Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə92/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   88   89   90   91   92   93   94   95   ...   137

X mühazirə 
 
 
359
birlikdə Azərbacyan Milli legionu da geri çəkilirdi. Müharibə 
qurtardıqdan sonra azərbaycanlı legionçular dünyanın müxtəlif 
ölkələrinə  səpələndilər. Almaniyanın məğlubiyyətindən sonra 
Azərbaycan Milli Hökumətinin prezidenti Ə.Fətəlibəyli-
Düdənginskinin ağır mühacirət dövrü başlayır. O, əvvəl Misirə, 
sonra Türkiyəyə gedir. «Bolşevizmə qarşı mübarizə» məqsədilə 
ABŞ ideoloji təbliğat vasitəsi olan «Azadlıq» radiosunu təşkil 
edir və Ə.Fətəlibəyli-Düdənginskini Azərbaycan redaksiyasının 
redaktoru vəzifəsinə  dəvət edir. «Azadlıq» radiostansiyasının 
açılışı Stalinin ölümü günü - 1953-cü il martın 5-də olur. 1954-
cü ildə  Ə.Fətəlibəyli-Düdənginski sovet cəsusu tərəfindən 
xaincəsinə öldürülür. 
Əbdül Rəhim bəy Fətəlibəyli-Düdənginski özünün mənalı 
ömrünu xalqına həsr etmişdi. Onu tanıyanlar və onun rəhbərliyi 
altında işləyənlərin xatirələrindən bir daha aydın olur ki, bu 
cəsur insan elmli və savadlı, böyük təşkilatçılıq qabiliyyətinə 
malik rəhbər, parlaq bir şəxsiyyət, öz xalqını sevən bir insan 
olmuşdur

Güclü qüvvəyə malik olan Azərbaycanlı legionerlər 
Azərbaycanın müstəqilliyi xəttini yürütdükləri üçün xalqımızın 
tarixində şərəfli yer tutmağa tam layiqdirlər. 
 
 
5. Azərbaycan mədəniyyəti müharibə illərində.  
İkinci dünya müharibəsinin geosiyasi nəticələri 
 
Müharibə illərində Azərbaycanın elm və  mədəniyyət 
xadimləri, maarif, ədəbiyyat və incəsənət nümayəndələri, 
çoxsaylı Azərbaycan ziyalıları öz fədakar əməyi və zəhməti ilə 
faşist Almaniyasına qarşı  ədalətli mübarizəyə, böyük tarixi 
qələbəyə  həlledici kömək və yardım etmiş, arxa cəbhə ilə ön 
cəbhənin möhkəm və sarsılmaz birliyinin təmin edilməsinin 
uğurlu həlli yolunda səylə  və yorulmadan çalışmışlar. 
Azərbaycan alim və ziyalılarının müharibə illərindəki fəaliyyəti 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
360
həqiqətən təqdirəlayiqdir və unudulmazdır. Faşizm üzərində 
böyük tarixi qələbənin qazanılmasında Azərbaycan alimlərinin, 
elm və  mədəniyyət nümayəndələrinin özünəməxsus payı, rolu 
və xidmətləri vardır. Müharibənin ilk günlərində SSRİ Elmlər 
Akademiyasının Azərbaycan filialının bir qrup əməkdaşı xalqa 
və dövlətə müraciətində yazmışdı: “Bakının bütün əməkçiləri 
ilə birlikdə biz alimlər də var qüvvəmizi düşməni tamam 
darmadağın etmək üçün, qəhrəman Qızıl Ordunu, igid 
tankçıları, sovet şahinlərini neft və benzinlə təmin etmək işinə 
verəcəyik”. 
Müharibə dövründə xüsusilə Azərbaycanın kimyaçı  və 
tibb alimləri misilsiz işlər görmüş, müxtəlif növ silahlar və 
partladıcı  hərbi sursatlar hazırlamış, bir çox qiymətli təkliflər 
irəli sürmüşdülər. 1941-ci ilin yayında Bakıda ilk hidrogen 
birləşmələri qrupu hazırlandı. Yusif Məmmədəliyevin 
rəhbərliyi ilə bir qrup alim 28 gün laboratoriyadan çıxmayaraq, 
neft-kimya elmində böyük hadisə olan yüksək oktanlı aviasiya 
benzini əldə etdi. Akademik Y.H.Məmmədəliyevin sədrliyi ilə 
görkəmli Azərbaycan alimləri R.H.İsmayılov, H.X.Əfəndiyev, 
Ə.M.Quliyev, H.B.Şaxtaxtinski, S.C.Mehdiyev, V.S.Qutırya, 
Ş.A.Məmmədov və başqalarından ibarət kimya problemləri 
üzrə nüfuzlu və  səlahiyyətli bölmə yaradıldı. Neft emalı 
müəssisələrində 75 laboratoriya fəaliyyət göstərirdi. 
Alimlərimiz mühüm hərbi  əhəmiyyəti olan xlorlu metal, 
müxtəlif partladıcı maddələr, təyyarə, tank və  hərbi maşınlar 
üçün sürtgü yağları, metalkəsən dəzgahlar, avtomat qurğu 
silahları  və digər silah növləri hazırlayırdılar. Kimyaçı 
alimlərimizi n köməyi ilə 100 növ neft-kimya məhsulları, o 
cümlədən 38 növ sürtgü yağı, 9 adda təyyarə benzini, 8 növ 
dizel yağı istehsal edilirdi. 
Respublikamızın bioloq alimləri Azərbaycan  ərazisində 
bitən bitkilərdən ucuz başa gələn və  həm də keyfiyyətli 
müxtəlif dərman növləri icad etdilər. Onların köməyi ilə efir 


X mühazirə 
 
 
361
yağı  əldə edilirdi. Professor Mustafa Topçubaşov tibb elminə, 
xüsusən cərahiyyə elminə böyük yeniliklər gətirmişdi. 
Azərbaycan alimləri Mirəli Qaşqayın və  Şamil 
Əzizbəyovun rəhbərliyi ilə strateji xammal – odadavamlı gil, 
fosforit yataqları  aşkar edildi. “Azneft” geoloqları  tərəfindən 
aparılmış  kəşfiyyat işləri nəticəsində 850 neft mənbəyi kəşf 
edildi. Professor Əziz Əliyevin sədrliyi ilə 1942-ci ildə “Yaralı 
döyüşçülərə və xəstələrə komək komitəsi” yaradıldı. 
İctimai və humanitar elmlər sahəsində çalışan alimlər 
xalqın qəhrəmanlıq tarixindən bəhs edən  əsərlər yazırdılar. 
Müharibə illərində tarixçi alim, professor Zülfəli  İbrahimovun 
«Babək» tarixi kitabı  nəşr olundu. H.Hüseynov və 
M.N.Dadaşzadənin redaktəsi ilə «Azərbaycan  ədəbiyyatı”nın 
qısa tarixi» nəşr edildi. Bundan başqa “Azərbaycan tarixinin 
qısa oçerkləri“, dörd cildlik “Rusca-azərbaycanca lüğət“, 
“Azərbaycan xalq musiqisinin əsasları“, Nizami və Fizulinin 
yaradıcılığından bəhs edən  əsərlər, Azərbaycan xalqının 
qəhrəman keçmişindən, xalqlar dostluğundan, döyüş 
qəhrəmanlıqlarından bəhs edən  əsərlər yazılmışdı. Səməd 
Vurğun, Süleyman Rüstəm, Məməd Səid Ordubadi, Rəsul Rza, 
Mirzə  İbrahimov, Süleyman Rəhimov, Osman Sarıvəlli, 
Məmməd Rahm, Zeynal Xəlil, Əhməd Cəmil, Mirvarid Dilbazi, 
Nigar Rəfibəyli, Cəfər Xəndan, Mircəlal Paşayev, Tələt 
Əyyubov və b. böyük təbliğat işlərində  fəal iştirak edir, xalqı 
qələbəyə ruhlandıran yeni-yeni əsərlər yaradırdılar. 
Azərbaycan incəsənətinin görkəmli xadimləri və 
bəstəkarları yeni-yeni musiqi əsərləri, marş, simfoniya, mahnı 
və balladalar yaradırdılar. Üzeyir Hacıbəyov, Səid Rüstəmov, 
Süleyman Ələsgərov, Bülbül, Cahangir Cahangirov, Niyazi və 
başqaları yaratdıqları musiqi ilə cəbhələrdə döyüşçülərə mənəvi 
ruh və qida verir, onlarda qələbəyə möhkəm inam və  əqidə 
yaradırdılar. 
1945-ci il martın 23-də SSRİ Elmlər Akademiyasının 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
362
Azərbaycan filialı  əsasında Azərbaycan SSR Elmlər 
Akademiyası yaradıldı ki, bu da respublikamızda elmin 
inkişafında mühüm rol oynadı. 
Böyük Vətən müharibəsi illərində Azərbaycan ədəbiyyatı, 
mədəniyyəti və incəsənəti respublikamızın görkəmli zi-
yalılarının qələm tutan əli ilə daha təsirli idi və  qələbəyə 
ruhlandırırdı. Müharibənin ilk günlərində  Səməd Vurğun 
yazdığı “Vətən keşiyində“, “Şəfqət bacısı“, “Qızıl  şahinlər“, 
“Komsomol marşı “, “Vətən eşqi“ və b. şerləri ilə ön və arxa 
cəbhədə vuruşan döyüşçü  əsgərlərimizi, kənd  əməkçilərini 
qələbəyə ruhlandırır, adamlara mənəvi dəstək verirdi. Moskva, 
Leninqrad, Sevastopol, Stalinqrad, Volqa, Qafqaz uğrunda 
gedən döyüşlər zamanı  əsgərlərimizi ruhlandıran Azərbaycan 
poeziyasının yeni-yeni nümunələri yazıldı. Səməd Vurğunun 
“Moskva“, “Salam Moskva“, “Rus ordusu“, M.Rahimin “Rus“, 
“Nataşanın ölümü“, M.Dilbazinin “Sevastopolun qəhrəman 
döyüşçülərinə“, “Sevinc“ adlı  şeirləri xalqlar dostluğunun 
qələbəyə ruhlandıran mövzusuna həsr edilmişdi. 1941-1945-ci 
illərdə partizan mübarizəsinə  həsr edilmiş  şeirlər yazılmışdı. 
S.Vurğun «İgid  şahin», «Qəhrəmanın hünəri», «Partizan 
Babaş»,  Ə.Cəmilin «Bəxtiyar», Z.Xəlilin «On üç dost», 
M.Rahimin «Onu Don qucaqladı» və b. şeirləri yazıldı. 
Müharibə illərində qadın  əməyinə, qadın hünərinə  və 
qadın qəhrəmanlığına həsr edilmiş bir çox əsərlər işıq üzü 
görmüşdü. S.Vurğunun «Ananın öyüdü», R.Rzanın «Əsgər 
anasının sözləri», S.Rüstəmin «Ana və poçtalyon», «Qocanın 
dedikləri», M.Rahimin «Sevgilimin arzusu», Ə.Cəmilin «Tez ol 
sevgilim, tez ol!» şeirləri qadın və qızlarımızın qəhrəmanlığına, 
pak və ülvi məhəbbətinə həsr edilmişdir ki, belə təmiz sevgi ilə 
əsgərləri qələbəyə, qadın və  qızlarımızı isə onlara mənəvi 
yardım etməyə hədsiz dərəcədə ruhlandırırdı. 
Azərbaycan yazıçıları  və dramaturqları, o cümlədən Mir 
Cəlalın «Ananın köməyi», «Ananın yarışı», M.Hüseynin 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə