Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə33/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   29   30   31   32   33   34   35   36   ...   49

103 
 
əsərləri, lap qədimdən bəri, bir qayda olaraq, qafiyəli nəsrlə 
yazılırdı. Bu məsələdə islamın müqəddəs kitabı Qur'ani-Kərimin 
səc'li nəsrlə olması, sözsüz ki, mühüm rol oynamışdır. Deməli, 
Füzuli də bu məsələdə əski bədii nəsr ənənəsinə sadiq qalmış, 
A.Bakıxanov isə əsərini, fikrimizcə, bilavasitə sələfinin təsirilə 
qafiyəli nəsr şəklində qələmə almışdır. 
A.Bakıxanovun
 «Riyazül-qüds» 
əsərin
də Füzuli «Hədi-
qətüs-süəda»sının təsiri, əsasən iki şəkildə özünü göstərir: dil-
üslub məsələlərində və məzmunda. Bir sıra hallarda bu 
səsləşmənin hər iki növü çulğaşır və vəhdət təşkil edir. Bu 
səsləşməni isə, aydındır ki, yalnız və yalnız «Riyazül-qüds»də 
Füzulinin sözügedən əsərinin təsiri kimi dəyərləndirmək 
mümkündür. 
«Riyazül-qüds»də «Hədiqətüs-süəda»nın təsirini bütün əsər 
boyu izləmək, müşahidə etmək mümkündür. Bu təsir hər iki 
əsərin dibaçə hissələrinin qarşılaşdırılmasında daha qabarıq 
şəkildə özünü göstərir. «Hədiqətüs-süəda»nın bu hissəsi kiçik bir 
nəzm parçası ilə - rübai ilə başlanır. Rübaidə Füzuli üzünü Allaha 
tutaraq ulu Tanrıdan eşq diləyir, Ona olan bağlılığını daha da 
artırmağı təmənna edir: 
 
Ya Rəb, rəhi-eşqində bəni şeyda qıl,  
Əhkami-ibadatı bana icra qıl,  
Nəzareyi-
sün'ində
 gözüm bina qıl,  
Övsafi-həbibində dilim guya qıl. (29, 21) 
 
«Riyazül-qüds» də eynilə bir riibai ilə başlanır və burada da 
eşqdən danışılır. A.Bakıxanov da Füzuli kimi ulu Tanrıya üz 
tutaraq Ondan tale yolçusu olmasında (Allaha qovuşmaqda) 
uğur istəyir. Müəllif həmçinin eşqin köməyilə rahatlıq tapmağı, 
bu dünya ilə əlaqəsini kəsməyi Allahdan umur: 
 
Ya Rəb, bəni rəhi-nurda iqbal eylə,  
Eşq ilə cəhandə fariğülbal eylə.  


104 
 
Kəs rabiteyi-əlayiqim aləmdən,  
Sevdazədeyi
-cəmali-iclal eylə. (1b) 
 
Bu rübailərdə təxminən eyni mətləbdən danışılması 
göz qabağındadır və fikrimizcə, əlavə şərhə ehtiyac yoxdur. 
Füzuli «Hədiqətüs-süəda»nın dibaçə hissəsinin sonunda 
daha iki yerdə verilən şeir parçasında Allah-
taalaya
 müraciət 
edərək, Ondan bu kitabını başa vurmaq üçün kömək və yardım 
diləyir. Kitabın dibaçəsi şairin bu misraları ilə bitir: 
 
Ya Rəb, müsafiri-rəhi-səhrayi-möhnətəm, 
Tovfiq edüb 
rəfiq
 bana sidq rəhbər et. 
Sərmənzili-muradə yetür, sərbülənd qıl, 
Məhrum qoyma, cümlə muradım müyəssər et. (29, 
26) 
 
A.Bakıxanov da «Riyazül-qüds»ün dibaçə hissəsinin 
sonunda eyni niyyət və məramla ulu Tanrıya 
üz tutaraq 
girişdiyi 
bu işdə Yaradandan ona qüvvət və bacarıq verməsini bəxş 
etməsini
 
diləyir

 
Ya Rəb, bu əmri-baisi-təhsili-kam qıl, 
Tovfiqini bənim ilə rəfiqi-müdam qıl.  
Sərkeşi-səməndi-xaməmişkini ram edüb,  
Teyyi-təriqi-mətləb içün tizkam qıl. (4b) 
 
Tarixilik baxımından üç əsrlik bir fasilə ilə bir-birindən 
aralı
 düşən bu şeir parçalarının məzmunları arasında da açıq-
aşkar bir yaxınlıq, uyğunluq özünü göstərir. Füzulinin qitə janrında 
yazdığı şeir parçasının ikinci misrasında işlənmiş «tovfiq» 
(bacarıq, qüdrət, uğur) və «
rəfiq
»  (yoldaş) sözlərinin 
A.Bakıxanovun şeir parçasında da eynilə işlənməsi buna əyani 
sübutdur. 
«Riyazül-qüds»ün dibaçəsinin ümumi məzmunu da 


105 
 
«Hədiqətüs-süəda»nın eyni hissəsində ifadə olunan fikirlərlə 
üst-üstə düşür. Aydınlıq üçün qeyd edək ki, Füzuli «Hədiqətüs-
süəda»nın dibaçəsində ilk öncə Allah-taalanın insanları, 
xüsusilə də ən sevimli bəndələri olan peyğəmbərləri sınağa 
çəkdiyini, bu niyyətlə onlara bəla göndərdiyini yada salır və 
bu baxımdan sonuncu peyğəmbər həzrət Məhəmmədin (s.) 
müsibətlərlə daha çox üzləşdiyini, buna görə də ən uca və şərəfli 
məqama layiq görüldüyünü bildirir. Sonuncu fikir eynilə 
«Riyazül-qüds»də də vurğulanır. Maraqlıdır ki, burada hətta 
bəzi ifadələr üst-üstə düşür. Məsələn: 
«Hədiqətüs-süəda»da:  «Lacərəm, məcmu'i-ənbiyadən 
rütbəsi əfzəl və bəliyyatı ətəmmü əkməldür» (29, 23). 
«Riyazül-qüds»də:  «
Necə
 kim həzrəti-rəsulun cümlədən 
rütbəsi ə'la olduğundan bəliyyatı əkməl və ətəmm... idi» (3a). 
Göründüyü kimi, bu cümlələrdəki son üç söz (bəliyyat 
- bəlalar; ətəmm - daha tam, daha bütöv; əkməl - daha mükəmməl) 
tamamilə eynidir.  Bundan əlavə, hər iki cümlədə sonuncu 
peyğəmbərin rütbəsinin bütün peyğəmbərlərdən üstün olduğu 
vurğulanır. 
Füzuli «Hədiqətüs-süəda»da daha sonra bəla və müsibət 
mövzusunu davam etdirərək ən müsibətli və faciəli hadisə olan 
Kərbəla vaqiəsi üzərinə gəlir və bu mövzuda ərəb və fars 
dillərində bir sıra kitablar yazıldığı halda, türkcə belə bir kitabın 
əldə olmadığını, buna görə də həmvətənlərinin bu böyük nemət 
və savabdan faydalana bilmədiklərini qeyd edir. Belə bir işin 
əbədi səadətə qovuşmaq üçün bir vasitə olduğunu dərk edən 
Füzuli öz dövründə çox məşhur olan Kaşifinin fars dilində 
yazdığı «Rövzətüş-şühəda» kitabını sərbəst-yaradıcı şəkildə ana 
dilinə çevirmək qərarına gəldiyini açıqlayır (bax: 29, 21-26). 
Füzulidən üç əsr sonra A.Bakıxanov da «Riyazül-qüds»ün 
dibaçəsində irəlidə qeyd edildiyi kimi, başlıca diqqəti əsərin 
yaranma səbəbinin açıqlanmasına yönəltmişdir.  Maraqlıdır ki,  
A.
Bakıxanovun
 dibaçədə bu mövzunun açıqlanması  ilə 
bağlı işlətdiyi cümlələr və  ayrı-ayrı ifadələr «Hədiqətüs-


106 
 
süəda»nın 
analoji
 yerlərindəki bəzi cümlə və ifadələrlə 
yaxından səsləşir. Məsələn:  
«Hədiqətüs-süəda»da:  «Bu səbəbdən  iqtizayi-ümumi-
matəmi-al zəbani-hal ilə məni-xaksarə təərrüz etdi və dəsti-
təərrüzlə, giribanım 
dutdi
 ki, ey pərvərdeyi-xani ne'məti-feyzi-
şahi-Kərbəla – Füzuliyi-mübtəla, nola gər bir tərzi-
mücəddədə müxtəre' olasan və himmət dutub bir məqtəli-
türki inşa qılasan ki, füsəhayi-türkizəban istima'indən 
təməttö'
 bulalar və idraki-məzmunində ərəbdən və əcəmdən 
müstəğni olalar» (29, 25). 
«Riyazül-qüds»də:  «Sərpənceyi-təvəlla giribangiri-
xatiri-ixlasi-məzahir olub, şahidi-məhəbbət hicabi-xəfadən 
ərzi-cəmal edüb bəni müxatib qıldı kim, ey kuyi-vəfadə 
aşiqəm deyüb laf edən və təriqi-müvəddətdə sabitqədəm 
təmənnası ilə gedən. Beyt: 
 
Bəsteyi-dami-ələm, pamali-ənduhi-məlal, 
Bülbüli-gülzari-matəm Qüdsiyi-şuridəhal. 
 
Vəqayeyi-Kərbəla və sair əhadisi sihhət ilə zikr edən 
«Cəlaül-üyun» kitabından özgə yoxdur kim,.. hala sən 
dəxi... türki istilahına  tərcümə qılub  (seçdirmə bizimdir – 
M.N.) bir kitabi-müxtəsəri-müfid tərtib etmək ilən  lazımdır 
ki... füsəhayi-türk istima'indən
F
*
F
 istifadeyi-təməttüat və kəsbi-
məani qılalar». (4a) 
Bu 
iki müxtəlif əsərdən verilən 
parçalarda eyni 
məsələdən, eyni mətləbdən bəhs olunur. Hər iki sənətkar 
Kərbəla vaqiəsi mövzusunda bir kitab «inşa qılmaq» (Füzuli) 
və ya «tərtib etmək» (A.Bakıxanov) xahişi ilə ona müraciət 
edildiyini bildirir. A.Bakıxanov da sələfi Füzuli kimi belə bir 
kitabın  «füsəhayi-türk»  (“türkün gözəl danışanları”) üçün 
hazırlandığını xüsusi olaraq vurğulayır.  
                                                           
*
 Əlyazmada 
yanlış
 olaraq  «istimalindən» kimi yazılmışdır. 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə