Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə85/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   137

X mühazirə 
 
 
331
da dərk etmirdilər. Bütün bunlar isə Sovet İttifaqına baha başa 
gəldi ki, bununla da Stalinin və onun ətrafındakı  məmurların 
təqsiri böyükdür. Öz yalnış fikirlərində son dərəcə inadkarlıq 
göstərən Stalin ölkənin müdafiə sistemini möhkəmlətmək və 
hərbi qüvvələri sərhədlərə gətirdib onların sayıqlığını və döyüş 
hazırlığı  vəziyyətinə  gətirilməsi kimi zəruri tədbirlərin həyata 
keçirilməsinə  tələsmir, yaranmış  hərbi-siyasi  şəraiti operativ 
qiymətləndirmirdi. Müharibənin ilk günlərində Stalinin 
çaşqınlığı, qətiyyətsizliyi və  ləng tərpənməsi, belələiklə, çox 
qiymətli vaxtın itirilməsi ölkəyə  və xalqa ağır itkilər hesabına 
başa gəldi. Bundan da istifadə edən alman ordusu böyük sürətlə 
ölkənin içərilərinə doğru irəliləyə bildi, xeyli əraziləri işğal etdi 
və Moskvanın lap yaxınlığında qərar tutdu. 
Deməli, faşist Almaniyasının SSRİ-yə hücumunun «qəf-
lətən» olması barədə müddəası doğru deyildir. O taktiki 
cəhətdən qəbul edilsə də, strateji cəhətdən qətiyyən qəbul edilə 
bilməz. Artıq müharibə reallığa çevrilmişdi və Hitler SSRİ 
daxilində baş verən prosesləri diqqətlə izləyirdi. SSRİ-də  həyata 
keçirilən ağır represiyalar ordudan və donanmadan da yan 
ötməmişdi. Stalinin cəza və represiya tədbirləri ölkəyə çox ağır 
başa gəlmişdi. 5 nəfər Sovet İttifaqı Marşalından 3 nəfəri, 5 
nəfər birinci dərəcəli Ordu komandanından 3 nəfəri, 10 nəfər 
ikinci dərəcəli Ordu komandanının hamısı, 57 nəfər korpus 
komandirindən 50 nəfəri, 186 nəfər diviziya komandirindən 
154 nəfəri, 16 nəfər birinci və ikinci dərəcəli ordu 
komissarlarından hamısı güllələnmişdi.  Ən qorxulu burası idi 
ki, bu güllələnmə müharibə dövründə  də davam etdirilirdi. 
Şiddətli döyüşlər gedir, əsgər və zabitlər doğma torpağın hər 
qarışı  uğrunda inadla vuruşur, cəza konveyri isə öz «işindən» 
qalmırdı. Bunu düşmənin ən hiyləgər agentləri də edə bilməzdi 
və  şübhəsiz ki, təcrübəli hərbi mütəxəssislərin kütləvi  şəkildə 
məhv edilməsi haqqında Hitler xəbərdar idi. Belə şəraitdə faşist 
Almaniyasının hücum etməsi reallaşırdı. 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
332
Bir vacib məsələyə  də aydınlıq gətirmək yerinə düşər. 
Uzun müddət sovet tarixşünaslığında belə bir müddəa 
əsaslandırılırdı ki, guya Sovet İttifaqı müharibəyə 
hazırlaşmırdı. Bizcə bu müddəa da düz deyil. Ona görə ki, 30-
cu illərin ortalarından başlayaraq və xüsusilə üçüncü beşilliyin 
ilk üç ilində SSRİ-də güclü iqtisadi potensial yaradılmış, 
sənayeləşdirmə planı  həyata keçirilmiş, müdafiə  və  hərbi 
sənaye xeyli artırılmış, aviasiya, ağır maşınqayırma, 
gəmiqayırma, tank istehsalı, müxtəlif silahların istehsalı 
çoxalmışdı. Ölkənin maddi-texniki bazası xeyli güclənmiş, 
sənayenin və istehsalın potensialı artmışdı. Ümumi sənaye 
məhsulu 1913-cü ilə nisbətən 1940-cı ildə 7,7 dəfə, istehsal 
vasitələri istehsalı 13,4 dəfə, maşınqayırma və metalurgiya 
sənayesi 30 dəfə, enerji istehsalı 5 dəfə, elektrik enerjisi 8 dəfə, 
əmək məhsuldarlığı 3,8 dəfə artmışdı. Ümumi maşınqayırma 
sənayesi istehsalına, neft hasilatına və traktor istehsalına görə 
SSRİ Avropada birinci yerə, dünyada isə ikinci yerə  çıxdı. 
Elektrik enerjisi, çuqun və polad istehsalına görə isə SSRİ 
Avropada ikinci, daş kömür və sement istehsalına görə isə 
üçüncü yerə  çıxdı. 1940-cı ildə Sovet İttifaqında 14,9 mln.ton 
çuqun (1913-cü ildəkindən 3,5 dəfə çox), 18,3 mln.ton polad 
(4,3 dəfə çox), 166 mln.ton daş kömür (5,7 dəfə çox), 31,1 mln. 
ton neft (3 dəfə çox) istehsal edilmişdi. Kənd təsərrüfatı 
məhsulları da xeyli artmışdı. 1940-cı ildə ölkədə 95,6 mln. ton 
taxıl (1913-cü ildə 86 mln.ton), 2,24 mln.ton pambıq (1913-cü 
ildə 0,74 mln.ton) istehsal edilmişdi. Ölkədə 7069 MTS, 531 
min traktor, 182 min kombayn, 228 min yük avtomobili var idi. 
Ölkənin müdafiəsini möhkəmləndirmək məqsədilə 1939-cu ildə 
yeni komissarlıqlar yaradıldı, «ümumiəsgəri vəzifə haqqında» 
qanun qəbul edildi. 1939-1941-ci illərdə SSRİ-də 17 mindən 
artıq hərbi təyyarə, 7,6 min tank, 80 mindən çox top və 
minomyot, 200 mindən çox pulemyot və avtomat istehsal 
edilmişdi. 1941-ci ilin ortalarında SSRİ-nin Silahlı 


X mühazirə 
 
 
333
Qüvvələrində 5 milyondan çox canlı qüvvə var idi.  
Beləliklə, gətirilən faktlar və  rəqəmlər onu göstərir ki, 
SSRİ-də  həyata keçirilən fundamental dəyişikliklər qarşıdakı 
müharibəyə ciddi hazırlıqla  əlaqədar olmuşdur. Odur ki, 
müharibəyə hazırlaşmamaq barədə Stalinin uydurduğu mif 
qəbuledilməzdir. 
Hitler Almaniyasının SSRİ-yə hücumu dünya 
imperializminin başlıca zərbə qüvvəsi rolunu oynayan faşist 
ordularının tərəqqipərvər bəşəriyyətə  və sovet xalqlarına qarşı 
əvvəlcədən düşünülmüş 
və 
hərtərəfli razılaşdırılmış 
təcavüzkarlıq aktı və cinayət aksiyası idi. Faşist Almaniyasının 
tabeliyində olan Rumıniya, Finlandiya, İtaliya, Slovakiya və 
Macarıstan dövlətləri də SSRİ-yə qarşı müharibəyə başladılar. 
Beləliklə, Sovet İttifaqı faşist Almaniyasının və onun 
əlaltılarının nəhəng hərb maşını ilə qarşı-qarşıya dayandı. 
Hitlerin «ildırımsürətli» müharibə  təzyiqinə o zaman kiminsə 
tab gətirməyi və  hər hansı bir dövlətin müqavimət göstərməyi 
həqiqətən inanılmaz idi. Böyük Britaniyanın baş naziri U.Çerçil 
yazmışdı: «...Bütün məsul hərbi mütəxəssislərin fikrincə, rus 
orduları tezliklə məğlub olacaq və əsasən məhv ediləcəklər».  
Müharibənin başlanması ilə Sovet dövlətinin və sovet 
xalqlarnın ağır sınaq dövrü başlandı. Sovet xalqlarının vahid 
ailəsinə qatılan və SSRİ-nin subyektlərindən biri olan 
Azərbaycan SSR müharibənin ilk günlərindən müsəlləh əs-gər 
kimi ayağa qalxdı, möhkəm dayandı  və düşmənlə ölüm-dirim 
savaşına girdi. Bəri başdan deyək ki, alman-faşist ordularının 
darmadağın edilməsində, bəşəriyyətin faşizm taunundan xilas 
edilməsində  və Böyük tarixi Qələbənin qazanılmasında 
Azərbaycan xalqının çox böyük rolu və xidmətləri olmuşdur. 
Təsadüfi deyildi ki, Hitler Almaniyasının işğal planlarında 
Azərbaycan, Neft Bakısı xüsusi yer tuturdu. Hitlerin «Ost» 
planında Bakının işğal edilməsi diqqət mərkəzində dayanırdı. 
Qafqazı  ələ keçirmək məqsədilə alman-faşist ordusunun 
Azərbaycan  
İkinci dünya müharibəsi dövründə 
 
334
qərargahı «Edelveys» adlı xüsusi plan hazırlamışdı (Edelveys – 
mürəkkəbçiçəklilər fəsiləsindən çoxillik bitki cinsidir, maraqlı 
çiçək növüdür – red.) Bu plana görə düşmən üç istiqamətdə 
hücum edib, Qərb istiqamətində Qara dəniz sahillərinə çıxmaq 
və oradan Zaqafqaziyaya hücum etmək,  Şərq istiqamətində 
Qroznı, Mahaçqala və Bakını zəbt etmək, mərkəz istiqamətində 
Böyük Qafqaz aşırımını keçərək Tbilisi və Kutaisini ələ 
keçirmək istəyirdi. Hitler «Mənim mübarizəm» kitabında 
yazırdı ki, onlar (yəni türkdilli xalqlar) ali irqin qullarına 
çevrilməlidirlər.  
Ümumiyyətlə, faşist Almaniyasının  Şərq siyasəti  «Ost» 
planında öz əksini tapmışdı. «Ost» adlı işğal planının müəllifi 
Rozenberqin başçılığı ilə yaradılan  Şərq işləri üzrə nazirliyin 
nəzdində olan komissarlıqlardan biri də «Qafqaz» Komissarlığı 
idi. Rozenberqin «Qafqazın idarə olunması planı»na görə 
Azərbaycanda icraedici orqan olan «komissarlıq» yaradılmalı 
və iqamətgahı Tbilisidə yerləşəcək Qafqaz reyxkomissarlığına 
tabe edilməli idi. Hələ 1941-ci il martın 27-də Almaniyanın 
«Kontinental neft cəmiyyəti»nə Bakıda neftin çıxarılması, 
emalı və daşınması ilə məşğul olacağı tapşırığı verilmişdi. Artıq 
Azərbaycandakı iri sənaye müəssisələrinə «ali irqdən» rəhbər 
adamlar da təyin edilmişdi. Onlara ucuz işçi qüvvəsi hesabına 
Bakı neftinin Almaniyaya çatdırılması tapşırığı verilmişdi. Hələ 
1941-ci il aprelin 29-da yaradılmış Oldeburq iqtisadi qərargahı 
tərəfindən tərtib edilmiş planda Qafqazın, o cümlədən 
Azərbaycanın və Bakının işğalı  nəzərdə tutulmuşdu. 
«Edesveys» planına görə Qafqazın işğalı feldmarşal Listin «A» 
qrupu ordusuna tapşırılmışdı. Həmin plana görə Qafqaz 5 işğal 
rayonuna bölünməli idi. Onlardan biri də Azərbaycan rayonu 
idi. Qafqaz uğrunda döyüşlərdə «Ost» planında Bakının işğalı 
1941-ci il sentyabrın 25-nə müəyyən edilmişdi. Faşist 
işğalından sonra Bakı nefti alman neft şirkətinin («Ost-oyl», 
«Kontinent-oyl» və b.) sərəncamına verilməli idi. Bakıda neftin 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə