Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə35/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   31   32   33   34   35   36   37   38   ...   49

110 
 
cümləli tabeli mürəkkəb cümlədir. Deməli, bu iki cümləni bir-
biri ilə bağlayan ən başlıca oxşar cəhətlərdən biri hər ikisinin 
eyni quruluşda olmasıdır. Bundan əlavə «Riyazül-qüds»dəki 
cümlədə işlənmiş «hala kim», «mülaqat» (görüş), «nola», 
«giriftar olmayam» sözlərinin çox cuzi fərqlə «Hədiqətüs-
süəda» əsərində olması da diqqət cəlb edir. A.Bakıxanovun 
burada işlətdiyi «rücu qılmayam» (qayıtmayam), damgahi-
məsaib  (müsibətlər tələsi) leksik vahidləri də «Hədiqətüs-
süəda»da olan «müraciət qılmasam» (qayıtmasam) və «dami-
bəlayə»  (bəla tələsi) ifadələri ilə yaxından səsləşir, daha 
doğrusu, eyni məzmun daşıyır. Hər iki cümlədə işlənmiş eyni 
köməkçi fellər - «qılmasam» - «qılmayam», «olmasam» - «olma-
yam»  isə eyni olduğu kimi, şəkil-forma baxımından da 
yaxındır: birincilər şərt şəklində, ikincilər isə arzu şəklindədir. 
Bütün bu oxşar cəhətlər A.Bakıxanovun yuxarıdakı cümləsində 
«Hədiqətüs-süəda»nın təsirini açıq-aşkar şəkildə sübut edən 
göstəricilər, dəlillər sırasındadır. 
Qeyd edək ki, «Riyazül-qüds»dəki yuxarıdakı cümlənin 
qarşılığı «Cəlaül-üyun»da da vardır.  Bununla 
belə
,  «Cəlaül-
üyun»dakı oxşar cümlə istər məzmunca, istərsə də formaca 
«Riyazül-qüds»dəki yuxarıdakı cümlədən bir qədər fərqlənir: 
«Məra be-donya hacəti nist, məra ba-xod be-ğəbr-e moəzzəm-e 
xod bebər və əz-şərr-e əşrar xelasi deh». (196a) 
(Mənim dünyaya ehtiyacım yoxdur, məni özünlə apar 
və düşmənlərin şərindən xilas et.) 
Göründüyü kimi, «Cəlaül-üyun»dakı bu cümlə ilə «Riyazül-
qüds»dəki yuxarıdakı cümlə arasında məzmun baxımından 
yaxınlıq şərtidir. Düzdür, «Cəlaül-üyun»da da «Riyazül-qüds»də 
olduğu kimi, imam Hüseyn (ə.) babasına təxminən eyni xahişlə 
müraciət edir, bununla belə Məclisinin cümləsindəki  fikir 
A.Bakıxanovun cümləsindəki kimi obrazlı və bədii şəkildə ifadə 
olunmamışdır. Bundan əlavə, Məclisinin  cümləsi  tabesiz 
mürəkkəb cümlə şəklindədir və bu baxımdan A.Bakıxanovun 
cümləsindən fərqlənir. Bütün bunlar daha bir maraqlı faktı üzə 


111 
 
çıxarır: A.Bakıxanov «Cəlaül-üyun»u tərcümə edərkən «Hədi-
qətüs-süəda»ya da üz tutmuş, onun da istər məzmunundan, 
istərsə də formasından – rəngarəng cümlə quruluşundan, eləcə 
də ayrı-ayrı bənzərsiz söz və ifadələrindən uğurla və bacarıqla 
istifadə etmişdir. Bu və bu kimi faktlar isə, təbii ki, «Riyazül-
qüds»də Füzulinin sözügedən əsərinin təsiri kimi 
dəyərləndirilə bilər. Bu təsir bəzi hallarda «Hədiqətüs-
süəda»da olan ayrı-ayrı qrammatik formaların, sintaktik 
qəliblərin eynilə «Riyazül-qüds»də də verilməsində daha 
qabarıq şəkildə özünü göstərir. Nümunə olaraq bu üç məqtəl 
kitabındakı 
aşağıdakı
 bir cümləyə diqqət yetirək: 
«Cəlaül-üyun»da: «Pəs zəban-e cegərquşe-ye xodra dər 
dəhan-e mocezneşan-e xod qozaşt və məkid və ənqoştər-e 
xodra be-an fərzənd-e delbənd dad ke, dər-dəhan qozaşt». 
(222a) 
(Sonra öz ciyərguşəsinin dilini möcüzəli ağzına qoydu, 
sordu və öz üzüyünü o sevimli övladına verdi ki, ağzına 
qoysun.) 
«Hədiqətüs-süəda»da:  «Həzrəti-imam gərdi-meydan 
çehreyi-pakından pak edüb, həzrəti-rəsulin nigini-
mübarəklərin təskini-hərarət içün lə'li-abdarına mülazim 
etməgin bir miqdar təskin bulub yenə meydanə müraciət 
qıldı». (29, 269) 
«Riyazül-qüds»də:  «Pəs şahzadənin zəbanın kəndü 
dəhani-möcüzbəyanına alub, dəf'i-hərarəti-atəş içün 
xatəmin lə'li-ləbi-gövhərnisarına mülazim etməgin müqərrər 
qıldı». (61 a) 
Qeyd edək ki, bu cümlələr Aşura günü Kərbəlada baş verən 
qanlı hadisələrdən bəhs edən hissədəki bir epizoddan 
götürülmüşdür. İmam Hüseynin (ə.) böyük oğlu Əli Əkbər 
döyüş meydanında bir 
müddət
 düşmənlərlə vuruşduqdan sonra 
susuzluğa tab gətirməyərək atasının yanına gəlir. Oğluna 
veriləsi su olmadığını bilən ata üzüyünü oğluna verir ki, onu 
ağzına almaqla müəyyən təskinlik tapsın. Bu cümlələrin hər 


112 
 
üçündə imamın (ə.) öz oğlu  Əli Əkbərə üzük verməsindən 
danışılır, lakin onların məzmunlarında incə məna fərqi də 
nəzərə çarpır.
 Belə ki, «Hədiqətüs-süəda» əsərindəki 
cümlənin ilk hissəsi (imamın (ə.) Əli Əkbərin üzündəki meydan 
tozunu silməsi) «Cəlaül-üyun»da və «Riyazül-qüds»də yoxdur. 
Bundan əlavə, «Hədiqətüs-süəda»da imamın (ə.) Əli Əkbərə 
verdiyi üzüyün Peyğəmbərə (s.), digər iki əsərdə isə üzüyün 
imamın (ə.) özünə məxsus olması göstərilir. Ümumiyyətlə, 
yuxarıda verdiyimiz nümunədən fərqli olaraq, «Riyazül-
qüds»dəki cümlə məzmunca «Cəlaül-üyun»a daha yaxındır.  
«Riyazül-qüds»dəki cümlənin ilk hissəsi (pəs şah-
zadənin... alub) «Cilalü-üyun»dakı cümlənin eyni hissəsi ilə 
(pəs zəban-e...  qozaşt) tam üst-üstə düşür. Bu cümlələrin 
həmin hissəsində bir neçə eyni və ya yaxın mənalı sözün 
işlənməsi də (pəs, zəban, dəhan, mo'cezneşan-möcüzbəyan) 
bunu açıq-aşkar şəkildə sübut  edir.  Bununla belə,  «Ri-
yazül-qüds»dəki  bu cümlədə «Hədiqətüs-süəda»nın təsirini 
göstərən əlamətlər də az deyil. Bu baxımdan ilk növbədə 
A.Bakıxanovun cümləsindəki «dəf'i-hərarəti-atəş  içün»  
birləşməsinin  qarşılığının  farsca cümlədə olmadığı halda, 
Füzulinin cümləsində oxşar birləşmə vardır: «təskini-
hərarət içün». Bu   iki birləşmənin istər məzmunca, istərsə 
də formaca yaxınlığı göz qabağındadır. Aydınlıq üçün 
qeyd edək ki, A.Bakıxanovun birləşməsi çağdaş dilimizdə 
belə səslənir: «Susuzluq hərarətini dəf etmək üçün». 
Füzulinin birləşməsini isə, fikrimizcə, tərcümə etməyə 
ehtiyac yoxdur: bu birləşmə də eyni mənanı daşıyır. 
Bundan əlavə «Riyazül-qüds»dəki «lə'li-ləbi-gövhərnisarına 
mülazim etməgin» (gövhərsaçan ağzına qoymağı) birləşməsi 
«Hədiqətüs-süəda»da olan «lə'li-abdarına mülazim etməgin» 
birləşməsi ilə demək olar ki, üst-üstə düşür. Deməli, buradakı 
səsləşmə daha çox üslubi səciyyə daşıyır, bədii dil nümunələri 
ilə bağlıdır. Onu da qeyd edək ki, Füzuli bu birləşmədəki  
«lə'li-abdar»  birləşməsini məcazi mənada işlətmişdir: 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə