Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə20/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   16   17   18   19   20   21   22   23   ...   49

63 
 
qüds»ü özünün müstəqil əsəri kimi təqdim edir (76,206). 
Beləliklə, «Riyazül-qüds»ün tərcümə və ya orijinal bir əsər 
olması ilə bağlı suala birmənalı şəkildə belə cavab vermək daha 
məqsədəuyğundur: Əsər «Cəlaül-üyun»un sərbəst və müxtəsər 
tərcüməsidir. Qeyd etdiyimiz kimi, bunu ilk növbədə 
A.Bakıxanovun sözügedən məsələ ilə bağlı «Riyazül-qüds»də 
yer alan öz açıqlamaları təsdiqləyir. Bununla belə 
«Riyazül-qüds»də A.Bakıxanovun müəyyən əməyinin, yara-
dıcılıq işinin olmasını da danmaq olmaz. Başqa sözlə desək, 
«Riyazül-qüds» adi bir tərcümə əsəri deyil, klassik sərbəst-
yaradıcı tərcümə nümunəsidir. Məhz buna görə 
A.Bakıxanov 
da
 orta yüzilliklərin bir sıra mütərcimləri kimi 
«Riyazül-qüds»ü
 öz doğma əsəri hesab etmişdir. Bu məsələdə 
o, sözsüz ki, müəyyən mənada haqlıdır, çünki «Riyazül-
qüds» çağdaş tərcümələrdən bir sıra xususiyyətlərinə görə 
kəskin şəkildə seçilən klassik sərbəst tərcümə nümunəsidir. 
Burada  daha  bir incə məsələyə toxunmağı  zəruri 
sayırıq. A.Bakıxanov «Riyazül-qüds» üçün başlıca qaynaq 
kimi nəyə  görə ana dilində olan «Hədiqətüs-süəda»nı deyil, 
məhz «Cəlaül-üyun»u seçmişdir? Kərbəla vaqiəsi mövzusunda 
qələmə alınmış məşhur əsərlər üzərindəki müşahidələr 
göstərir ki, XVI yüzillikdən başlayaraq, fars və ərəb dillərində 
qələmə alınmış ən geniş yayılmış məqtəl kitablarını, əsasən, 
böyük nüfuz sahibi olan ilahiyyatçı alimlər yazmışlar. 
Məsələn, farsca ən məşhur məqtəl kitabı sayılan «Rövzətüş-
şühəda»nın müəllifi Hüseyn Vaiz Kaşifi dövrünün ən görkəmli 
ilahiyyatçı alimi, vaizi olmuş, Qur'ani-Kərimə təfsir yazmışdır. 
Eləcə də «Cəlaül-üyun»un müəllifi Məclisi, yuxarıda qeyd 
etdiyimiz kimi, şeyxülislam olmuşdur. Kərbəla vaqiəsi 
mövzusu isə bilavasitə dinlə, ilahiyyatla, müəyyən mənada 
islam tarixi ilə bağlıdır. Deməli, bu mövzuda əsər yazmaq üçün 
nüfuzlu ilahiyyatçı şəxs olmağın özü də o dövrdə başlıca 
amillərdən, şərtlərdən biri sayılmışdır. 
Mütəfəkkir şair Məhəmməd Füzulinin Kərbəla vaqiəsi 


64 
 
mövzusunda «Hədiqətüs-süəda» əsərini qələmə almasına 
gəldikdə isə, qeyd edildiyi kimi, o da bu kitabı üçün ilahiyyatçı 
alim Kaşifınin «Rövzətüş-şühəda»sını əsas götürmüşdür. Deməli, 
elə o dövrdə də A.Bakıxanovun sələfi Füzuli, təbii ki, mütəfəkkir 
bir şair sayılır, Məclisi isə nüfuzlu ilahiyyatçı alim kimi 
tanınırmış. Görünür, A.Bakıxanov da bu başlıca amili nəzərə 
alaraq, öz kitabını tərtib edərkən Füzulinin «Hədiqətüs-süəda»sına 
deyil, Məclisinin «Cəlaül-üyun» əsərinə üstünlük vermiş və onu 
ixtisar şəklində ana dilinə çevirmişdir. Qeyd edək ki, «Cəlaül-
üyun»un sözügedən məsələdə daha mötəbər sayılmasında 
Məclisinin tez-tez müxtəlif mənbələrə, o sıradan ilkin ərəb 
qaynaqlarına müraciət etməsi də, təbii ki, az əhəmiyyətli 
olmamışdır. Məlum olduğu kimi, müsəlman Şərqində tarixə aid 
qaynaqların çoxu ilk öncə ərəb dilində yazılmış və daha mötəbər 
mənbə sayılmışdır. Beləliklə, bütün bu amilləri nəzərə aldıqda 
A.Bakıxanovun sözügedən məsələdə «Cəlaül-üyun»a üstünlük 
verməsi təbii qəbul edilməlidir. Onu da qeyd edək ki, «Cəlaül-
üyun» ortaya çıxdıqdan sonra bir sıra şiə ilahiyyatçı alimləri 
«Rövzətüş-şühəda» ilə müqayisədə Məclisinin əsərini bu 
məsələdə daha mötəbər mənbə və nüfuzlu qaynaq 
saymışlar, çünki burada şiəliyin təbliği daha açıq və 
qabarıq şəkildə öz əksini tapmışdır. Təkcə belə bir faktı 
qeyd etmək kifayətdir ki, Kaşifinin «Rövzətüş-şühəda» 
əsərində imam Hüseyndən (ə.) sonra yaşamış imamların həyatına 
ayrıca bölmə həsr edilmədiyi halda, Məclisi «Cəlaül-üyun»da 
hər bir imamın həyatını ayrıca babda təfsilatı ilə qələmə 
almışdır. Məlum olduğu kimi, şiəlikdə isə on iki imama etiqad ən 
başlıca və vacib şərtlərdən biri sayılır. Onu da əlavə edək ki, 
keçən yüzillikdə İranın ayrı-ayrı nüfuzlu din xadimləri, ilahiyyatçı 
alimləri Kaşifinin əsərində verilən bəzi rəvayətlərin həqiqətə 
uyğun gəlmədiyini göstərmiş və məhz bu səbəbdən də onu tənqid 
etmişlər (bax: 28, 607-608). 
A.Bakıxanov «Riyazül-qüds»ü qələmə aldığı dövrdə də 
onun özünün də qeyd etdiyi kimi, «Cəlaül-üyun» Kərbəla 


65 
 
müsibəti mövzusunda daha mötəbər qaynaq sayılırmış. 
Burada bir məsələni də qeyd etməyi lazım bilirik. 
«Riyazül-qüds»də A.Bakıxanovun öz qələminin məhsulu 
olan «dibaçə» hissəsi üzərindəki müşahidələr göstərir ki, o, 
«Riyazül-qüds» üzərində işləyərkən gənc olmasına bax-
mayaraq, islama, onun müqəddəs kitabı olan Qur'ana və 
qələmə aldığı mövzuya, 
müxtəlif qaynaqlara
 yetərincə bələd 
olmuşdur. Gənc A.Bakıxanovun kitabın bu hissəsində tez-tez 
Qur'ana müraciət etməsi, bu səmavi Kitabdakı ayrı-ayrı ayələrə 
yerli-yerində və çox uğurla, məqsədəuyğun şəkildə üz 
tutması, onları tutalqa, dəlil olaraq göstərməsi bunu əyani 
şəkildə sübut edir.
 Bu məsələyə diqqət yetirən Ə.Əhmədovun 
ehtimalına görə A.Bakıxanov həyatının Quba dövründə 
(“Riyazül-qüds”də bu dövrə aiddir) dini titul almağa 
hazırlaşırmış. Bu fikirlə müəyyən mənada razılaşmaq olar, lakin 
məlum olduğu kimi, A.Bakıxanov elə “Riyazül-qüds”ü qələmə 
aldığı il Tiflisə köçür və tamamilə fərqli yeni bir mühitdə 
əvvəllər belə bir niyyətdə olsa belə, ondan vaz keçməli olur. 
 
 
 
2.3. «Cəlaül-üyun» və «Riyazül-qüds»: oxşar cəhətlər. 
«Riyazül-qüds»ün tərcümə xüsusiyyətləri 
 
«Riyazül-qüds»ün əsasən tərcümə səciyyəli bir əsər 
olmasının sübutu olaraq A.Bakıxanovun 
əsərin əlyazmasında 
verilən
 yuxarıda göstərdiyimiz qeydləri əslində yetərlidir və ən 
başlıca arqument, əsas dəlil sayılmalıdır. Bununla belə, bu fıkrin 
əyani şəkildə sübutu olaraq və tam yəqinlik əldə etmək üçün biz 
hər iki əsərin
 – 
«Riyazül-qüds»
 və 
«
Cəlaül-üyun
»
un
 mətnləri 
üzərində də müqayisə aparmağı məqsədəuyğun saydıq. Bəri 
başdan qeyd edək ki, bu iki əsər arasında həm oxşar cəhətlər, həm 
də fərqli xüsusiyyətlər özünü göstərir. İlk öncə hər iki əsər 
arasındakı oxşar cəhətlər üzərində dayanaq. Müqayisə göstərir 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə