Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə21/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   17   18   19   20   21   22   23   24   ...   49

66 
 
ki, bu məsələdə birincilər-
oxşarlıqlar
 üstünlük təşkil edir. 
«Riyazül-qüds»ün «Cəlaül-üyun»la bağlılığını, daha doğrusu, 
birinci əsərin ikincidən sərbəst və ixtisarla tərcümə olunduğunu 
sübut edən dəlil-sübutlar sırasında, ilk növbədə onların quruluş 
baxımından, demək olar ki, üst-üstə düşdüyünü qeyd etmək 
lazımdır. Hər iki əsər bablar şəklində qurulmuşdur və oların 
sayı da eynidir: on dörd. Düzdür, «Cəlaül-üyun»la «Riyazül-
qüds»dəki babların adlarında müəyyən kiçik fərqlər də özünü 
göstərir, lakin həmin bablarda, qeyd etdiyimiz kimi, eyni 
şəxsiyyətlərdən danışılır və onların məzmunları da bir-birinə 
uyğun gəlir. «Riyazül-qüds» quruluş, 
kompozisiya
 baxımından 
«Cəlaül-üyun»la, demək olar ki, tam üst-üstə düşür. Bununla 
belə, «Cəlaül-üyun»dakı bütün bablar öz növbəsində bir neçə 
fəsilə bölünür ki, onların da hər birində haqqında danışılan ayrı-
ayrı müqəddəs şəxsiyyətlərlə bağlı çoxçeşidli və müxtəlif 
səciyyəli bioqrafik məlumatlar verilir. Məsələn, Məclisinin 
əsərində Məhəmməd peyğəmbər (s.) haqqındakı ilk bab altı 
fəsildən ibarətdir ki, onlarda o həzrətin həyatı ilə bağlı bütün 
mühüm faktlardan bəhs edilir. Həmin fəsillərdə verilən 
məlumatlar Peyğəmbərin (s.) nəsəbi, adı, künyəsi, nuri-şərifı, 
doğum tarixindən tutmuş o həzrətin həyatının son mərhələsi də 
daxil olmaqla baş vermiş hadisələri: vəsiyyətini, dünyasını dəyiş-
məsini əhatə edir. Babın sonuncu - altıncı fəslində isə o həzrətin 
dəfnindən sonra baş verən bəzi hadisələrdən danışılır. «Riyazül-
qüds»də isə bu babda yalnız  Peyğembərin (s.) vəfatı ilə bağlı 
məsələlərdən söz açılır, buna görə də o heç bir 
fəslə
 bölünmür. 
«Cəlaül-üyun»da  olan digər bablar da bu şəkildə 
qurulmuşdur: onlarda da haqqında bəhs edilən şəxsiyyətlər 
barədə nisbətən dolğun məlumat verilir. Əsərdəki digər bablarda 
olan fəsillərin sayları aşağıdakı kimidir: II bab: 8; III bab: 5; IV  
bab:  6; V bab: 23; VI bab: 2; VII bab: 2; VIII bab: 4; IX bab: 3; X 
bab
: 3;
 XI bab: 2; XII bab: 2; XIII bab: 2.  
Əsərdəki sonuncu – on dördüncü babda isə hec bir fəsil 
yoxdur. 


67 
 
«Riyazül-qüds»də isə, birinci babda (eləcə də «Cəlaül-
üyun»da olduğu kimi sonuncu babda) heç bir fəsil yoxdur. Digər 
bablardakı fəsillərin sayı isə belədir: II bab: 3; III bab: 2; IV bab: 
3; V bab: 9; VI bab: 3; VII bab: 2; VIII bab: 2; IX bab: 2; X bab: 
4; XI bab:2; XII bab:2; XIII bab:2.  
Göründüyü kimi, «Riyazül-qüds»də yalnız beşinci babdakı 
fəsillərin sayı çoxdur: 9-a bərabərdir, digər bablar isə, onuncu 
istisna olmaqla iki-üç fəsildən ibarətdir. 
«Cəlaül-üyun» əsərinin 
bu cür geniş və əhatəli
 
şəkildə qurulmasının başlıca səbəbi onunla izah edilə bilər 
ki, buradakı bablarda sözügedən müqəddəs şəxsiyyətlərlə 
bağlı verilən bilgilər çoxçalarlıdır, müəyyən mənada irihəcmli 
bioqrafik məlumat səciyyəsi daşıyır, yəni hər bir şəxsiyyətin 
həyatını əvvəldən axıradək - doğumundan vəfatına və ya 
şəhadətinədək olan dövrünü əhatə edir. Məclisi bu 
məsələləri işıqlandırarkən ən kiçik detallar üzərində belə ayrıca 
dayanmağı zəruri sayır.
 Məsələn, o, imam Əli (ə.) haqqında olan 
üçüncü babda bu müqəddəs şəxsiyyətin qüsl və kəfəninə, 
dəfn edilməsinə ayrıca bir fəsil həsr etmişdir ki, bu hissə 
«Riyazül-qüds»də 
ayrıca bir bölmə şəklində deyil.
 «Riyazül-
qüds»ə gəldikdə isə, eyni bablardakı oxşar səciyyəli məlumatlar 
həmin müqəddəs şəxsiyyətlərin, əsasən, doğumları və vəfatları 
və ya şəhadətləri ilə bağlı qəmli, hüznlü məqamları özündə 
birləşdirir. Bu isə əslində o deməkdir ki, A.Bakıxanov «Cəlaül-
üyun»un mətnini, özünün də xüsusi olaraq vurğuladığı kimi, 
tam şəkildə deyil, yalnız seçmə və ixtisar yolu ilə tərcümə 
etmiş, yəni Məclisinin əsərinin ancaq müəyyən hissələrini ana 
dilinə sərbəst şəkildə çevirmişdir. 
Hər iki əsərdəki babların və mövcud fəsillərin adlarına 
gəldikdə isə, onlar da, demək olar ki, üst-üstə düşür, bir-birinə 
uyğun gəlir. Məsələn, «Cəlaül-üyun»dakı əsas hissə - beşinci 
bab belə adlanır: «Dər bəyan-e tarix-o-
veladət
-o-şəhadət-e 
seyyedoş-şohəda və xames-e al-e əba və emam-e soəda və 
pişva-ye əhl-e səbr-o-ebtela və qol-e bustan-e resalət və sərv-e 


68 
 
cuybar-e emamət və xilafət, ə'ni" seyyed-e məzlum» (160a). 
«Riyazül-qüds»də isə həmin babın adı bu şəkildədir: «Həzrəti-
seyyidüş-şühəda və xamisi-ali-əba və imami-zümreyi-süəda və 
sultani-diyari-Kərbü bəla və pişvayi-əhli-səbrü ibtila və güli-
bustani-risalətü şərafət və  sərvi-cuybari-imamətü xilafət və 
laleyi-gülgüni-kəfəni-çəməni-şəhadət və çiraği-nurbəxşi-dudmani-
seyyidüs-səqəleyn və guşvareyi-ərşi-İlah Əbi Abdullah əl-
Hüseyn əleyhissəlamın ağazi-ömründən intihayədək vəqayeyi-
əhvalın bəyan edər» (23a). Göründüyü kimi, A.Bakıxanov bu 
babın farsca adında işlənmiş izafət tərkiblərinin çoxunu 
(«seyyedoş-şohəda», «xames-e al-e əba», «pişva-ye əhl-e səbr-o-
ebtela» və s.) olduğu kimi saxlamış, bəzilərinə isə müəyyən söz 
artırmışdır. Məsələn, o, orijinaldakı «emam-e soəda» tərkibini 
«imami-zümreyi-süəda»  kimi vermişdir. A.Bakıxanov bu babın 
türkcə adına özündən də bir sıra silsiləli epitetlər artırmışdır 
(laleyi-gülgüni-..., çiraği-nurbəxşi-...., guşvareyi-ərşi-İlah). 
Hər iki əsərdə olan bablardakı fəsillərin adları arasında da 
müəyyən uyğunluq vardır. Məsələn, «Cəlaül-üyun»dakı beşinci 
babın əsas fəsli (IX fəsli) belə adlanır: «Dər bəyan-e təvəccoh-e 
an emam-e məzlum be-su-ye Erağ və ançe əz-əhl-e kofr-o 
nefağ
 
be-an emam-e afağ rəsid» (204b). «Riyazül-qüds»də bu fəsil sıra 
ilə yeddincidir və bu başlıq altındadır:  «Nuri-dideyi-həzrəti-
peyğəmbər və xələfüs-sidqi-dudmani-
əbül
-bəşər, sərdari-ləşkəri-
şühəda cənabi-sultani-Kərbəlanın xitteyi-Hicazdan azimi-diyari-
İraq və mövridi-bidadi-zümreyi-əhli-nifaq olmağın bəyan edər» 
(41a). İlk baxışda bu iki fəslin adları bir-birindən çox fərqlənir. 
Əslində isə hər iki fəslin adı imam Hüseynin (ə.) İraqa getməsini 
və orada «əhli-nifaq» (zülm əhli) tərəfindən zülmkarlıqla 
qarşılanmasını əks etdirir. Göründüyü kimi, «Cəlaül-üyun»dakı 
bu adda imam Hüseyn (ə.) üçün sadəcə olaraq «emame-e 
məzlum» tərkibi işləndiyi halda, A.Bakıxanov «Riyazül-qüds»də 
imam (ə.) üçün bir neçə tərkib (həzrəti-Peyğəmbərin gözünün 
işığı, bəşər atası nəslinin sədaqətli xələfi, şəhidlər ordusunun 
başçısı) işlətmişdir. Qeyd edək ki, A.Bakıxanov «Cəlaül-


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə