Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə48/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   41   42   43   44   45   46   47   48   49

151 
 
İmam Həsənin (ə.) oğlu Qasımın şəhid olması ilə bağlı 
verilən bu şeir parçasında da müəllif metafora və təzaddan 
istifadə etmişdir: 
 
Hər dəm səmumi-hadisəd
ə
n dövri-ruzigar,  
Bir 
novgüli
 füsurdəvü xar eylər, ey dəriğ!  
Dəşti-bəladə gürgi-əcəl ləhzə-ləhzə ah,  
Bir müşkbu qəzalı şikar eylər, ey dəriğ! (58a) 
 
A.Bakıxanov burada gənc yaşında şəhid olan Qasımı təzə 
gülə bənzədərək onun zəhərli küləklə solmasına heyifsilənir. 
Müəllifə görə bəla səhrasında hər an əcəl canavarı bir müşk ətirli 
ceyranı ovlayır. 
İmam Hüseyn (ə.) haqqında olan aşağıdakı şeir parçasında 
isə A.Bakıxanov metafora və güclü mübaliğə yaratmışdır: 
 
Heyrət
 rəvişilə ruzigarə, 
Eylərdi o dəm fələk nəzarə. 
Ol namivari-büləndcahə 
Kim, mehri nəzər buraxsa mahə, 
Keyvandan alıb kəmali-rif'ət, 
Bercisə verərdi min səadət. 
Əzmində görüb fütuhi-fərcam, 
Almazdı əlinə tiğ Bəhram. 
Ol rəzmə
F
*
F
 nəzər qılanda əflak, 
Səhmindən olurdu zəhrəsi çak. (63a) 
 
Nümunənin ilk beytində fələyin heyrətlə dünyaya nəzər 
salması metaforadır. Üçüncü beytdə imamın Keyvan (Saturn) 
ulduzundan ucalıq kamalı alması, mifologiyada səadət ulduzu 
kimi tanınan Bercisə (Müştəriyə) səadət bəxş etməsi 
mübaliğədir. Dördüncü beytdə isə müəllif həm metaforadan, həm 
                                                           
*
 A.Bakıxanovun «Seçilmiş əsərləri»ndə: 
rəmzə
 (
15, 439). 


152 
 
də mübaliğədən istifadə etmişdir: mifologiyada müharibə kimi 
tanınan Bəhram (Mars) ulduzu imamın qələbə əzmini görərək 
əlinə qılınc almır. Nəhayət, sonuncu nümunədə fələyin bu 
«rəzm»ə (döyüşə) nəzər salması və bağrının yarılması ilə müəllif  
yenə də metafora və mübaliğə işlətmişdir. 
«Riyazül-qüds»dəki aşağıdakı şeir parçası da yüksək 
sənətkarlıq xüsusiyyətləri ilə diqqəti cəlb edir: 
 
Ol gülüstani-vəfa novgülinə nöqs degil,  
Bədəni-naziki yüz zəxm ilə gülgün olmaq.  
Rəsmdir qönçədə ayini-nəzakət görünür,  
Peykəri parələnüb rəngdə pürxun olmaq. 
(61a)  
 
Yenə də Əli Əkbər haqqında olan bu qitədə şair gənc 
qəhrəmanını vəfa bağında açılmış təzə gülə bənzədir. Şairə 
görə, qəhrəmanın nazik bədəninin yüz yara ilə gül rənginə 
boyanması ona nöqsan deyil. Axı qönçənin yarpaqlarını 
araladıqda onun içi qan rənginə boyanır, qırmızılığı görünür. 
«Riyazül-qüds»dəki aşağıdakı qitədə də A.Bakıxanov 
güclü 
şairlik istedadı və məharətini göstərərək  yüksək 
sənətkarlıq nümayiş etdirmişdir:  
 
...Sirişk tökməz əgər aftab sübhü məsa,  
Üfüq kənarı şəfəqd
ə
n nolub ki, gülgündür?  
Kimün müsibətidir kim, büsati-gülşəndə  
Bənöfşə qarə geyüb, qönçə bağrı pürxundur?  
Bu qəmdə lalə giribanə çaklər salmış,  
Sürudi-naləvü bülbül dəmadəm əfzundur. 
(85b)  
 
İmam Rzanın (ə.) vəfatına həsr edilmiş bu şeir 
parçasında müəllif həm bədii sualdan məharətlə istifadə etmiş, 
həm də güclü metafora yaratmışdır. Şair öz-özünə sual verir: Əgər 
günəş gecə-gündüz qanlı göz yaşları tökmürsə, onda nəyə görə 
üfüqün kənarı gül rəngindədir - qırmızıdır? Gül bağında 


153 
 
bənövşənin qara geyməsi, qönçə bağrının qanla dolması kimin 
müsibətinə görədir? Sonuncu beytdə isə bu münasibətlə lalənin 
yaxasını yırtması, bülbülün qəmli oxuması təsvir olunur. 
«Riyazül-qüds»ün bədii 
sənətkarlıq
 xüsusiyyətləri 
sırasında eyni sözün yanaşı işlənməsi ilə yaranan leksik 
təkrarlar (bax: 1;  25, 36-41) da diqqəti cəlb edir. A.Bakıxanov 
bir sıra hallarda fikrini daha dəqiq və ifadəli şəkildə çatdırmaq 
üçün yanaşı təkrardan istifadə etmişdir. Əsərdəki leksik 
təkrarların çoxunu ərəb-fars mənşəli sözlər təşkil edir. 
Məsələn: 
«Allah-allah,  Peyğəmbərin halı nə olurdı, əgər 
meydani-Kərbəladə olub, imam Hüseynin tənhalığın 
görəydi...» (9a) 
«Ol  cənabı  ağuşə çəküb  nuri-dideyi-qəmdidəsindən  
öpüb giryan-giryan dedi». (34b) 
«Xəlayiq  cuqə-cuqə və güruh-güruh... gülbangına 
ləbbeyk deyüb Hani mənzilində cəm' oldılar». (39b) 
«Üqabi-bərqşitab ol şükufeyi-nihali-əclalı ləşkəri-əşrar 
içrə aparub, zəxmi-şəmşir ilə peykəri-nazpərvərin güli-sirabə 
bənzər çak-çak etdilər». (61a) 
«Hal
ı
na bəs ki ağladı qan zəxmi-tirü tiğ, 
Gül-gül boyandı sahəti-meydani-Kərbəla» (65b) və s. 
Qeyd edək ki, A.Bakıxanovun işlətdiyi bu leksik 
təkrarlardan yalnız birinin - üçüncü nümunədəki «çak-çak» 
(parça-parça) sözünün qarşılığı «Cəlaül-üyun»da da vardır: 
«pare-pare»  (222a). Maraqlıdır ki, birinci nümunədəki «Allah-
allah» leksik təkrarını Füzuli də işlətmişdir: «Allah-allah nə xoş 
münasibdür bu vəsiyyət a
ŋ
a ki, həzrəti-sultani-Kərbəla imam 
Zeynəlabidinə vəsiyyət qıldı...» (29, 50). A.Bakıxanov əsərin 
digər yerlərində də bu leksik təkrara tez-tez üz tutmuşdur. 
Filologiya elmləri 
doktoru
  Şəfəq Əlibəyli Füzulinin fars 
Divanında da bu leksik təkrarın çox işləndiyini, hətta Divanın 
Allah adının təkrarı ilə başlandığını qeyd edir (25, 36-37) 
Onu da əlavə edək ki, üçüncü nümunədə işlənən 


154 
 
«cuqə-cuqə»  (dəstə-dəstə) sözü türk mənşəlidir və bir 
sıra farsdilli və türkdilli əski mətnlərdə işlənmişdir. 
A.Bakıxanov «Riyazül-qüds»də təkrardan qaçmaq və 
ifadə rəngarəngliyi yaratmaq üçün sinonimlərdən də istifadə 
etmişdir. Məsələn: «Onun züriyyəsin əziz dutarsan, ya kəndü 
övladını? Ərz etdi: Onları ziyadə sevərəm»  (31b). Bu 
nümunədə işlənən «əziz dutarsan» tərkibi feli də «sevmək» 
mənasındadır və əsərdə çox işlənən leksik vahidlərdən biridir. 
«Riyazül-qüds»ün dil-üslub və bədii xüsusiyyətlərinə 
yekun olaraq onu da qeyd edək ki, əsər bu baxımdan olduqca 
zəngin material verir və kiçik bir bölmədə onların hamısı 
haqqında geniş söz açmaq imkan xaricindədir. «Riyazül-qüds» 
xüsusilə də bədiyyat baxımından mükəmməl bir sənət 
əsəridir və bu yöndə ayrıca bir araşdırma mövzusu ola bilər. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə