Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə15/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   11   12   13   14   15   16   17   18   ...   49

46 
 
müxəmməs və s.-dir. Yazılı ədəbiyyatda epik növün janrları 
sırasında isə daha çox yayılanı hekayə, povest, roman və s. 
sayılır. Bütün bunları nəzərə aldıqda «Riyazül-qüds» də bütün 
parametrlərinə görə: quruluş və həcminə, hadisələrin çoxşaxəli 
qurulmasına, geniş epik lövhələrin zənginliyinə, surətlərin sayca 
çoxluğuna görə daha çox roman janrının tələblərinə cavab 
verir. Sözsüz ki, bu məsələdə ilk növbədə tarixilik prinsipi və 
meyarı əsas götürülməlidir. Məsələ burasındadır ki, Azərbaycan 
ədəbiyyatşünaslığında indiyədək belə bir fikir formalaşmışdır 
ki, «Azərbaycan romanı XIX əsrin sonunda yaranıb, XX əsrdə 
inkişaf etməyə başlamışdır» (44,161). Belə olduqda onda 
Füzulinin «Hədiqətüs-süəda» əsərini hansı janra aid etmək 
lazımdır? Eləcə də bəzi tədqiqatçılar iddia edirlər ki, guya orta 
əsrlərdə Yaxın və Orta Şərq xalqları ədəbiyyatında, 
ümumiyyətlə, bədii tərcümə anlayışı mövcud olmamışdır (79, 
137). Yenə də məsələ bu şəkildə müstəviyə qoyulduqda onda 
bəs Füzulinin «Hədisi-ərbəin» tərcüməsi, eləcə də Nişatinin 
«Şühədanamə» tərcüməsi orijinal əsərlərmi sayılmalıdır? Axı 
Füzuli də, Nişati də özləri bu əsərlərinin tərcümə olduğunu 
qeyd etmişlər. Bundan əlavə orta əsr təzkirəçiləri - 
ədəbiyyatşünasları da bəzi əsərləri, məsələn, Füzulinin 
«Hədiqətüs-süəda» əsərini tərcümə adlardırmışlar (bax: 94, 
XLIV). Onların yazdıqlarına göz yummaq nə dərəcədə 
düzgün sayıla bilər. Fikrimizcə, bu və bu kimi məsələlərdə 
tarixilik prinsipi gözlənilməli, yəni konkret dövr və şəraitlə bağlı 
səciyyəvi məsələlər mütləq şəkildə nəzərə alınmalıdır. Başqa 
sözlə desək, hər hansı bir əsərin janrının müəyyən edilməsində 
və ya onun orijinal əsərmi, yoxsa tərcümə sayılması məsələsində 
həmin dövrə məxsus səciyyəvi cəhətlərə üstünlük verilməlidir. 
Düzdür, «Riyazül-qüds»ə (eləcə də «Hədiqətüs-süəda»ya) 
çağdaş roman janrının tələbləri baxımından yanaşdıqda onun bu 
janra aid edilməsi məsələsi bir qədər mübahisəli görünə bilər. 
Ancaq tarixi şəraiti nəzərə aldıqda hər iki əsəri öz dövrünün 
roman janrının nümunəsi saymaq mümkündür. 


47 
 
Bu məsələ ilə bağlı «Riyazül-qüds» üçün səciyyəvi olan 
daha bir cəhəti də qeyd etmək lazımdır. Müasir dövrdə roman 
janrı, əsasən, nəsrlə yazılır. Bununla belə, nəzmlə yazılan 
romanlar da məlumdur: məsələn, ayrı-ayrı tədqiqatçılar 
Nizaminin «Xosrov və Şirin» məsnəvisini mənzum roman 
adlarıdırırlar (bax: 65,107). A.Bakıxanov isə «Riyazül-qüds»ü 
dahi sələfi Füzulinin «Hədiqətüs-süəda»sı kimi həm nəsrlə, həm 
də nəzmlə qələmə almışdır, yəni təhkiyə yolu ilə təsvir etdiyi 
hadisələri lirik şeir parçaları ilə daha da emosional və təsirli 
etmişdir. Bunu nəzərə alaraq «Riyazül-qüds»ü roman  janrı 
saymaqla yanaşı, ədəbi növ olaraq epik-lirik adlanan ayrıca bir 
ədəbi növə aid etmək məqsədəuyğundur. Qeyd edək ki, xalq 
dastanları da nəsrlə nəzmin növbələşməsi şəklində qurulduğu 
üçün epik-lirik növə aid edilir. 
Beləliklə, «Riyazül-qüds» haqqındakı deyilənlər A.Bakı-
xanovun bu əsərini XIX əsr Azərbaycan ədəbiyyatında 
yaranan məqtəl kitabının ən uğurlu və klassik nümunələrindən 
biri kimi dəyərləndirməyə əsas verir. «Riyazül-qüds» bütövlükdə 
götürdükdə
 tərcümə səciyyəsi daşısa da, əsər klassik məqtəl 
kitabının bütün tələblərinə cavab verir, onun başlıca 
xüsusiyyətlərini daşıyır. A.Bakıxanov «Riyazül-qüds»ü 
qələmə alarkən Məhəmməd Bağır Məclisinin «Cəlaül-üyun» 
əsərini başlıca qaynaq kimi seçsə də, digər məqtəl kitablarından 
da, xüsusilə də 
dahi
 
sələfi
 M.Füzulinin «Hədiqətüs-süəda» 
əsərindən uğurla və yaradıcılıqla bəhrələnərək dəyərli bir 
məqtəl nümunəsi ortaya qoymağa müvəffəq olmuşdur. 
 
 
 
 
 
 
 
 


48 
 
 
 
 
 
 
II FƏSİL 
 
«CƏLAÜL-ÜYUN» VƏ «RİYAZÜL-QÜDS»:  
MƏTNLƏRİN MÜQAYİSƏLİ  TƏHLİLİ 
 
 
 
2.1. Məhəmməd Bağır Məclisi və onun «Cəlaül-üyun» 
əsəri 
haqqında
 
 
Abbasqulu ağa Bakıxanovun «Riyazül-qüds» əsəri üçün 
başlıca qaynaq kimi seçdiyi «Cəlaül-üyun» əsərinin müəllifi 
Məhəmməd Bağır bin Məhəmməd Tağı Məclisi 1037/1627-28-ci 
ildə İsfahanda ruhani ailəsində doğulmuş, 1110/1698-99 və ya 
1111/1699-1700-cü ildə isə elə həmin şəhərdə vəfat etmişdir. 
Onun atası Məhəmməd Tağı (öl. 1070/1659) dövrünün nüfuzlu 
ruhani alimi olmuş və Səfəvilər dövründə - II Şah Abbasın 
(1052/1642-1077/1667) hakimiyyəti zamanı şeyxülislam 
vəzifəsini tutmuşdur. Məhəmməd Bağır atasının yanında 
oxumuş və ərəb dilini, ilahiyyatı mükəmməl öyrənmişdir. 
Atasının vəfatından sonra o, iki Səfəvi hökmdarının: həm Şah 
Süleymanın (1077/1667-1105/1694), həm də Şah Sultan 
Hüseynin (1105/1694-1142/1722) hakimiyyətləri dövründə 
şeyxülislam olmuşdur. Bu faktın özü Məhəmməd Bağır 
Məclisinin fıqh və ilahiyyat sahəsində dövrünün ən nüfuzlu və 
tanınmış bir alimi sayıldığını açıq-aşkar sübut edir. Məclisi həm 
də islamda şiə məzhəbinin ən güclü ideoloqlarından biri hesab 
edilir (bax: 88, II, 581-586).  
Mənbələrdə Məclisinin əsərlərinin ümumi saynın altmışdan 


49 
 
çox olması göstərilir ki, onlardan da çoxu Səfəvilər dövründə 
dövlət səviyyəsinə qaldırılan şiə məzhəbinə və onun təbliğinə 
həsr olunmuşdur (bax: 88, II, 581-586; 107, V-VI, 193). 
M.B.Məclisinin ən məşhur əsərləri hədis toplusu olan 
26 cildlik «Biharül-ənvar» («Nurlar dənizi») və Məhəmməd 
peyğəmbərin (s.), on iki imamın (ə.) həyatından bəhs edən 3 
cildlik «Həyatül-qülub» («Qəlblərin həyatı») əsərləridir. Bu 
əsərlərdən birincisi ərəb dilindədir, ikincisi isə fars dilində 
yazılmışdır. Hər iki əsər şiəlik ruhunda qələmə alınmışdır və 
açıq-aşkar bu məzhəbin təbliğinə xidmət edir. Bu məsələ ilə 
bağlı görkəmli Azərbaycan alimi Mirzə Məhəmmədəli Müdərris 
Təbrizi yazır ki, «əgər şiə dinini  (məzhəb olmalıdır - M.N.) 
Məclisi dini adlandırsaq, yerinə düşər, çünki bu dinə (yenə də 
məzhəb olmalıdır - M.N.) qüdrət və əzəmət verən Məclisi 
olmuşdur» (107, V-VI, 193). 
M.B.Məclisinin fars dilində yazdığı «Cəlaül-üyun» 

Gözlərin
 
parlaqlığı
») əsəri də məşhurdur və çox geniş 
yayılmışdır. «Cəlaül-üyun»  da şiəliyin təbliğinə həsr 
olunmuşdur və məzmun baxımından müəllifin «Həyatül-
qülub» əsərinə yaxındır. Məclisi «Cəlaül-üyun» əsərini 
1089/1678-ci ildə tamamlamış və onu Səfəvi hökmdarı Şah 
Süleymana ithaf etmişdir. Müəllif əsərin əvvəlində bu mövzuda 
yazdığı «Həyatül-qülub» əsərinin də adını çəkir. Bu fakt isə 
sübut edir ki, o, «Həyatül-qülub» kitabını «Cəlaül-üyun» 
əsərindən əvvəl yazmışdır. Müəllif  burada qeyd edir ki, o, 
«Həyatül-qülub» kitabında imamların həyatından bəhs etmişdir, 
lakin bu mövzuda ayrıca bir əsərin əhəmiyyətini nəzərə 
alaraq «Cəlaül-üyun» əsərini yazmaq qərarına gəlmişdir. 
Məclisi burada həmçinin Əhli-beyt üzvləri (ə.), xüsusilə də 
imam Hüseyn (ə.) üçün ağlamağın savabından da söz açır və 
bununla da əsəri nə məqsədlə yazdığını açıqlayır. Göründüyü 
kimi, Məclisi 
bu
 mövzunun - şiəliyin təbliğinin xüsusi 
əhəmiyyətini nəzərə alaraq, ömrünün nisbətən yetkin 
çağlarında məqtəl kitabı olan «Cəlaül-üyun»u yazmışdır. 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə