Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə78/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   74   75   76   77   78   79   80   81   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
303
Zaqatalaya toplaşaraq birgə  fəaliyyət haqqında qərar qəbul 
etdilər. 
1920-ci illərin sonlarında kəndli çıxışları Azərbacyanın 
bir çox qəzalarını bürümüşdü. Belə ki, 1926-1929-cu illərdə 
Qazax rayonunda antisovet hərəkat baş vermişdi. «Həqiqət 
ordusu» adlı gizli təşkilat yaradılmışdı. Onun «Əzrayıl fırqəsi» 
adlı terrorçu qrupu da fəaliyyət göstərirdi. Hərəkatın ictimai 
bazası geniş idi. Ona varlı kəndlilərdən tutmuş yoxsullara qədər 
kənd  əhalisi, din xadimləri, müəllimlər, hətta sovet idarəsi 
işçiləri də qoşulmuşdu. 1929-cu ilin baharında təşkilatın «Haqq 
idarəsi» adlı  rəhbər mərkəzi Qazaxda intibahnamələr yayaraq 
bolşeviklərdən dinə qarşı mübarizədən çəkinmək, camaata 
ticarətlə  məşğul olmaq hüququ vermək tələb olunmuşdu. 
Təşkilatın məqsədi imperiyada vəziyyət gərginləşən zaman, 
müharibə başlanarsa silahlı antisovet çıxışlar təşkil etmək, 
bolşeviklərə qarşı terror aktları  həyata keçirmək idi. Lakin bu 
təşkilat tezliklə aşkara çıxarılıb ləğv edildi. 
1930-cu ilin fevralında Naxçıvanın Keçili kəndində sovet 
hökumətinə qarşı üsyan qalxdı. Tezliklə qonşu Badamlı, 
Səlasuz, Tirkeş, Cəhri və b. kəndlərin  əhalisi də üsyana 
qoşuldu. Üsyançı  dəstədə 200-dək adam birləşmişdi. Onlar 
xaricdə olan Kəlbalı xanın dəstələri ilə birləşib Naxçıvanda 
Sovet hökumətini devirmək istəyirdilər. Bolşeviklərin xalqa 
zidd siyasətindən narazı olanların hamısı - varlılar, ortabablar, 
hətta yoxsullar, bəzi partiya və komsomol işçiləri belə üsyana 
qoşulmuşdular. Sovet ordusunun Naxçıvandakı sərhəd dəstələri 
və milis üsyanı yatıra bilmədi. Buraya ordunun xüsusi səhra 
qoşun hissələri çağırıldı. Üsyançılar bir neçə həftə ordu və milis 
hissələri ilə  qəhrəmancasına döyüşdülər. Qeyri-bərabər 
döyüşlərdə 100 nəfər üsyançı  şəhid oldu və 120 nəfər həbs 
edildi. Lakin hökumət qüvvələri üsyançı  dəstələri tam məhv 
edə bilmədi. 30-40 nəfər üsyançı dağlara çəkildi. Onlar camaatı 
yenidən üsyana qaldırmaq istəyirdilər. 1931-ci ilin qışında onu 
IX mühazirə 
 
 
304
məhv etmək üçün hətta dağ artilleriyası da Sovet ordusuna 
kömək edə bilməmişdi. Lakin 1932-ci ilin aprelinda üsyançı 
dəstə Sarı dağın ətəyində mühasirəyə alındı və ələ keçdi. 
Nuxada 1930-cu il aprelin 13-dən 16-dək davam edən 
kəndli üsyanı da hökumətin cəza dəstələri tərəfindən qan içində 
boğuldu. Vətənpərvər qüvvələr xalqı  təşkil edib mübarizəyə 
qaldırmaq üçün müxtəlif vasitələrdən istifadə edirdilər. Belə ki, 
onlar ruhanilərlə birlikdə 1930-cu ilin martında  Şamxor 
(Şəmkir-red.) rayonunun Bitdili kəndində dini pərdə adı altında 
sovet hakimiyyətindən narazı olan minlərlə adamı buraya 
topladılar. Qorxuya düşən hökumətin cəza orqanları qocaya, 
qadına, uşağa,  şikəstə baxmadan buraya toplaşanlara divan 
tutdu. 
1920-ci illərdə  işğalçılar Vətənimizdə müstəmləkə 
siyasətini siyasi, iqtisadi və  mənəvi sahələrdə  qəddarcasına 
tətbiq etməkdə idilər. Maraqlı idi ki, bu zaman onlar Sovet 
Rusiyasına can-başla xidmət edən azərbaycanlılara qarşı da 
bəzən amansızcasına davranırdılar. Azərbaycanı simasız-
laşdırmaq, xalqın müqavimət gücünü qırmaq siyasətini həyata 
keçirməklə yadellilərin əlində alət rounu oynayan AK (b) P-nin 
2-ci qurultayında deyilirdi: «... Müsəlmana etibar etmək olmaz, 
o ola bilsin ki, yaxşı kommunistdir, ancaq müsəlmandır, onun 
qəlbində müsavat ruhu vardır».  
Qeyd edək ki, bolşevik rejiminin bütün cəhdlərinə 
baxmayaraq, xalq kütlələri içərisində milli azadlıq ideyalarını 
onların qəlblərindən tam silib atmaq mümkün olmadı. 
 
 
2. Respublikanın formal müstəqilliyinin sonu və ərazi 
bütövlüyünə qəsdlər 
 
Aprel çevrilişindən sonrakı ilk illərdə Sovet Rusiyasının 
Azərbaycana münasibəti bərabərhüquqlu dövlətlərin münasibəti 


Azərbaycan 20-30-cu illərdə 
 
 
305
təsirini bağışlayırdı. Belə ki, 1920-ci ilin sentyabrında Bakıda – 
müstəqil Azərbaycanın paytaxtında  Şərq xalqlarının birinci 
qurultayının keçirilməsi, 1920-ci il sentyabrın 30-da RSFSR ilə 
Azərbaycan arasında Moskvada hərbi-iqtisadi ittifaq haqqında 
müqavilənin bağlanması Azərbaycanı müstəqil dövlət kimi 
səciyyələndirən addımlar idi. Bu addımlarda hansı  məqsədlər 
güdülürdü?  Şərq aləmində kommunist ideyalarını yaymaq 
məqsədi güdən  Şərq xalqlarının I qurultayında qarşıya 
qoyulmuş  məqsədin mənasızlığı tez bir zamanda məlum oldu. 
Şərqdə «dünya inqilabi» ideyalarının yayılması  mənasız 
görünən kimi, Azərbaycanın da müstəqillyi Rusiyanın 
nəzərində  mənasızlaşdı. Ermənistanda (1920-ci il noyabr) və 
Gürcüstanda (1921-ci il fevral) Sovet hakimiyyətinin elan 
edilməsi ilə müstəqillik oyunu sona çatdı. Ortaya yeni bir ideya 
Zaqafqaziya respublikalarını vahid bir dövlət çərçivəsində 
birləşdirmək ideyası atıldı. 
Bəzi yerli kommunistlərin müstəqil davranış meyllərinin 
qarşısını alan vahid Zaqafqaziya idarəçilik orqanının 
yaradılmasına sadiq rus canişini Orconikidze rəhbərlik edirdi. 
Məsələ siyasi cəhətdən elə qoyulurdu ki, guya vahid 
Zaqafqaziya yaratmaq ideyası yerli kommunistlərin öz arzu və 
istəyidir.  Əslində isə belə bir federasiyanın yaradılmasının 
layihəsi Moskvada tərtib edilmişdi. V.İ.Lenin 28 noyabr 1921-
ci ildə «Zaqafqaziya federasiyasının yaradılması haqqında 
təklifin layihəsi»ni yazmış  və  həmin sənəddə göstərmişdi ki, 
«1. Zaqafqaziya respublikalarının federasiyası prinsipcə 
tamamilə düzgün və hökmən yaradılmalı hesab edilsin; dərhal 
əməli surətdə yaradıcılıq mənasında isə  hələ vaxtı çatmamış 
hesab edilsin, yəni onun müzakirə  və  təbliğ edilməsi, habelə 
aşağıdan sovetlər vasitəsilə keçirilməsi üçün müəyyən müddət 
tələb olunur; 2. Gürcüstan, Ermənistan və Azərbaycan Mərkəzi 
Komitələrinə (Qafqaz Bürosu vasitəsi ilə) təklif edilsin ki, 
federasiya məsələsini daha geniş surətdə partiyanın, fəhlə  və 
IX mühazirə 
 
 
306
kəndli kütlələrinin müzakirəsinə qoysunlar, federasiya uğrunda 
ciddi təbliğat aparsınlar və onu hər bir respublikanın sovetlər 
qurultayları vasitəsilə keçirsinlər». Elə belə də oldu. 
Bu yeni siyasi addımın xalqın istək və tələbi kimi qələmə 
verilməsi təsadüfi deyildi. Çünki Gürcüstanda, Azərbaycanda 
və Ermənistanda məsələnin mahiyyətini dərk edən və milli 
hissləri daha güclü olan kommunistlər buna qarşı etiraz 
səslərini qaldırırdılar. Lakin onlar «millətçi» möhürü ilə 
damğalanır və sosializmin düşmənləri elan olunurdular. 
Beləliklə, respublikada saysız-hesabsız yığıncaqlar 
keçirildi. Qorxu altında keçirilən bu yığıncaqlarda əsas qərarlar 
birmənalı oldu. Yəni xalq guya federasiya istəyir. Məsələn, 
1921-ci il dekabrın 1-də AHİMŞ-nın plenumunun qəbul etdiyi 
qətnamədə deyilirdi: «Azərbaycan proletariatı Zaqafqaziya 
respublikalarının birləşdirilməsi ideyasını alqışlayır və inanır 
ki, Zaqafqaziya federasiyasının təşkili işi bu yaxınlarda başa 
çatdırılacaq və Zaqafqaziyanın inkişafında yeni və parlaq bir 
səhifə açacaqdır. Yaşasın vahid Zaqafqaziya! Yaşasın vahid 
Zaqafqaziya proletariatı». 
1921-ci il dekabrın 25-də toplanmış Qazax partiya 
təşkilatının V Konfransının qəbul etdiyi qətnamədə deyilirdi: 
«…Yalnız belə bir birləşmə yolu ilə biz qüvvələrimizi 
birləşdirib Qafqazın dağılmış  təsərrüfatını  bərpa edə bilərik. 
…Yaşasın RSFSR-in Sovet Qafqazı ilə sıx ittifaqı». 
Azərbaycan kommunistləri, partiya, sovetlər, komsomol, 
həmkarlar təşkilatları, bütün kütləvi informasiya vasitələri 
Zaqafqaziya federasiyasının yaradılmasını canfəşanlıqla təbliğ 
edir və bu məsələnin xalq kütlələrinin istəyi olduğu bildirilirdi. 
IV Ümumazərbaycan Sovetlər qurultayında qeyd edildi ki, 
Azərbaycanda elə bir qəza, elə bir kənd olmamışdır ki, orada 
bitərəf kütlələr – fəhlə  və  kəndlilər yığışıb Zaqafqaziya 
federasiyasının yaradılması lehinə qətnamə qəbul etməsinlər. 
Beləliklə, aşağıların istəyi adı altında Zaqafqaziya 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə