Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə80/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   76   77   78   79   80   81   82   83   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
311
hansı millətin  əlində olması deyil, bütün Qafqazı bolşevik 
təsirinə salmaq maraqlandırırdı. Məlumdur ki, Azərbaycandan 
sonra Rusiyanın növbəti hədəfi Ermənistan və Gürcüstan idi. 
1920-ci il noyabrın 29-da Ermənistanda «inqilab» baş verdi. 
Noyabrın 30-da AK(b)P MK-nın siyasi və  təşkilat bürolarının 
birgə iclası keçirildi. İclasda Q.Orconikidze, Sarkis, Y.Stasova, 
Q.Katipski və b. iştirak edirdilər. Məhz onların təzyiqi ilə 
Azərbaycanın  əleyhinə olan qərar qəbul edildi. N.Nərimanova 
xüsusi bəyanatla çıxış etmək tapşırıldı. Bəyanatda deyilirdi: 
«Zəngəzur və Naxçıvan qəzalarının 
ərazisi Sovet 
Ermənistanının bölünməz ərazisidir; Dağlıq Qarabağın əməkçi 
kəndlilərinə isə öz müqəddəratını  təyin etmək hüququ verilir. 
Zəngəzurun hüdudlarında bütün hərbi əməliyyatlar dayandırılır, 
Sovet Azərbaycanının qoşunları isə buradan çıxarılır». 
 Əslində bu, o demək idi ki, Azərbaycan Zəngəzurun bir 
hissəsinin və Naxçıvanın işğalı ilə razılaşır. Bəyanatın digər 
prinsipinə  əsasən Azərbaycan Qarabağın dağlıq hissəsinə öz 
müqəddəratını təyin etmək hüququ verirdi. 
1920-ci il dekabrın 1-də elan olunmuş belə bir 
məsuliyyətsiz bəyanat nəticəsində Azərbaycan ermənilərin 
işğalı ilə razılaşdı. Lakin ermənilərin və onların havadarlarının 
iştahası daha böyük idi. Qarabağın dağlıq hissəsi və Naxçıvan 
məsələsi gündəlikdə qalırdı.  
Naxçıvan  əhalisi bu qərara tabe olmadı, kəskin etiraz 
çıxışları baş verdi. Ermənistanın nümayəndələri diyara 
buraxılmadı. B.Vəlibəyov dekabrın 24-də Yerevana çağırıldı, 
həm də Ermənistan  İnqilab Komitəsi tərəfindən Naxçıvanda 
Fövqəladə Komissar təyin edildi. Ancaq xalq onun gəldiyi 
vaqonu  Şahtaxtı stansiyasında qatardan açaraq Naxçıvana 
buraxmadı. Dekabrın 28-də Ermənistan  İnqilab Komitəsi 
Naxçıvanı müstəqil Sovet Respublikası kimi tanıdı. 1921-ci ilin 
əvvəllərində burada RSFSR, Azərbaycan və Ermənistan 
nümayəndələrinin iştirakı ilə əhalinin rəy sorğusu (referendum) 
IX mühazirə 
 
 
312
keçirildi. Naxçıvan camaatının 90%-i Azərbaycanın tərkibində 
qalmaq arzusunu bildirdi. 1921-ci ilin yanvarında Naxçıvan 
İnqilab Komitəsi  əvəzinə Naxçıvan Ölkə  İnqilab Komitəsi 
təşkil edildi. Naxçıvanın statusu 1921-ci il martın 16-da 
Naxçıvan RSFSR və Türkiyə arasında imzalanmış xüsusi 
müqavilə ilə  həll olundu. Tərəflər razılaşdılar ki, Naxçıvan 
ərazisi Azərbaycanın tərkibində qalmaq şərti ilə Naxçıvan SSR 
təşkil edilə bilər. Müqavilədə (III bənd) göstərilirdi ki, bu 
torpağı üçüncü dövlətlə güzəştə getmək olmaz, əks təqdirdə 
onun hər hansı bir hissəsi Türkiyəyə güzəşt edilə bilər. Aprel 
ayında Türkiyə qoşunları Naxçıvanı tərk etdilər. Naxçıvan Ölkə 
İnqilab Komitəsi 1921-ci il sentyabrın 10-da səlahiyyətlərini 
Naxçıvan MSK və XKS-nə verdi. 1921-ci il oktyabrın 13-də 
Qarsda Rusiyanın iştirakı ilə bir tərəfdən Türkiyə, o biri 
tərəfdən Azərbaycan, Gürcüstan və Ermənistan respublikaları 
birlikdə (Moskva onların hər birinin ayrılıqda müqavilə 
bağlamasına icazə verməzdi) dostluq haqqında müqavilə 
imzaladılar. Qars müqaviləsinin 5-ci maddəsində qeyd 
olunurdu ki, Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında 
muxtar  ərazi təşkil edir. Xəritə  çəkildi və orada Naxçıvanın 
ərazisi dəqiq göstərildi.  
Dövlət aparatının saxlanılmasının iqtisadi çətinlikləri ilə 
bağlı 1923-cü ilin əvvəllərində Naxçıvan Respublikasının 
respublika muxtariyyəti ləğv edildi, ona ölkə muxtariyyəti 
verildi. Naxçıvan Ölkə İcraiyyə Komitəsi yaradıldı. 1924-cü il 
fevralın 9-da isə Azərbaycan MİK Naxçıvan Ölkəsinin 
Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar SSR-ə verilməsi 
haqqında qərar qəbul etdi. 
1921-ci ilin II yarısında Yuxarı  Zəngəzur –Gorus 
Ermənistanın 
əlinə keçdi. Azərbaycanlılar buradan 
sıxışdırılaraq öz doğma torpalarından didərgin salındılar. 
Ermənistan Aşağı  Zəngəzuru –Bərgüşadı da ələ keçirməyə 
çalışırdı. Hacısanlıda Sultan bəyin dəstələri, Sovet Ordusu 


Azərbaycan 20-30-cu illərdə 
 
 
313
tərəfindən 1921-ci ilin iyununda tərksilah edildikdən sonra 
buna daha münasib şərait yaranmışdı. Qubadlı  qəzasına 
Ermənistanın səlahiyyətli nümayəndə  təyin etdiyi Ocaqqulu 
Musayev özünü yerli silahlı  dəstələrin baş komandanı elan 
etmişdi. Lakin düşmən bu dəfə istəyinə nail ola bilmədi.  
1921-ci ildə daşnaklar Ermənistanda qiyam qaldıranda 
Yapon adlı qiyamçının silahlı quldur dəstələri Noraşen 
dəmiryol stanisyasını tutmaq üçün hücum edib Sədərək, Yayçı, 
Cəfərli və Arpaçay kəndlərini ələ keçirmişdi. Erməni quldurları 
dinc  əhaliyə yenə olmazın zülm edirdilər. Düşmənə qarşı 
Abbasqulu bəy  Şadlinskinin rəhbərliyi ilə «Qırmızı tabor» 
qəhrəmanlıqla vuruşdu. Darzik ətrafında döyüşdə daşnak 
quldur dəstələri darmadağın edildi.  
Gürcüstanda sovet hakimiyyəti qurulduqdan sonra 
Moskvanın təzyiqi ilə Azərbaycanın Borçalı  ərazisi də Gür-
cüstana güzüştə gedildi. Eyni zamanda Bakını Azərbaycandan 
ayırıb Rusiyaya vermək planları hazırlanırdı. Lakin bu hiylə baş 
tutmadı. 
1929-cü ildə yenidən 13 min hektar Azərbaycan ərazisi –
Nüvəndi, Tutut və Ernazar kəndləri, habelə Naxçıvandan 9 
kənd (582,9 des.), Qaymaqlı  və Kürümüzlü arasında sahələr 
(228, 9 ha) Ermənistana verildi. 
1938-ci ildə Ermənistanla Azərbaycan arasında sərhəddi 
dəqiqləşdirmək bəhanəsi ilə «bərabərtərəfli» komissiya 
yaradıldı. Azərbaycan tərəfdən də komissiyaya erməni, torpaq 
komissarlığının sədri İsaxanyan rəhbərlik edirdi. Martın 5-7-də 
imzalanmış protokola əsasən Laçının Qaragöl yaylası, 
Qubadlının Çayzəmi adlanan sahəsi, Qazağın Kəmərli kəndi və 
Kəlbəcərin Zod sahəsi Ermənistana verildi. Azərbaycan SSR 
Ali Soveti 1938-ci il mayın 5-də bu protokolu təsdiq etdi. Lakin 
buna baxmayaraq, azərbaycanlılar müqavimət göstərir, öz 
torpaqlarını əldən vermirdilər. 
Əhalisinin milli ruhu hələ  də yüksək olan Azərbaycanı 
IX mühazirə 
 
 
314
parçalamaq, onu ciddi problemlər qarşısında qoyub tam asılı 
vəziyyətdə saxlamaq üçün Moskva yeni tədbirlər görürdü. 
Yuxarı Qarabağda milli münaqişə ocağı  qızışdırılırdı. 
Ermənistan hökuməti 1921-ci ilin iyununda Azərbaycanın 
suveren hüquqlarını kobudcasına pozaraq, guya onun razılığı 
ilə Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi haqqında 
dekret verdi. Azərbaycanın razılığı haqqında fikrin ağ yalan 
olduğu AK (b) MK siyasi təşkilat bürosunun iclasında ifşa 
olundu. 
1921-ci il iyunun 27-də AK(b)P MK özünün siyasi və 
təşkilat bürosunun birgə iclasında bu məsələyə baxmağa 
məcbur oldu. Bu dəfə milliyyətcə azərbaycanlı olan 
kommunistlər birləşərək yekdilliklə Ermənistanın iddialarını 
rədd etdi. 
Lakin PK(b)P-nin Qafqaz bürosu rəhbərliyinin erməni və 
gürcü çoxluğu Qarabağ  məsələsini Ermənistanın xeyrinə  həll 
etmək fikrindən  əl çəkmədi. 1921-ci il iyulun 4-5-də PK(b)P 
Qafqaz burosunun iclasında Qarabağ məsələsi müzakirə edildi. 
İclas səs çoxluğu ilə Dağlıq Qarabağı Ermənistan SSR-in 
tərkibinə daxil etmək haqqında qərar qəbul etdi. Lakin iclasda 
N.Nərimanovun təkidi ilə Qarabağ  məsələsinin Azərbaycan 
SSR üçün böyük əhəmiyyətə malik olduğunu nəzərə alaraq bu 
məsələnin PK(b)P MK-nın qəti qərarına keçirilməsi haqqında 
qərar qəbul edildi. N.Nərimanov V.İ.Leninə bu məsələ ilə bağlı 
teleqram vurdu və  məktub yazdı. Məktubda deyilirdi: «Əziz 
Bladimir  İliç: Teleqrammada göstərdiyimi təkrar etməyə 
məcburam. Vəziyyət dəhşətlidir. Mərkəz Azərbaycanın, 
Ermənistanın və Gürcüstanın müstəqilliyini qəbul edib. İndi isə 
mərkəz Azərbaycanın mübahisəsiz ərazisini Ermənistana verir. 
Əgər bu ərazi Gürcüstana verilsəydi, buna ictimai-siyasi don 
geydirmək olardı. Lakin bu ərazinin Ermənistana, daşnaklara 
verilməsi düzəlməyən səhvdir. Bizim oradakı nümayəndəmiz 
bu məsələ ilə bağlı sizə  ətraflı  məlumat verəcəkdir. … Əziz 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə