Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə93/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   89   90   91   92   93   94   95   96   ...   137

X mühazirə 
 
 
363
«Nişan üzüyü», S.Rəhimovun «Medalyon», M.İbrahimovun 
«Məhəbbət», R.Rzanın «Vəfa», M.Hüseyn və  İ.Əfəndiyevin 
«İntizar», A.Şaiqin «Vətən», Z.Xəlilin «İntiqam»  əsərlərində 
qadınların qəhrəmanlığı, döyüşçülərin igidliyi vəsf edilirdi. 
Həmin vaxt S.Vurğun «Fərhad və Şirin», M.Hüseyn «Nizami», 
M.S.Ordubadi «Dumanlı  Təbriz» kimi monumental əsərlərini 
yaratdılar. 
Müharibə illərində Azərbaycan incəsənətinin inkişafında, 
qələbəyə ruhlandıran mahnı  və simfoniyaların, gözəl musiqi 
balladalarının yaradılmasında, ifa tərzinin yüksəldilməsində və 
təbliğat – təşviqatın genişləndirilməsində Ü.Hacıbəyovun, 
Bülbül Məmmədovun, 
Ə.Bədəlbəylinin, Niyazinin, 
S.Rüstəmovun, A.Abbasovun, F.Əmirovun, S.Hacıbəyovun, 
C.Hacıyevanın, Q.Qarayevin və başqalarının böyük xidmətləri 
olmuşdur. Bu böyük musiqi korifeylərimizin yaratdıqları 
fundamental  əsərlər döyüşçüləri qələbəyə,  əməkçiləri isə daha 
çox məhsul istehsal etməyə ruhlandırırdı. 
Güclü hücuma keçən Qırmızı Ordu hissələri 1945-ci il 
aprelin sonlarına yaxın düşməni son nöqtəsinə qədər sıxışdırıb 
darmadağın etdilər və strateji Berlin əməliyatını  uğurla başa 
çatdırdılar. Aprelin 30-da Reystaq üzərinə  qələbə bayrağını 
sancdılar. Həmin gün alman dəftərxanasının yeraltı bunkerində 
gizlənən Hitler özünü öldürdü. Mayın 2-də Berlin hücumla 
alındı, Berlin qarnizonu silahı yerə qoydu, təslim oldu. Mayın 
8-də Berlində Almaniya Ali Komandanlığının nümayəndələri 
danışıqsız təslim olmaq haqqında akta imza atdılar. Mayın 9-u 
tarixə Qələbə Günü kimi daxil oldu. 
1945-ci il iyunun 24-də Moskvada Qızıl Meydanda 
Azərbaycan döyüşçülərinin nümayəndələrinin də  iştirak etdiyi 
Sovet Ordusunun Qələbə paradı keçirildi.  
1945-ci il iyulun 17-dən avqustun 2-dək Berlin 
yaxınlığında Potsdam şəhərində SSRİ, ABŞ  və Böyük 
Britaniya dövlət başçılarının – Stalin, Trumen və Çerçillin 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
364
iştirakı ilə beynəlxalq konfrans oldu. Potsdam konfransında 
dünyanın geosiyasi məsələləri müzakirə olundu. Konfransdan 
az sonra, götürdüyü təhhüdə uyğun olaraq SSRİ 1945-ci il 
avqustun 9-da Yaponiyaya müharibə elan etdi. Yaponiyaya 
qarşı müharibədə 223-cü Azərbaycan diviziyası, bir çox 
Azərbaycan döyüşçüləri iştirak edirdilər. Göstərdikləri rəşadətə 
görə Qara Sarıyev, Aslan Aslanov, Hacı Hacıyev, Niyaz 
Hüseynov, Hacı Rzayev, Ələkbər Səfərov və başqaları 
«Yaponiya üzərində  qələbəyə görə» medalı ilə  təltif 
olunmuşdular.  
Sovet qoşunları sürətlə hücuma keçərək Yaponiyanın 
Kvantun ordusunu darmadağın etdi. 1945-ci il sentyabrın 2-də 
Yaponiya hökuməti Tokio körfəzində yerləşən ABŞ-ın «Mis-
suri» xətt gəmisində  təslim aktına qol çəkdi. Beləliklə, 2194 
gün davam edən  İkinci dünya müharibəsi başa çatdı. 
Müharibədə «Ox» dövlətləri adlandırılan faşist bloku, onun 
aparıcı qüvvəsi olan nasist Almaniyası  və militarist Yaponiya 
darmadağın edildilər və  məğlubiyyətə  uğradılar. Bu, İkinci 
dünya müharibəsinin  əsas yekunlarındandır. Azərbaycan 
xalqının ümumilli lideri Heydər Əliyevin dediyi kimi, müharibə 
illərində «… dünya xalqlarının güclü antifaşist birliyi yarandı. 
Yalnız bunun sayəsində, antifaşist qüvvələrin fədakarlığı 
nəticəsində bəşəriyyəti böyük təhlükədən, ağır fəlakətdən xilas 
etmək mümkün oldu». 
İkinci dünya müharibəsi bəşəriyyəti böyük tələfata, 
maddi və  mənəvi məhrumiyyətlərə  və  ağır sarsıntılara düçar 
etdi. Müharibədə itirak edən ölkələrdən 60 milyona yaxın adam 
həlak oldu. Onlardan keçmiş SSRİ 27-28 milyon, Almaniya 
13,6 milyon, Polşa 6 milyon, Çin 5 milyon, Yaponiya 2,5 
milyon, İndoneziya 2 milyon, Yuqoslaviya 1,7 milyon, Filippin 
1 milyon, Fransa 600 min, İngiltərə 375 min, ABŞ 300 min, 
Avstraliya və Yeni Zelandiya 40 min adam itirmişdir.
 
Bəşəriyyəti faşizm taunundan xilas edənlər, öz həyatlarını 


X mühazirə 
 
 
365
azadlıq uğrunda qurban verənlər bəşər tarixinin yaddaşında 
əbədi yaşamağa layiqdirlər. Milyon-milyon insanların həyatı, 
100 milyonlarla adamların gecəli-gündüzlü narahatlığı, fədakar 
əməyi və  qəhrəmanlığı hesabına başa gələn böyük tarixi 
QƏLƏBƏ. Bu tarixi Qələbənin qazanılmasında Azərbaycan 
xalqının çox böyük xidmətləri və rolu vardır. 1941-1945-ci 
illərdə cəbhəyə Azərbaycandan 700 min nəfərə yaxın döyüşçü 
göndərilib. Onlardan 300 minə  qədəri qəhrəmanlıqla döyüş 
cəbhələrində həlak olub. Geri qayıdan 400 min nəfərin yarısına 
qədəri isə  şikəst və  əlil olmuşdur. Müharibədə göstərdikləri 
igidliklərinə və şücaətlərinə görə 130 nəfər həmyerlimiz Sovet 
İttifaqı Qəhrəmanı adı almış, 30 nəfər isə Şöhrət ordeninin hər 
üç dərəcəsi ilə  təltif olunmuşdur. Döyüşlərdə  iştirak edən 
həmyerlilərimizin 200 min nəfərdən çoxu orden və medallarla 
təltif edilmişdir. Sovet İttifaqı  Qəhrəmanı adına layiq 
görülənlərdən 43 nəfəri azərbaycanlıdır.  
İkinci Dünya və Böyük Vətən Müharibələri Azərbaycan 
xalqına olduqca baha başa gəldi. Müharibə illərində döyüşən 
cəbhəyə Zaqafqaziya respublikalarından daha çox adam 
Azərbaycandan getmiş, ancaq nədənsə müqayisədə 
qəhrəmanlıqla ad çıxaran həmyerlilərimizə  fəxri adlar az 
verilmişdir. Halbuki onların qəhrəmanlıqları barədə Ali Baş 
Komandanlığa təqdimatlar göndərilirdi. Ancaq Mərkəz bəzi 
hallarda məhz «azərbaycanlı» olduğu üçün onlara qısqanclıqla 
yanaşırdı. Daha sonra, məlumdur ki, müharibə illərində Sovet 
ordusunun döyüşən texnikasının yanacağının təqribən dörddə 
üç hissəsini Bakı neftçiləri göndərirdilər. Azərbaycan xalqının 
ümummilli lideri Heydər  Əliyev demişdir: «Faşizm üzərində 
qələbənin əldə edilməsində Bakı nefti həlledici amillərdən biri 
olmuşdur. Təkcə bu faktı qeyd etmək kifayətdir ki, o dövrdə 
hər beş  təyyarə, tank və avtomaşından dördü Bakı benzini ilə 
işləyirdi». Bakı neftçilərinin qəhrəman əməyi Sovet marşalları 
və dövlət xadimləri tərəfindən dəfələrlə qeyd edilmişdi. Marşal 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
366
Jukov yazırdı: «Bakı nefti SSRİ-ni müdafiə etməyə və düşmən 
üzərində tezliklə  qələbə çalmağa tam kifayət edirdi». Bu 
baxımdan bakılıların haqqı var ki, desinlər, nəyə görə Bakıya 
«Qəhrəman  şəhər» adı verilmədi? Mərkəzin qeyri-
obyektivliyinə görə müharibə illərində Azərbaycan xalqının 
qəhrəmanlığı layiqli qiymətini almamışdır. 
İkinci dünya müharibəsinin ciddi geosiyasi nəticələri və 
siyasi dərsləri oldu. Ən mühüm ibrət dərsi o oldu ki, hər hansı 
müharibəyə yol verməməyin yeganə amili müharibə törədən 
təcavüzkar qüvvələrə qarşı birləşmək, onlara qarşı mütəşəkkil 
hərəkət etmək, xalqların sayıqlığını artırmaqdır. Bu gün tüğyan 
edən erməni faşizmi bəşəriyyətə  xəbərdarlıq olmalıdır. Ona 
görə ki, «…alman faşistləri kimi, hitlerçilər kimi ermənilər də 
Azərbaycanın işğal edilmiş torpaqlarında hər  şeyi dağıdıblar.. 
erməni işğalçılarının alman faşizmindən heç də  fərqi yoxdur. 
Ona görə  də  bəzi ölkələr, dövlətlər və xalqlar İkinci dünya 
müharibəsindən və onun nəticələrindən ibrət dərsi 
götürməlidirlər».  
İki  əsrə yaxındır ki, «Dənizdən – dənizə», monoetnik 
«böyük Ermənistan» yaratmaq xulyası ilə yaşayan erməni 
millətçiləri Azərbaycan torpaqları  və  sərvətlərinə sahib olmaq 
üçün dəridən-qabıqdan çıxaraq, öz avantürist niyyətlərini 
həyata keçirmək üçün tarixdə görünməmiş cinayət və 
vəhşiliklərdən, kütləvi qırğınlar və vandalizmdən istifadə 
etmişlər. Erməni təcavüzkarları tərəfindən yeridilən bu mənfur 
siyasət Azərbaycan xalqına qarşı ölüm, işgəncə, məşəqqət və 
məhrumiyyətlərlə müşayət olunan faciə dolu qaçqın, didərgin 
həyatı, yarası dövr-dövr qövr eləyən el-oba dərdi, torpaq və 
yurd həsrəti gətirmişdir. Azərbaycan torpaqlarının 20 faizini 
işğal edən erməni cəlladları 1,2 milyon azərbaycanlını qaçqına 
və didərginə çevirmişdir. 
Ermənistanın hərbi birləşmələri Qarabağ müharibəsini 
genişləndirərək Azərbaycanın  əzəli və  əbədi torpağı olan Dağlıq 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə