Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə36/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   32   33   34   35   36   37   38   39   ...   49

113 
 
lüğəvi mənası qiymətli daş olan «lə'l»  sözü da «ağız» 
mənasını daşıyır.  A.Bakıxanov da,  təbii ki, Füzulinin 
təsiri ilə burada həmin sözü «ağız» mənasında 
işlətmişdir. Məclisinin cümləsində isə bu sözün qarşılığı 
həqiqi mənada işlənmiş «dəhan» (ağız) sözüdür. 
A.Bakıxanovun bu cümlədə işlətdiyi «mülazim etməgin» 
feli öz formasına görə diqqəti cəlb edir. İstər Füzulinin 
cümləsində, istərsə də A.Bakıxanovun cümləsində bu  söz  
feli bağlama  məzmununu daşıyır.  «Hədiqətüs-süəda»da -
məgin şəkilçili digər feli bağlamaların işlənməsi də bunu sübut 
edir. Məsələn: «Əhli-məclis bu hekayətdan mütəəssir olub 
fəryadə gəlməgin Yezid ayıtdı» (29, 301). Bununla belə, dil 
tariximizə aid tədqiqatlarda bu formada olan feli bağlama qeydə 
alınmamışdır. «Riyazül-qüds»də işlənmiş «mülazim etməgin» 
feli bağlaması, təbii ki, 
bilavasitə
 Füzuli «Hədiqətüs-
süəda»sından əxz olunmuşdur. 
Beləliklə, yuxarıdakı cümlələrin qarşılaşdırmasından belə 
bir nəticəyə gəlmək olar: A.Bakıxanov bu cümləni ümumilikdə 
götürdükdə «Cəlaül-üyun»dan sərbəst şəkildə tərcümə etmişdir, 
Bununla belə, yuxarıda qeyd etdiyimiz ifadələr burada 
«Hədiqətüs-süəda»nın da müəyyən təsiri olduğunu açıq-aşkar 
şəkildə sübut edir. Deməli, A.Bakıxanov bu cümləsində hər iki 
qaynaqdan bəhrələnmişdir. 
Bu qəbildən olan daha bir nümunəyə diqqət yetirək: 
«Riyazül-qüds»ün beşinci babının səkkizinci fəslində imam 
Hüseynin (ə.) düşmənlə vuruşarkən fürsətdən istifadə edərək su 
içmək məqsədilə Fərat çayına girməsi, lakin bu zaman 
eşitdiyi bir sözə görə (guya düşmən qoşunu qadınlar olan 
çadırlara daxil olmuşdur) aldanaraq su içmədən geri dönməsi 
təsvir olunur. Məclisi bu epizodu təsvir edərkən ona belə bir 
detal da əlavə edir ki, imam Hüseyn (ə.) atı ilə bərabər suya 
girdikdə əvvəl atına su içməyi buyurur, sonra özü su içmək 
istəyir. Bu kiçik 
detal
 «Riyazül-qüds»də buraxılmışdır. Füzulinin 
«Hədiqətüs-süəda»sında da ona rast gəlmirik. Bundan əlavə,  


114 
 
«Riyazül-qüds»də epizodun təsvirində istifadə olunan bəzi söz 
və ifadələr «Cəlaül-üyun»la müqayisədə, «Hədiqətüs-süəda» 
əsərindəki leksik vahidlərlə daha yaxından səsləşir. Həmin 
epizoddan bir parça sözügedən əsərlərdə aşağıdakı kimidir: 
«Cəlaül-üyun»da:  «Çun emam kəfi əz-ab bər 
gereft ke, beyaşaməd, məl'uni fəryad zəd ke, to ab 
miaşami  və  ləşkəre-
moxalef
 dər xeymeha-ye hərəm dər-
amədeənd
. Həzrət abra rixt və ru be-xeymeha rəvane  şod
did ke, an xəbər əsli nədaşte. Danest ke, moğədder 
şode əst
 
ke, ruze-ye an ruzra əz ab-e kovsər be-dəst-e Xeyrol-bəşər eftar 
nəmayəd». (223 b) 
(İmam ovcuna su alıb içmək istərkən bir 
məlun
 (lənətə 
gəlmiş) qışqırdı ki, sən su içirsən, ancaq düşmən qoşunu 
qadınların çadırlarına daxil olub. Həzrət suyu tökdü, çadırlara 
üz tutdu və gördü ki, o xəbər doğru deyil. Bildi ki, alnına 
yazılıb ki, o günün orucunu Xeyrül-bəşərin (Peyğəmbərin) 
əli ilə kövsər suyu ilə iftar edəcəkdir.) 
«Hədiqətüs-süəda»da:  «Nəhəngvar abi-Fərata girib, 
əlinə su alıb içmək 
tədarükündə
 ikən bir kimsənə nida 
yetirdi ki, ey Hüseyn, nə su içmək məcalıdır, ləşkəri-bədxah 
qarəti-hərəmsəraya mütəvəccih oldılar. Kəmali-qeyrət inani-
ixtiyarın əlindən alub, bir qətrə su içmədən səməndi-
seylrəftarın canibi-xeyməgahə səddi-sipər edüb yetdikdə gördi 
ki, ol avaz mən'i-ab içün bir hiylə imiş. Amma müvafiqi-
iradeyi-təqdir vaqe olmış, zira ol gün şərbəti-şəhadət içmək 
müqərrər idi» (29, 276).  
«Riyazül-qüds»də:  «Sərvəri-sineyi-Xeyrül-bəşər və 
nuri-dideyi-saqiyi-kövsər...  mərkəbi-dəryanəvərdin nəhri-
Fərat içrə sürüb şürbi-ab tədarükində ikən bir məl'un səda 
yetirdi kim, ya Hüseyn, sən su içməkdəsən, ləşkəri-müxalif 
daxili-xiyami-hərəm olmışlar. Həzrəti-imam suyi əlindən 
töküb, dəsti-qeyrət zimami-izzətin büküb xeyməgahə 
gəldükdə gördi ol xəbəri-qeyri-vaqe kəndüsinə mən'i-ab 
içün bir hiylə imiş. Amma müvafiqi-təqdir olub, ol günun 


115 
 
ruzəsin zülali-kövsərdən iftar etməgə vəsilə imiş». (63b) 
Bu nümunələri də müqayisəli şəkildə və diqqətlə 
nəzərdən keçirdikdə «Riyazül-qüds»dəki parçanın «Hədiqətüs-
süəda»da olan 
eyni hissəyə
 daha yaxın olması nəzərə çarpır. 
Bu yaxınlıq ilk növbədə hər iki nümunədəki cümlələrin 
quruluşlarında özünü göstərir. Füzulinin birinci cümləsi tamamlıq 
budaq cümləli tabeli mürəkkəb cümlədir və onun baş 
cümləsində feli bağlama tərkibləri işlənmişdir. A.Bakı-
xanovun birinci cümləsi də oxşar quruluşludur. Maraqlıdır ki, 
A.Bakıxanovun bu cümlədə 
işlətdiyi
  «tədarükində ikən» ifadəsi 
eynilə Füzulinin cümləsində də vardır. Bundan əlavə, buradakı 
«səda yetürdi» tərkibi feli Füzulinin cümləsindəki «nida 
yetürdi» tərkibi feli ilə yaxından səsləşir. Bu cümlələrdəki 
xitablar da (ey Hüseyn, ya Hüseyn) eynidir. «Cəlaül-üyun»da isə 
bu cümlə bir qədər başqa quruluşdadır, həm də onda xitab 
işlənməmişdir. «Riyazül-qüds»ün ikinci cümləsinin «mən'i-ab 
içün bir hiylə imiş» hissəsinin eynilə «Hədiqətüs-süəda» 
əsərində də işlənməsi bu yaxınlıq və oxşarlığı sübut edən 
tutarlı dəlillərdən sayıla bilər. «Riyazül-qüds»dəki sonuncu 
cümlənin  «amma müvafiqi-təqdir olub» hissəsi də «Hədiqətüs-
süəda»nın eyni cümləsinin həmin hissəsi ilə («amma müvafiqi-
iradeyi-təqdir vaqe olub») yaxından səsləşir. 
«Riyazül-qüds»dəki bu parça ilə «Cəlaül-üyun»da olan 
nümunə arasında da müəyyən yaxınlıq və uyğunluq olduğunu 
göstərən əlamətlər az deyil. Məsələn, «Cəlaül-üyun»da işlənmiş 
«məl'un», «ləşkəri-müxalif»  (düşmən qoşunu), «ruzə»  (oruc), 
«kövsər», «iftar» kimi söz və ifadələrin «Riyazül-qüds»də də 
olması buna əyani sübutdur. Bununla belə, «Riyazül-qüds»dəki bu 
parça bütövlükdə götürdükdə «Hədiqətüs-süəda»da olan 
nümunə ilə daha yaxından səsləşir və onlar arasındakı oxşarlıq, 
yaxınlıq əlamətləri daha qabarıq şəkildə özünü göstərir. 
«Riyazül-qüds»lə «Hədiqətüs-süəda» arasındakı səs-
ləşmə məqamları hər iki əsərdə hadisələrin təsviri zamanı 
istifadə olunan bəzi obrazlı  ifadələrin, ayrı-ayrı məcaz 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə