Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə40/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   36   37   38   39   40   41   42   43   ...   49

127 
 
çanı nümunə kimi verərək onun dilindəki sözlərin dörddə 
üçünün əcnəbi leksikonu olduğunu diqqətə çatdırır
 (32, 65). Eləcə 
də professor Ə.Dəmirçizadə «Hədiqətüs-süəda»nın giriş 
hissəsində 300 sözdən ibarət bir mətndə işlənmiş azərbaycanca 
(türkcə) sözlərin cəmi 23 olduğunu yazır (21, 208). Maraqlıdır ki, 
«Riyazül-qüds»də də bu məsələdə vəziyyət, demək olar ki, 
eynidir. Bunu aşağıdakı kiçik parçada əyani olaraq görmək 
mümkündür:  «Zümreyi-ərbabi-kəmal və əhli-irfanə izhari-hal 
və firqeyi-
u
l
ü
ləlbabi-nüktədanə ərzi-məal oldur kim, vüfuri-əhli-
cəlalət və kəsadi-bazari-kəmalatə və qilləti-fürsət və füqdani-alatə 
və ədəmi-istitaət iğtişaşi-halimə və təfriqeyi-həvas və kəsrəti-
iştiqalimə bakub və əksəri-istilahətdən ittila' bulmayub, bu fünun 
əhlindən olmaduqimə və mövlid və mövtinim bu növ namünasib 
məqam olub, 
özgə
 biladi-əhli sədada səfər qılmaduqimə 
nəzəri
-
insaf burakub, əlfazi-məaində rəkik və nöqsan məlhuz olsa və 
ədəmi-tətabiq səvabiti-rəvayətdə və nöqsi-təvafüq  rəvabiti-
ibarətdə  zühurə  gəlsə, məlamət qılmayub, islah etsünlər» 
(91a). Cəmi bir cümlədən ibarət olan bu nümunədə yüksək 
klassik üslubda yazılmış əsərlər üçün səciyyəvi olan bütün 
əlamətlər öz əksini tapmışdır. Bu baxımdan birinci olaraq, 
nümunədəki ərəb-fars sözlərinin əksəriyyət təşkil etdiyini 
göstərmək olar. Belə ki, cümlədə işlənmiş 76 sözdən («və» 
bağlayıcısını hesaba almırıq) cəmi 13-ü türk mənşəli 
sözdür:  oldur kim, bakub, bulmayub, bu (2 dəf
ə
 işlənib), 
olmaduqimə, özgə, qılmaduqimə, burakub, olsa, gəlsə, qılmayub, 
etsünlər. Bu sözlərdən də ikisi «qılmaq» köməkçi feli (müxtəlif  
formada), ikisi «olmaq» köməkçi feli (müxtəlif formada), biri isə 
«etmək»  köməkçi felidir. Bu cümlənin ikinci bir səciyyəvi 
xüsusiyyəti onun çağdaş ədəbi dilimizlə müqayisədə olduqca 
uzun olmasıdır. Üçüncüsü, burada çoxlu izafət tərkibləri vardır; 
dördüncüsü isə, nəsrdə qafiyəlilik əlamətləri özünü göstərir. 
Deməli, Füzulinin «Hədiqətüs-süəda»sının, A.Bakıxanovun 
«Kitabi-Əsgəriyyə»sinin dili üçün əlamətdar olan bütün 
xüsusiyyətlər «Riyazül-qüds» üçün də səciyyəvidir. Bu cümlə 


128 
 
ərəb-fars sözləri və ifadələri ilə yüklənməsinə baxmayaraq, 
qrammatik quruluşuna görə dilimizin öz qayda-qanunlarına 
tabedir. Cümlədə öz dilimizə məxsus hal şəkilçilərinin 
işlənməsi,  «ol»  işarə əvəzliyinin, feillərin xəbər yerində çıxış 
etməsi buna əyani sübutdur.  
Qeyd etmək lazımdır ki, yuxarıdakı nümunə əsərin 
sonluq («Xatimə»)  hissəsindədir və A.Bakıxanovun özünə 
məxsusdur, tərcümə deyil. Məlum olduğu kimi, klassik kilab 
nümunələrində isə dil qəlizliyi daha çox onların əvvəllərində və 
sonlarında olan hissələrdə daha qabarıq şəkildə özünü 
göstərir. «Riyazül-qüds»də bilavasitə əsərin məzmunu ilə 
bağlı hissələrdə də ərəb-fars sözləri üstünlük təşkil edir. 
Məsələn:  «Səpidədəm ki əmaridari-qafileyi-əyyam  hövdəci-
zərrini-aftabı  naqeyi-
sürxmuyi
-şəfəq üzrə bağlayub məhari-
zərtari-şüayla biyabani-sipehrə çəkməkdə idi, həsbül-hökm 
həzrəti-əqdəsi-vala saribanlar məhmilləri cəmmali-kuh 
 
kuhani-gərdunmisal üzrə bağlayub rəvanə olduqda Mə-
həmməd Hənəfiyyə gəlüb ərz etdi» (42a). 
İmam 
Hüseynin 
(ə.) Mədinədən Məkkəyə getməsi ilə bağlı verilən bu 
cümlədə də yalnız feillər («bağlayub», «çəkməkdə idi», «rəvanə 
olduqda», «gəlüb», «ərz etdi»)  və  «üzrə», «ilə» qoşmaları türk 
mənşəli sözlərdir, digər sözlər isə ərəb-fars mənşəlidir və 
onlardan bəziləri nadir işlənən leksik vahidlərdir («əmaridar», 
«hövdəc», «məhmil», «cəmmal»).  Yeri gəlmişkən qeyd edək ki, 
silsiləli izafətlərlə, təmtəraqlı və dəbdəbəli ifadələrlə yüklənmiş 
«Riyazül-qüds»ün dili «Hədiqətüs-süəda» ilə müqayisədə daha 
qəliz və ağırdır, müasir oxucu üçün çətin başa düşüləndir. 
«Riyazül-qüds»də nisbətən sadə və anlaşıqlı dillə qələmə 
alınmış müəyyən parçalar, ayır-ayrı yerlər də vardır. Əsərdə 
mükalimə şəklində qurulan və nisbətən qısa cümlələrdən ibarət 
olan hissələr, xüsusilə də faciəvi hadisələrin təsvirini əks etdirən 
səhnələr dilinin canlılığı və lakonikliyi ilə seçilir. Aşağıdakı kiçik 
parçalar buna nümunə ola bilər: 
«Bir gün Kəlimi-Turi-Sina, həzrəti-Musa kəndü vəsisi 


129 
 
Yuşa ibn Nun ilə biyabani-ələmpayani-Kərbəlayə varid 
olub, əsnayi-üburdə bəndi-nəleyni qırılub, payi-mübarəkin 
xaşakü xar məcruh və figar etdükdə münacat etdi: - İlahi, 
türfə halətdir kim, bu vadiyi-qəmi-mübadidə mütəəllim 
olduğum kimi cümlə aləmdə əziyyət bulmadım?! Vəhy irdi: 
- Ya Musa, bu mənzildə bənim bərgüzidəm Hüseyn  qanı  
nahəq  töküləcəqdür.  İstədim, sənin qanın dəxi bu torpağə 
məmzuc olsun. Dedi: - Xudavənda, Hüseyn kimdir? Xitab irdi 
kim, nuri-dideyi-Məhəmmədül-Mustəfa və fərzəndi-dilbəndi-
Əliyyül-Murtəza və çiraği-nurbəxşi-dudmani-Fatimeyi-Zəhra. 
Dedi: - İlahi, onun qatili kim olacaqdur?Bu zülmi-sərih 
kimdən zühur bulacaqdur?»
.
 (32b) 
«Nagah ol məl'unin nəzəri bana sataşanda, bən fərar 
etdükdə, sinani-nizə ilə kətfimə 
urub
 yüzi aşağa yıxıldım. Ol 
məl'un qulağlarımı parə edüb, guşvarələrimi və başımdan 
miqnəəmi götürdi. Bən nəhayəti-vəhşətdən bihuş olub genə 
huşa gəldükdə gördim əmmeyi-mehribanım başım üstə 
əgləşüb derdi: - Ayağa dur, xeymələrə varub görəyim, 
bəradəri-bimarun və sayiri-Əhli-beyti-ətharun başına nə 
bəlalər gəlmiş»
.
 (66a-b) 
«Pəs mütəvəccihi-imam Zeynəlabidin olub sordı kim, 
bu kimdir? Dedilər: - Əli ibn əl-Hüseyndir. Dedi: - Bən eşitdüm 
Əli ibn əl-Hüseyni Allah öldürdi. Həzrət buyurdı: - Əli adlu 
qardaşım var idi, xəlq onı cövr və sitəm ilə şəhid etdilər. İbn 
Ziyad dedi: - Bəli, Həqq-təala onı həlak edübdür. Həzrət 
buyurdı: - Cumlənin ruhi onun əmri ilə qəbz olunur. Ol kafəri-
bədbəxt və sitəmgəri-dilsəxt dedi: - Sən bənim cavabıma cür'ət 
edərsən? Aparunız bunı həlak edüniz. Cənabi-Zeynəb bu sözi 
eşidəndə rişteyi-səbr dəsti-tabından gedüb, yüz iztirab ilən 
ayağa durub ol cənabə yapışdı, dedi: - Vallah, bu şahzadədən 
əl götürməzəm. Əgər bunun qətlini iradə edərsən, bəni dəxi 
həlak et»
.
 (70b) 
Birinci nümunənin əvvəli izafət tərkibləri hesabına bir 
qədər qəliz olsa da, onun mükalimə şəklində verilən hissəsi sadə 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə