Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə86/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   82   83   84   85   86   87   88   89   ...   137

X mühazirə 
 
 
335
çıxarılması, emalı  və daşınması Almaniyanın «Kontinental» 
neft cəmiyyətinə tapşırılmışdı. Hitler 1941-ci il iyulun 16-da 
rəsmi yığıncaqda bildirmişdir ki, Bakı alındıqdan sonra hərbi 
məntəqəyə çevrilməlidir. Faşist Almaniyasının işğal planları 
geniş idi. Hitlerin işğal planına görə SSRİ üzərində tam 
qələbədən sonra türk xalqları yaşayan  ərazilərdən ibarət «Bö-
yük Türküstan» dövləti yaradılmalı idi. Bu dövlətin  ərazisinə 
Şimali və  Cənubi Azərbaycan, Başqırdıstan, Tatarıstan, Krım, 
Şimali Qafqaz, Qərbi Çin və Əfqanıstanın daxil olması nəzərdə 
tutulurdu. Hitler Bakını faşist Almaniyasını yanacaqla təmin 
edən mərkəzə çevirmək niyyətində idi.  
Diqqəti cəlb edən  əsas amillərdən biri də o idi ki, SSRİ 
ilə müttəfiq olan və faşizmə qarşı eyni koalisiyada birləşən 
dövlətlər də neft Bakısını  ələ keçirməyə çalışırdılar. Bu 
baxımdan ABŞ və İngiltərənin Qafqaz siyasətində Azərbaycan 
və Bakı neftinə sahib olmaq marağı özünü qabarıq göstərirdi. 
ABŞ  və  İngiltərə  hər vasitə ilə Azərbaycana və Bakıya 
yiyələnməyə, onu özünün nüfuz dairəsinə çevirməyə ciddi 
cəhdlər göstərirdilər. Onların hazırladıqları  «Vilvet» planına 
görə Sovet ordusu Qafqazdan çıxarılıb Stalinqrada aparılmalı, 
burada isə faşistlərə qarşı ingilis-amerikan hərbi hissələri 
vuruşmalı idi. Beləliklə, Azərbaycan və xüsusən Bakı nefti istər 
düşmən qüvvələrinin və istərsə də «müttəfiq»lərin xarici siyasət 
diplomatiyasında və  işğalçılıq planlarında diqqət mərkəzində 
idi. 
 
2.Respublika iqtisadiyyatının hərbi tərzdə yenidən 
qurulması. Bakı şəhərinin hərbi sənaye və tibbi xidmət 
potensialı.  
Cəbhənin yanacaqla təmin edilməsində  
Azərbaycan neftçilərinin rolu 
 
Böyük Vətən müharibəsinin başlandığı ilk gündən Azər-
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
336
baycan xalqı ayağa qalxdı, səfərbər edildi, müsəlləh əsgər kimi 
döyüşə atıldı və SSRİ-nin başqa xalqları ilə çiyin-çiyinə alman-
faşist işğalçılarına qarşı mübarizəyə başladı. Azərbaycan K(b)P 
MK 1941-ci il iyunun 28-də bütün partiya komitələrinə, yerli 
təşkilatlara və hakimiyyət orqanlarına məktub göndərdi. 
Məktubda bütün iş formalarını  və  hərəkət mexanizmini 
müharibənin tələblərinə uyğun yenidən qurmaq, xalqın 
sayıqlığını yüksəltmək, ehtiyat qüvvələrini səfərbər etmək 
barədə ciddi tapşırıqlar verildi. DMK-nın qərarına uyğun 
olaraq, respublikamızda ordu üçün sürətlə ehtiyat qüvvələri 
hazırlamaq və 16 yaşından 50 yaşınadək kişilərə məcburi hərbi 
təlim vermək sahəsində  iş aparılırdı. Xalq təsərrüfatını  hərbi 
qaydada yenidən qurmaq məsələsi Azərbaycan dövlətinin 
fəaliyyətində diqqət mərkəzində dayanırdı. Bununla belə 
Azərbaycan xalqı  və Azərbaycan Respublikası çətin vəziyyətə 
düşmüşdü. Ona görə ki, təcrübəli kadrlar, işi bacaran qabaqcıl 
mütəxəssislər, hətta idarə  və müəssisə  rəhbərləri cəbhəyə 
getmişdilər. Azərbaycan neftçilərinin 45 faizi orduya getmişdi. 
Onları isə təcrübəsi olmayan, az yaşlı uşaqlar, qızlar və qadınlar 
əvəz etmişdilər. İşi bacarmadıqlarına görə bəzi sənaye sahələri, 
neft mədənləri fəaliyyətini dayandırmaq məcburiyyətində qaldı. 
Vaxt isə gözləmirdi. Mərkəz Bakıdan çoxlu yanacaq və digər 
ərzaq məhsulları  tələb edirdi. 1941-ci ilin noyabrında 
Azərb.K(b)P MK və Bakı Komitəsinin plenumunda sənayenin 
işi haqqında məsələ müzakirə olundu və xalq təsərrüfatını hərbi 
qaydada yenidən qurmaq üçün yerli partiya və hakimiyyət 
orqanlarına konkret tapşırıqlar verildi. 1941-ci ilin dekabrında 
Azərb.K(b)P MK plenumu respublikanın xalq təsərrüfatını 
hərbi qaydada yenidən qurmağa dair ciddi tapşırıqlar verdi. 
Müharibənin ilk günündən Azərbaycan xalqı «Hər  şey 
cəbhə üçün, hər  şey qələbə üçün!» şüarı ilə alman faşizminə 
qarşı mübarizəyə qalxdı.  İyunun 22-də Bakıda izdihamlı 
mintinq keçirildi. Hamı bir nəfər kimi cəbhəyə getmək barədə 


X mühazirə 
 
 
337
öhdəliklər götürdü. Respublikanın bütün rayonlarında hərbi 
komissarlıqlara gedib könüllü cəbhəyə göndərilmələrini xahiş 
edən on minlərlə  gənc növbələrə dayanırdılar. Müharibənin 
birinci üç günündə Azərbaycandan 18 min nəfər könüllü ordu 
sıralarına yola düşdü.  İlk günlərdə Azərbaycanın 40 mindən 
çox gənc oğlan və  qızı  cəbhəyə getmək üçün hərbi 
komissarlıqlara ərizə verdi. Qısa müddətdə 186.704 nəfər xalq 
qoşunu dəstələrinə yazıldı. Bakı  şəhərində xalq qoşunu 
dəstələrinə 61.780 nəfər yazılmış və 20 rota təşkil olunmuşdu. 
Bakı  ətrafında yarıdılmış müdafiə zonası xalq qoşunu 
dəstəsində 12 min döyüşçü fəal iştirak edirdi. 1941-ci ilin 
avqustunda Bakıda üç – 101, 102 və 103-cü xalq qoşunu 
diviziyaları yaradıldı. Bu dviziyalarda 21.259 nəfər döyüşçü 
vardı. DMK-nın qərarına uyğun olaraq 16-50 yaşlarında olan 
kişilərə ümumi hərbi təlim keçirilirdi. 1941-ci ilin oktyabrından 
1942-ci ilin dekabrınadək respublikada 172.209 nəfər hərbi 
təlim keçmiş, 29.925 atıcı, 1255 snayper, 363 minamyotçu, 747 
pulemyotçu və b. hazırlanmışdı. Azərbaycanda 1941-1945-ci 
illərdə ümumi icbari hərbi təlim xətti ilə 6500 nəfərdən çox tibb 
bacısı, 51.254 nəfər döyüşçü hazırlanmışdı. Yaradılan qırıcı 
batalyonlarda işləmək üçün 12 min nəfər səfərbər edilmişdi. 
1941-ci ilin iyul-oktyabr aylarında respublikada 30.480 nəfər 
səfərbər olundu. 1943-cü il yanvarın 1-nə  qədər respublikada 
464 min nəfər orduya çağrılmışdı. Respublikada 87 qırıcı 
batalyon, 1124 özünümüdafiə  dəstəsi, 15 min nəfərlik HHM 
(hava hücumundan müdafiə) dəstələri yaradıldı.
.
 
Ümumiyyətlə, 1941-1945-ci illərdə Azərbayandan orduya 
700 minə  qədər adam səfərbər olunmuşdu ki, onların 11 
mindən çoxu qadın idi. 
Rus dilini bilməmək Azərbaycanlı döyüşçülər üçün 
çətinlik törədirdi. Bunu nəzərə alaraq Azərb.KP MK-nın hərbi 
şöbəsi 1941-ci il oktyabrın 23-də Zaqafqaziya cəbhəsinin Siyasi 
İdarəsinə müraciət etdi. Bundan sonra azərbaycanlı döyüşçülərə 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
338
90 saatlıq proqram tədris edildi ki, bunun da çox böyük 
əhəmiyyəti oldu. 
Bakıda, Naxçıvanda, Gəncədə  və respublikanın digər 
bölgələrində müdafiəyə hazırlıq işləri görülür, hətta pioner və 
məktəblilər də  səfərbər edilmişdilər. Yaşayış  məntəqələrini 
qorumaq üçün xalq drujina dəstələri, tibb dəstələri yaradılırdı. 
Naxçıvan  şəhərində 185 dərnək təşkil edilmiş, onlara 6.212 
nəfər cəlb edilmiş, 31 özünümüdafiə qrupu yaradılmışdı. 
Bakının on minlərlə 
əhalisi müdafiə mövqelərinin 
yaradılmasına cəlb edilmişdi. Gəncədə 12 sənaye müəssisəsi 
müharibənin tələbləri əsasında yenidən qurulmuş, 26 adda hərbi 
məhsul istehsal edilirdi. Ölkənin müdafiə fonduna 
Azərbaycandan 1941-1942-ci illərdə 5457 yük maşını, 672 
minik avtomobili, 476 traktor, 50 min at göndərilmişdi. 
Azərbaycan neftçiləri təkcə 1941-ci ildə 23.481 min ton neft 
çıxarmışlar. Bu, respublika neft sənayesi tarixində rekord 
göstərici idi.  
Beləliklə, müharibə başlanan gündən Azərbaycan xalqı 
cəbhəyə bütün varlığı ilə kömək edir, onu yanacaq və  ərzaqla 
təmin edir, canlı qüvvə və müxtəlif texnika ilə yardım edir, ağır 
vəziyyətdə olmasına baxmayaraq fədakarlıq, mətinlik, 
dözümlülük,  əzmkarlıq və  əsil qəhrəmanlıq nümayiş 
etdirirdilər. 
Müharibə illərində Sovet Ordusunun silahla, döyüş 
sursatı ilə,  ərzaqla, yanacaqla təchizatının  ən güclü 
cəbbəxanalarından biri Sovet Azərbaycanı, neft Bakısı idi. Bakı 
sözün  əsil mənasında Sovet Silahlı Qüvvələrinin və döyüşən 
cəbhənin cəbbəxanası idi. O qanlı-qadalı illərdə neft 
sənayesinin rolu xüsusilə artmışdı. Bakı şəhərində hərbi sənaye 
potensialı, neft sənayesinin müxtəlif sahələri, tibbi xidmət 
sahəsi güclü inkişaf etmişdi. Müharibə başlanan kimi Bakının 
bir çox sənaye müəssisələri funksiyalarını  dəyişdirib fasiləsiz 
olaraq hərbi məhsul istehsal etməyə başladılar. Bakı döyüşən 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə