Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə26/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   22   23   24   25   26   27   28   29   ...   49

81 
 
kim tərki-həyati-müstəari-bisəbat edüb bana mülhəq olur
yarın ahəngi-səfər müqərrərdür, inşaallah-təala». (41b) 
Nümunələrin müqayisəsi açıq-aşkar göstərir ki, A.Bakı-
xanov «Cəlaül-üyun»dakı bu parçanı çox dəqiq tərcümə 
etməyə çalışmışdır. O, farsca mətndəki bir çox söz və ifadələri 
yenə də eynilə tərcümədə də saxlamışdır: «müştaq» (arzu, istək), 
«əslafı-girami» (əziz sələflər), «liqa» (üz, sifət), «buq'eyi-şərifə» 
(şərif yer), «parə-parə»  (tikə-tikə) və s. Mütərcim farsca 
nümunənin məzmununu da, bütövlükdə götürdükdə, əslinə 
uyğun şəkildə tərcümə etmişdir. 
Bununla belə, bu iki nümunə arasında həcm baxımından 
müəyyən fərq olduğu da açıq-aşkar şəkildə özünü göstərir: farsca 
mətn həcminə görə onun türkcəyə tərcüməsindən bir qədər 
böyükdür. Deməli, A.Bakıxanov bu nümunənin tərcüməsində 
müəyyən sərbəstliyə də yol vermiş, daha doğrusu, onun 
müəyyən hissəsini ixtisarla tərcümə etmişdir. Aydınlıq üçün 
qeyd edək ki, A.Bakıxanov farsca nümunədəki sondan ikinci 
cümlənin yalnız bir hissəsinin məzmununu türkcə mətndə 
ümumiləşdirilmiş şəkildə vermiş, onun böyük bir hissəsini isə 
buraxmışdır. Həmin hissədə Əhli-beytin İlahi yazısına razılıq 
verməsi, Onun bəlalarına səbir etməsi göstərilir ki, bu fikir türkcə 
mətndə də dolayısı ilə ifadə olunmuşdur. Həmin hissədə imam 
Hüseynin (ə.) dilindən verilmiş bir cümləni isə A.Bakıxanov 
tərcümə etməmişdir. Sayca dördüncü olan həmin cümlənin 
çağdaş dilimizə tərcüməsi belədir: «Tezliklə bu tikə-tikə edilmiş 
əzalar müqəddəs yerdə həzrət Peyğəmbərin yanında bir yerə 
yığılacaq, Allah-taala 
Onun
 gözlərini aydın edəcək və öz vədlərinə 
əməl edəcəkdir». Göründüyü kimi, farsca mətndəki sözügedən 
cümlənin bu hissəsinin qarşılığı türkcə mətndə yoxdur. Çox 
ehtimal ki, A.Bakıxanov həmin hissəni buraxmışdır. Bununla 
belə, həmin hissənin A.Bakıxanovun istifadəsində olan «Cəlaül-
üyun»un əlyazmasında olmamasını da istisna etmirik. 
«Cəlaül-üyun»la «Riyazül-qüds»ün mətnləri üzərindəki 
müşahidələrə əsasən deyə bilərik ki, A.Bakıxanov klassik 


82 
 
tərcümə sənəti üçün daha səciyyəvi olan sərbəst tərcümə 
ənənəsinə (bax: 55, 30-41) üstünlük vermişdir. O, «Cəlaül-
üyun»dakı hər hansı bir hissəni və ya parçanı çevirərkən 
tərcümədə onun ümumi məzmununu saxlamağa çalışmış və bir 
sıra hallarda farsca mətnin məzmununu ixtisar şəklində 
tərcümə etməklə yanaşı, özünün kiçik əlavələrini də türkcə 
mətnə daxil etmişdir. Bu əlavələrin böyük bir qismi nəsr 
arasındakı nəzm parçalarına aiddir. Ümumiyyətlə, A.Bakı-
xanov «Cəlaül-üyun»u tərcümə edərkən fikrin bədii şəkildə 
ifadəsinə can atmış, bu məqsədlə də tez-tez nəzm parçalarına üz 
tutmuşdur. Aşağıdakı parçanın farscasında və onun türkcəyə 
tərcüməsində bunu əyani şəkildə görmək olar: 
«Cəlaül-üyun»da:  «Pəs Səkine, doxtər-e an həzrət 
məğnəe
 əz-sər keşid və qoft: Ey pedər-e 
bozorgvar
, tən be-
mərg dər dadei və mara be-ki miqozari? An emam-e məzlum 
gerist və fərmud ke, ey nur-e dide, hər ke yavəri nədarəd, 
yə'ğin ke, mərgra bər-xod ğərar midəhəd. Ey doxtər, yavər-e 
həme Xodast və rəhmət-e Xoda dər-donya və oğba əz-şoma 
coda nəxahəd şod. Səbr konid bər 
ğəzaha
-ye Xoda və şekibai 
vərzid ke, bezudi donya-ye fani 
monğəzi
 migərdəd və nəim-e 
əbədi-ye axerət 
zəval
 nədarəd». (223a)  
«Riyazül-qüds»də: «Səkineyi-biqərinə miqnəisin ba-
şından alub dedi: Ey pədəri-qəmgüsar, hala kim əziməti-
qitalə müsəmməm olubsan və giribani-vücudini pənceyi-
məmatə müsəlləm qılubsan, bizi kimin kəfalətində qoyub 
gedərsən? Səndən sonra bizə kafili-əncami-müham və baisi-
təhsili-məram kim olur? Nəzm:  
 
Yetim olan kəsə, əlbəttə, qəmgüsar olmaz,  
Zəlili-aləm olur, izzü e'tibar olmaz.  
Bəlalər içrə qalur dərbədər, dəmi keçməz 
Ki, bağrı qanə dönüb dideyi-əşkbar olmaz. 
 
Həzrəti-imami-aliməqam 
məqali
-məlaləfzasından mü-


83 
 
təəssir olub, əşki-həsrət nərgisi-şəhlasından töküb buyurdı: Ey 
səbiyyeyi-bərgüzidə və nari-dideyi-sitəmrəsidə, hər kimün 
yavəri olmasa, mövti kəndüsinə müqərər qılur. Ey Səkinə, 
bikəslər mədədkarı Əliyyi-ə'ladur və biçarələr qəmgüsarı 
Xaliqi-yektadur. Qəzayi-mə'budə riza verin və gəzəndi-
həvadisdən məsun olunmaqçün daireyi-təslimə girün, zira kim 
ümuri-dünyəvi mə'rəzi-fənadır və nəimi-axirət mütəzəmmini-
bəqadır». (62a-b) 
Bu iki parçada eyni hadisədən danışılır və onların 
məzmunu da eynidir: istər farsca mətndə, istərsə də türkcə 
mətndə Hüseynlə (ə.) qızı Səkinənin söhbəti verilmişdir. 
İmamın (ə.) şəhid olmaq barədə qərarının qəti olduğunu bilən 
Səkinənin:  Bəs  bizi kimə tapşırırsan? - sualına atası cavabında 
deyir:  Allahın  yazısı ilə barışmaq lazımdır. Sizin yardımçınız 
Allahdır və axirət səadəti əbədidir. Bu nümunədə də 
A.Bakıxanov farsca mətndə olan bəzi söz və ifadələri 
tərcümədə saxlamışdır: «pədər»  (ata), «yavər» (köməkçi), 
«qəza» (qismət, tale), «nəim» (səadət) və s. 
Bununla belə, türkcə mətn farsca mətndən ilk 
növbədə bədiiliyi, yüksək sənətkarlıq xüsusiyyətləri ilə - 
bir sözlə, bəlağətli bir dillə qələmə alınması ilə seçilir. Buradakı 
«giribani-vücud»  (bədənin yaxası), «
pənceyi
-məmat»  (ölüm 
pəncəsi),  «əşki-həsrət»  (gözdən axan həsrət yaşı), «nərgisi-
şəhla»  (şəhla göz), «nuri-didə»  (göz işığı) və s. kimi ifadələr, 
əsasən, yüksək üslubda qələmə alınmış klassik ədəbiyyat 
nümunələri səciyyəvidir və A.Bakıxanov onları çox uğurla və 
yerli-yerində işlətmişdir. A.Bakıxanovun daha çox qafiyəli 
nəsr xatirinə işlətdiyi bu ifadələr hesabına türkcə mətn 
həcminə görə mətndən böyük alınmışdır. Bu fərqi doğuran 
ikinci amil A.Bakıxanovun bilavasitə mövzu ilə bağlı tərcüməyə 
artırdığı iki beytlik şeir parçasıdır. 
Beləliklə, bu nümunədə türkcə mətn istər fikrin yüksək 
üslubda və daha emosional tərzdə ifadəsinə, istərsə də həcminin 
böyüklüyünə görə onun farsca qarşılığından fərqlənir. Məzmuna 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə