Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə66/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   137

VIII mühazirə 
 
 
256
komitəsi yaradılır. 
Bakının küçələrində, xüsusən  İçəri  şəhərdə,  Şamaxı 
yolunda və Çənbərəkənddə şiddətli döyüşlər başladı. Qüvvələr 
bərabər deyildi. Bakı Sovetinin silahlı qüvvəsi 6 min nəfərdən 
ibarət idi. 3–4 minə qədər olan daşnak qoşun hissələri də Bakı 
Sovetinin ixtiyarına verilmişdi. Heç bir silahlı birləşmələrə 
malik olmayan müsavatçılar döyüşləri dayandırmağı  tələb 
edirdilər. Daşnak hissələri isə döyüşlərin ikinci günü mlli 
qırğını qızışdırmağa səy göstərir, şəhərdə dinc əhaliyə, xüsusən 
azərbaycanlılara divan tutur və onları qəddarlıqla öldürürdülər. 
Milli qırğına yol verməmək üçün müsavatçılar martın 31-də 
barışıq haqqında danışığa başlamağı  təklif etdilər.  İnqilabi 
müdafiə komitəsi bu təklifə razılıq verərək öz tələblərini irəli 
sürdü və  tələblər qəbul ediləcəyi təqdirdə  qırğını 
dayandıracaqlarını bildirdi. Tələblər əsasən ondan ibarət idi ki, 
Sovetin hakimiyyəti müsavatçılar tərəfindən qəbul edilsin və 
onun sərəncəmları yerinə yetirilsin, «Vəhşi diviziya» Bakı  və 
onun rayonlarından çıxarılsın, Bakıdan Tiflisə  və Bakıdan 
Petrovska dəmir yolunun açılması üçün təcili tədbirlər 
görülsün. 
İnqilabi müdafiə komitəsinin irəli sürdüyü şərtlərin 
müsavatçılar tərəfindən imzalanmasına baxmayaraq, Bakıda 
silahlı toqquşma dayandırılmadı. Bolşevik–daşnak hissələri 
tərəfindən «İsmailiyyə» binası,  Şərqdə ilk teatr olan 
H.Z.Tağıyevin teatrı yandırılır, Təzə Pir məscidi dağıdılır və 
dinc  əhali amansızcasına öldürülürdü. Daşnakların vəhşilikləri 
aprelin  əvvəllərində  Şamaxıda, Qubada, Göyçayda, Cavadda, 
Xaçmazda, Ağdaşda Kürdəmirdə, Salyanda, Lənkəranda və 
digər bölgələrdə davam etdirilirdi. Dinc əhaliyə amansız divan 
tutulurdu. Təkcə Bakıda üç gün ərzində 10 mindən artıq 
azərbaycanlı  vəhşicəsinə öldürülmüşdü. Qubada 122 kənd 
məhv edilmiş, 2 min insan qırılmışdı.  Şamaxı  qəzasının 72 
kəndi dağıdılmış  və yandırılmışdı. Erməni terrorçu dəstələrinə 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
257
Amazasp, Andronik, Lalayan və b. rəhbərlik edirdi. 1918–ci 
ilin mart–aprel ayları  ərzində Azərbaycanda 50 min 
azərbaycanlı öldürülmüşdü. 
 Seymin  Azərbaycan fraksiyasının üzvləri daşnakların 
törətdikləri vəhşiliklərə münasibət bildirilməsini və soyqırımın 
qarşısını almaq üçün tədbirlər görülməsini tələb edirdilər,  əks 
təqdirdə Seymdən çıxacaqlarını bildirdilər. Daşnaklar isə 
həmən məsələnin Seymdə müzakirə edilməsinə maneçilik 
törədirdilər. Lakin Azərbaycan fraksiyasının təkidi ilə martın 
19-da Zaqafqaziya Seyminin iclasında «Bakıdakı hadisələr» 
müzakirə edildi. İclasda çıxış edən X.Məlikaslanov, 
F.X.Xoyski, M.Ə.Rəsulzadə Bakı Soveti tərəfindən  əhalinin 
silahsızlaşdırılmasının müharibə törətmək üçün bir bəhanə 
olduğunu qeyd etdilər. Bir sözlə, Azərbaycan fraksiyası daşnak 
boşeviklərin törətdikləri cinayətlərin qarşısını almağı  tələb 
edirdilər. 
Cənubi Qafqazda çox gərgin bir vəziyyət yaranmışdı. 
Belə ki, Seym aprelin 13-də keçirilən iclasda Türkiyə ilə mü-
haribə haqqında qərar qəbul etmişdi və ölkədə  hərbi vəziyyət 
elan olunmuşdu. Ali Müdafiə Şurası yaradılmışdı. Lakin orada 
Azərbaycan təmsil edilməmişdi. Azərbaycan fraksiyası buna 
onların hüquqlarının tapdalanması kimi baxırdı. Bu da kəsgin 
etiraza səbəb oldu. Müsəlman fraksiyası Seymin tərkibindən 
çıxmaq məsələsini müzakirələrə çıxarmağı qərara aldı. 
Müharibə haqqında qərar qəbul ediləndən sonra Trab-
zonda olan Çxenkeli geri çağrılır. Bununla da Trabzon 
konfransı öz işini dayandırır. 
Lakin erməni-gürcü qüvvələri Osmanlı ordusunun 
qarşısını almağa qadir deyildi. Aprelin 15-də türklər Batumu də 
tutdular. 
Seymin erməni-gürcü çoxluğunun Qafqazın 
müstəqilliyini elan etmək və Brest Litovsk sülhünü qəbul 
etməkdən başqa çarəsi qalmadı. 


VIII mühazirə 
 
 
258
Aprelin 22-də müstəqil Cənubi Qafqaz Federativ 
Demokratik Respublikasının yarandığı elan edildi. Aprelin 26–
da Çxenkelinin başçılığı ilə yeni hökumət təşkil edildi. 
Azərbaycanın beş nümayəndəsi bu hökumətin tərkibinə daxil 
oldu. F.X.Xoyski – ədliyyə naziri, X.Məlikaslanov – məlumat 
vasitələri naziri, N.Yusifbəyli – maarif naziri, M.H.Hacinski – 
ticarət və  sənaye naziri, Y.Heydərov – dövlət nəzarəti naziri. 
Bu hökumət ilk növbədə Türkiyə ilə müharibə məsələsini həll 
etməli idi. 
Çxenkelinin rəhbərlik etdiyi yeni nümayəndə heyəti 
danışıqları davam etdirmək üçün Batuma yola düşdü. 
Batumi danışıqları mayın 11-də başladı. Osmanlı nüma-
yəndə heyətinin başçısı,  ədliyyə naziri Xəlil bəy verdiyi 
bəyanatda qeyd etdi ki, iki dövlət arasında Brest Litovsk 
müqaviləsindən sonra qan axıdıldığı üçün həmin müqavilənin 
şərtləri indiki danışıqlar üçün əsas ola bilməz.  Əhalisi  əsasən 
müsəlmanlardan ibarət olan və Türkiyəyə birləşmək üçün 
müraciət edən (1918-ci il 13 aprel) Axısqa və Axalkələk 
nahiyyələri tələb olunurdu. Mayın 26–da Osmanlı nümayəndə 
heyəti 72 saat müddətində cavabı  tələb edilən başqa bir 
ultimatum verdi. Lakin bu ultimatum Cənubi Qafqaz 
Respublikasının dağıldığı vaxta təsadüf edirdi. 
Ümumiyyətlə, müstəqil Cənubi Qafqaz respublikanın 
yaranması ölkənin nə daxili, nə  də xarici vəziyyətində 
dəyişiklik etmədi. Vahid hakimiyyət yox idi. Təmsil olunan hər 
millət öz milli mənafeyini ümumqafqaz mənafeyindən yüksək 
tuturdu. Vahid hakimiyyət olmadığına görə ölkədə anarxiya idi. 
Fraksiyalar arasında daxili və xarici siyasətin əsas problemləri 
üzrə yekdil fikrin olmaması onların məhz vahid dövlət 
çərçivəsində mövcudluğunu mümkün etmirdi. Belə bir şəraitdə 
Seym özünü buraxmaq qərarına gəlir. 
  
 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
259
2. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması 
 
1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu 
iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın 
federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması 
haqqında qərar qəbul etdi. 
Mayın 26-da Gürcü milli şurası  tərəfindən Gürcüstanın 
müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət 
kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı 
mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu. 
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də 
fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə 
alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə 
götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. 
M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. 
H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli 
Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da 
sədrliyinə F.X.Xoyski seçildi. 
Mayın 28-də Milli Şuranın 26 nəfərin iştirakı ilə keçirilən 
birinci iclasında Seymin buraxılması  və Gürcüstanın is-
tiqlaliyyətinin elan edilməsi ilə  əlaqədar Azərbaycandakı  və-
ziyyət müzakirə edildi. Şuranın üzvi X.Xasməmmədov məruzə 
edərək təxirə salınmadan Azərbaycanın müstəqil respublika 
elan edilməsinin zəruriliyini  əsaslandırdı.  Şuranın üzvlərindən 
Yusifbəyli,  Şeyxülislamov, Seyidov və b. bu fikrə  tərəfdar 
çıxdılar. Milli Şura 24 səslə Azərbaycanın istiqlaliyyətinin elan 
edilməsi haqqında qərar qəbul edərək (S.MQəniyev və 
C.Axundov bitərəf qalmışdı), 6 bənddən ibarət  İstiqlal 
Bəyannaməsini bəyan etdi. 
1) Azərbaycan tam hüquqlu və müstəqil dövlətdir. Cənubi 
Qafqazın cənub və  şərq hissələrindən ibarətdir. Ali 
hakimiyyət Azərbaycan xalqına məxsusdur. 
2) Azərbaycanın siyasi quruluş forması Xalq Cümhuriyyətidir. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə