Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə39/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   35   36   37   38   39   40   41   42   ...   49

123 
 
olduğunu təsdiqləyir. Bəs onda «Riyazül-qüds»də açıq-aşkar 
özünü göstərən «Hədiqətüs-süəda» təsirini nə ilə izah etmək 
olar? Fikrimizcə, bu təsiri təkcə sözügedən əsərlər 
arasındakı məzmun bağlılığı və yaxınlığı ilə izah etmək düzgün 
olmazdı. Yuxarıda da xüsusi olaraq vurğuladığımız 
kimi, «Riyazül-qüds»ü «Hədiqətüs-süəda»ya bağlayan  amil-
lər sırasında dil-üslub məsələsi də xüsusi yer tutur. Məlum 
olduğu kimi, Füzulinin bütün əsərləri yüksək bədii üslubda - 
klassik-kitab üslubunda (bax: 21,  208-212;  33, 57-61) qələmə 
alınmışdır. Dahi sənətkarın «Hədiqətüs-süəda»sı da bu üslubdadır 
və sonrakı yüzilliklərdə Azərbaycan ədəbiyyatında klassik 
üslubda qələmə alınan anadilli bütün 
bədii nəsr əsərləri
 üçün 
əvəzsiz örnək olmuş, onlara öz güclü təsirini göstərmişdir. Təkcə 
bunu qeyd etmək kifayətdir ki, XVIII əsrə aid Möhsün Nəsirinin 
«Lisanüt-teyr», A.Bakıxanovun «Kitabi-Əsgəriyyə» əsərlə-
rində də bu təsirin qabarıq izləri özünü göstərir, halbuki bu 
əsərlər arasında məzmunca heç bir bağlılıq yoxdur. Maraqlıdır 
ki, Möhsün Nəsiri «Lisanüt-teyr»in 
mətninə
 Füzuli şeir-
lərindən nümunələr daxil etməklə yanaşı, 
əsərini
 «Hədiqətüs-
süəda»nın aşağıdakı son misraları ilə tamamlamışdır: 
 
Gəl, ey hali-təkəllümdən xəbərdar,  
Tərəhhüm qıl, təərrüz qılma, zinhar (50, 243). 
 
Deməli, 
M.Nəsirinin 
sözügedən 
əsərində
 Füzuli təsiri ilk 
növbədə dahi sənətkarın bənzərsiz və möcüzəli sənətinin sehri 
və tilsimi ilə bağlıdır. 
Məlum olduğu klmi, A.Bakıxanovun yaşayıb-yaratdığı 
XIX yüzillikdə isə Azərbaycan ədəbiyyatında Füzuli təsiri 
daha güclü olmuş  və bu dövrdə yaşamış bir çox şairlər dahi 
sənətkarın
 doğma ana dilindəki
 qəzəllərinə nəzirələr və 
təxmislər yazmışlar. Bu təsir ədəbi məclis üzvü olan şairlərin 
yaradıcılığında daha qabarıq şəkildə özünü göstərmişdir. 
A.Bakıaxanov da həm Qubadakı “Gülüstan” məclisinin, həm 


124 
 
də Tiflisdə fəaliyyət göstərən “Divani-
hikmət
” ədəbi 
məclisinin üzvü olmuşdur. Deməli, A.Bakıxanov yaradı-
cılığındakı Füzuli təsirini təbii bir hal kimi qəbul etmək lazım 
gəlir

Beləliklə, A.Bakıxanovun «Riyazül-qüds» əsəri ilə 
Füzulinin «Hədiqətüs-süəda»sının 
mətnlərinin
 
qarşılaşdırılması
 
göstərir ki, birincidə ikincinin güclü təsiri olmuşdur. Bu təsir 
«Riyazül-qüds»də istər əsərin əsas hissəsi olan nəsrdə, istərsə də 
kitabdakı nəzm parçalarında açıq-aşkar şəkildə özünü göstərir və 
təkcə məzmun məsələsi ilə məhdudlaşmır, eyni zamanda dil-
üslub xüsusiyyətlərini də özündə birləşdirir.  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


125 
 
 
 
 
 
 
 
 
 
İKİNCİ BÖLMƏ 
 
 
«Riyazül-qiids»ün dil-üslub və bədii 
sənətkarlıq 
xüsusiyyətləri 
 
A.Bakıxanovun «Riyazül-qüds» əsəri indiyədək öyrənil-
mədiyi kimi, onun dil-üslub xüsusiyyətləri  də, təbii ki, 
araşdırılmamışdır. Bununla belə, Azərbaycan ədəbi dili tarixinə 
aid tədqiqatlarda, ümumiyyətlə, A.Bakıxanovun dilinə, o 
cümlədən nəsr dilinə də müəyyən yer ayrılmış, onun başlıca 
səciyyəvi xüsusiyyətləri qeyd olunmuşdur (bax: 33, 59-67). 
A.Bakıxanovun ana dilində yazdığı nəsr əsəri isə, məlum olduğu 
kimi, ikidir: «Riyazül-qüds» və «Kitabi-Əsgəriyyə». Ədəbi dil 
tarixinə aid araşdırmalarda bu əsərlərdən ikincisinin dil 
faktlarından müəyyən dərəcədə istifadə edilsə də, birincisi 
toxunulmaz qalmışdır. Bu məsələdə, təbii ki, «Riyazül-qüds»ün 
sırf 
dini məzmun daşıması ilə yanaşı, yalnız əlyazma şəklində 
mövcudluğu, yəni nəşr olunmaması
 da öz təsirini göstərmişdir. 
Azərbaycan ədəbi dil tarixini araşdıran görkəmli dilçi alim, 
Azərbaycan MEA-nın həqiqi üzvü, professor T.Hacıyev yazır: 
«XIX əsrin birinci yarısında klassik-kitab üslubunun ən istedadlı 
nümayəndəsi A.Bakıxanovdur»
  (32, 56). «Kitabi-Əsgəriyyə»nin 
dilini «klassik-kitab nəsrinin tipik nümayəndələrindən»
 biri kimi 
səciyyələndirən alim qeyd edir ki, əsərdə sözügedən üslubun 
bütün əlamətləri saxlanılmışdır. Həmin əlamətlər sırasında isə 


126 
 
alim bunları qeyd edir: ərəb-fars sözlərinin bolluğu, cümlələrin 
uzunluğu, silsiləli izafət tərkiblərinin işləkliyi və nəsrin qafiyəli 
olması (32, 64). Yeri gəlmişkən qeyd edək ki, professor 
Ə.Dəmirçizadə də yuxarıdakı əlamətləri bu və ya digər dərəcədə 
Füzulinin nəsr dilinə aid etmişdir (bax: 21, 208-209). Biz də 
irəlidə «Riyazül-qüds»də Füzulinin «Hədiqətüs-süəda» əsərinin 
təsirindən bəhs edərkən bu məsələyə - birincidə dil-üslub 
baxımından ikinci ilə müəyyən səsləşmə və yaxınlığın olması
 
məsələsini 
konkret nümunələrlə göstərmişdik. Professor 
T.Hacıyev də «Kitabi-Əsgəriyyə»nin dilindən bəhs edərkən 
onun dili ilə Füzulinin 
ana dilindəki
 nəsr əsərlərinin (
D
ivanının 
dibaçəsi, «Şikayətnamə» və məktublarının nəsr hissələrinin) 
dili arasında tam eynilik olduğunu qeyd edir (32, 65). Bütün 
bunları nəzərə alaraq, «Kitabi-Əsgəriyyə»nin dili haqqındakı 
fikirləri bütövlükdə götürdükdə «Riyazül-qüds»ə  də aid etmək 
olar. «Riyazül-qüds» də «Kitabi-Əsgəriyyə» kimi şərti olaraq 
«klassik-kitab üslubu» adlandırılan (33, 56-57) yüksək bədii 
üslubda
 
qələmə alınmışdır
 və onun bütün 
səciyyəvi
 
xüsu-
siyyətlərini
 özündə daşıyır. Düzdür, burada bir incə məqam 
A.Bakıxanovun bu iki əsərini dil-üslub xüsusiyyətləri baxımından 
eyni müstəviyə qoymağa, onlara tam eyni gözlə baxmağa 
müəyyən mənada «mane olur». Məsələ burasındadır ki, onlardan 
birincisi, orijinal əsər, ikincisi isə, bütün əlamətlərinə görə klassik 
sərbəst-tərcümə nümunəsidir. Klassik tərcümə əsərlərində isə, bir 
sıra hallarda bu və ya digər dərəcədə orijinalın dilinin təsiri 
müşahidə olunur (bax: 56, 159-169). Yuxarıda da qeyd 
etdiyimiz kimi, «Riyazül-qüds»də isə bu təsir, demək olar ki, 
yox dərəcəsindədir. Deməli, 
«Kitabi-Əsgəriyyə» və «Riyazül-
qüds» 
arasında    dil-üslub xüsusiyyətləri baxımından ciddi bir 
fərqdən danışmağa belə dəyməz. Bu fərq hətta olsa belə, 
əhəmiyyətli ola bilməz, çünki onların hər ikisi eyni sənətkarın 
qələmindən çıxmışdır və qafiyəli nəsrlə, yüksək 
bədii
 üslubda 
qələmə alınmışdır.
 
Professor T.Hacıyev «Kitabi-Əsgəriyyə»dən bir par-


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə