Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə68/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   137

VIII mühazirə 
 
 
264
könüllü dəstələrinin köməyi ilə Bakı azad edildi. «Sentrokaspi 
diktaturası» süqut etdi. Sentyabrın 17-də Milli hökumət Bakıya 
koçürüldü. Bakı Respublikanın paytaxtı elan edildi. Noyabrın 
9-da AXC-nin dövlət bayrağı üç rəngli bayraqla əvəz edildi. 
 
 
3. AXC-nin daxili siyasəti 
 
Azərbaycan hökuməti ölkənin içtimai, siyasi, iqtisadi və 
mədəni həyatının müxtəlif sahələrindəki quruculuq işlərini 
genişləndirməyə başladı. F.X.Xoyski hökuməti Müəssisələr 
Məclisinin çağrılması üçün hazırlıq işləri aparırdı. Onun təklifi 
ilə Azərbaycan Milli Şurası öz işini bərpa etdi və  Məclisin 
çağrılmasını öz üzərinə götürdü. 
 Azərbaycan Milli Şurasının 1918-ci il noyabrın 19-də 
keçirilən ikinci iclasında (1-ci iclas-16 noyabr) Azərbaycanın 
ali qanunverici orqanının yaradılması haqqında qanun qəbul 
edildi. Bu qanuna əsasən təkpalatalı parlament 120 nəfərdən 
ibarət olmalı idi. Milli Şuranın 44 üzvündən  əlavə ölkə 
əhalisinin əksəriyyətini təşkil edən yerli müsəlman əhalisindən 
(2,75 mln. ümumi əhalinin 1,9 mln-u) daha 36 nümayəndə 
seçilməsi nəzərdə tutulurdu. 
Ölkə  əhalisinin çoxmillətli tərkibi nəzərə alınaraq 
ermənilərə (sayları 500 min) gələcək parlamentdə 21 yer 
ayrılırdı. Bakıdan olan rus milli şurasına 10 yer ayrılmışdı 
(ruslar 230 min idilər). Milli azlıqlardan almanlara, yəhudilərə, 
gürcü və polyaklara – hərəsinə 1 yer verilirdi. Bakı həmkarlar 
təşkilatına 3, Bakı neft sənayeçiləri  şurası  və Ticarət-sənaye 
ittifaqına – 2 nəfər yer verilmişdi. 
Nümayəndələr birbaşa və qapalı seçilə bilərdilər. 
Qadınlara da islam aləmində ilk dəfə olaraq seçib-seçilmək hü-
ququ verilirdi. 
Bolşeviklər parlamenti baykot elan etdilər. Rus Milli 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
265
Şurasının bir qrup üzvü onun tərkibindən çıxıb, Rus-Slavyan 
cəmiyyəti deyilən bir təşkilat yaratdılar.  İstiqlalı  qəbul 
etməsələr də, öz nümayəndələrini parlamentə göndərmək 
qərarına gəldilər. Bir sıra  şəhər və mahallarda seçkilər başa 
çatdırılmamışdı. Naxçıvan və Borçalının gələcəyi məsələsi 
qaranlıq qaldığından oradan nümayəndə  gəlməmişdi. Odur ki, 
qanunda nəzərdə tutulduğu 120 deputatın  əksəriyyətinin 
toplanması ilə parlamentin açılışı oldu. 
Parlamentin ilk iclası 1918-ci il dekabrın 7-də oldu. İclası 
Milli  Şuranın sədri M.Ə.Rəsulzadə açdı.  İclasda Tomsonun 
nümayəndəsi,  İranın baş konsulu, onun maliyyə müşaviri, 
Dağlılar hökumətinin sədri Q.Çermoyev, Gürcüstanın 
nümayəndəsi Karsevadze, Araz respublikasının nümayəndəsi 
P.Əliyev iştirak edirdi. 
Ş.Rüstəmbəyovun təklifi ilə  Ə.Topçubaşov parlamentin 
sədri, müavini H.Ağayev, katibi isə R.Vəkilov seçildi. 
Nazirlər Şurasının sədri F.X.Xoyski Müvəqqəti hökumətin 
istefası ilə bütün hakimiyyətin parlamentə təhvil verildiyini elan 
etdi. Parlament tərəfindən istefa qəbul edildi. İttihad partiyasının 
üzvü Q.Qarabəylinin parlamentin açılışı münasibəti ilə siyasi 
məhbuslara əfv-ümumi verilməsi təklifi qəbul edildi. Daha sonra 
mandat, təsərrüfat, reqlament komissiyaları üzvlərinin seçilməsi 
ilə təsis iclası bağlandı. 
Sonrakı iclaslarda maliyyə – büdcə, qanunvericilik tək-
lifləri, aqrar, fəhlə, hərbi işlər və s. komissiyalar yaradıldı. 
Parlamentdə hökumətin təşkili məsələsi yenə F.X.Xoys-
kiyə tapşırıldı. Lakin o, səhhətinin pis olması ilə  əlaqədar 
bundan imtina edirdi. Lakin dekabrın 18-də parlament 
Xoyskidən belə bir ağır günlərdə kabinənin təşkilini öhdəsinə 
almağı israr etdi. F.X.Xoyski 10 nəfərdən ibarət kabinənin 
tərkibini və iş proqramını hazırlayıb parlamentin müzakirəsinə 
verdi. Kabinədə yalnız İttihad partiyası iştirak etməkdən boyun 
qaçırtdı. Dekabrın 26-da F.X.Xoyski kabinəsi təsdiq edildi. 


VIII mühazirə 
 
 
266
General Tomson həmin kabinəni dekabrın 28-də tanıdığını  və 
Azərbaycanda yeganə qanuni hökumət hesab etdiyini bildirdi. 
Parlamentin ilk tədbirlərindən biri Paris sülh konfransına 
nümayəndə heyətinin seçilməsi idi. Nümayəndə heyətinə 
Ə.Topçubaşov, M.H.Hacinski, Ə.Ağaoğlu,  Ə.Şeyxülislamzadə, 
müşavirlər M.Məhərrəmov, M.Y.Mehdiyev, C.Hacıbəyli, 
əməkdaşlar Ə.Hüseynzadə, V.Marçevski daxil idi. 
Çoxpartiyalı quruluşa malik parlamentdə fraksiyalar (11 
fraksiya var idi) öz bəyannamələri ilə  çıxış etdilər. Bu bəya-
natlarda müəyyən məsələlərdə fikir ayrılıqları olsa da, ümumi 
bir məqsəd var idi: gənc Azərbaycan Cümhuriyyətinin 
müstəqilliyi və ərazi toxunulmazlığını, milli-siyasi hüquqlarını 
qoruyub saxlamaq, Azərbaycan xalqının, hökumətinin digər 
xalqlar və dövlətlərlə, xüsusilə qonşu dövlətlərlə  əlaqələri 
möhkəmləndirmək, respublikada hüquqi-demokratik dövlət 
quruluşunu bərqərar etmək, islahatlar həyata keçirmək, ölkəni 
müdafiə edə biləcək güclü ordu yaratmaq. 
Parlamentin 1919-cu il 3 yanvar tarixli iclasının qərarı ilə 
qanunverici və icraedici hakimiyyətin bölünməsi prinsipinə 
uyğun olaraq parlament üzvünün dövlət orqanlarında işləməsi 
məqbul sayılmadı. Yalnız nazirlərin eyni zamanda parlament 
üzvü olmasına icazə verilirdi. Dövlət qulluğunda işləyən 
parlament üzvü bir neçə gün ərzində iki vəzifədən birini seçib, 
parlamentin rəyasət heyətinə bildirməli idi. 
Azərbaycan türkcəsi parlamentin istifadə etdiyi dövlət 
dili statusuna malik idi. 
Parlamentin 140-a qədər ümumi iclası olmuşdur. 315 
qanun layihəsi təqdim edilmiş, onlardan bir neçəsi rədd edilmiş, 
qalanları müzakirəyə verilmişdi. Parlamentin təsdiq etdiyi 
nizamnamələr sırasında Bakı Universiteti, Azərbaycan Dövlət 
Bankı, Azərbaycan Dövlət  əmanət kassalarının nizamnaməsi, 
mətbuat haqqında nizamnamə var idi. Başqa dövlətlərlə 
bağlanmış  hər hansı bir sənəd və müqavilə parlamentin 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
267
təsdiqindən sonra qüvvəyə minirdi. 
1919-cu il iyulun 21-də Azərbaycan Respublikasının 
Müəssisələr Məclisinə seçkilər haqqında Əsasnamə qəbul edil-
di.  Əsasnamə 4 fəsildən, 116 bənddən ibarət idi. Əsasnaməyə 
görə Müəssisələr Məclisinə seçkilərdə cinsindən, dilindən, 
milliyyətindən asılı olmayaraq 20 yaşına çatmış bütün 
Respublika vətəndaşları  iştirak edə bilərdilər. Seçkilər aprelin 
20-nə (1920-ci il) təyin edildi. Lakin o zaman Bakıda baş verən 
hadisələr buna mane oldu. 
 Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra 
ordunun yaranması məsələsini ən mühüm məsələ kimi irəli sür-
müşdü. 
1918-ci ilin iyun ayında Azərbaycanda hərbi vəziyyət 
elan edildi. Müsəlman korpusu «Əlahiddə Azərbaycan 
korpusu» adlandırıldı. Burada xidmət etmək üçün zabit kadrları 
hazırlamaq üçün qısa müddətli kurslar açıldı, məcburi hərbi 
mükəlləfiyyət haqqında fərman verildi. Bütün bunların kifayət 
etməyəcəyini nəzərə alaraq Nazirlər Şurasının sədri Fətəli xan 
Xoyski Türkiyə hökumətinə bir diviziya həcmində yardım 
göstərilməsini xahiş etdi. Bu da 1918-ci il 4 iyun müqaviləsində 
öz əksini tapmışdı. 
Gəncəyə beşinci Qafqaz diviziyası göndərildi. Daha 
sonra Karpat cəbhəsindən götürülmüş 15-ci Çanaxqala 
diviziyası da Gəncəyə  gəldi. Azərbaycan korpusu ilə birlikdə 
bu hərbi hissələr Qafqaz İslam Ordusu adı altında birləşdi. 
Bunun da komandanı Nuru paşa idi. 
Lakin 30 oktyabr 1918-ci ildə Yunanıstanın Mudros 
şəhərində Böyük Britaniya ilə Türkiyə arasında bağlanan sazişə 
görə türk qoşunları Cənubi Qafqazdan geri çağrılırdılar. İngilis 
qoşunları komandanı general Tomson Nuru paşa və bütün türk 
zabitlərindən Azərbaycanı  tərk etməsini tələb etdi. Yalnız 
Azərbaycan vətəndaşlığını  qəbul edən Nuru paşa və onun 
silahdaşları Azərbaycanda qaldılar, hökumətə xidmət 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə