Baki döVLƏt universiteti


Azərbaycan 20-30-cu illərdə



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə75/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   71   72   73   74   75   76   77   78   ...   137

Azərbaycan 20-30-cu illərdə 
 
 
291
Bərdədə və Ağdamda xalqa divan tutan istilaçı ordu iyunun 15-
də qüvvələr nisbətinin üstünlüyündən istifadə edərək Şuşanı da 
ələ keçirdi. Milli ordunun hissələri və Nuru paşa Qaryagin və 
Cəbrayıl istiqamətində geri çəkilib ölkəni tərk edərək 
Xiyabaninin nəzarəti altında olan Güney Azərbaycana keçdilər. 
Onlar heç kimdən və heç bir yerdən kömək almadıqlarından 
əllərindəki silahları sataraq Türkiyəyə keçib M.Kamal paşanın 
ordularına qoşuldular. 
İyunun  əvvəllərində Zaqatala, Nuxa, Göyçay, Quba və 
başqa bölgələrdə də xalq üsyanları baş vermişdi. 
Zaqatalanın Tala kəndində üsyana başlayan silahlı 
kəndlilər iyunun 5-də rus qarnizonunu məğlub edib Zaqatalaya 
daxil oldular. Şəhər qalası  ələ keçirildi. Milli ordunun bu 
bölgədə olan süvari alayı da kəndlilərə qoşuldu. Bu qüvvələrə 
Molla Hafız Əfəndiyev və Əhmədiyev rəhbərlik edirdi. İyunun 
7-də üsyançılar hücumla Qaxı da azad etdilər. Qum çayı 
sahilindəki döyüşdə rus ordusu hissələri məğlub edildi. Üsyanın 
genişlənməsindən qorxan Sovet hökuməti Qarabağ üsyanlarının 
yatırılmasını gözləmədən Zaqatalaya xeyli qüvvə göndərdi. 
İyunun 13-də Levandovski Zaqatala üsyanını yatırmaq üçün 
bölgədə yerləşən XI Ordu birliklərinə  əlavə  hərbi yardım 
göndərilməsi barədə  əmr verdi. Taman diviziyasının  əsas 
hissələri, 58-ci piyada briqadası Xaldan istiqamətindən burada 
olan rus ordusuna köməyə çataraq iyunun 18-də Zaqatalanı 
yenidən zəbt etdi. Üsyançıların  əksəriyyəti Gürcüstana 
çəkildilər. 
Sovet hakimiyyətinin ilk aylarında Azərbaycanın cənub 
bölgəsini də silahlı üsyanlar bürüdü. Qırmızı orduya qarşı 
mübarizə aparan qüvvələrə Hüseyn Ramazan və  Kərbalayı 
Şahsevən başçılıq edirdi. 1920-ci ilin iyununda Camal bəy də 
üsyançılara qoşuldu və hərəkatın rəhbərlərindən birinə çevrildi. 
O, hələ 1919-cu ildə Qars və Gümrü əhalisi tərəfindən 
nümayəndə kimi Bakıya göndərilmişdi. Aprel işğalından sonra 
IX mühazirə 
 
 
292
Bakıda Xəlil paşaya qarşı  fəal müxalifətdə olduğundan həbs 
edilmiş, lakin həbsdən qaçıb üsyançılara qoşula bilmişdi. Az 
vaxt içərisində dağınıq fəaliyyət göstərən üsyançılar birləşərək 
Astaranı  və  Şahağacını düşməndən azad etdilər. Üsyançıların 
Lənkərana yaxınlaşdığını  eşidən Qırmızı ordu hissələri 
şəhərdən çıxıb Qızıl Ağac körfəzindəki Sarı adasına çəkildi. 
Üsyançılara quru ərazidə müqavimət göstərməkdən çəkinən 
yadellilər hərbi gəmilərdən sahili aramsız top atəşinə tutdu. 
Şahağacı ilə  Lənkəran arasında gedən beş günlük şiddətli 
döyüşlərdən sonra üsyan amansızlıqla yatırıldı. 
1920-ci ilin yayında  Şəmkir qəzasının Müsküllü kəndi 
ətrafında silahlı kəndli dəstələri təşkil olunmuşdu. Qırmızı ordu 
hissələri ilə döyüşlərdə üsyançılar qəhrəmanlıq göstərirdilər. 
Onlara hətta qadınlar və uşaqlar da köməklik edirdilər. Düşmən 
say çoxluğundan istifaldə edib üsyançı  dəstəni məğlub edə 
bildi. Bu döyüşdə 29 kişi, 40 qadın şəhid olmuşdu. 
1920-ci ilin payızında Şəmkir kəndlilərinin yeni üsyanı baş 
verdi. 500 nəfərdən artıq döyüşçüsü olan bu üsyana Namaz adlı 
kəndli rəhbərlik edirdi. Onlar düşmən ordusunun bir hissəsini 
məhv etmiş, qəzanın böyük bir hissəsini nəzarət altına almışdılar. 
Üsyançılara qarşı  Qırmızı Ordunun 4 diviziyası göndərildi və 
üsyan yatırıldı. Düşmən bir neçə  kəndin  əhalisini məhv edib 
evlərini yandırdı və külünü göyə sovurdu. 
Cavanşir qəzasında Sultan bəyin başçılığı ilə silahlı kəndli 
dəstəsi mübarizə aparırdı. Qəza inqilab komitəsi sədri Adil 
Sultanov və azərbaycanlılardan ibarət hərbi hissələr də 
üsyançılara qoşulmuşdular. Qubada və Lənkəranda da üsyanlar 
baş vermişdi. 1920-ci ildə qaçaqlar Kürdən Astarayadək bütün 
Xəzərsahili ovalıqları əldə saxlayırdılar. Yayda Kamal paşanın 
rəhbərlik etdiyi silahlı kəndlilər rus ordusunun 200 nəfərlik atlı 
dəstəsini məğlub etdilər. Rus ordusu bu üsyanı çox çətinliklə, 
yalnız yarım ildən sonra yatıra bildi. 
Azərbaycanı bürümüş üsyanlar, xalqın fəal müqavimət 


Azərbaycan 20-30-cu illərdə 
 
 
293
göstərməsi işğalçı hökuməti qorxuya saldı. Moskva bir sıra 
ehtiyat tədbirləri gördü. Rus hökuməti ən pis halda heç olmasa 
Abşeronu, neft Bakısını əldə saxlamaq üçün 1920-ci il iyunun 
2-də  hər ehtimala qarşı  şəhər  ətrafında möhkəmləndirilmiş 
müdafıə  xətti yaradılması haqqında tapşırıq vermişdi. Bundan 
başqa həmin ilin noyabrında Azərbaycana daha 7 diviziya 
gətirilmişdi. 
1920-ci ildə Azərbayanı kəndli çıxışları bürüdü. Torpaqla 
birlikdə mal-qaranın, kənd təsərrüfatı vasitələrinin müsadirəsi 
onsuz da vəziyyəti ağır olan kəndliləri sovetlərin növbəti 
tədbirinə, kəskin müqavimətə sövq etdi. Azərbaycanın demək 
olar ki, bütün bölgələrində silahlı  çıxışlar, qırmızı  əsgərlərlə 
qanlı  hərbi toqquşmalar baş verdi. 1920-ci il iyunun 20-də 
N.Nərimanov Bakı Sovetindəki çıxışında «Azərbaycanda bal 
ayından sonra qanlı ayın başlanacağını bildiyini» söyləyirdi. 
Təəssüf ki, «bal ayından» sonra başlanan qanlı ay yox, qanlı 
illər oldu. 
Ümumiyyətlə, 1920-1924-cü illərdə istilaçı rus ordusuna, 
bolşevik rejiminə qarşı 54 (bəzi mənbələrdə 60) silahlı üsyan 
baş vermişdi. Lakin qüvvələr qeyri-bərabər olduğundan xalq 
azadlıq uğrunda nə  qədər cəsarət və  fədakarlıqla mübarizə 
aparsa da qalib gələ bilmədi. Üsyanlar, çıxışlar yatırıldıqdan 
sonra  ələ keçən vətənpərvərlərə divan tutulur, güllələnir, 
qohum-əqrabaları  həbs edilir, şəhərlər və  kəndlər qarət 
olunurdu. 
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən partiya və 
ictimai-siyasi təşkilatların XI Qırmızı ordunun işğalçı yürüşünə 
və yeni sovet rejiminə münasibəti müxtəlif olmuşdur. 
1920-ci il aprelin 27-si gecəsindən müsavatçılar 
Azərbaycanın işğalını tam aydınlığı ilə başa düşdükləri üçün 
gizli fəaliyyətə başladılar. Müsavatın fəal üzvlərindən olan 
Mirzə Bala Məmmədzadə  və  Əbdülvahab Yurdsevər 
M.Ə.Rəsulzadənin məsləhəti ilə böyük yazıçı, dramaturq Cəfər 
IX mühazirə 
 
 
294
Cabbarlının şəhər kənarındakı evində istilaçılara qarşı mübarizə 
aparmaq üçün gizli Mərkəz yaratdılar. Bu gizli təşkilatın sədri 
M.B.Məmmədzadə, baş katibi C.Cabbarlı, müavini və Bakı 
Komitəsinin sədri Ə.Yurdsevər, M.S.Quluzadə və M.H.Baharlı 
oldu. 
İşğalla barışmayan partiya üzvləri gizli Mərkəzin tapşırığı 
əsasında Bakıdakı, qəzalardakı müəssisələrdə  və ordu 
hissələrində gizli siyasi iş aparırdılar. Onlar Bakıda gizli siyasi 
mətbəə  təşkil etmiş  və burada qeyri-leqal şəraitdə müxtəlif 
bülletenlər və  «İstiqlal» qəzetinin 19 sayını çap edib yaya 
bilmişdilər. Bu bülletenlərdə müsavatçılar xalqa sovetlərin 
həyata keçirdiyi islahatların müstəmləkə xarakteri daşıdığını 
göstərərək onları istilaya, bolşevik avantürasına qarşı birləşib 
mübarizə aparmağa çağırırdılar. 
Müsavatçılar çarizm dövründə istifadə etdikləri gizli iş 
sistemini bərpa edərək tələbələr, əsgərlər, fəhlələr və kəndlilər 
arasında təbliğat işi aparırdılar. Ordu hissələrində  də gizli 
müsavat təşkilatları  fəaliyyət göstərirdi. Açıq təbliğat 
vasitələrindən, klub və kitabxanalardan da istifadə edilirdi. 
Gizli təşkilatlar kiçik qruplar şəklində fəaliyyət göstərirdi. Fəal 
iş aparan güclü təşkilatlar Bakıda, Gəncədə, Qarabağda və 
Qazaxda idi. Ümumiyyətlə, 20-30-cu illərdə gizli mübarizə 
aparan Müsavatın fəaliyyəti apardığı mübarizənin taktikasına 
görə dörd mərhələyə bölünür. Birinci mərhələ - 1920-1923-cü 
illərdir. Bu mərhələdə müsavatçılar azadlıq, müstəqillik, 
millətçilik, islam beynəlmiləllçiliyi və s. sahələrdə  təbliğat 
işləri aparmış, xalqa rusların Azərbaycanda yeritdiyi siyasətin 
müstəmləkə mahiyyəti daşıdığını, yaratdıqları dövlət 
orqanlarının bu məqsədi reallaşdırmağa xidmət etdiyini başa 
salmışdır. Bundan başqa müsavatçılar ittihadçılarla birləşərək 
üsyançılarla  əlaqəyə girib, kütləvi silahlı üsyanlar təşkil 
etmişlər. 
İkinci mərhələ – 1923-1926-cı illəri əhatə edir. Bu illərdə 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə