Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə69/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   137

VIII mühazirə 
 
 
268
edəcəklərini bildirdilər. Mudros sazişi Cənubi Qafqazın 
qapılarını ingilislərin üzünə açırdı. Həmən sazişin 11-ci 
bəndinə əsasən Azərbaycan ingilislərin nüfuz dairəsi elan edilir, 
15-ci bəndinə  əsasən isə Azərbaycanın dəmir yolları  və neft 
mənbələri ingilis komandanlığının ixtiyarına keçirdi. 
Noyabrın 17-də ingilis qoşunları Bakıya daxil oldular. 
Tomson özünü Bakının general qubernatoru elan etdi. Şəhər 
polisi, liman, neft sənayesi, maliyyə idarələri, mətbuat üzərində 
nəzarət qoyuldu. Noyabrın 22-də Tomsonun tələbi ilə 
Azərbaycan korpusunun qərərgahı Gəncəyə köçürüldü. 
Dekabrın 25-də general S. Mehmandarov hərbi nazir, bir 
neçə gün sonra isə Ə.Şıxlinski müavin təyin olundu. 
1918-ci il noyabrın 15-də  təşkil edilən baş  qərargahın 
rəisi isə Suleyman Sulkeviç təyin edilir. Qərargah  şöbələrinin 
zabit kadrları ilə  təmin edilməsi problemini həll etmək üçün 
Azərbaycanda olan rus zabitlərindən istifadə etmək qərara 
alındı. Türk əsgər və zabitləri ruslarla əvəz edilirdi. Azərbaycan 
hökuməti çox çətin bir vəziyyətə düşmüşdü. Öz kadrları yox 
idi. Nuru paşanın vaxtı ilə yaratdığı  hərbi məktəbin 
müdavimləri də ordunun təşkilinə cəlb edilirdi. 
1919-cu ildə 25 mindən ibarət ordu yaratmaq vəzifəsi 
qarşıya qoyulmuşdu. Ordunun yaradılması ilə bağlı 1919-cu il 
üçün nəzərdə tutulmuş dövlət büdcəsindən 399,4 mln. manat 
ayrılırdı ki, bu da büdcənin 24%-nə bərabər idi. 
Milli Ordu yaratmaq işinin sürətləndirilməsini ölkənin 
hərbi-siyasi vəziyyətinin kəsginləşməsi də tələb edirdi. Belə ki, 
mayın 25-də general Denikinin könüllü ordusu tərəfindən 
Petrovsk və  Dərbənd tutuldu. Bu da Azərbaycanda böyük hə-
yəcana səbəb oldu. Bakıda Xüsusi Dövlət Müdafiə Komitəsi 
yaradıldı. Onun tərkibinə N.Yusifbəyli, X.Məlikaslanov, 
A.Səfikürdski, S.Mehmandarov, M.Y.Cəfərov daxil oldular. 
İyunun 11-də bütün Azərbaycanda hərbi vəziyyət elan 
edildi. DMK-nə ümumi səfərbərlik həyata keçirmək, ölkədə 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
269
hərbi, müharibə vəziyyəti elan etmək, digər fövqəladə tədbirlər 
görmək səlahiyyəti verildi.  
Azərbaycan hökuməti başa düşürdü ki, Denikin yürü-
şünün son məqsədi Azərbaycanı  və keçmiş Rusiya 
imperiyasının digər hissələrini geri qaytarmaq idi. 
Zaqafqaziyanın təhlükəsizliyini təmin etmək üçün Azərbaycan 
hökuməti 1919-cu il iyunun 16-da Gürcüstan ilə hərbi müqavilə 
bağladı. Həmin müqaviləni Tiflisdə F.X.Xoyski və 
S.Mehmandarov imzaladılar. Müqavilədə  hər iki dövlət öz 
üzərinə belə bir öhdəlik götürürdü ki, bunlardan hər hansı 
birinə hücum edilərsə, özlərinin bütün hərbi silahlı qüvvələri ilə 
buna qarşı  çıxacaq, öz dövlətlərinin suveren hüquqlarının və 
müstəqilliyinin qorunmasına yönəlmiş diplomatik danışıqlar 
aparacaqlar. 
Ölkədə yaranmış gərgin vəziyyət Azərbaycan hökumətini 
ordu quruculuğu işində qəti addımlar atmağa sövq edirdi. 
1919-cu ilin ortalarında Azərbaycan hökuməti Fransa, 
Polşa,  İngiltərədən silah almağa cəhd etdi. Lakin bu cəhdlər 
boşa çıxdı. 1919-cu ilin sentyabrında general İ.Usubovun baş-
çılığı ilə nümayəndə heyəti İtaliyaya göndərildi. Oradan 25 min 
dəst yeni geyim, 25 min dəst köhnə geyim alınması 
tapşırılmışdı. İtaliya hökuməti Azərbaycana hələlik avtomobil, 
aeroplan, projektor, odeyal yataq vasitəsi sata biləcəyini bildirdi 
və onların arasında kontrakt bağlandı. Lakin həmin mallar 
Azərbaycanın sovetləşməsi  ərəfəsində  gətirildiyi üçün 
Azərbaycan ordusu ondan istifadə edə bilmədi, Qırmızı Orduya 
qismət oldu. 
1919-cu ilin sonlarında Azərbaycan ordusu iki piyada və 
bir süvari diviziyalardan ibarət idi. Birinci piyada diviziyanın 
qərargahı  Gəncədə yerləşmişdi. Bu diviziyanın rəisi general 
mayor Cavad Şıxlinski idi. İkinci piyada diviziyasının 
qərərgahı Bakıda idi. Rəisi general mayor İ.Usubov idi. 
Gəncədə yerləşən suvari diviziyaya general-mayor Teymur 


VIII mühazirə 
 
 
270
Novruz oğlu başçılıq edirdi. Səlim Sultanovun rəhbərlik etdiyi 
xüsusi süvari diviziyonu,Yunis Şəkərovun atıcı batalyonu 
üçüncü süvari diviziyasının tabeliyində idi. Gəncədə birinci və 
ikinci artilleriya briqadaları yerləşmişdi. Azərbaycan ordusunda 
bu dövrdə 3 zirehli qatar, 4 hərbi təyyarə, 6 zirehli avtomobil, 2 
hərb gəmisi var idi. 
Yaranmaqda olan yeni hissələri zabit kadrları ilə  təmin 
etmək üçün Gəncədəki hərbi məktəb Bakıya köçürülmüş, 
yenidən qurulub genişləndirilmişdi. Bundan başqa 
İstehkamçılar məktəbi,  Şuşada hərbi feldşer məktəbi, hərbi 
dəmiryol məktəbi də  təsis edilmişdi. 1920-ci il üçün ordunun 
şəxsi heyətini 40 minə çatdırmaq planlaşdırılmışdı. Orduya 
könüllü və məcburi 19-24 yaşlı gənclər götürülürdü. 
İngilis hərbi hissələrinin Zaqafqaziyanı  tərk edən vaxt 
(1919, avqust) öz silahlarının xeyli hissəsini Azərbaycan 
ordusuna verməsi, Gürcüstanın Azərbaycana müəyyən qədər 
silah satması ordunun texnikaya artan tələbatını ödəməyə qadir 
deyildi. 
Hərbi sursatlara olan ehtiyacı ödəmək üçün Hərbi 
Nazirlik hərbi zavod yaratmaq fikrində idi. Çünki mövcud olan 
emalatxanalarda dəzgahlar, fəhlə alətləri, təmir üçün lazımi 
materiallar çatışmırdı. Ona görə  də bu emalatxanalar bəzən 
kiçik tələbləri də ödəyə bilmirdi. Hərbi nazirlik bu 
emalatxanaları birləşdirib hərbi zavoda çevirmək qərarına gəlir. 
Zavodun layihəsi,  ştatları, xərcləri 1920-ci il fevralın 23-də 
parlamentdə təsdiq edildi. Lakin bu zavodun yaradılması üçün 
böyük qüvvə və külli miqdarda vəsait lazım idi.  
 Çox  mürəkkəb  şəraitdə  fəaliyyət göstərməsinə baxma-
yaraq Azərbaycan hökuməti və parlamenti xalqın milli 
dövlətinin yaranmasını  əbədiləşdirmək üçün elm, təhsil, xalq 
maarifi və  səhiyyə  məsələlərinin inkişafını da diqqət 
mərkəzində saxlayırdı. 
 AXC-i  yarandığı ilk gündən maarif işlərinə xüsusi fikir 
Azərbaycan Xalq Cümhuriyyəti  
(1918 – 1920) 
 
271
vermişdir.1918-ci il 30 iyun qərarına  əsasən Gəncədə Xalq 
Maarif Nazirliyinin dəftərxanası  təşkil edildi. N.Yusifbəyli 
maarif naziri təyin edilmişdi. Nazirliyin ilk tədbirlərindən biri 
1918-ci il 22 sentyabr sərəncamına görə  məktəblərin 
milliləşdirilməsi oldu. 1918-ci il 28 avqust qərarına görə bütün 
məktəblərdə  tədris Azərbaycan dilində keçirilməli idi. Başqa 
millətlərdən olan uşaqlar üçün rus dilində  məktəblər açılması 
nəzərdə tutulmuşdu. Bu məktəblərdə Azərbaycan dilinin 
tədrisinə xüsusi əhəmiyyət verilirdi. Ana dili həftədə 4 dəfə 
tədris edilməli idi. 
Müəllimlərə olan ehtiyacı ödəmək üçün 1918-ci ildə 
Gəncədə, Şəki, Zaqatalada qısa müddətli pedağoci kurslar təşkil 
edildi və 150 nəfər kurslara qəbul edildi. Bundan əlavə Nazirlik 
Qori müəllimlər seminariyasının Azərbaycan  şöbəsinin 
müstəqil bir seminariya kimi Qazaxa köçürülməsi haqqında 
qərar qəbul etdi. 
Kadrlar hazırlamaq üçün 1918-ci ildə Göyçayda, Ağ-
damda, Nuxanın Qutqaşen kəndində ali ibtidai məktəblər 
açılması haqqında qərarlar qəbul edildi.1918-ci ildə Zaqatalada 
25 ibtidai məktəb açmaq üçün Nazirlik 100 min manat pul 
ayırmışdı.1919-cu ilin yayında Bakı, Gəncə, Şəki, Şuşa, Qazax, 
Qusar, Salyan, Zaqatalada qadın və kişilər üçün pedağoci 
kurslar açıldı. 
1918-ci il-ci ildə Türkiyə ilə bağlanan 4 iyun 
müqaviləsinə görə Nazirlik Türkiyədən 50 müəllim dəvət 
etmişdi. 1919-cu il oktyabrın  əvvəllərində  həmin müəllimlər 
Azərbaycana gəlib müəllimlik fəaliyyətinə başlamışdılar. 
Azərbaycan dilində  dərsliklərin yazılması  və  nəşri üçün də 
xüsusi komissiya ayrılmışdı. Türkiyədən də dərsliklər alınırdı. 
Azərbaycan hökuməti ali təhsilin təşkili və yüksək 
ixtisaslı kadrların hazırlanmasını  ən  əsas vəzifə hesab edirdi. 
Bakı Universitetinin, Konservatoriyanın, Pedaqoji İnstitutun, 
Gəncədə Kənd Təsərrüfatı İnstitutunun açılması planlaşdırılırdı. 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə