Baki döVLƏt universiteti



Yüklə 2,84 Mb.
Pdf görüntüsü
səhifə59/137
tarix01.07.2018
ölçüsü2,84 Mb.
#52543
növüMühazirə
1   ...   55   56   57   58   59   60   61   62   ...   137

Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
229
dağılmasından yararlanan alman qüvvələrinin Qara dənizin 
şimalından irəliləyərək Ukrayna və Krıma girməsi, Gür-
cüstanda qərərgah yaratmaları idi. İngiltərə üçün digər na-
rahatçılıq türk qüvvələrinin Qafqaza daxil olub, Şimali 
Azərbaycan və  Cənubi Azərbaycanda irəliləməsi idi. Osmanlı 
dövləti  İrandan Xəzər dənizinə  qədər olan ərazidə yaşayan 
müsəlman-tük xalqlarını istiladan xilas etmək istəyirdi. Təbii 
ki, türklərin bu istəyi ingilısləri təmin edə bilməzdi. 
Hadisələr müttəfiq dövlətlərin diqqətini  Şərqə yönəltdi. 
Bolşevik cərəyanına və türk ordusunun fəallaşmasına qarşı 
çıxış etmək hüququ müttəfiqlər tərəfindən  İngiltərəyə verildi. 
İngiltərənin istəyini təmin edən bu hüquq, onlara aşağıda 
göstərilən məqsədlərə nail olmağı  vəd edirdi: Birincisi, Xəzər 
dənizinin şimalında bolşeviklərlə, Qafqazın və Xəzər dənizinin 
cənubunda isə türklərlə haqq-hesab çəkib öz planlarını tam 
həyata keçirmək; ikincisi, işğal altında saxladıqları İranın şimal 
və  şərqindən gələ  biləcək təhlükəni dəf etməyə nail olmaq; 
üçüncüsü, türk yürüşü və bolşevik cərəyanına qarşı Asiyadakı 
Hind imperatorluğu  ətrafında geniş bir güc sahəsi yaratmağa 
cəhd göstərmək; nəhayət, Qara dənizin  şərqindən Xəzər 
dənizinə  qədər olan bölgəyə nüfuz etməklə Bakı neftini ələ 
keçirmək və Qafqazda yeni iqtisadi sahələr əldə etmək.  
 
5. Cənubi Azərbaycan Birinici Dünya müharibəsi illərində 
 
 
Şimali Azərbaycanla yanaşı  Cənubi Azərbaycan da mü-
haribə aparan dövlətlərin strateji planlarında ilk yerləri tuturdu.  
Müharibə aparan tərəflərin hər biri ayrılıqda qarşısına 
məqsəd qoymuşdu. Qafqaz cəbhəsində  hərbi siyasi üstünlüyə 
nail olmaq, Cənubi Azərbaycanda hərbi  əməliyyatları 
genişləndirməklə Bakı neft rayonunu, ən başlıcası Xəzər Dənizi 
hövzəsini və Orta Asiyanı ələ keçirmək idi. 
Almaniya və Türkiyə  İran hökumətini onların tərəfində 
VII mühazirə 
 
 
230
çıxış etməyə məcbur edirdi. Türkiyə Cənubi Azərbaycanın türk 
əhalisinin imkanlarından bəhrələnmək istəyirdi. 
Rusiya komandanlığı Alman-Türk planından xəbərdar 
olan kimi buna qarşı tədbirlər həyata keçirdi. 1914-ci il noyabr 
ayının 20-də general Çernozubovun komandanlığı altında rus 
ordusu "Azərbaycan dəstəsi" kodu altında Culfada Rus İran 
sərhədini keçərək Azərbaycanın Xoy şəhərinə daxil oldu. 
Buradan cənub və  şərqə doğru Urmiya gölünə doğru 
irəliləyərək Soyuqbulaq və Təbrizdə mövqe tutdu. 
Alman-türk tərəfinin tələblərini  şah hökuməti yerinə ye-
tirmədiyi üçün 1914-cü il noyabr ayının 21-də türk-kürd hərbi 
dəstələri Mosuldan hərəkətə keçərək Cənubi Azərbaycan 
ərazisinə daxil oldu. 
Bu zaman general Çernozubov mərkəzi ordu komandan-
lığından Culfaya doğru geri çəkilmək əmri aldu. 
Beləliklə, 1914-cü il dekabr ayına türk ordusu Soyuqbu-
lağı, dekabr ayının 27-də Baçqalanı, 1915-ci il yanvar ayının 5-
də türk-kürd dəstələri Urmiyanı, yanvar ayının 8-də isə Səlmas 
və Xoyu ələ keçirdi. 
1915-ci il yanvar ayının 8-də  Əhməd Muxtar bəyin 
komandanlığı altında türk ordusu ilə eyni vaxtda general Çer-
nozubov da, yenidən Cənubi Azərbaycan istiqamətində hücum 
əmri aldı. 
Türkiyə  Cənubi Azərbaycanda mövqelərini möhkəmlən-
dirmək üçün oraya Ənvər paşanın  əmisi Xəlil bəyin ko-
mandanlığı altında əlavə hərbi dəstə göndərdi. 
1915-ci ilin mart ayında Xəlil bəyin hərbi dəstəsi Ur-
miyaya daxil oldu. Rusiya tərəfdən Xəlil bəyin ordusuna qarşı 
15 batalyondan ibarət general Çernozubovun hərbi hissəsi 
çıxarıldı. 
Sarıqamış  uğursuzluğundan sonra hərbi-psixoloji dur-
ğunluq keçirən Türkiyə Rusiyanın hərbi üstünlüyü şəraitində 
Cənubi Azərbaycandakı mövqelərini itirməklə üz-üzə qaldı. 


Azərbaycan  
Birinci Dünya müharibəsi illərində
 
 
231
Yaranmış  vəziyyəti nəzərə alan Almaniya və Türkiyə  qərara 
aldı ki, Cənubi Azərbaycanda hərbi  əməliyyatları genişlən-
dirsinlər. Beləliklə, 1915-ci ilin iyununda Hüseyn Rauf bəyin 
komandanlığı altında Türk hərbi hissələri  İran  ərazisinə daxil 
oldu. Eyni zamanda Əmir Hacı bəy və fon Şeybner – Rixterin 
rəhbərliyi altında ekspedisiya Cənubi Azərbaycana daxil oldu. 
Bu ekspedisiya 1915-ci ilin dekabrında Cənubi Azərbaycanın 
strateji məntəqələrindən olan Soyuqbulağı  ələ keçirdi. 1916-cı 
ilin avqustunda Əmir Hacı  bəyin vəfatı  və sentyabrın 10-da 
Şeybner- Rixterin geri çağrılması ilə Türk-Alman qrupunun 
Cənubi Azərbaycanda mövqeyi zəiflədi. 
Rusiya Cənubi Azərbaycanda möhkəmlənmək üçün 
1915-ci ilin oktyabrında general N.N.Baratovun komandanlığı 
altında atlı suvari korpusunu bu regiona göndərdi. 1916-cı il 
avqust ayının 19-da Almaniya ilə Türkiyə arasında razılaşma 
imzalandı. Bu razılaşmaya görə Cənubi Azərbaycan ərazisində 
hərbi  əməliyyatlara rəhbərlik yalnız Türk tərəfinə  həvalə 
olundu. Müharibənin sonuna yaxın Almaniya bu razılaşmanı 
pozdu və Türkiyənin Azərbaycanda mövqeyini zəiflətmək 
məqsədi ilə Rusiya ilə yaxınlaşmağa başladı. 
 İngiltərə, Xəzər hövzəsinə, xüsusən Bakı neftinə sahib 
olmaq üçün Mesopotamiyadan Ənzəliyə  qədər olan ərazidə 
müdafıə kordonu yaratmaq niyyətində idi. 
 
Osmanlı dövləti ilə müqayisədə Qafqaz əhalisinin etnik 
tərkibinə  və digər amillərə görə  İngiltərənin bu regionda im-
kanları  məhdud idi. Buna baxmayaraq, İngiltərə  İraqda olan 
qüvvələrindən bir hissəsini İran üzərindən Qafqaza yönəltməklə 
yanaşı, Hindistan ərazisindəki ingilis hərbi qüvvələrindən də 
istifadə edə bilərdi. 
Digər tərəfdən ermənilərin də ingilislərə meylli olduğu 
bəlli idi. Çünki ermənilər türklərin Qafqaza daxil olmasına 
qarşı mübarizədə ingilisləri müttəfiq qəbul edirdi. İngilislər 
həmçinin Cənubi Azərbaycandakı rus ordusı qrupunu ələ almaq 
VII mühazirə 
 
 
232
üçün onlarla gizli danışıqlar aparırdı. 1918-ci il mart ayının 
ortalarında çar zabiti Albay Biçeraxovla, General Denstervil 
arasında razılaşma  əldə olundu. General Denstervil güclü 
ingilis kəşfiyyatçısı olduğu üçün Bakının  ələ keçirilməsi 
məqsədi ilə xüsusi plan hazırlamışdı.  İngilislər Qafqaz 
yürüşünü uğurla həyata keçirməkdən ötrü general Malleson, 
Deyla və Diksonun hərbi dəstələrini Xorasana göndərdi. 
İngilislər Bakını  ələ keçirmək üçün gizli diplomatiya yolu ilə 
Almaniyaya qarşı Osmanlı ilə  də danışıqlar aparırdı. Osmanlı 
dövləti Cənubi Qafqazı  İnqiltərənin təsir dairəsi kimi qəbul 
edəcəyi təqdirdə,  İngiltərə Mesopotamiya və  Fələstinin 
türklərin nəzarəti altında qalacağına təminat verirdi. Lakin bu 
danışıqlar uğurla nəlicələnmədi.  İngilislər getdikcə  hərbi 
mövqelərini möhkəmləndirdi.  
1918-ci il aprelin 11-də fransız kəşfiyyatçısı leytenant 
Puadebar, general Denstervil ilə danışıq aparmaq məqsədi ilə 
Xorasana gəldi. Ffransız hərbi missiyasının Qafqazdakı  rəisi 
polkovnik  Şardine də general Denstervilin yanında idi. 
A.Biçeraxov general-mayor Lionel Denstervilə, o cümlədən onu 
əvəz etmiş general M.V.Tomsonla yanaşı, Cənubi Qafqazdakı 
fransız hərbi agenti polkovnik  Şardine və ABŞ nümayəndəsi 
Vilberqlə  əlaqədə idi. A.Biçeraxov həmçinin S.Şaumyanın 
şəxsində Bakı kommunası ilə də gizli sövdələşmə aparırdı. 
İngilis hökuməti fəaliyyətini gücləndirərək  Şimali Qaf-
qazda da özünə dayaq tapdı. İngilislər keçmiş çar generalları ilə 
işbirliyi qurdu. Onlar general Alekseyev vasitəsilə Kuban 
bölgəsində bolşeviklərə qarşı qüvvə yaratmağa başladı.  İngi-
lislər bütün qüvvələri öz əllərinə keçirmək istəyirdi. Kür çayı-
nın cənubunda və  Lənkəran limanında da bir qədər ingilis 
qüvvələri var idi. İngiltərənin bütün məqsədlərinin arxasında 
Bakı neftini ələ keçirmək niyyəti dururdu. Birinci dünya mü-
haribəsində iştirak edən dövlətlərin Azərbaycan siyasətində Çar 
Rusiyasının, o cümlədən Sovet Rusiyasının mövqeyi xüsusi 


Yüklə 2,84 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə