Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə34/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   30   31   32   33   34   35   36   37   ...   49

107 
 
Biri XVI əsrdə, digəri isə ondan üç əsr sonra - XIX 
yüzillikdə qələmə alınmış bu iki nümunənin məzmunları bir-birinə 
yaxın olduğu kimi, onlarda dil-üslub xüsusiyyətləri baxımından da 
üst-üstə düşən məqamlar açıq-aşkar şəkildə özünü göstərir. 
Deməli,   A.Bakıxanov «Riyazül-qüds»ü qələmə alarkən, 
xüsusilə də onun dibaçə hissəsini yazarkən dahi  sələfi 
Füzulinin «Hədiqətüs-süəda» əsərinin  güclü təsiri altında 
olmuş və bu bənzərsiz sənət nümunəsindən yaradıcılıqla və uğurla 
bəhrələnmişdir. 
«Riyazül-qüds»ün sonluq hissəsi olan «Xatimə» də müəyyən 
mənada «Hədiqətüs-süəda»nın eyni hissəsini yada salır. Belə ki, 
Füzuli «Hədiqətüs-süəda»nın sonunda dövrün hökmdarını 
(Sultan Süleyman Qanunini) və əsərini ithaf etdiyi Məhəmməd 
Paşanı təriflədikdən sonra kitabı tamamladığı üçün Allaha 
şükürlər edir və 
onu
 bu misralarla bitirir: 
 
Hücumi-möhnəti-dövran məluli,  
Giriftari-qəmi-aləm Füzuli.  
Degil ol ləhceyi-göftarə qadir  
Kim, ola qabili-səm'i-əkabir.  
Qılır cəmiyyəti-dil ləfzi-dilkəş,  
Müşəvvəş söyləməz, illa müşəvvəş.  
Gəl, ey hali-təkəllümdən xəbərdar,  
Tərəhhüm qıl, təərrüz qılma, zinhar. (29, 316) 
 
Şair burada dünya qəmi üzündən dərdli-kədərli olduğunu 
dilə gətirərək yazır ki, onun sözlərinin ləhcəsi (dili) böyüklərə 
layiq deyil. Dahi sənətkar, burada əsərinin türkcə olduğunu və 
böyük adamların (yuxarı təbəqə adamlarının) daha çox ərəb 
dilinə üstünlük verdiklərinə işarə edir. Sonda isə o, insanları 
ürəyiyumşaqlığa, rəhmli olmağa, bir-birlərinə zülm etməməyə 
çağırır. 
«Riyazül-qüds»ün sonluğunda «Hədiqətüs-süəda»nın bu 
hissəsi ilə səsləşən məqamlar vardır. Birincisi, «Riyazül-qüds» də 


108 
 
«Hədiqətüs-süəda» kimi şeirlə bitir. Bundan əlavə, «Riyazül-
qüds»ün sonundakı A.Bakıxanovun aşağıdakı şeir parçası istər 
məzmunca, istərsə də formaca Füzulinin yuxarıdakı misralarını 
yada salır. 
 
Bəla
 dilxuni, möhnət 
naşəkibi
,  
Gülüstani-müsibət əndəlibi,  
Xəzan pamali Qüdsi didəgiryan  
Qılub şivən, çəkübdür bəs ki əfğan,  
Bu matəmdə pərişanhal olubdur,  
Keçübdür novbəhari, lal olubdur.  
Qalub aciz bəyani-müddəadə,  
Məcali-nitqi yox bundan ziyadə  
Ki, qət' etsün muradi olmayıb qeyr,  
Sərvi-din «qailən ətməti bilxeyr.» (91a) 
 
A.Bakıxanov bu misralarda yasa, matəmə batdığını, 
qəmli-kədərli və gözü yaşlı olduğunu bildirərək yazır ki, bu 
faciəli hadisəni şərh etmək üçün gücü ancaq buna (türkcə bir 
tərcümə əsərini qələmə almağa) çatmışdır. Göründüyü kinıi, 
burada məzmun baxımdan Füzulinin yuxarıdakı misraları ilə 
müəyyən bir yaxınlıq müşahidə olunur. Bu şeir parçalarının 
biçimi,
 
qafiyə quruluşu da eynidir: hər ikisi məsnəvi şəklindədir. Hər iki 
şeir parçasında müəlliflərin adlarını çəkməsi də onları müəyyən 
mənada bir-birinə yaxınlaşdırır. 
«Riyazül-qüds»ün sonluq hissəsində A.Bakıxanov kitabı 
tamamlamasını qeyd edərkən yazır: «Çün istilahım ərəbi 
olmamaqdan ərəb ləfzi ilə əksəri-əbyatı nəzm etmək təb'ə giran 
idi, bu təklifi ondan götürdim» (91a). 
Göründüyü kimi, A.Bakıxanov da burada ustadı Füzuli 
kimi ərəb dili məsələsinə toxunaraq yazır ki, kitabdakı beytləri 
(şeir parçalarını) ərəbcə yazmaq çətin olduğu üçün bu işi 
öhdəsinə götürməmişdir. Deməli, bu məsələdə də hər iki əsərin 
uyğun hissələrində müəyyən bir oxşarlıq müşahidə olunur. 


109 
 
Qeyd etdiyimiz kimi, «Riyazül-qüds»ün dil-üslub 
xüsusiyyətlərində də «Həqiqətüs-süəda»nın  güclü təsiri 
açıq-
aşkar və qabarıq şəkildə
 özünü göstərir. Bu təsirin ən başlıca 
göstəricisi olaraq «Riyazül-qüds»ün də «Hədiqətüs-süəda» kimi 
yüksək üslubda - klassik kitab üslubunda (bax: 21,208-209; 33, 
56-57 ) qələmə alınmasını göstərmək olar. Bundan əlavə, 
«Riyazül-qüds»ün yüksək poetik xüsusiyyətləri    ilə seçilən 
dilində işlənmiş ayrı-ayrı deyim və ifadələr, hətta bəzi 
cümlələrin quruluşu da «Hədiqətüs-süəda»nı yada salır, bu iki 
əsər arasında müəyyən səsləşmələr, oxşar cəhətlər yaradır. Buna 
nümunə olaraq hər iki əsərdəki aşağıdakı cümlələrə diqqət 
yetirək: 
«Hədiqətüs-süəda»da:  «Ya cəddah, hala ki mülaqat 
müyəssər olubdur və talibi-mətlubin bulubdur, nola dünyaya 
müraciət qılmasam və bir dəxi ol dami-bəlayə giriftar 
olmasam». (29, 172) 
«Riyazül-qüds»də: «Ey cəddi-əmcədi-aliməqamım, hala 
kim feyzi-vüsal halimə şamil və şərəfi-mülaqatın bana hasil 
olmuşdur, nola əgər hüzürində olub dünyayə rücu qılmayam və 
damgahi-məsaibü əhzanə giriftar olmayam». (35a) 
Öncə qeyd edək ki, bu cümlələr eyni epizoddardır və 
eyni surətin - hər iki əsərin baş qəhrəmanı olan imam 
Hüseynin
 
(ə.) dilindəndir. Mədinədən Məkkəyə yola düşməzdən öncə 
yaxın adamlarının qəbirlərini ziyarət edən imam Hüseyn (ə.) 
yuxuda babasını - Peyğəmbəri (s.) görür və yuxarıdakı sözləri 
o həzrətə deyir. İstər «Hədiqətüs-süəda»dakı, istərsə də 
«Riyazül-qüds»dəki bu cümlədə təxminən eyni fikir ifadə 
olunur: İmam Hüseyn (ə.) yuxuda babasına bildirir ki, bu 
dünyada yaşamaq istəmir, o həzrətin yanına - behiştə getmək 
istəyir. Bu iki 
cümlə
 istər quruluşuna, istərsə də tərkiblərindəki 
leksik vahidlərə görə - bir sözlə, dil-üslub xüsusiyyətlərinə 
görə 

 bir-biri ilə yaxından səsləşir. Göründüyü kimi, 
A.Bakıxanovun cümləsi eynilə Füzulinin cümləsi kimi «hala 
ki» (indi ki) şərt bağlayıcısının köməyi ilə qurulmuş şərt budaq 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə