Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə16/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   12   13   14   15   16   17   18   19   ...   49

50 
 
Ümumiyyətlə, bir sıra müəlliflər məqtəl kitablarını, bir qayda 
olaraq,   ömürlərinin  yetkin çağlarında qələmə almışlar ki, bu 
da mövzunun həm ağırlığı, həm də müəyyən mənada ölümün 
yaxınlaşdığı anlarda savab qazanmaq arzusu ilə bağlıdır. 
Məsələn, Hüseyn Vaiz Kaşifı «Rövzətüş-şühəda»nı ömrünün lap 
sonlarında, vəfatından iki il öncə - 1502-ci ildə yazmışdır. 
Füzuli isə «Hədiqətüs-süəda»nı 1547-ci ildə ərsəyə 
gətirmişdir. Bu baxımdan A.Bakıxanovun «Riyazül-qüds» 
əsəri istisnadır, çünki o, müəllifin ilk qələm təcrübələrindən 
sayılır. 
«Cəlaül-üyun» 14 babdan ibarətdir ki, bu da ilk növbədə 
şiəlikdə «Çəhardəh-mə'sum» («On dörd məsum») adı ilə məşhur 
olan on dörd müqəddəs şəxsiyyətlə - həzrət Məhəmməd 
peyğəmbər (s.), Fatimə (ə.) və on iki imamla (ə.) bağlıdır. Əsərin 
ilk babı Məhəmməd peyğəmbər (s.), ikinci babı o həzrətin qızı 
Fatimə (ə.) haqqındadır. Sonrakı bablar ayrı-ayrılıqda on iki 
imamın (ə.) hər birinin həyatına həsr olunmuşdur. Məclisi 
«Cəlaül-üyun»da özündən əvvəl yazılan məqtəl kitablarından 
(məsələn, «Rövzətüş-şühəda»dan) fərqli olaraq, imam Hüseynin 
(ə.) şəhadəti hissəsini – Kərbəla müsibətini daha ətraflı qələmə 
almaqla yanaşı (bu bab nə az, nə çox 23 fəsildən ibarətdir), digər 
imamların da həyatını ayrıca bir babda nisbətən yığcam və 
müfəssəl şəkildə təsvir etmişdir. Qeyd edək ki, istər «Rövzətüş-
şühəda»da, istərsə də «Hədiqətüs-süəda»da yalnız «Xatimə» 
adlanan sonluqda on bir imamın doğumları, vəfatı və ya şəhadəti 
və övladları haqqında qısaca məlumat verilmişdir. 
Müsəlman Şərqində ənənəvi mövzuda qələmə alınmış 
əsərlərdə müəlliflər, bir qayda olaraq, özlərindən əvvəl yazılmış 
kitablara, mövcud qaynaqlara da üz tutaraq həmin mənbələrdə olan 
bəzi məlumatlara, rəvayət və əhvalatlara da söykənir, bir çox 
hallarda isə onları öz əsərlərinə əlavə edirlər. Məclisi də 
«Cəlaül-üyun»da bu ənənəyə sadiq qalaraq mövzu ilə bağlı 
əsasən ərəb dilində yazılmış qaynaqlardakı rəvayətlərə və 
əhvalatlara geniş yer vermiş, onlardan yetərincə bəhrələnmiş və 


51 
 
bununla da əsərinin mötəbərlik səviyyəsini daha da 
artırmağa səy göstərmişdir. Məsələn, o, Kərbəla müsibəti ilə 
bağlı hadisələri qələmə alarkən bu qanlı faciənin canlı 
şahidi olmuş imam Zeynəlabidinin (ə.) dilindən söylənilmiş 
rəvayətləri və ya digər imamlara (ə.) aid edilən 
əhvalatları
 
verərək əsərini daha canlı şəkildə qurmağa, onun mötəbərliyini 
artırmağa çalışmışdır. Bununla belə, əsərdəki bəzi hadisə və 
rəvayətlər inandırıcı görünmür və uydurma, şişirtmə təsirini 
bağışlayır. Məsələn, «Cəlaül-üyun»un  beşinci babının altıncı 
fəslində Adəm peyğəmbərdən başlayaraq, Nuh, Musa, İsa və s. 
kimi peyğəmbərlərin gələcəkdə baş verəcək Kərbəla 
vaqiəsindən xəbər tutmalarından bəhs edilir. Həmin 
rəvayətlərdən birində təsvir edilir ki, İsa peyğəmbər öz 
həvariləri ilə Kərbəla düzündən keçərkən bir şir qabaqlarını 
kəsərək onlara yol vermir. Peyğəmbər şirdən bu hərəkətinin 
səbəbini soruşduqda o, dil açaraq deyir ki, imam Hüseynin (ə.) 
qatilinə (Yezidə) lənət oxumayınca buradan keçmək olmaz. Elə 
həmin fəsildə Süleyman peyğəmbərin bu xəbəri küləkdən 
eşitməsindən bəhs olunur (104
F
*
F
, 182a-b). 
«Cəlaül-üyun» əsərindəki bu qəbildən olan digər rəvayət 
və əhvalatlar da uydurma təsirini bağışlayır. Böyük mütəfəkkir 
Mirzə Fətəli Axundzadə şiəliyin təbliği, xüsusilə də təziyədarlıqla 
bağlı yazılan bəzi əsərlərdə açıq-aşkar uydurma fıkirlər olduğunu 
tənqid edərək yazırdı ki, bu cür kitabları «hər aqil və həkim 
(ağıllı, müdrik - M.N.) şəxs oxuyanda əti tökülür, ondan ötrü 
ki, əxbari-kazibənin (yalan  xəbərlərin - M.N.) həddi və həsri 
(məhdudiyyəti – M.N.) yoxdur» (7, 260). M.F.
Axundzadənin
 bu 
sözlərini «Cəlaül-üyun» əsərindəki bəzi epizod və məqamlara 
da aid etmək olar. Qeyd edək ki, əsərdəki İsa və Süleyman 
peyğəmbərlə bağlı verilən rəvayətlər eynilə «Riyazül-qüds»də 
də vardır, daha doğrusu, oradan tərcümə edilmişdir. Bununla 
                                                           
*
 «Cəlaül-üyun»dan verilən bütün nümunələr bu mənbədən götürülmüş-
dür. Bundan sonra yalnız nümunə verilən vərəq göstəriləcək. 


52 
 
belə, «Cəlaül-üyun» yazıldığı dövrdən başlayaraq geniş şöhrət 
qazanmış və əsərin əlyazmaları çoxaldılaraq geniş yayılmışdır ki, 
bunu da ilk növbədə şiəliyin təbliği ilə əlaqələndirmək lazım 
gəlir. Əsərin dünya əlyazma kitabxanalarında mövcud olan 
çoxsaylı əlyazmaları bunu əyani şəkildə sübut edir (bax: 88, II, 
581-586). Qeyd edək ki, Azərbaycan Milli Elmlər Aka-
demiyasının M.Füzuli adına Əlyazmalar İnstitutunda da «Cəlaül-
üyun»un 20 ədəd əlyazması saxlanılır ki, onlardan biri əsər 
tamamlanan il, yəni 1089/1679-cu ildə köçürülmüş, digərləri isə 
XVIII-XIX yüzilliklərə aiddir (bax: 80, 244-252). 
Məclisinin «Cəlaül-üyun» əsərini Gülşən Əli Ənsari 
1226/1811-ci ildə ixtisar  edərək və məzmununu bir qədər 
dəyişdirərək «Cəlaül-əbsar» («Gözlərin parlaqlığı») adlı bir kitab 
tərtib etmişdir. Seyyid Abdullah bin Məhəmməd Rza Şübbar 
Hüseyni isə 1242/1826-27-ci ildə əsəri ərəb dilinə çevirmişdir. 
A.Bakıxanovun «Riyazül-qüds» əsərinin də bu dövrdə meydana 
çıxmasını nəzərə alaraq, XIX yüzilliyin birinci yarısında «Cəlaül-
üyun»un məşhurluğu və geniş yayıldığı qənaətinə gəlmək olar. 
Bunu elə həmin dövrdə əsərin Tehranda daşbasma şəklində iki 
dəfə çap olunması da sübut  edir (1240/1825 və 1262/1846). 
«Cəlaül-üyun» 1326/1947-48 və 1334/1955-56-cı illərdə Tehranda 
müasir üsulla da nəşr edilmişdir. Əsər Təbriz və Nəcəf 
şəhərlərində də çap olunmuşdur. 
Məhəmməd Bağır Məclisi bütün əsərləri kimi «Cəlaül-
üyun»u da yalnız nəsr şəklində qələmə almışdır. 
 
 
 
2.2. «Riyazül-qüds»: tərcümə, yoxsa orijinal əsər?  
                      Məsələyə A.Bakıxanovun münasibəti 
 
Hər şeydən öncə xatırladaq ki, bu məsələyə irəlidə ötəri 
də olsa toxunmuşuq. Belə ki, əsərin yazılma səbəbini açıqlayarkən 
qeyd etdik ki, A.Bakıxanov «Riyazül-qüds»ün dibaçə hissəsində 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə