Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə71/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   137

VIII mühazirə 
 
 
276
memorandumlarda Qafqazda konfederasiya ideyasına müsbət 
yanaşdıqlarını qeyd etmişdilər. Lakin ermənilər  ərazi sərhəd 
məsələsinə daha çox əhəmiyyət verir və konfederasiya ideyası 
əleyhinə təbliğat aparır, Qafqazdakı vəziyyət barədə Avropa və 
ABŞ ictimaiyyətində yanlış  təsəvvür yaradırdılar. Azərbaycan 
və Gürcüstan nümayəndələrinin etirazına baxmayaraq 
ermənilər Türkiyənin 7 şərq vilayətini, keçmiş  İrəvan 
quberniyası, Tiflis və Yelizavetpol quberniyalarının cənubunu 
və Qars torpaqlarını  tələb edirdilər. Azərbaycan nümayəndə 
heyəti ermənilərin təbliğatına qarşı Avropa və Amerikanın 
özündə  əks-təbliğat işini təşkil etməyə  məcbur oldu. 
Azərbaycan nümayəndələri ingilis, fransız dillərində bir neçə 
kitabça hazırlayıb çap etdirmiş, Avropada və Amerikada 
yayılmasını  təşkil etmişdilər. Bu kitabçalarda Azərbaycanın 
tarixi,  əhalisinin antropologiyası  və etnik tərkibi, təsərrüfatı, 
Azərbaycan Respublikasındakı 
vəziyyət, ermənilərin 
təcavüzkar hərəkətləri haqqında məlumatlar verilirdi. 
Azərbaycan nümayəndə heyətinin  ən  əhəmiyyətli təbliğat 
işlərindən biri «Paris sülh konfransına Qafqaz Azərbaycanı sülh 
nümayəndəliyinin tələbləri» adlı kitabın hazırlanması idi. 
Kitabda Azərbaycanın tarixi haqqında dəyərli məlumatlar 
verilirdi. Bu sənəd üç mühüm tələb ilə bitirdi: 1) Sülh konfransı 
Azərbaycanın müstəqilliyini tanısın. 2) Nümayəndə heyəti sülh 
konfransının işinə  cəlb olunsun. 3) Azərbaycan Respublikası 
Millətlər Liqasının üzvlüyünə qəbul edilsin. 
Azərbaycan nümayəndə heyətinin diplomatik 
fəaliyyətinin mühüm uğuru 1920–ci il yanvarın 11–də Paris 
konfransının Ali Şurası tərəfindən Azərbaycanın istiqlalının de-
fakto tanınması  və Azərbaycanın beynəlxalq münasibətlərin 
subyektinə çevrilməsi idi. Bakıda 20–dən artıq xarici dövlətin 
diplomatik nümayəndəliyi yaradılmışdı. 
 
5. Azərbaycan Xalq Cümhuriyyətinin süqutu 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
277
 
1919-cu ilin sonu və 1920-ci ilin əvvəllərində Azərbaycanda 
vəziyyət çox gərgin idi. Bir tərəfdən sovet müdaxiləsi təhlükəsi, 
ictimai qüvvələrin, siyasi partiyaların qütbləşməsi, Azərbaycanın 
inkişaf yollarına dair baxışların, mövqelərin barışmazlığı, iqtisadi 
və maliyyə böhranının üst-üstə düşməsi Azərbaycan Xalq 
Cümhuriyyətinin vəziyyətini xeyli gərginləşdirdi. 
Parlamentdə  və hökumətdə  də parçalanma baş verdi. 
Mövcud quruluşu devirmək yolunu seçən qruplar meydana 
gəlmişdi. 
1920-ci ilin yanvarında Antanta ölkələri tərəfindən 
Azərbaycanın istiqlaliyyətinin tanınması baş verəcək təhlükəni 
sovuşdurmadı. Sovet Rusiyasının Azərbaycanın daxili işlərinə 
müdaxiləsi genişləndi. Sovet Rusiyası millətlərin təyini – 
müqəddərat hüququna dair verdiyi çoxsaylı  bəyannamələrə 
məhəl qoymayaraq Azərbaycanın müstəqilliyini tanımır və 
onun Rusiyadan ayrılması kimi siyasi bir aktla razılaşmaq 
istəmirdi. 
Bu zaman «Müstəqil Sovet Azərbaycanı»  şüarı  və müs-
təqil Kommunist partiyasının yaradılması  məsələsi irəli 
sürüldü. Bütün kommunist təşkilatlarını: RK(b)P Bakı 
təşkilatını, «Hümmət», «Ədalət» təşkilatlarını KP halında 
birləşdirmək lazım idi. 1919-cu ilin mayında keçirilən 
Ümumbakı partiya konfransında beynəlmiləl prinsip üzrə 
Azərbaycan KP nın yaradılmasına rəy verildi. 
1920–ci il fevralın 11-də Bakıda fəhlə klubu binasında 
gizli şəraitdə Azərbaycan kommunist təşkilatlarının 1 qurultayı 
oldu. Qurultayda bütün kommunist partiyalarının Az. KP-ı adı 
altında birləşdirildiyi bəyan edildi və 43 nəfərdən ibarət MK 
seçildi.  
RK(b)P-nın bölməsi kimi yaranan Azərb. KP-nın I qu-
rultayı partiya təşkilatlarını mövcud hökuməti, yəni AXC-ni 
yıxmağa və Sovet hökumətini qurmağa istiqamətləndirdi. 


VIII mühazirə 
 
 
278
1920-ci ilin yanvar – fevral aylarından Rusiya Azərbay-
canı  işğal etmək planını hazırlayırdı. Azərbaycanı  işğal etmək 
işini asanlaşdırmaq üçün ermənilərin Qarabağa hücumu təşkil 
edildi. Qızıl Ordu ilə razılığa gələn ermənilər Novruz bayramı 
günlərində qəflətən Xankəndi qarnizonuna hücum etdilər. Hərbi 
Nazirliyin gördüyü təcili tədbirlər nəticəsində erməni hərbi 
hissələri Xankəndindən kənarlaşdırıldılar. Lakin ermənilər 
rusların köməyi ilə  Əsgəran qalasını  ələ keçirdilər.  Əsgəran 
qalasını geri almaq və Qarabağda erməni qiyamını yatırtmaq 
üçün Azərbaycan hökuməti general Həbib Səlimovun başçılıq 
etdiyi ordunun böyük bir hissəsini Qarabağa göndərməyə 
məcbur oldu. Əsgəran qalası tezliklə azad edildi və Qarabağ 
qiyamı yatırıldı. 
Rusiya Qarabağ hadisələrini təşkil etməklə Azərbaycan 
hökumətinin diqqətini ora yönəltmək istəyirdi. Belə  də oldu. 
Qarabağda baş verən hadisələr Azərbaycan parlamentində 
müzakirə edildi. Parlamentin bəzi üzvləri Qızıl Ordunun 
köməyinin zəruri olduğunu qeyd etdilər. Rusiya Azərbaycan 
hökuməti daxilində özünə arxa yaratmaq istəyirdi. Buna da 
müəyyən dərəcədə nail olmuşdu. Azərbaycan hökuməti  şimal 
sərhədlərdə olan qoşunları Qarabağa yönəltməklə Azərbaycana 
giriş yolunu açmış oldu. 
1920–ci il aprelin 25–dən 26–na keçən gecə rus qoşunları 
Azərbaycana  şimaldan hücum etdilər. Xaçmazı, Yalamanı 
tutdular və Bakının girəcəyində dayanaraq Azərbaycan 
hökumətinə hakimiyyəti təhvil vermək haqqında ultimatum 
göndərdilər. Ultimatumu müzakirə etmək üçün aprelin 27–də 
parlamentin iclası keçirildi. İclasda xeyli davam edən 
müzakirələrdən sonra qan tökülməməsi üçün müəyyən  şərtlər 
daxilində təslim olmağa qərar verildi. 
 Bununla da, Azərbaycanın 23 aylıq istiqlalına son 
qoyuldu. Azərbaycan Xalq Cümhuriyyəti az bir müddət yaşadı. 
Ancaq o, XX əsrdə Azərbaycan xalqının həyatında tarixi bir 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
279
mərhələ olmuş  və xalqımızın gələcəyinin, müstəqilliyinin, 
azadlığının, suverenliyinin təməlini qoymuşdur. 
 
Ədəbiyyat 
1.
 
Azərbaycan Demokratik Respublikası. Azərbaycan hökuməti 
1918-1920. Bakı: 1990 
2.
 
Azərbaycan Xalq Cümhuriyyəti (1918 – 1920). Parlament. 1, II 
cildlər. Stenoqrafik hesabatlar. Bakı: Azərnəşr, 1998 
3.
 
İbrahimov Z.İ. Azərbaycan xalqının ingilis – amerikan 
işğalçılarına qarşı mübarizəsi. Bakı: 1950 
4.
 
Nəsibzadə N. Azərbaycan Demokratik Respublikası. Bakı: 1990 
5.
 
Rəsulzadə M.Ə. Azərbaycan Cümhuriyyəti. Bakı: 1990 
6.
 
Rəsulzadə M.Ə. Əsrimizin Siyavuşu. Bakı: 1991 
7.
 
Рустамова  Дж.  Национальная  буржуазия  в  период  Азербай-
джанской Демократической Республики. Баку: 2007 
8.
 
Süleymanov M. Azərbaycan ordusu. Bakı: 1998 
9.
 
Həsənov C. Azərbaycan Beynəlxalq münasibətlər sistemində 
(1918 – 1920). Bakı: 1993. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə