Bakixanovun



Yüklə 279,25 Kb.
Pdf görüntüsü
səhifə45/49
tarix24.12.2017
ölçüsü279,25 Kb.
#17907
1   ...   41   42   43   44   45   46   47   48   49

142 
 
təmsil olunmuşdur (bax: 47, 153; 54, 110-111). 
3. Çarpaz qafiyəli səc'. Səc'in bu növündə səc' yaradan 
sözlər ardıcıl və qoşa-qoşa yox, növbələşmə yolu ilə, yəni 
çarpaz 
şəkildə
 qafiyələnir. Bu cür qafiyələnmə nəsrdə 
xüsusi bir 
ahəngdarlıq
 və ritm yaradır. Məsələn: «Bir mövci-
mütərakim olub 
az qaldı
 kim, kəştiyi-amalın sərniguni-bihari-
qəm  və zövrəqi-vücudin müstəğrəqi-dəryayi-ədəm  qıla» 
(32a).  «Ətrafi-güli-rüxsarı  səbzeyi-novxizdən  arayişəfza  və 
sahəti-gülzari-üzarı  cuşi-xətti-mişkindən  qaliyasa olmaqda 
idi». (60a) 
Birinci nümunədə «sərniguni-bihari-qəm» və «müstəğrəqi-
dəryayi-ədəm» səc'ləri, göründüyü kimi, bir-birindən bir qədər 
aralı düşərək çarpaz qafiyə yaratmışlar. Qeyd edək ki, bu 
cümlənin sonundakı qıla köməkçi feli hər iki birləşməyə 
aiddir: «səc'i-müqəyyəd»dir. İkinci cümlədə də seçdirilmiş 
birləşmələr növbələşmə yolu ilə, çarpaz şəkildə qafiyələnmişdir.  
Nümunələrdən göründüyü kimi, A.Bakıxanovun səc' 
sənətində istifadə  etdiyi qafiyələri, əsasən,  ərəb-fars 
mənşəli sözlərdən təşkil olunan silsiləli izafət birləşmələrindən 
ibarətdir. Bəzi hallarda səc' təşkil edən sözlər yaxın mənalı 
sözlərdən, sinonimlərdən ibarət olur. Məsələn: «Nitqi-sərih  və 
lisani-fəsih ilə ərz etdilər». (32b) 
Bir sıra hallarda səc' yaradan sözlər qafiyə ilə yanaşı, 
vəznə görə də bir-birinə uyğun gəlir. Bu baxımdan səc' sənəti üç 
növə bölünür: səc'i-mütərrəf, səc'i-müvazinə, səc'i-mürəssə (bax: 
41, 1135-138; 97, 286; 103, 802). 
1. Səc'i-mütərrəf. Səc'in bu növündə səc' yaradan 
sözlər qafiyə təşkil edir, ancaq vəznə görə bir-birinə uyğun gəlmir. 
Məsələn:  iz - dəniz, gül - bülbül və s. «Riyazül-qüds»də 
aşağıdakı cümlələrdə səc'i-mütərrəf işlənmişdir: 
«Bu gecə qayətdə tərsanəm  və nəhayətdə hərasanəm» 
(15b). 
«Ravəyətdir kim, həzrəti-rəsul... rihlətindan sonra bir 
ləhzə  Fatimə şad olmadı və gisuyi-mişkbarından iqdi-məlal 


143 
 
açılmadı». (11a) 
«Ey sədəfi-gövhəri-zatım və gülbüni-qönçeyi-həyatım, 
vəqt oldı kim...» (35b) 
Bu nümunələrdəki «tərsanəm» - «hərasanəm», «olmadı» -
«açılmadı», «zatım» - «həyatım» sözləri qafiyəyə görə uyğun 
gəlir, vəzn baxımından isə fərqlənirlər - «səc'i-mütərrəf»dirlər. 
2.  Səc'i-mütəvazin.  Səc'in bu növündə iki cümlə və ya 
birləşmədə səc' yaradan sözlər vəzn baxımından bir-birinə 
uyğun gəlir, qafiyəyə görə isə fərqlənir. Məsələn:  
«Bu ümməti-dunhimmətdən bir güruhi-bədşükuh ara-
sında ləbi-təşnə və cigəri-suxtə şəhid olursan». (34b) 
«Hər ayinə qəlbi-səlim və  ərzi-səmim ilə cənabınıza 
təqdimi-xidmət və şəraiti-ianət qılmaqlarında ehtimali-şəkk 
yoxdur». (35b) 
«Livayi-nihzət və rayəti-nüsrət qaldurub Məkkə 
canibinə rəvanə oldı». (36a) 
Bu nümunələrdən birincisində işlənmiş «ləbi-təşnə» 
və «cigəri-suxtə» birləşmələrindəki ikinci tərəflər qafiyələn-
məsə də, vəzn baxımından bir-birinə uyğun gəlir. İkinci 
nümunədəki  «qəlbi-səlim»  və  «ərzi-səmim»  birləşmələrində isə, 
əksinə ikinci tərəflər həm vəzncə, həm də qafiyə baxımından 
uyğun gəlsə də
,
 onların birinci tərəfləri («qəlb»  və  «ərz») 
vəzncə eyni, lakin qafiyəcə fərqli sözlərdir. Üçüncü 
nümunədə işlənmiş «livayi-nihzət»  və  «rayəti-nüsrət»  birləş-
mələrində də birinci tərəflər qafiyə baxımından fərqli, vəzncə isə 
uyğun sözlərdir. 
3. 
Səc'i-mürəssə. Səc'in bu növündə sözlər həm qafiyə 
baxımından, həm də vəznə görə bir-birinə uyğun gəlir.
 Səc' təşkil 
edən sözlər arasındakı bu cür uyğunluq və tarazlıq mətndə güclü 
bir ahəngdarlıq və ritm yaradır. Məsələn: 
«Ey əziz, nə məqamə getmək və nə yerdə təvəqqüf etmək 
səlahdur». (35b) 
«Bu fitnə nairəsin ondan özgə sakin qılmaz və bu 
fəsad dəf'inə ondan qeyri kimsə qadir olmaz». (38a)  


144 
 
«Andan sonra Abdullah ibn Əli cuqeyi-bədkirdardən 
qardaşı intiqamın alub, çoxların xaki-məzəllətə salub, xəl'əti-
şəhadət qaməti-canə geydi». (58b) 
Bu nümunələrdəki «getmək» - «etmək», «qılmaz» - 
«
olmaz
», «alub» - «salub» sözləri həm qafiyəyə, həm də vəznə 
görə bir-birlərinə tam uyğun gəlir. Göründüyü kimi, 
A.Bakıxanovun bu cümlələrdə işlətdiyi qafiyələr türk mənşəli 
sözlərdir. Qeyd edək ki, əsərdə səc' yaradan sözlər sırasında türk 
mənşəli sözlər azlıq təşkil edir. Şair-mütərcimin əsər boyu 
qafiyə yerində işlətdiyi sözlərin çoxu ərəb-fars mənşəli 
sözlərdən ibarətdir. «Hədiqətüs-süəda» əsərində də vəziyyət 
eynilə belədir (bax: 47,152-155;  54, -115; 101, 591; 103, 802; 
1
05, III, 2839 ). Qeyd edək ki, İran ədəbiyyatşünaslığında səc'in 
bu növü «səc'i-mütəvazi»  kimi qeyd olunur (101, 591; 228; 103, 
802; 105, III, 839). 
A.Bakıxanovun «Riyazül-qüds»də qoşub-düzəltdiyi 
səc'lər bəzi hallarda bir neçə qafiyə şəklində olur və silsilə təşkil 
edərək zəncir əmələ gətirir ki, bunun da nəticəsində cümlələr 
bənzərsiz ahəngdarlıqla, ritmlə səslənir. Məsələn, aşağıdakı 
cümlədə olduğu kimi: «...hüsni-səbahətü rif'əti-qamət və 
fünuni-şücaət  ilə  səramədi-əhli-zəman və yeganeyi-dövran 
olub, mahi-Bəni Haşim deməklə  məşhur və ol ərseyi-xunxarda 
şafei-yövmünnəşur idi, daməni-qərar və zimami-ixtiyar  dəsti-
iqtidarından gedüb həzrətdən istida'i-rüsxət qıldı»
.
 (59a) 
İmam Hüseynin (ə.) qardaşı Abbas haqqındakı bu 
cümlədə seçdirilmiş birləşmələr - izafət zəncirləri 
bir neçə qafiyə 
şəklində qurularaq bənzərsiz deyim tərzi, şeiriyyət yaradır
 və 
onun bədii-estetik təsir gücünü qüvvətləndirir. Maraqlıdır ki, 
A.Bakıxanovun bu cümlənin əvvəlində işlətdiyi «rif'əti-qamət» 
izafətinin özünün tərkibindəki sözlər də həmqafiyədir. 
«Riyazül-qüds»dəki bəzi fəsil adları da bu cür silsiləli səc'lər 
şəklində qurulmuşdur. Məsələn, əsərin beşinci babının yeddinci 
fəsili belə adlanır: 
«Nuri-dideyi-həzrəti-peyğəmbər və xələfüs-
sidqi-dudmani-xeyrül-bəşər sərdari-ləşkəri-şühəda cənabi-sul-


Yüklə 279,25 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə