Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə87/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   ...   137

X mühazirə 
 
 
339
ordunun  əsil cəbbəxanası, «motorlar mübaribəsi»ni aparan 
hərbi texnikanı yanacaqla təmin edən güclü və etibarlı baza, 
130 növ silah istehsal edən potensial cəbbəxana idi. Bütün 
bunları Hitler bilirdi və ona görə  də Bakının işğalına xüsusi 
diqqət verirdi. «...Hitlerin ad gününə hazırlanmış böyük tortun 
üzərində Azərbaycanın xəritəsi, Bakı göstərilmişdi. Həmin o 
vaxt deyilmişdi ki, Bakını ələ keçirə bilsək, qələbəni əldə etmiş 
olcağıq».  
Bakıda fəaliyyət göstərən xalq təsərrüfatı  əhəmiyyətli 
zavodlar cəbhə  və döyüşən ordu üçün silah və  hərbi sursat 
istehsal edirdilər. 1941-ci ilin dekabrında noyabrla müqayisədə 
50 mm minomyot istehsalı 6 dəfə,  əl qumbarası 5 dəfə, PPŞ 
avtomat silahı 20 dəfə artdı. Kütləvi döyüş sursatı hesab olunan 
mina, aviasiya bombası,  əl qumbarası istehsalına başlanıldı. 
1941-ci ilin dekabrından «Yak-3» qırıcı bombardmançı 
təyyarələrin istehsalına başlandı. 1942-ci ilin əvvəlindən 
başlayaraq cəbhənin sifarişlərini yerinə yetirən təyyarə  təmiri 
zavodu tikildi. «Motorlar müharibəsi» deyilən müharibənin lap 
əvvəlindən Bakı ölkənin başlıca yanacaq bazasına çevrilib, 
döyüşən ordunu fasiləsiz olraq yanacaqla, neft və benzinlə, 
mazut, vazelein və digər sürtgü yağları ilə  təmin edirdi. Neft 
məhsullarına və birinci növbədə motor yanacağına, sürtgü 
yağlarına və yüksək oktanlı benzinə cəbhənin tələbatını ödəmək 
məqsədilə  qısa müddətdə geniş benzin – liqroin fraksiyasını 
təkrar emal edən bir sıra qurğular istifadəyə verildi. Aviasiya 
yağlarının alınmasının yeni texnologiyası  işlənib hazırlandı, 
xüsusi təyinatlı sürtgü yağlarının istehsalı artdı, keyfiyyəti 
yaxşılaşdı. 
Neft sənayesinin maddi-texniki bazasını 
möhkəmləndirmək məqsədilə DMK-nın qərarı ilə ölkənin 
Cənub və Qərb rayonlarından Bakıya 20 iri müəssisə qurğuları, 
o cümlədən 250 dəzgah, 12 vaqon maye tökən cihaz, 53 
metalkəsən dəzgah və digər alətlər gətirildi. 1942-ci ilin 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
340
əvvəlindən başlayaraq «Qırmızı proletariat», «Dzerjinski» 
adına zavod, «Şmidt» adına maşınqayırma zavodunda 
poladəritmə sexi işə düşdü. Beləliklə, Bakı  cəbhənin hərbi 
sifarişlərini yerinə yetirməyə başladı  və  qısa müddətdə güclü 
strateji və hərbi bazaya çevrildi. 
Bakıda aviabombaların istehsalına başlayan gəmi təmiri 
zavodunun, avtomobil təmiri zavodunun və başqa zavodların 
kollektivi 18-20 saat işləyir, müxtəlif cür silahlar isehsal 
edirdilər.  Şmidt adına zavodda düşməni vahiməyə salan 
«katyuşa» hissələri istehsal olunurdu.  
Bakı neftçiləri böyük əzmkarlıq və  əmək xarüqələri gös-
tərirdilər. «Böyük çətinliklərə baxmayaraq, neftçilərimiz 
fədakarlıqla çalışır, cəbhəni və iqtisadiyyatın bütün sahələrini 
yanacaqla təmin edirdilər... 1941-ci ildə neftçilərimizin gərgin 
səyləri nəticəsində Azərbaycanın tarixində rekord həcmdə – 
23,5 milyon ton neft hasil olundu ki, bu da ittifaqda çıxarılan 
neftin 71,4 faizini təşkil edirdi». Bakı nefti Qızıl Ordunun ən 
etibarlı dayağı idi. Ölkədə istehsal edilən neftin 70-75%-ni, 
aviasiya benzini istehsalının  85-90%-ni Bakı verirdi. 
Ümumiyyətlə, müharibə illərində Bakı neftçiləri 75 milyon ton 
neft, 22 milyon ton benzin, 22 milyon ton sürtgü yağları, 6,5 
milyard kubmetr qaz istehsal etmişdilər. Tanınmış dövlət 
xadimi N.Voznesenski yazırdı: «Bakı  cəbhəni və ölkənin xalq 
təsərrüfatını neft məhsulları ilə fasiləsiz təmin edir, havada və 
yerdə yüz minlərlə motoru hərəkətə gətirirdi». Görkəmli Sovet 
sərkərdələri və marşalları G.G.Jukov, R.Y.Malinovski, 
F.İ.Tolbuxin və b. Bakının Böyük Vətən müharibəsində 
mühüm rolunu dönə-dönə qeyd etmişlər. Marşal G.G.Jukov 
yazırdı: «Bakı neftçiləri cəbhəyə  və ölkəyə  vətənimizin 
müdafiəsi üçün, düşmən üzərində tezliklə qələbə üçün nə qədər 
lazım idi, o qədər yanacaq vermişdilər». 
Xəzər Dəniz Gəmiçiliyi  İdarəsi və Bakının neft daşıyan 
donanması müharibə illərində böyük əmək xarüqələri, igidlik 


X mühazirə 
 
 
341
və  qəhrəmanlıq göstərmişlər. 1941-ci il iyunun 1-nə olan 
məlumata görə Bakının Gəmiçilik  İdarəsində 69 tanker və 76 
yük gəmisi var idi. Bundan əlavə SSRİ Dəniz Donanması Xalq 
Komissarlığının göstərişi ilə  sərnişin daşımaq məqsədilə 11 
tanker ayrılmışdı. «Dağıstan», «Türkmənistan», «Qırğızıstan» 
sərnişin teploxodları yaralıları daşımaq üçün üzən qospitala 
çevrilmişdi. 1941-ci ilin avqustunda Xəzər Dəniz Gəmiçiliyinin 
30 gəmisi döyüş  əməliyyatlarında fəal iştirak etmişdi. 1942-ci 
ilin ortalarında Xəzər dənizində 
vəziyyət xeyli 
mürəkkəbləşmişdi. Stalinqrad istiqamətində və Qafqaz uğrunda 
aparılan döyüşlərlə  əlaqədar faşist təyyarələri gəmilərimizi 
bombalayırdılar. Bu zaman Xəzər nəqliyyat donanmasında 
xüsusi cədvəl tərtib edilmiş  və  cəbhəyə göndərilən qoşunların 
və yüklərin daşındığı qatar və  gəmilərin növbədənkənar 
hərəkəti nəzərdə tutulmuşdu. Həmin vaxtlarda Bakı  dəmir yol 
qovşağına yüzlərlə vaqonlarla yük gəlir və  Xəzər dənizi 
vasitəsilə  gəmilərdə külli miqdarda döyüş sursatı, neft 
məhsulları yola salınırdı. Belə bir vaxtda Bakı neftinin 
daşınması çox təhlükəli və qorxulu idi. Ancaq Bakı neftçiləri 
eyni zamanda həm də düşmənə müqavimət göstərən igid 
bahadırlara çevrilirdilər. Neftdaşıyan donanmanı hava 
basqınlarından qorumaq üçün tankerlərə müdafiə topları  və 
zenit pulemyotları qoyulurdu. 
Bakı neftçiləri dünya təcrübəsində ilk dəfə olaraq neftlə 
doldurulmuş sisternləri gəmilərin yedəyinə alıb aparırdılar. Bu 
üsulla Xəzər dənizçiləri Bakıdan Krasnovodska 35 neftdaşıyan 
dəmiryol sisterni, Mahaçqaladan Krasnovodska hər birinin 
ağırlığı beş ton olan neft çənləri daşımışdılar. Rəşadətli 
əməyinə, qəhrəmanlığına və igidliyinə görə 
Xəzər 
Gəmiçiliyinin 1534 işçisi SSRİ orden və medalları ilə  təltif 
olunmuş, 160 dəfə DMK-nin və SSRİ Neft Komissarlığının 
keçici Qırmızı Bayrağını almışdılar. Bakı neftçiləri 280 dəfə 
Ümumittifaq sosializm yarışının qalibi olmuşdur. Neftin hərbi-
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
342
strateji əhəmiyyətini nəzərə alaraq DMK-nin qərarı ilə minlərlə 
gənc ordu sıralarına çağırışdan azad edilərək neft sənayesinə 
göndərilirdilər. Onlardan Sosialist Əməyi Qəhrəmanları Qurban 
Abbasov, Ağa Nemətulla, Musa Bayramov, Yusif Fərzəliyev, 
Məmməd Qəmbərov, Qaraş Əmirov, Məmməd Dünyamalıyev, 
görkəmli mədən qazma ustaları olan Baba Qafar Muradov, 
Rüstəm Rüstəmov, Gülbala Əliyev və b. yüksək ad-san 
çıxarmış, böyük şöhrət qazanmışdılar. 
Müharibə illərində Bakı əməkçiləri döyüşən orduya çoxlu 
yeyinti məhsulları,  ərzaq və geyim məmulatı göndərmişlər. 
Müharibə illərində Bakıdan cəbhəyə 1260 vaqon suxarı, 1100 
vaqon makaron məmulatı, 1300 vaqon tütün və siqaret, 1800 
vaqon konserv, 350 vaqon ərinmiş yağ, külli miqdarda ət 
məhsulları,  ət-süd məmulatı göndərilmişdi. Bakıda güclü 
qospital (hərbi xəstəxana) bazası yaradılmışdı  və burada 
minlərlə döyüşçü müalicə olunur, yenidən həyata qaytarılırdı. 
1942-ci ilin sonunda Bakıda 31400 yerlik 41 hərbi xəstəxana 
var idi. Müharibə illərində Bakıda yaralıları müalicə edən çoxlu 
qospitallar fəaliyyət göstərirdi. Bu qospitallarda 441 mindən 
çox yaralı  və  xəstə müalicə olunmuşdu. Sovet İttifaqı 
Qəhrəmanı adına layiq görülmüş 44 tibb işçisinin 2-si 
azərbaycanlı idi. Bakının ayrı-ayrı zavodlarında çoxlu dərman 
preparatları, müalicə üçün lazım olan tibbi ləvazimat istehsal 
olunurdu. Bakılılar 1942-ci ilin aprelində ölkənin müdafiə 
fonduna 20 milyon manat pul, çoxlu qızıl, gümüş, istiqraz və b. 
qiymətli əşyalar köçürmüşlər. 
Müharibə illərində Azərbaycan Dəmir yolunun Bakı 
şöbəsindən 1 milyondan artıq vaqon yola salınmışdı. Alman 
faşizmi üzərində  qələbənin  əldə edilməsində böyük roluna və 
xidmətlərinə görə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1977-ci il 
24 noyabr tarixli fərmanı ilə Bakı Lenin ordeni ilə təltif edildi. 
Ancaq bakılılar və bütün Azərbaycan xalqı gözləyirdi ki, 
doğma Bakımıza obyektiv qiymət veriləcək və Qəhrəman Şəhər 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə