Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə18/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   14   15   16   17   18   19   20   21   ...   49

56 
 
edəndir, 
Qövm necə onu zülmətlərdə öldürməyə başladı?! 
Əgər sözlə lənətlənmiş kəs böyüsəydi
Ona deyərdim ki, o ağrı-acıları məndən 
uzaqlaşdıra bilməz.) 
 
Aydınlıq üçün qeyd edək ki, digər klassik nəsr əsərlər 
də, məsələn, XVIII əsr Azərbaycan nəsr abidəsi - Möhsün 
Nəsirinin «Lisanüt-teyr» («Quşların dili») əsərində nəsr 
arasında verilən şeir parçaları müəllifin özünə məxsus olduqda, 
onların qarşısında ərəbcə «li müəllifihi» (müəllifindir) sözü 
yazılmış, digər nəzm nümunələrinin əvvəlində isə ayrı-ayrı 
müəlliflərin adları qeyd olunmuşdur (bax: 50). «Riyazül-qüds»də 
də müxtəlif müəlliflərə aid ərəbcə şeir parçaları vardır ki, onların 
çoxunun əvvəlində müəlliflərin adları göstərilmişdir, məsələn: 
«li Debel» (30a) - Debelindir, «li Bəhaəddin» (1b) - 
Bəhaəddinindir
F
*
F
 və s. Bəzi şeir parçasının əvvəlində isə «la 
ədri» (6a) – “bilmirəm” sözü yazılmışdır ki, A.Bakıxanov (və ya 
katib) bununla həmin şeir parçasının kimə məxsus olduğunu 
bilmədiyini vurğulamışdır. 
A.Bakıxanovun 
«Riyazül-qüds»
də özünü «mütərcim» kimi 
təqdim etdiyi ikinci qeydi isə bilavasitə əsərdəki bir epizodla 
bağlıdır. «Riyazül-qüds»ün beşinci babının üçüncü fəslində 
ərəb şairi Debel Xüzainin imam Rzanın (ə.) yanına getməsi və 
onun məclisində imam Hüseyn (ə.) haqqında yazdığı mərsiyəsini 
oxumasından danışılır (30a). Bu hadisə eynilə «Cəlaül-üyun» 
əsərində də vardır (177a), deməli, oradan tərcümə olunmuşdur. 
Həmin epizoddan sonra isə A.Bakıxanov yazır: «Mütərcim 
(seçdirmə bizimdir –M.N.) deyir: Hərçənd ki, mətni-«Cəlaül-
üyun» dəgil, amma vəchi-tənasüb üzrə (uyğun gəldiyi üçün - 
M.N.) mərqum edirəm (qeyd edirəm, yazıram - M.N.)». 
                                                           
*
 Bəhaəddin – Şeyx Bəhai Amili (953/1546-1031/1622) tanınmış İran şairi 
və alimidir. Dini məzmunlu 88-dən çox əsər yazmışdır. 


57 
 
A.Bakıxanov burada özünü «mütərcim»  adlandıraraq nəzərə 
çatdırmaq istəyir ki, aşağıda yazdıqları «Cəlaül-üyun»un 
mətnində yoxdur, ancaq mətləbə uyğun gəldiyi üçün kitaba əlavə 
edir. «Riyazül-qüds»də bu cümlədən sonra imam Rzanın (ə.) 
şair Debel Xüzaiyə dediyi sözlər verilir. İmamət elmi ilə tezliklə 
şəhid olacağını öncədən bilən imam Rza (ə.) Debelə bu xəbəri 
dedikdən sonra özünün ərəb dilində yazdığı 2 beytlik şeirini 
oxuyur (30a). İki cümləlik bu epizod və şeir «Cəlaül-üyun»da 
yoxdur (bax: 177a). Deməli, A.Bakıxanov bu hissəni «Riyazül-
qüds»ün mətninə özü əlavə etmişdir. Qeyd edək ki, 
A.Bakıxanovun burada özünü «mütərcim»  adlandırması, 
fıkrimizcə, daha bir məsələ ilə bağlı ola bilər. Məclisi «Cəlaül-
üyun»da bir sıra hallarda müxtəlif ərəb mənbələrinə üz tutaraq 
onlardan əxz etdiyi məlumatları verdikdən sonra məsələ ilə bağli 
öz fıkirlərini də açıqlayır və bu zaman tez-tez «moəllef quyəd» 
(müəllif deyir) ifadəsini işlədir. Görünür, A.Bakıxanov da 
Məclisinin yolu ilə gedərək burada «mütərcim deyir» ifadəsini 
işlətmişdir. 
A.Bakıxanovun yuxarıdakı əlavəsi ilə bağlı heç bir 
qeydi
 yoxdur, yəni o, «Riyazül-qüds»ə artırdığı hissəni hansı 
mənbədən götürdüyünü göstərmir. Buna baxmayaraq, gənc 
A.Bakıxanovun «Riyazül-qüds»ü qələmə alarkən digər 
qaynaqlara  da  üz tutması heç bir şübhə doğurmur. Belə 
qaynaqlardan biri A.Bakıxanovun «Riyazül-qüds»ün 
dibaçəsində adını böyük ehtiramla çəkdiyi Füzulinin 
«Hədiqətüs-süəda» əsəridir. 
Beləliklə, «Riyazül-qüds»dəki yuxarıdakı qeydlər 
tam 
aydınlığı ilə sübut edir
 ki, A.Bakıxanovun özü «Riyazül-
qüds»ü açıq-aşkar bir şəkildə Məclisinin «Cəlaül-üyun» 
əsərinin müxtəsər tərcüməsi adlandırmış və mahiyyət etibarilə 
bu məsələdə heç bir şübhə yeri qoymamışdır. Bütün bunları 
nəzərə alaraq, əslində «Riyazül-qüds»ün tərcümə və orijinal 
əsər olması ilə bağlı qaldırdığımız məsələni bağlamaq, necə 
deyərlər, ona nöqtə qoymaq olardı. Bəli, A.Bakıxanov təsdiq 


58 
 
edir ki, «Riyazül-qüds» tərcümə əsəridir - «Cəlaül-
üyun»un müxtəsər tərcüməsidir. Ancaq problem bununla bitmir. 
Məsələ burasındadır ki, «Riyazül-qüds»ün diqqətlə öyrənilməsi 
kitabda olan bəzi incə məqamların bu məsələnin müsbət 
şəkildə çözülməsinə bir qədər əngəl törətdiyini, daha doğrusu, 
onu şübhə altına almaq üçün müəyyən qədər əsas verdiyini 
göstərir. Həmin incə məqamlardan biri yenə də «Riyazül-
qüds»ün «Xatimə» hissəsindədir. A.Bakıxanov kitabın lap 
sonunda yekun olaraq nəzərə çatdırır ki, «Riyazül-qüds»ə nəzm 
və nəsrlə zinət vermiş, bu məqsədlə ona digər müəlliflərin də 
ərəbcə şeirlərini daxil etmişdir. Bu fikrini bildirdikdən sonra o, 
aşağıdakı şeir parçasını verir: 
 
 Xarici-imkan olur vəsfi-kəmali-Əhli-beyt,  
Bən kiməm kim, eyləyəm izhari-hali-Əhli-beyt?  
Ad bənim məzkur olur bu nüsxə təhrirində, leyk,  
Baisi-tə'lifidir feyzi-cəlali-Əhli-beyt. (91a) 
 
Bu misraların məzmununun diqqətlə öyrənilməsi belə 
bir nəticəyə gəlməyə əsas verir: yuxarıdakı sözləri hər hansı 
bir müəllif ancaq öz qələminin məhsulu olan orijinal əsəri 
haqqında deyə bilərdi. Ona görə ki, bu şeir parçasının ikinci 
misrasında A.Bakıxanov  özünü  «Əhli-beytin  halını»  
bildirən,  üçüncü misrada isə bu nüsxənin (kitabın) 
yazılmasında adı qeyd olunan şəxs kimi qələmə verir. Bu, 
əslində, o deməkdir ki, A.Bakıxanov burada özünü əsərin 
mütərcimi kimi yox, müəllifi kimi təqdim edir. Başqa sözlə 
desək, A.Bakıxanov bu misraları ilə «Riyazül-qüds»ün müəllifi 
olduğunu, burada onun adının yazıldığını vurğulamaq 
 
istəyir.   Klassik  tərcümə  əsərlərinə   xas  olan səciyyəvi 
cəhətlər də bu fikri təsdiqləyir. Məsələ burasındadır ki, orta əsr 
mütərcimlərinin bir çoxu tərcümə sənətinə bədii 
yaradıcılığın ayrıca bir növü kimi yanaşmış, buna görə də, bir 
qayda olaraq, tərcümələrini «təsnif» (əsər), özlərini isə «nazim» 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə