Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə67/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   63   64   65   66   67   68   69   70   ...   137

VIII mühazirə 
 
 
260
3) Azərbaycan Xalq Cümhuriyyəti beynəlxalq birliyin bütün 
üzvləri ilə, xüsusən həmsərhəd xalqlar və dövlətlərlə 
qonşuluq əlaqələri yaradacaq. 
4) Azərbaycan Xalq Cümhuriyyəti öz sərhədləri daxilində 
milliyətindən, dinindən, cinsindən, içtimai vəziyyətindən 
asılı olmayaraq bütün vətəndaşlarına tam vətəndaşlıq və 
siyasi hüquqlar verir. 
5) Azərbaycan Xalq Cümhuriyyəti onun ərazisində yaşayan 
bütün xalqların sərbəst inkişafına şərait yaradacaq.  
6) Məclisi – Müəssisan çağrılana qədər Azərbaycanda ali 
hakimiyyət xalqın səsvermə yolu ilə seçdiyi Milli Şura və 
Milli  Şuranın qarşısında cavabdeh olan Müvəqqəti 
Hökumət sayılır.  
Bundan sonra Milli Şura F.X.Xoyskiyə hökumətin 
yaradılmasını tapşırdı. Azərbaycanın ilk müvəqqəti hökuməti 
belə tərkibdə təqdim edildi: 1)F.X.Xoyski – Nazirlər Şurasının 
sədri, Daxili işlər naziri; 2) Xosrovpaşa bəy Sultanov – Hərbi 
nazir; 3) N.Yusifbəyli – Xalq maarifi və Maliyyə naziri; 4) 
M.H.Hacinski – Xarici işlər naziri; 5) X.B.Məlikaslanov – poçt, 
teleqraf və yollar naziri; 6) Ə.Şeyxülislamov – Əkinçilik və 
əmək naziri; 7) X.Xasməmmədov – Ədliyyə naziri; 8) 
M.Y.Cəfərov – Ticarət və  sənaye naziri; 9) Camo Hacinski – 
Dövlət nəzarəti naziri. 
AXC-nin yaradılması bütün türk – müsəlman dünyasında 
çox mühüm tarixi hadisə idi. Azərbaycan Respublikası dünyəvi 
təməl üzərində qurulan ilk türk dövləti idi. AXC–nin 
yaradılması ilə X1X əsrin  əvvəllərində itirilmiş dövlətçilik 
ənənələri bərpa edildi. 
İstiqlaliyyət elan edildikdən sonra yaranmış dövlətin 
sərhədlərini müəyyən etmək lazım idi. Ən çətin vəziyyətə Er-
mənistan düşmüşdü. Ermənistan nümayəndələri Azərbaycan 
hökumətinə müraciət etmişdilər. Mayın 29-da erməni Milli 
Şurası ilə danışıqlar barədə F.X.Xoyski Milli Şuraya məlumat 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
261
verir. Qeyd edir ki, Aleksandropol türklər tərəfindən tu-
tulduqdan sonra ermənilərə dövlət yaratmaq üçün siyasi mərkəz 
lazımdır. Ona görə  də Dağlıq Qarabağa olan iddialarından 
imtina etmək  şərti ilə  İrəvan  şəhəri onlara güzəştə edilə bilər. 
Milli şuranın iclası İrəvanın ermənilərə güzəştə edilməsi barədə 
öz razılığını bildirdi. İrəvan Milli Şurasının üzvləri M.Seyidov, 
B.Rzayev, N.Nərimanbəyov buna özlərinin qəti etirazlarını 
bildirdilər. Lakin Milli Şura etirazı qəbul etmədi. 
Gürcüstan ilə  sərhəd məsələsi müzakirə edildi. Zaqatala 
dairəsi məsələsinin həlli  əhalinin ixtiyarına verildi. Yerli 
əhalinin rəyi ilə bu məsələ Azərbaycanın xeyrinə həll olundu. 
Azərbaycan hökumətinin ilk diplomatik addımlarından biri 
«Osmanlı imperatorluğu hökuməti ilə Azərbaycan Respublikası 
arasında dostluq» müqaviləsinin imzalanması idı. Müqaviləni 
Türkiyə  tərəfindən  Ədliyyə naziri Xəlil Menteşə, Qafqaz 
cəbhəsinin baş komandanı Vahib paşa, Azərbaycan tərəfdən 
Xarici işlər naziri M.H.Hacinski və Milli Şuranın sədri 
M.Ə.Rəsulzadə imzaladılar. Bu, Azərbaycan Cümhuriyyətinin 
xarici dövlətlə bağladığı ilk müqavilə idi. 
Müqavilədə Osmanlı imperiyası ilə Azərbaycan Respub-
likası arasında daima sülh və möhkəm dostluğun bərqərar 
olması, göstərilən hüdudlara əsasən Azərbaycanla Türkiyənin 
geniş  sərhədləri olan dövlət olması, dinclik və asayişi 
möhkəmləndirmək, ölkənin təhlükəsizliyini təmin etmək üçün 
əgər ehtiyac olarsa Osmanlı hökumətinin Azərbaycan 
respublikasına hərbi yardım göstərməyi öz üzərinə götürməsi, 
dəmiryol yüklərinin daşınmasında tərəflərin öhdəlikləri, azad 
gediş-gəliş  və başqa maddələr irəli sürülürdü. Müqavilə Brest 
Litovsk müqaviləsinin tərəflər arasında qüvvədə olmasından da 
bəhs edirdi. 
İyunun 4-də imzalanmış müqaviləyə  əlavə olaraq iki 
saziş də bağlandı. 
1) Bakı-Batum neft kəmərinə aid olub Azərbaycan, Gür-


VIII mühazirə 
 
 
262
cüstan, Türkiyə arasında imzalandı. Tərəflər razılığa gəldilər ki, 
öz  ərazilərində neft kəmərinin fəaliyyətini təmin etsinlər. Bu 
sazişin imzalanması Azərbaycan Neft sənayesinin işinə müsbət 
təsir göstərib onun xarici bazara çıxışını təmin edirdi; 2) dəmir 
yollarına aid idi və 4 dövlət: Osmanlı imperiyası, Ermənistan, 
Azərbaycan, Gürcüstan Respublikaları arasında imzalanmışdı. 
Sazişdə deyilirdi: Keçmiş Rus dövlətinin mülkiyyəti olan 
dəmir yol nəqliyyat vasitələri müqavilə imzalayan tərəflərin 
ərazi hüdudlarına uyğun olaraq onlar arasında bölüşdürüləcək. 
Gürcüstana məxsus dəmir yolları Türkiyə ilə  bərabər 28 may 
müqaviləsinə görə almanların da istifadəsinə verilirdi. Bununla 
Almaniya Bakı neftinə doğru əhəmiyyətli addım atmış oldu. 
 Milli  hökumət və Milli Şura iyunun 16-da Tiflisdən 
Gəncəyə köçür. Milli Şura ölkədə yaranmış real vəziyyəti 
nəzərə alaraq iyunun 17-də keçirdiyi iclasda 2 mühüm qətnamə 
qəbul etmişdi. 
1) Müvəqqəti Hökumətin səlahiyyətləri haqqında. 
Qeyd olunur ki, Müvəqqəti Hökumət dövlət 
müstəqilliyini, mövcud siyasi azadlıqları  ləğv etmək, aqrar və 
b. mühüm məsələlərə dair inqilabi qanunları dəyişdirmək hüqu-
quna malik deyil. O, 6 aydan gec olmayaraq milli məclisi çağır-
malıdır. Digər məsələlərdə tam bütün hüquqlara malikdir. 
2) Milli Şuranın buraxılması, hakimiyyəti F.X.Xoyski 
kabinəsinə təhvil vermək haqqında. 
Gəncədə  təşkil edilən ikinci hökumətin tərkibinə – 
F.X.Xoyski, M.Hacinski, B.Cavanşir, X.Məlikaslanov,  Ə.Əmir-
canov, X.Sultanov, N.Yusifbəyli, A.Aşurov, X.Rəfibəyli, 
Ə.Topçubaşov, X.Xasməmmədov, M.Rəfiyev daxil idi. 
Bu hökumətdə Müsəlman Sosialist bloku və Hümmət 
iştirak etmirdi. 
Azərbaycan Milli Şurası müvəqqəti olaraq öz işini da-
yandırdı və bütün səlahiyyətləri Müvəqqəti Hökumətə verdi, bir 
şərtlə ki, o, 6 aydan gec olmayaraq Müəssisələr Məclisini 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
263
çağıracaq. 
İyunun 27-də Azərbaycan dili dövlət dili elan edildi. 
Dövlət idarələrində rus dilinin işlənməsinə  də  hələlik icazə 
verilirdi.  
Türk hərbi dəstələrinin Gəncə istiqamətində  hərəkəti 
BXKS-nin böyük narahatçılığına səbəb olmuşdu. 1918-ci il 
iyunun  əvvəllərində Bakı Kommunası  Gəncə üzərinə yürüşə 
hazırlaşırdı. Məqsəd türk hərbi dəstələri toplanana qədər 
istiqlaliyyətin beşiyi olan Gəncəni dağıtmaq idi. Hərbi 
əməliyyatların aparıldığı  ərazilərdə müsəlman  əhalisi yeni 
talanlara məruz qalmağa başladı.  İyunun 23-də Azərbaycan 
hökuməti hərbi vəziyyət elan etdi. İyunun 27-si ilə 1-i 
arasındakı dörd günlük gərgin vuruşma döyüşün taleyini həll 
etdi. Göyçay ətrafındakı döyüşlərdə Sovetin qoşunlarının Gən-
cəyə yürüşünün qarşısı alındı  və  İslam ordusu Bakı 
istiqamətində  hərəkətə başladı. Bakı Sovetinin qoşunları 
darmadağın edilərək geri çəkilmək məcburiyyətində qaldılar. 
BXKS-nin həyata keçirdiyi antiazərbaycan siyasəti 
bolşeviklərin tamamiilə nüfuzdan düşməsinə  və 1918-ci il 
iyulun 31-də onların istefasına gətirib çıxartdı. Bundan istifadə 
edən eser-menşeviklər «Sentrokaspi diktaturası» orqanını 
yaratdılar. Bununla hakimiyyət həmin orqanın və Sovetin 
müvəqqəti icraiyyə komitəsinin reyasət heyətinin  əlinə keçdi. 
Bu orqan da ilk gündən bolşeviklərə divan tutmaq və ingilisləri 
Bakıya dəvət etmək mövqeyi tutdu. Yeni hökumət eyni 
zamanda Bakı Sovetinin antiazərbaycan siyasətini davam 
etdirməyə başladı. Lakin nə bu yeni hökumət, nə  də onların 
müttəfiqi olan ingilislər Bakının milli qüvvələr tərəfindən azad 
edilməsinə mane ola bilmədilər. 
Azərbaycan hökumətinin  əsas vəzifəsi AXC-nin 
hakimiyyətini ölkənin bütün ərazisinə yaymaq və Bakını 
Azərbaycan xalqının düşmənlərindən azad etmək idi. 
Sentyabrın 15-də ağır döyüşlərdən sonra, Qafqaz İslam ordusu 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə