Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə47/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   41   42   43   44   45   46   47   48   49

148 
 
niyami-intiqamdən çəküb hər canibə həmlə qılduqda ləşkəri-
murü mələx tabi-müqavimət gətürməyüb hərbindən  hərəb 
edərlərdi». (60b) 
Bu cümlədəki ərəb mənşəli «hərb»  (müharibə, savaş) və 
«hərəb» (qaçış, qaçmaq) sözləri hərf sayı baxımından eyni, lakin 
yazılış və tələffüzcə fərqli sözlərdir (birinci sözün ilk hərfi 
ح he, 
ikincininki isə 
ه
 
ha  hərfidir). Qeyd edək ki, cinasın bu növü 
«mütəqarib cinas» adlanır (bax: 97, 269-272). 
A.Bakıxanov «Riyazül-qüds»də məna incəlikləri ilə 
bağlı ədəbi sənət növlərindən də (bax: 41,  19-20;  97, 9-17) 
bacarıqla istifadə etmişdir. Mütərcim bu sənət növlərindən ən çox 
təşbeh, istiarə və mübaliğəyə üstünlük vermişdir. Bütün əsər 
boyu istər söz incəlikləri, istərsə də məna gözəllikləri ilə bağlı 
ədəbi sənətlərin müxtəlif növləri ilə, rəngarəng söz naxışları 
ilə bəzədilmiş 
bədii
 parçalara, ayrı-ayrı cümlə və beytlərə rast 
gəlirik. Nümunə olaraq aşağıdakı bir cümləyə diqqət yetirək: 
«Həzrəti-imam... nərgisi-şəhlasından seylabi-sirişk 
güli-rüxsarına töküb buyurdı». (58a) 
İmam Hüseyn (ə.) haqqında olan bu cümlədə A.Bakıxanov 
«göz»  sözü əvəzində «nərgisi-şəhla»  ifadəsini işlətməklə 
metaforanın (istiarənin) imkanlarından 
uğurla
 istifadə etmişdir. 
Bəlli olduğu kimi, klassik ədəbiyyatda göz nərgiz gülünə 
bənzədilir. Burada isə «nərgisi-şəhla»  təşbeh yox, metaforadır, 
çünki  «göz»  sözü işlənməmişdir. Maraqlıdır ki, bu cümlənin 
farscasında  «nərgisi-şəhla»  birləşməsinin qarşılığı kimi «didha» 
(gözlər) ismi işlənmişdir: 
«Həzrət... cuy-e əşk-e həsrət əz didha-ye  mobarəkəş cari 
şod və
 qoft». (220b) 
(Həzrətin... mübarək gözlərindən həsrət yaşı arxları 
axdı və dedi.) 
Göründüyü kimi, «Riyazül-qüds»dəki cümlədə işlənən 
«güli-rüxsarına»  (gül kimi qırmızı yanağına) birləşməsinin 
qarşılığı da farsca mətndə yoxdur, Deməli, bu təşbehi də 
A.Bakıxanov tərcüməyə özündən artırmışdır. Bu xüsusiyyət, 


149 
 
yuxarıda qeyd etdiyimiz kimi, bütün əsər boyu müşahidə olunur. 
Bu qəbildən olan başqa bir nümunəyə diqqət yetirək:  
«Cəlaül-üyun»da:  «Emam Hoseyn manənd-e oğab  aməd 
və  səfhara şekaft və çun şir-e xəşmnak bər-an kaferan-e bibak 
həmle kərd». (220b) 
(İmam Hüseyn qartal kimi gəldi, cərgələri yardı və 
qəzəbli şir kimi o qorxunc kafirlərə hücum etdi.) 
«Riyazül-qüds»də:  «...cənabi-sultani-Kərbəla üqabvar 
ləşkəri-zağü 
zəğən
 səflərin pozub,  şiri-xəşmnakə bənzər 
həmlə edüb...» (58b) 
Bu nümunədə imam Hüseyn (ə.) əvvəlcə qartala 
(«üqabvar» - qartal kimi), sonra isə qəzəbli şirə («şiri-xəşmnak») 
bənzədilir. Bu bənzətmələrin hər ikisi farsca cümlədə də vardır. 
«Riyazül-qüds»dəki cümlədə düşmən qoşunu üçün işlənmiş 
«ləşkəri-zağü zəğən» (qarğa-quzğun qoşunu) metaforası isə 
«Cəlaül-üyun»da yoxdur, deməli, o, mütərcimin əlavəsidir. 
«Riyazül-qüds»dəki aşağıdakı cümlədə işlənmiş metafora da 
«Cəlaül-üyun»da yoxdur, A.Bakıxanova məxsusdur: 
«Cəlaül-üyun»da:  «Həzrət-emam cuy-e ab əz didha-ye 
mobarək foru rixt və ru be-caneb-e aseman gərdanid-o-qoft». 
(222a) 
(Həzrət imam mübarək gözlərindən su arxı axıdıb, 
üzünü göyə qaldırıb dedi.) 
«Riyazül-qüds»də:  «Həzrəti-imam bərgi-nəsrinə əşki-
xunindən rəngi-lalə verüb, ruyi-niyaz səmti-asimanə qaldurub 
dedi». (60a) 
Göründüyü kimi, A.Bakıxanovun bu nümunədə işlətdiyi 
«bərgi-nəsrin»  (nəsrin yarpağı), «əşki-xunin»  (qanlı göz yaşları) 
və  «rəngi-lalə»  birləşmələrinin qarşılığı farsca mətndə yoxdur, 
onlar mütərcimin əlavələridir. Bu birləşmələrdən birincisi - 
klassik ədəbiyyatda «ağ üz» mənasında işlənən «bərgi-nəsrin» 
birləşməsi metaforadır. Sonrakı iki birləşmə ilə A.Bakıxanov 
burada həm də güclü bənzətmə yaratmışdır: imamın gözlərindən 
axan qanlı göz yaşları onun nəsrin çiçəyinə bənzər ağ sifətini lalə 


150 
 
rənginə - qırmızıya boyayır. 
A.Bakıxanov «Riyazül-qüds»də məcazın və bədii ifadə 
vasitələrinin digər növlərindən də məharətlə istifadə etmişdir. 
Maraqlıdır ki, tərcümədə yüksək bədii xüsusiyyətləri ilə seçilən 
bəzi cümlələrin 
qarşılıqları
 farsca mətndə yoxdur. 
 
Məsələn, «Riyazül-qüds»ün beşinci babında imam Hüseynin 
(ə.) böyük oğlu Əli Əkbərin döyüş meydanında susaması 
haqqında olan aşağıdakı cümlənin qarşılığı «Cəlaül-üyun»da 
olmadığı üçün o, A.Bakıxanovun özünə məxsusdur: 
«...fərti-ətəşdən dili-pürxun şöleyi-atəş bərabərində mum 
tək bitab olub... bir növ ilə nairəfruzi-atəşi-kin olmışlardı kim, 
Hut və Həməl tabeyi-fələkdə biryan və eynül-Səvr ol şiri-bişeyi-
şücaət təşnəkamlığın yad edüb giryan olmışdı». (60b) 
Nümunədə Əli Əkbərin qanlı ürəyinin susuzluqdan mum 
kimi gücsüz-taqətsiz (yumşaq) olması ilə A.Bakıxanov təşbeh 
yaratmışdır. Burada həm də metafora və güclü mübaliğə 
işlənmişdir: istidən və düşmənin kin alovundan göydəki 
bürclər - Hut (Balıq) və Həməl (Qoç) fələyin tavasında 
bişir, Səvr (Öküz) bürcünün gözü isə şücaət meşəsi 
aslanının (Əli Əkbərin) susuzluğunu yada salaraq ağlayır. 
«Riyazül-qüds»dəki bir çox şeir parçalarında da 
A.Bakıxanov məcazlardan və bədii təsvir vasitələrindən 
məharətlə istifadə etmişdir. Məsələn, aşağıdakı şeir parçasında 
təşbeh, metafora və təzad işlənmişdir: 
 
Nə tab eyləsin fövci-zağü zəğən  
Açan dəmdə şəhbaz bali-hünər.  
Bəli, şir cəngində mə'lumdur  
Ki, rubah qılmaz xəyali-hünər. (60a) 
 
İmam Hüseynin (ə.) oğlu Əli Əkbər haqqında olan bu 
beytlərdən birincisində düşmən qoşunu qarğa-quzğun 
dəstəsinə, Əli Əkbər isə şahbaza (qartala) bənzədilir. İkinci 
beytdə isə Əli Əkbər şirə, düşmənlər isə tülküyə bənzədilir.   


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə