Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə70/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   66   67   68   69   70   71   72   73   ...   137

VIII mühazirə 
 
 
272
Siyasi  şəraitin  əlverişsizliyi və maliyyə  çətinlikləri üzündən 
yalnız bir ali məktəbin – Bakı Universitetinin yaradılması üçün 
imkan əldə edildi. 
Azərbaycan Xalq Maarifi nazirinin müavini Həmidbəy 
Şahtaxtinski görkəmli rus alimi, Cənubi Qafqaz Universitetinin 
rektoru Razumovskiyə müraciət edərək Bakı Universitetinin 
təşkili üçün kömək göstərməsini xahiş etmişdi. Razumovski 
dəvəti qəbul etmiş  və yaradılan komissiyanın sədri seçilmişdi. 
1919-cu il mayın 19-da komissiya təsdiq edilir. 
 Mayın 31-də isə komissiya Bakı Universitetinin yara-
dılması haqqında qanun layihəsini, Universitet nizamnaməsini, 
Universitet xərclərini Xalq Maarif nazirliyinə təqdim etmişdi. 
Universitetin yaradılması haqqında layihə 1919-cu ilin 
iyul-avqust aylarında qanunvericilik, maliyyə-büdcə 
komissiyalarında, parlamentin ümumi iclaslarında müzakirə 
edildi. Universitet komissiyası avadanlıq, təşkilati və quruculuq 
işlərinə 3,5 mln. rubl verilməsini xahiş etdi. Maarif naziri 
Kaplanov həmin məbləği 5 mln.rubl artırmağı lazım bildi. 
Universitetin açılması  məsələsi mübahisələr doğurdu. 
Mübahisələr Universitetin rus dilində açılması  məsələsində 
fikir müxtəlifliyinin mövcud olduğunu göstərdi. Əhrar, İttihad, 
bitərəf müsəlman qrupu Universitetin rus dilində açılması 
əleyhinə çıxdılar. 
Universitetin yaradılması  işində M.Ə.Rəsulzadə, H.Ağayev, 
Ə.Pepinov, S.Ağamalı oğlu, C.Hacinski fəal iştirak edirdilər. 
Tanınmış maarifçi Məmmədağa 
Şahtaxtinski 
«Azərbaycanda Universitet» məqaləsində qeyd edirdi ki, 
Bakıda Universitetin açılması  zəruridir. Rus dilində açılacaq 
Universitet tədricən milliləşdiriləcək və türkləşdiriləcək. 
Universitet Azərbaycan dövlətinə  və türk mədəniyyətinə 
xidmət edəcəkdir. 
1919-cu il sentyabrın 1-də parlament Bakı 
Universitetinin yaradılması haqqında qanunu qəbul etdi. Həmin 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
273
iclasda 1919/20-ci tədris ili üçün xarici ölkələrin ali 
məktəblərinə 100 abituriyent və  tələbə göndərilməsi haqqında 
qətnamə  qəbul edildi. Bu tələbələr üçün Maarif Nazirliyinin 
sərəncamına dövlət xəzinəsi vəsaitindən 7 mln. rubl. ayrılırdı: 
Avropaya göndərilən hər bir adam üçün hər ay 400 frank 
təqaüd, 1000 frank da yol xərci, Rusiyaya göndərilən hər bir 
adam üçün hər ay 3 min rubl təqaüd, 3 min də yol xərci. 
Hökumət təqaüdündən istifadə edən tələbələr təhsil müddəti 
qurtardıqdan sonra hökumətin müəyyən etdiyi yerdə 4 il xidmət 
etməli idi. 
100 nəfərdən 10-u İngiltərəyə, 23-ü İtaliyaya, 45-i 
Fransaya, 9-u Türkiyəyə, 13-ü Rusiyaya göndərilməli idi. 
Qanuna görə Universitetdə 4 fakültə açılmalı idi: Tarix-
filologiya, tibb, fizika-riyaziyyat, hüquq. Lakin bir il müddətinə 
iki fakültə üçün (tarix-filologiya, tibb) ştat, smeta müəyyən 
edildi. Bütün fakültələrdə azərbaycan dilinin keçilməsi məcburi 
idi. Qəbul zamanı Azərbaycan vətəndaşlarına üstünlük verilirdi. 
Rektor 3 il müddətinə seçilir və nazirlik tərəfindən təsdiq 
edilirdi. 
1919-cu ilin 15 noyabr günü Universitetdə birinci dərs 
günü elan edildi. 
Bakı Dövlət Universitetinin açılması Azərbaycan 
hökumətinin mədəniyyət sahəsindəki böyük qələbəsi idi. 
1919-cu il oktyabrın 1-dən Qarabağın erməni məktəbləri 
üzrə xüsusi müfəttişlik yaradıldı  və R.N.Şahnazarov müfəttiş 
təyin edildi. Nazirlər  Şurası Qarabağda yaşayan ermənilərin 
mədəniyyət, xalq maarifi sahəsində öz müqəddəratını  təyin 
etməsi üçün şərait yaratmış, bunu hüquqi cəhətdən 
əsaslandıraraq 23 maddədən ibarət  əsasnamə  təsdiq etmişdi. 
Əsasnamədə deyilirdi ki, Qarabağda olan erməni məktəbləri 
Şuranın rəhbərliyi altında muxtariyyətə malikdirlər. 
 
4. AXC-nin xarici siyasəti 


VIII mühazirə 
 
 
274
 
1918–1920-ci illərdə AXC-nin xarici siyasətinin  əsas 
məqsədi Azərbaycanın müstəqilliyinin gerçəkləşməsindən iba-
rət idi. Azərbaycan hökuməti Azərbaycanın müstəqilliyinin 
tanınması  və qorunub saxlanmasında Qərb ölkələrinin 
himayəsini əldə etmək işinə birinci dərəcəli əhəmiyyət verirdi. 
Azərbaycan hökumətinin üzvü Ə.M.Topçubaşov  İstanbul, 
Vyana, Berlinə, eləcə  də Ermənistan və Gürcüstanın mər-
kəzlərinə  səlahiyyətli səfir təyin edilmişdi. Verilən mandata 
görə  Ə.M.Topçubaşov Azərbaycanın maraqları ilə bağlı geniş 
səlahiyyətlərə malik idi. O, İstanbulda ikən Ukrayna, İran, 
Rusiya, ABŞ,  İtaliya,  İsveç, Hollandiya, Ermənistanın rəsmi 
nümayəndələri ilə görüşmüş, fikir mübadiləsi etmiş  və onlara 
memorandum təqdim etmişdi. Memorandumda Qafqazın 
coğrafiyası, onun çar dövründə inzibati bölgüsü, regionun 
demoqrafik vəziyyəti, Azərbaycan respublikasında mövcud 
vəziyyət, aparılan quruculuq işləri, erməni probleminin 
mahiyyəti, mart soyqırımı, Qarabağ  məsələsi barədə  məlumat 
verilir, Azərbaycan Respublikasının müstəqil yaşamağa haqqı 
olduğu əsaslandırılırdı. 
Osmanlı Türkiyəsi də Azərbaycanın müstəqilliyinin 
tanınması üçün əlindən gələni  əsirgiməyəcəyini bildirmişdi. 
Lakin Mudros sazişindən sonra Osmanlı hökumətinin Azər-
baycana köməyi minimuma enmişdi. Türkiyə müttəfiqlərindən 
asılı vəziyyətə düşmüşdü. Müttəfiqlər Osmanlının Azərbaycana 
diplomatik nümayəndə təyin etməsinə pantürkizm kimi baxmış, 
Osmanlı hökumətinə bunu qadağan etmişdi. 
1918-ci ilin iyulunda Azərbaycanın  İstanbuldakı nüma-
yəndə heyəti buradakı  İran konsulluğuna AXC-nin yaranması 
haqqında bəyannaməni təqdim etsə də, İran konsulu Azərbaycan 
adlı müstəqil dövləti tanımadığını bildirmişdi.  İranın 
narahatçılığını aradan qaldırmaq üçün Azərbaycan hökuməti 
beynəlxalq sazişləri imzalayarkən Qafqaz Azərbaycanı 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
275
məfhumunu xüsusi ilə vurğulayırdu. 1919-cu il sentyabr ayında 
İranın yeni xarici işlər naziri Firuz Mirzənin nümayəndə 
heyətinin başçısı sifəti ilə Avropaya gəlməsindən sonra İran 
heyətinin Azərbaycan istiqlalına münasibəti tam dəyişdi. Hətta 
hər iki dövlət arasında siyasi və iqtisadi ittifaqın yaradılmasını 
nəzərdə tutan sənəd də qəbul edildi. 
 Azərbycan hökuməti qonşu dövlətlərlə mehriban qon-
şuluq münasibətlərinin yaranmasına çalışır və mübahisəli 
məsələlərin danışıqlar yolu ilə həll edilməsi tərəfdarı kimi çıxış 
edirdi. Gürcüstandan fərqli olaraq Ermənistanla münasibətlər 
çox çətin qurulurdu. Normal qonşuluq münasibətlərinin 
yaranmasına ermənilərin torpaq əldə etmək hərisliyi, 
törətdikləri vəhşiliklər mane olurdu. 
Birinci dünya müharibəsindən sonra qalib dövlətlər mü-
haribədən sonrakı dünyanın vacib məsələlərini həll etmək üçün 
Parisdə sülh konfransının çağrılmasına qərar verdilər. Dekabrın 
7-də Azərbaycan parlamentində Parisə getmək üçün seçilən 
nümayəndə heyəti 1919-cu il yanvarın 20-də  İstanbula gəldi. 
Lakin burada Parisə yola düşmək üçün Fransa hökumətindən üç 
ay yarım icazə gözləməli oldu. Yalnız aprelin 22-ə ingilislərin 
köməyi ilə Parisə yola düşə bildilər və may ayında Parisə 
çatdılar. 
Mayın 28-də Azərbaycan nümayəndə heyəti ABŞ 
prezidenti V.Vilsonla görüşə bildi. Vilsondan Azərbaycanın 
istiqlaliyyətinin tanınması, Vilson prinsiplərinin Azərbaycana 
aid edilməsi, Azərbaycanın Millətlər Liqasına qəbul olunması, 
ABŞ-la Azərbaycan arasında diplomatik və iqtisadi əlaqələrin 
bərqərar edilməsi xahiş edilirdi. Lakin prezident Vilson sülh 
konfransının dünyanın kiçik hissələrə parçalanmasının əleyhinə 
olduğunu bildirmiş 
və Azəpbaycan nümayəndələrinə 
konfederasiya ideyasını müdafiə etməyi məsləhət görmüşdü. 
Azərbaycan, Gürcüstan və Dağlılar respublikasının nümayəndə 
heyətləri konfransın rəhbərlərinə göndərdikləri bütün 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə