Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə81/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
315
Bladimir  İliç, görəsən «Müstəqil Azərbaycan» sözü sizin 
ağzınızdan çıxmamışdırmı? 
… Bütün vaxtlar Denikini müdafiə edən Ermənistan 
müstəqillik,  əlavə olaraq ərazi alır.  İkili siyasət yeridən Gür-
cüstan müstəqillik qazanır. Sovet Rusiyasına ilk meyl edən 
Azərbaycan isə  həm müstəqilliyini, həm də  ərazisini itirir. 
Çoxmilyonlu xalqın hüquq və hissləri ilə zarafat etmək olmaz. 
… Mən qəti bildirirəm:  Əgər bizim fikirlərimizə 
əhəmiyyət verməsəniz biz geri çağırılmağımız haqqında məsələ 
qaldıracağıq. 
… Mən sizin diqqətinizə çatdırmaq istəyirəm ki, əgər 
mərkəz qısa müddətdə daşnak kommunistlərinin iyrəncliyinə 
son qoymasa bütün müsəlman şərqi bizdən üz döndərəcəkdir». 
Bu sətirlər bolşevik ideyalarının toruna düşmüş Azərbay-
can rəhbərinin fəryadı idi. Lakin istefa vermək imkanı olmayan 
N.Nərimanov Moskvanı  Şərqin ondan üz döndərməsi ilə 
hədələsə də, heç bir nəticə əldə edə bilmədi. 
1921-ci il iyulun 5-də MK-nın Qafqaz bürosunun 
plenumu PK(b)P MK-nın rəyini nəzərə alaraq aşağıdakı qərarı 
qəbul etdi: «Müsəlmanlarla ermənilər arasında milli barışığın 
zəruriliyi, yuxarı  və  aşağı Qarabağın iqtisadi əlaqəsi  əsas 
götürülərək Dağlıq Qarabağ Azərbaycan SSR-in hüdudlarında 
saxlanılsın; ona inzibati mərkəzi muxtar vilayətin tərkibindəki 
Şuşa şəhəri olmaqla, geniş vilayət müxtariyyatı verilsin». 
1921-ci il sentyabr ayında AK(b)P MK-nın Təşkilat və 
Siyasi Bürosunun iclasında Qafqaz Bürosundan Dağlıq 
Qarabağa geniş vilayət Muxtariyyatı verilməsi haqqında məlum 
qərarına yenidən baxılmasını xahiş edən qətnamə qəbul edildi. 
1921-ci ilin oktyabrında Qarabağın məsul işçilərinin 
konfransının qəbul etdiyi qərarda deyilirdi ki, Dağlıq Qarabağa 
ayrıca vilayət Muxtariyyatının verilməsi məqsədəuyğun hesab 
edilməsin. 
Lakin respublikanın bu məsələdə fikri mərkəz üçün 
IX mühazirə 
 
 
316
həlledici deyildi. 
PK(b)P MK-nın Zaqafqaziya ölkə komitəsinin 1923-cü il 
iyunun 23-27-də keçirilmiş plenumu Q.Orconikidzenin təzyiqi 
ilə ultimatum formasında bir aylıq müddət  ərzində Dağlıq 
Qarabağa vilayət muxtariyyatının verilməsi barədə AK(b)P 
MK-ya tapşırıq verdi. Həmin qərarı yerinə yetirməyə  məcbur 
olan Azərbaycan MİK 1923-cü il iyulun 7-də Azərbaycan SSR-
in tərkibində  mərkəzi Xankəndi olmaq şərti ilə «Dağlıq 
Qarabağ Muxtar Vilayətinin yaradılması haqqında» dekret 
verdi. Lakin ermənilər 1923-cü il 10 avqust tarixli fərmanla bu 
qədim Azərbaycan  şəhərinə xalqımızın qəddar düşməni olan 
Şaumyanın  şərəfinə Stepanakert adını verdilər (1991-ci il 
noyabrın 26-da Azərbaycan Milli Məclisi bu qərarı ləğv etdi və 
yaşayış məntəqəsinə əvvəlki adı verildi). 
Qarabağın dağlıq hissəsinə muxtariyyat statusunun 
verilməsi Azərbaycan tərəfindən bu torpaqların ermənilərə 
məxsus olmasının qismən də olsa etirafı idi. Bu isə Ermənistana 
və onun himayədarlarına gələcək siyasi oyunlar üçün bir 
«əlyeri» qoymaq idi. Əslində elə belə də oldu. 
Sovetlər  İmperiyasının yaranmasında istifadə edilən 
Qarabağ oyunundan bu imperiyanın dağılması  ərəfəsində  və 
sonralar da məharətlə istifadə edildi. Belə ki, Rusiya hərbi 
qüvvələrinin köməyi ilə Ermənistan silahlı qüvvələri 1992-ci 
ilin  əvvəllərində Dağlıq Qarabağdakı azərbaycanlıları 
yaşadıqları sonuncu yaşayış  məntəqəsini tərk etməyə  məcbur 
etdi. Rusiyanın hərbi qüvvələrinə  və  Qərb himayədarlarına 
arxalanan ermənilər Azərbaycanın 20 faiz torpağını  işğal etdi 
və bir milyon insan öz vətənində qaçqına çevrildi. Dünyanın 
gözü qabağında baş verən bu hadisəyə çox təəssüf ki, böyük 
dövlətlər susur. Nəinki susurlar, hətta bu hadisədən 
Azərbaycana qarşı «məkrli niyyətlərini» həyata keçirilməsi 
üçün yararlanmağa çalışırlar. 
 


Azərbaycan 20-30-cu illərdə 
 
 
317
 
 
 
3. Azərbaycanda sənayeləşdirmə və kollektivləşdirmə 
siyasətinin həyata keçirilməsi 
 
Yeni iqtisadi siyasətə keçid (1921-ci il) nəticəsində ölkə 
və respublika daxilində nisbi və iqtisadi sabitlik əldə edildi. 
Nəticədə, bolşevik istəyinə uyğun olmayan iqtisadi və siyasi 
proseslər başlandı. Sovet hakimiyyəti  əsas diqqətini 
iqtisadiyyatın tənzimlənməsində inzibati üsulların 
gücləndirilməsinə yönəltdi. 
ÜİK(b)P-nin XIV qurultayında (1925-ci il) Yeni iqtisadi 
siyasət prinsiplərini möhkəmləndirmək kursu təsdiq edilsə  də, 
artan iqtisadi çətinliklər iqtisadiyyatda inzibati metodların 
tətbiqini labüd etdi. 
1926-cı ilin fevralında respublikada sənayeləşdirmə üzrə 
xüsusi komissiya yaradıldı. Komissiyanın tərkibinə Q.Musabəyov 
(sədr), H.Sultanov və b. daxil oldu. Respublikanın  əlaqədar 
orqanları Azərbaycan sənayesinin 1926-30-cu illər üçün inkişaf 
planını hazırladılar. Sənayeləşdirmənin başlanması  ərəfəsində 
heç də bütün sənaye sahələri bərpa edilmədi. Belə ki, neft 
hasili, dəmir emalı, ipəkçilik sənayesi və s. bərpa işi başa 
çatdırılmadı. 
Artıq 20-ci illərin sonları üçün Azərbaycan sənayesində 
nəzərə çarpacaq dəyişikliklər var idi. Neft sənayesində mühüm 
nailiyyətlər  əldə edilmişdi. 1928-ci ildə  Yeni Qaraçuxur 
mədəninin istismarı başladı. 1928-ci ildə SSRİ miqyasında ilk 
dəfə olaraq Bakıda güclü trubalı kerosin-benzin zavodu, sulfat 
turşusu, karbid və yağ zavodu tikildi. 
Maşınqayırma sahəsində  də mühüm nailiyyətlər  əldə 
edildi. 1927-ci ildə Leytenant Şmidt (indiki Səttarxan) adına 
zavodda ilk elektrik poladəritmə sobası işə salındı. 
IX mühazirə 
 
 
318
Bu dövrdə, Gəncə Azərbaycanın ikinci sənaye mərkəzinə 
çevrildi. 1928-ci ildə  Gəncədə  əyirici toxuculuq kombinatı  və 
pambıqtəmizləmə zavodu işə düşdü, Ucar və Yevlaxda 
pambıqtəmizləmə zavodları tikildi, Şəki və Xankəndində 
baramaaçma müəssisələrinin tikintisinə başlandı. 
1927-1928-ci illərdə respublikanın elektrikləşdirilməsi 
sahəsində mühüm nailiyyətlər  əldə edildi. Bu dövrdə, Salyan, 
Füzuli, Nuxa istilik elektrik stansiyalarının tikilişi başa 
çatdırıldı. 
Sənayeləşmə dövründə Azərbaycan xalqı çox ağır 
çətinliklərlə üzləşməli oldu. Sənayeləşdirməni 
maliyyələşdirmək üçün dövlət kütlələrin olan-olmaz vəsaitini 
talan etdi. Bu dövrdə, bir-birinin ardınca keçirilən 3 
sənayeləşdirmə istiqrazı xalqın vəziyyətini daha da pisləşdirdi. 
Fəhlələr bəzən bir, yaxud 2 aylıq  əmək haqqını  sənayeləşmə 
fonduna keçirməli olurdular. Sənayeləşdirmə  xəttinin həyata 
keçirilməsi üçün Sovet dövləti günahsız məhkum edilmiş 
insanların fiziki əməyindən istifadə etməkdən çəkinmirdi. 
Ümumiyyətlə, Azərbaycanda sənayeləşmə xətti 2 sahəni – 
neft sənayesini və elektrikləşməni əhatə etdi. Azərbaycan Sovet 
imperiyasının xammal bazasına çevrildi. Sənayeləşdirmə  xətti 
ağır sənayenin inkişafını  nəzərdə tutduğu halda, respublikada 
yüngül sənaye daha sürətlə inkişaf etmişdi. 
Bütün bunlara baxmayaraq sənayeləşmə respublikanın 
iqtisadiyyatında müsbət dəyişikliklərlə  nəticələndi. Belə ki, 
sənayeləşmə illərində fəhlələrin sayı artıb, 47 min nəfərdən 208 
min nəfərə çatdı. Azərbaycan aqrar respublikadan aqrar-sənaye 
respublikasına çevrildi. 
1929-cu ilin may ayında keçirilən SSRİ-nin V Sovetlər 
qurultayında xalq təsərrüfatının inkişafı üzrə birinci beşillik 
plan (1928/29-1932/33) qəbul edildi. Əsasən, ağır sənayenin 
inkişafını  nəzərdə tutan bu beşillik plan Azərbaycanda neft, 
kimya, toxuculuq sənayesinin inkişafını, kənd təsərrüfatının 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə