Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə90/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   86   87   88   89   90   91   92   93   ...   137

X mühazirə 
 
 
351
Qəhrəmanı adına layiq görülmüşdü. 1943-cü il 26 oktyabr 
tarixli Fərmanla Məmməd Ələkbərov Sovet İttifaqı Qəhrəmanı 
adına layiq görülmüşdü. Ukrayna torpaqlarının azad 
edilməsində Məlik Məhərrəmovun adı iftixarla çəkilir. Dneprin 
keçilməsində göstərdiyi igidliyə görə 1943-cü il sentyabrın 27-
də  Məlik Məhərrəmova Sovet İttifaqı  Qəhrəmanı adı verildi. 
Dneprin keçilməsində igidliyinə görə  Məmməd Məhərrəmova 
və  Səlahəddin Kazımova Sovet İttifaqı  Qəhrəmanı adı 
verilmişdi. Kiyevin azad edilməsində igidliyə görə  Xıdır 
Mustafayev 1944-cü il 10 yanvar tarixli Fərmanla Sovet İttifaqı 
Qəhrəmanı adına layiq görülmüşdür. Döyüşdə göstərdiyi 
igidliyə görə Əmir Piriyevə 1944-cü il mayın 7-də Sovet İttifaqı 
Qəhrəmanı adı verilmişdir. 
Belarusiyanın azad olunmasında qvardiya general – 
mayoru, Sovet İttifaqı  Qəhrəmanı  Həzi Aslanovun 
komandanlıq etdiyi tank briqadasının döyüşçüləri böyük 
müvəffəqiyətlər qazandılar. Həzi Aslanovun tank briqadası  və 
şəxsən özü əsl igidlik və  qəhrəmanlıq nümunələri göstərdilər. 
Onun briqadası Ali Baş Komandanın təşəkkürünə layiq gö-
rüldü. Həzi Aslanov ikinci dəfə Sovet İttifaqı Qəhrəmanı adına 
layiq görüldü. Lakin ikinci dəfə Sovet İttifaqı  Qəhrəmanı adı 
ona çox gec – 1991-ci il iyunun 21-də verildi. 1945-ci il 
yanvarın 24-də  Həzi Aslanov müəmmalı  şəkildə yaralandı  və 
həlak oldu. 
Döyüşlərdə göstərdikləri qəhrəmanlığa görə  Qəzənfər 
Əkbərov, Bəhyəddin Mirzəyev, Yusif Sadıxov və başqaları 
Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. 
Böyük Vətən Müharibəsi illərində Azərbaycanda yara-
dılan dörd milli diviziya – 77-ci, 223-cü, 402-ci və 416-cı 
diviziyalar  şərəfli döyüş yolu keçərək Azərbaycan xalqının və 
Böyük Vətən Müharibəsi tarixinə qızıl hərflərlə daxil oldu. Bu 
diviziyalardan başqa 227-ci və 271-ci diviziyalar da 
komplektləşdirildi ki, onların da şəxsi heyyətinin 30%-dən 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
352
70%-ə qədəri azərbaycanlı idi. Simferopolun azad edilməsində 
göstərdiyi qəhrəmanlığa görə 77-ci diviziyaya SSRİ Ali Soveti 
Rəyasət Heyyətinin 24 aprel 1944-cü il tarixli Fərmanı ilə 
«Simferopol diviziyası» fəxri adı verilmiş, onun şərəfinə 
Sapundağda abidə ucaldılmışdı. Tarixə 77-ci Simferopol 
diviziyası adı ilə daxil olan bu şanlı  hərbi birləşmə 1922-ci il 
iyulun 6-da Azərbaycan Xalq Hərbi Dəniz Komissarlığının 
207/a nömrəli əmri ilə yaradılan Azərbaycan atıcı diviziyasının 
varisidir. Vaxtilə bu diviziyaya Cəmşid Naxçıvanski rəhbərlik 
etmişdi. Qambay Vəzirov, Cabir Əliyev, Rəhim Aslanov kimi 
azərbaycanlı  hərbiçilər bu diviziyada böyük hərbi məktəb 
keçmişlər. Qafqazın müdafiəsində  və bütövlükdə  Şimali 
Qafqazın azad edilməsində, habelə Krımın və Ukrayna 
torpaqlarının düşməndən təmizlənməsində 77-ci diviziyanın 
böyük rolu və tarixi xidmətləri olmuşdur. Suvorov ordenli 77-ci 
diviziya müharibə illərində 10.900 km-lik döyüş yolu keçmiş, 
yüzlərlə kənd və şəhəri faşistlərdən azad etmişdir. Diviziyanın 
11.237 nəfər  əsgər və zabiti orden və medallarla təltif 
olunmuşdur. 77-ci diviziyanın döyüşçüləri düşmənin 26.400 
əsgər və zabitini məhv etmiş, 14.300 nəfəri əsir götürmüş, 2333 
avtomobilini, 18 təyyarəsini məhv etmişlər. 
416-cı Suvorov ordenli Taqanroq atıcı diviziyası 1942-ci 
il noyabrın 30-dan 1945-ci il mayın 2-dək olan dövrdə – 27 ay 
fasiləsiz vuruşmalarda 2500 km-dən artıq  şərəfli döyüş yolu 
keçmiş, 7900 kv.km–lik Sovet ərazisini düşməndən azad etmiş, 
40 çayın üzərindən adlamış, düşmənin 22 mindən artıq canlı 
qüvvəsini məhv etmiş, 5474 nəfəri  əsir götürmüş, onlarla 
tankını, 195 topunu, 210 pulemyotunu, 31 minomyotunu, 800 
atəş nöqtəsini, 68 anbarını  məhv etmiş, 17 tank, 8 özüyeriyən 
qurğu, 297 top, 1067 əl pulemyotu, 818 avtomaşın, 240 
parovoz  ələ keçirmişdi. 416-cı diviziyanın 8 döyüşçüsü Sovet 
ittifaqı  Qəhrəmanı adını almış, 11 nəfəri Lenin ordeni, 358 
nəfəri Qırmızı Bayraq ordeninə layiq görülmüşdür. Diviziyanın 


X mühazirə 
 
 
353
14.369 nəfər döyüşçüsü orden və medallarla təltif olunmuşdur. 
Taqanroq şəhərini azad etdiyinə görə ali Baş Komandanın əmri 
ilə 416-cı diviziyaya «Taqanroq» fəxri adı verilmişdi. 
Qafqazdan Berlinədək  şərəfli döyüş yolu keçən 416-cı 
Taqanroq diviziyası 1945-ci il mayın 2-də Berlinin 
Brandenburq darvazasına qələbə bayrağı sancmışdı. 
Azərbaycan diviziyaları Ukraynanın, Belorusiyanın, 
Polşanın, Çexoslovakiyanın, Rumıniyanın, Macarıstanın, 
Yuqoslaviyanın azad edilməsində fəal iştirak etmişlər. Ukrayna 
ərazilərinin alman – faşist işğalçılarından azad olunmasında 
fəal iştirak edən 223-cü Azərbaycan diviziyası Bolqarıstanın, 
Macarıstanın, Rumıniyanın, Yuqoslaviyanın azad edilməsində 
böyük xidmətlər göstərmişdir. Bu diviziya Yuqoslaviyanın 
paytaxtı Belqrad uğrunda göstərdiyi rəşadətə görə “Belqrad 
diviziyası” fəxri adına layiq görülmüşdü. 223-cü diviziya 3660 
km qəhrəman döyüş yolu keçmiş, 8200 kv km ərazini 
işğalçılardan azad etmiş, düşmənin 55 min əsgər və zabitini 
məhv etmiş, faşistləri ağır itkilər verməyə  məcbur etmişdir. 
Diviziyanın döyüşçüləri 9 dəfə Ali Baş Komandanlıq tərəfindən 
qiymətləndirilmişdir. 3-cü Ukrayna cəbhəsinin komandanı, 
marşal F.İ.Tolbuxin diviziyanın döyüşçülərinin qəhrəmanlığını 
xüsusi qeyd etmişdir. 
 271-ci 
Azərbaycan diviziyası Polşanın və 
Çexoslavakiyanın faşistlərdən təmizlənməsi uğrunda aparılan 
döyüşlərdə fərqlənmişlər. 1943-cü ilin sentyabrında ”Donetsk” 
əməliyyatında göstərdiyi rəşadətə görə 271-ci diviziyaya fəxri 
“Qorlovka“ adı verilmişdi. Diviziyanın igid döyüşçülərindən 
olan Z.Bünyadov, A.Vəzirov, M.Abdullayev və b. Sovet 
İttifaqı Qəhrəmanı adına layiq görülmüşlər. 
  Şəxsi heyətinin 70 faizə qədəri azərbaycanlı olan 227-ci 
atıcı diviziya Taman yarımadasının faşistlərdən azad 
edilməsində  fərqləndiyinə görə ona «Temyurq» fəxri adı 
verilmişdi. 1944-cü ilin aprelində Yalta və Feodosiya uğrunda 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
354
vuruşmalarda 227-ci diviziyanın döyüşçüləri düşmənin 5000 
əsgər və zabitini məhv etmiş, 8000 nəfərini əsir götürmüş, 400 
avtomobilini, 7000 at və çoxlu qənimət  ələ keçirmişlər. 
Göstərdiyi  şücaətə görə diviziya Qırmızı Bayraq ordeni ilə, 
2300 döyüşçü isə müxtəlif orden və medallarla təltif olundu, üç 
alay isə  fəxri «Sevastopol”» adına layiq görüldü. Diviziya 
Yassı-Kişinyov 
əməliyyatında, Macarıstan və 
Çexoslovakiyanın azad edilməsində iştirak etmişdir. 
Azərbaycanın oğul və qızları partizan müharibələrində və 
antifaşist müqavimət hərəkatlarında da böyük qəhrəmanlıqlar 
göstərmişlər.  Əfsanəvi qəhrəman «Mixaylo» ləqəbli Mehdi 
Hüseynzadənin  İtaliyada və Yuqoslaviyada şərəfli mübarizəsi 
bütün nəsillərə nümunədir. Bu gün onun məzarı milyon – 
milyon insanların ziyarətgahına çevrilmişdir. 1957-ci il aprelin 
11-də ona Sovet İttifaqı  Qəhrəmanı adı verilmişdir. Fransız 
generalı  Şarl-De Qollun rəhbərlik etdiyi müqavimət hərəkatı 
tarixinə  şanlı  səhifələr yazmış, Xarqo təxəllüsü ilə tanınan 
Əhmədiyyə  Cəbrayılov Fransanın Milli Qəhrəmanı adına, 
dövlət bayrağından irəli getmək  şərəfinə layiq görülmüşdür. 
Azərbaycan övladları 
Vətəndən uzaqda olmalarına 
baxmayaraq, onların faşizmə qarşı nifrəti bir an belə 
səngiməmiş, bütün vasitələrdən istifadə edərək düşmənlə ölüm-
dirim mübarizəsinə qalxmış xalqlara qoşularaq, bir sıra 
bölgələrdə belə mübariz və döyüşən dəstələrə  rəhbərlik 
etmişlər. 
 
 
4. Azərbaycan mühacirəti müharibə illərində.  
Milli legionların yaradılması 
 
Müharibənin başlanması, ilk vaxtlarda alman-faşist or-
dularının müvəffəqiyyətləri ilə  əlaqədar azərbaycanlı döyüş-
çülərin bir hissəsində yeni bir düşüncə  tərzi yaratdı  və onlar 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə