici ticarət, ərzaq və neft komissarlıqları ləğv edilib, onların 
funksiyaları ZSFSR və SSRİ-nin müvafiq xalq 
komissarlıqlarına verilmişdi. 1921-ci ildə I Ümumazərbaycan 
Sovetlər qurultayında qəbul edilmiş Azərbaycan Konstitusiyası 
əsasında yaradılmış 17 xalq komissarlığı saxlanılmışdı. 
Elə bu vaxtlar N.Nərimanov V.İ.Leninə yazırdı: «Əziz 
Vladimir  İliç, görəsən «Müstəqil Azərbaycan» sözü sizin 
ağzınızdan çıxmayıbmı? … Çoxmilyonlu xalqın hüquq və 
hissləri ilə zarafat etmək olmaz». 
Lakin bu zarafat deyil, Rusiya imperyasını  bərpa etmək 
yolunda həyata keçirilən siyasətin real təcəssümu idi. Məhz bu 
siyasətlə nəinki Azərbaycanın müstəqilliyi əlindən alındı, hətta 
onun ərazi bütövlüyünə də qəsd edildi. 
Azərbaycanın bolşevikləşməsindən sonra Qarabağa, Nax-
çıvana, Zəngəzura və b. bölgələrə erməni təcavüzü davam 
IX mühazirə 
 
 
310
edirdi.  
Əslində Azərbaycan  ərazisi Sovet Rusiyası  tərəfindən 
hərraca çıxarılmışdı. 1920-ci il avqustun 18-də  Şuşada Zən-
gəzur qəza və sahə  İnqilab Komitələrinin fəal iştirakı ilə 
Zəngəzur və Qarabağ nümayəndələrinin qurultayı keçirildi. Bu 
qurultayda sovetlərin təkidi və təklifi ilə gələcəkdə ermənilərin 
bu torpaqları daha asan yolla ələ keçirə bilmələri üçün 
Zəngəzur iki hissəyə – Bərgüşad (Aşağı  Zəngəzur) və Gorus 
(Yuxarı  Zəngəzur) rayonlarına parçalandı. Beləliklə, Yuxarı 
Zəngəzurun Azərbaycandan ayrılmasının  əsası qoyuldu. 
Bununla da Sovet Rusiyası Ermənistan və Azərbaycan arasında 
mübahisəli məsələlərin həllindən Azərbaycanı  kənarlaşdırdı, 
onu təmsil etməyi öz üzərinə götürdü. Sovet Rusiyası ilə 
Ermənistan Respublikası arasında sülh müqaviləsi layihəsi 
hazırlanarkən Azərbaycanın hüquqları pozulmuş, Zəngəzur və 
Naxçıvanın Ermənistana verilməsi planlaşdırılmışdı. 
1920-ci ilin yayında Azərbaycanın siyasi vəziyyətinin 
mürəkkəbliyindən istifadə edən Ermənistan hökuməti təcavüzü 
gücləndiridi.  İyulun axırlarında erməni hərbi hissələri 
Zəngibasarı dağıtdı  və Naxçıvana doğru irəlilədi. Lakin türk 
qoşunu tərəfindən Naxçıvanın nəzarət altına alınması 
ermənilərin qabağında sipər oldu. İyunun 6-da XI Ordu 
hissələri Zəngəzur istiqamətində hücuma keçən erməni 
qoşunlarının qarşısını aldı. Lakin iyulun axırları – avqustun 
əvvəllərində Ermənistanda məğlub olmuş üsyançıları  təqib 
etmək bəhanəsi altında Ermənistan qoşunları  Zəngəzura 
yenidən hücum etdi və  Zəngəzurun böyük bir hissəsini zəbt 
etdi. Bu vaxtlar Azərbaycanda baş verən üsyanlar işğalçı XI 
Orduda elə hiddət yaratmışdı ki, onlar ermənilərin Azərbaycan 
sərhəddinə  təcavüzünə  və onların törətdiyi cinayətlərə biganə 
qalırdı. Səbəb də  məlum idi. Ermənilər tərəfindən azərbay-
canlılar nə qədər çox sıxışdırılsa, yerli əhalinin XI Orduya itaəti 
bir o qədər artardı. Həmçinin Sovet Rusiyasını o torpaqların 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə